Şifahi ənənəli Azərbaycan musiqisinin tədqiqatçısı

 

Şifahi ənənəli musiqinin elmi öyrənilməsi sahəsində yüksək səviyyəli alim-mütəxəssislərdən biri də Elxan Babayevdir(1948-2003). E.Babayev 1981-84-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olub. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V.N.Xolorova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sənətşünaslıq doktoru, professor, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru olmuş, musiqişünas E.Ə.Babayev sənət aləmində, ziyalılar və elmi ictimaiyyət mühitində zəngin təcrübəyə və istedada malik alimpedaqoq kimi tanınıb. Musiqişünas-alimin ABŞ-da, Almaniyada, eləcə də Bağdad, Tehran, Moskva, Yekaterinburq, Düşənbə, Almatı və b. şəhərlərdə keçirilən beynəlxalq elmi məclislərdəki uğurlu məruzə və çıxışları, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistanİraqda nəşr olunmuş elmi məqalələri görkəmli elm və sənət xadimləri tərəfindən müsbət qiymətləndirilmiş və həmyerlimizə müasir beynəlxalq musiqi elmində şöhrət qazandırmışdı. Bu baxımdan alimin «Azərbaycan dəstgahının ritmikası» monoqrafiyasının sanballı tədqiqat əsəri kimi 1991-ci ildə Moskvada musiqişünasların beynəlxalq müsabiqəsində birinci mükafata təqdim olunmasını, həmçinin «Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri» (B.,Elm,1998) monoqrafiyasının 1998-ci ildə «Bakılı» beynəlxalq cəmiyyəti tərəfindən «Humay» mükafatına layiq görülməsini qeyd etmək məqamına düşər. Ümumiyyətlə, 4 monoqrafiyanın, 6 elmi-metodik nəşrin, tədris proqramlarının, çoxsaylı elmielmi-publisistik məqalənin, onlarla televiziyaradio verilişlərinin müəllifi olmuş professor E.Babayev öz çoxillik elmi, pedaqoji, publisistik, musiqi-maarifçilik fəaliyyəti ilə respublikada müasir musiqi elminin inkişafına əhəmiyyətli təsir göstərmiş, bu tərəqqidə özünəməxsus rol oynamışdır.

E.Babayevin elmi işləri şifahi ənənəli Azərbaycan musiqisinin nəzəri problemlərinə həsr olunub. Ədalət naminə etiraf etməliyik ki, şifahi ənənəli musiqinin nəzəriyyəