Qədim Kosalı eli
Səməd Vurğun özlərinin
mənşəcə bayatlara bağlılığını
qeyd edib
Azərbaycan
ictimai mühitində tanınmış soyad olan Vəkilovlarla
bağlı Elbrus Məmmədovun araşdırması maraq
doğurur. Vəkilovlar soyadının mənşəyi
etibarilə bir-birindən az fərqli adlarla tarixi qaynaqlarda
sıx yer almasından, ilk orta əsrlərdən
Qazax-Borçalı bölgəsi ilə bağlı qədim
Kosalı elinin adını daşımasından
danışan E.Məmmədov bildirir ki, bu el barəsində
ilk məlumatı VII yüzil ərəb səyyahı
İdrisi verib: «O, Bərdə ilə Tiflis arasında indiki
Qazax mahalı ərazisində Kasal adlı məntəqənin
olduğunu qeyd edir. Tarixçilər «Kasal» ilə «Qazaq»,
«Qasaq», «Kasoq Tkosoq» və «Kəsəmən» etnonimini eyniləşdirirlər.
Bu, belə izah olunur ki, sözlərin sonundakı «al» və
«aq» kimi hər iki şəkilçi qədim türk dilində
cəmlik bildirir. Burada Kasal (Kosal) məntəqəsinin
varlığını sonrakı VIII yüzil qaynaqları da təsdiq
edirlər. Tarixçi Moisey Xorenatsi, onların burada miladdan
öncə yaşadığını qeyd edib.
Görünür, belə bir adda el bu areala qara hunların tərkibində
gəlib. Kasalların (indiki halda kosalıların,
kosaların, kasaların, kasların) adına tarix səhnəsində
bir-birini əvəzləyərək qurulan və
dağılan başqa Türk-Turan uluslarının tərkibində
də rast gəlinir».
Türkologiyada
ümumi fikrə görə, skif-iskit (turan) mənşəlidirlər:
«Hazırda kosalılar öz tarixi adlarını qoruyaraq
Türkmənistanda təkə, köklən, ersarı
tayfalannın arasında iri tirələr şəklində
yaşayırlar. Bu etnonimə Şimali Qafqaz kazakları və
tarixən o bölgədə məskunlaşmış digər
türksoylu ellər arasında da rast gəlinir. Məmlük
tarixçisi İbn Taqriberdi (1411-1466) qeyd edir ki, Misirin məmlük
sultanı Barkuk (1382-1399-cu illərdə sultan olub) əslən
Çərkəzlər ölkəsindən oğurlanıb
buraya qul kimi gətirilmişdi və öz vətənində
Kasa nəslinə mənsub idi. Bilgidən belə nəticə
çıxarmaq olur ki, bu soy kasaların (kosaların) nə
zamansa türklərdən ayrılıb çərkəzlərin
tayfa ittifaqına qoşulan qolu olub. Tarixin hansı
çağındasa, hansı siyasi hadisələrin təsiri
iləsə görünür, bu qədim Turan elindən
müəyyən qəlpələr qoparaq Şimali
Qafqazın müxtəlif bölgələrinə üz tutub
gedib, o cümlədən bir hissəsi Daryal keçidi vasitəsi
ilə Güney Qafqaza keçərək Gürcüstanın
güneyində və doğusunda, o cümlədən Azərbaycanın
batısında- indiki Qazax bölgəsində məskunlaşıblar.
Diqqəti çəkən bir də budur ki, Güney Qafqaz və
Doğu Anadoluda bütün orta əsrlər boyu cərəyan
etmiş hadisələrdə Gəngərlilər, Salaqlar
(Salahlı, Salehlu) və Kosaların (Kosalu) adları bir qayda
olaraq yanaşı çəkilir. Öz adlarını bu ərazidə
möhürləyən Kosalılar XI yüzildə Alp
Arslanın Malazgirt meydan müharibəsində iştirak etdikdən
sonra (bu barədə də tarixi qaynaqlarda bilgilər var)
buradan sair türk-oğuz tayfaları ilə yanaşı
Do-Tanziya, Tanzik və s.) yaşayış məntəqəsi
o zamankı Osmanlı-Səfəvi sınırında, indiki
Baş Keçid (Dumanisi-Bolnisi) bölgəsində (qədim
gürcü qaynaqlarının ilk orta əsrlərdə
Turkoba dedikləri ərazidə) lokallaşır. Orta əsr Dənizik
məntəqəsinin xarabalıqları gürcü
qaynaqlarına əsasən «Tanziya» adı ilə deyilən
bölgədə indi də eyni ad altında durur. Bir maraqlı
məqam da ondan ibarətdir ki, bu məntəqə orta əsrlərdə
Orbelianilər adı ilə tanınan qıpçaq əsilli
gürcü knyaz nəslinin irsi tabeçiliyində olub».
Onun
fikrincə, bu gün əsasən Vəkilov soyadını
daşıyan nəslin təməlində duran Mirzalı bəy
(Mirzalı ağa) həmin bu Kosalı elatından
çıxıb: «Vəkiloğulları arasında
danışılan və tarixi qaynaqlarda təsdiqlənən
rəvayətə görə, Mirzalı bəyin ad-san
qazanması, bəylik alması I Şah Abbas dövrünə
— Azərbaycanın həyatının son dərəcə
mürəkkəb illərinə təsadüf edir.
XVI
yüzilin 80-ci illərində Səfəvilərlə
Osmanlı xanədanı arasında müharibənin
qızğın çağında Səfəvi qüvvələri
güclü təzyiq altında bütün cəbhə boyu
geri çəkilməyə başlayanda mərkəzdən
verilən əmrə əsasən, müharibə zonasında
yerləşən bütün köçəri və
yarımköçəri tərəkəmə tayfalarına
ölkənin içərilərinə çəkilmək əmr
olundu. Çünki onlar elliklə osmanlıların tərəfinə
keçə və onları qüvvətləndirə bilərdilər.
Bayatlar, qaramanlılar və qacarlar ölkənin iç vilayətlərinə
çəkilib getdilər. Onlardan fərqli olaraq
qarşıdurma zolağının yaxınlığında
məskun Qazax tayfa birliyinə daxil olan elatlar başda Nazar xan
Qazaxlar olmaqla, doğma yurdlarını tərk etmədilər
(sultanlığın şərq səmtində məskun olan
yarımköçəri qarayların (qaramanların) bir hissəsindən
başqa). Onu da qeyd edək ki, tərəkəmə
tayfalarının yerdəyişməsi həmin dövrdə
tez-tez baş verirdi. Şah Abbasın 14 dəfə belə
yerdəyişmə fərmanı verdiyi tarixdən bəllidir.
Azərbaycanın Arazdan quzeydəki torpaqlarında aparılan
hərbi əməliyyatlar nəticəsində ərazi
Osmanlıların nəzarəti altına keçdi.
Ağıllı bir el başçısı olan Nazar xan vəziyyəti
düzgün qiymətləndirib Osmanlı hakimiyyətini qəbul
etdi və nəticədə öz yarımköçəri
elində sultan vəzifəsində saxlandı».
Kosalıların
(kosaların) ilk orta yüzillərdə Şərqi Anadoluda
bayatlarla tayfa ittifaqında olduqlarına dair tarixi qaynaqlarda məlumatlar
yer alır: «Nəslinin keçmişi barəsində müəyyən
məlumatı olan Səməd Vurğun görünür, bu
bilgilərə istinadən özlərinin mənşəcə
bayatlara bağlılığını qeyd edib.
Daha
sonrakı yüzillərdə bu adı daşıyan tirələrə
Anadoluda Danişmən-Dilu Türkmənlərinin (Kosalı,
Kosa Musa, Kosa Kosalısı), Yeni El Türkmənlərinin,
habelə Hələb Türkmənlərinin (Kosaoğlu-Şərəflu)
arasında rast gəlinir. Əlahiddə bəylik təşkil
etmiş Zülqədər tayfalarının arasında Kosa
Dögərbəyli eli vardı. Dögərlər/düyərlərdən
bəzi ailələrin XVIII yüzildə Borçalıda və
Şəmkir mahalında yaşadığı qeyd edilir. Egey
sahillərindən tutmuş Qarsa, Ərzuruma və Qərbi Azərbaycanın
tarixi bölgələrinədək, hətta Kıbrıs
adasında kosalılarla bağlı nəsil adları və
toponimlər onların orta əsrlərdə yayılma
arealının izləridir.
Tiflis
əyalətinin müfəssəl dəftərində
(1723-1728) Qazax-Borçalı elatları arasında
kosalılarla bağlı bir sıra yaşayış məntəqələri
qeydə alınıb: «Dəmirçihasanlu nahiyəsində-rəiyyətləri
naməlum səbəbdən yerində olmayan Kosalı Yaqublu
qışlağı var. Bu nahiyədə
Yüzbaşılı camaatının siyahısında Məhəmməd
ağa Kosa Məmməd oğlu adlı şəxs, oğlu Əhməd
və qardaşı Musa qeydə alınır. Bundan başqa
beş qoldan ibarət Dəmirçihasanlı arxının
bir qolunun Kosa camaatına məxsus olduğu göstərilir.
Tiflisdə çıxan SMOMPK toplusunda 1883-cü ildə
Salahlı kəndi haqqında geniş etnoqrafik məqalə dərc
etdirən müəllim Veniaminov da Vəkilov Kosalu
ağalarından məlumatlı kişilərə istinadən
onların özlərini «tərəkəmə»
adlandırdıqlarını ayrıca qeyd edir. Tarixdən bəllidir
ki, 1587-ci ildə Şah Abbas Kaxetiyaya yürüş edib və
bu yürüşün nəticəsi o olub ki, Qax və
Yelisen (İlisu) məntəqələrini Kaxetiya
çarı Aleksandrın (1575-1605) əlindən alıb və
xüsusi sultanlıq yaradıb. Bizim ehtimalımıza görə,
Mirzalı bəy məhz Kaxetiyaya bu yürüş zamanı
şaha təqdim edilib və şah ənənəvi olaraq
osmanlıpərəst meylləri ilə tanınan Qazax hakimlərinin
nüfuzunu azaltmaq məqsədi ilə xüsusi fərmanla
Mirzalı bəyin tabeçiliyindəki obaların
sayını artıraraq, onu 7 para kəndin ağası təyin
edib. Bu çağdan sonra Kosalı ağaları Qazax-Şəmsəddində
şəmsəddinli və qazaxlı nəsilləri ilə
yanaşı söz sahibi olublar. 1588-ci ildə bütün Gəncəbasar
Osmanlı orduları tərəfindən fəth edildi.
1590-cı ildə Səfəvilərin sülh xahişindən
sonra Osmanlılarla bağlanan müqaviləyə əsasən,
bu ərazi Osmanlı xanədanına güzəştə
gedildi.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 24 noyabr.-
S.14.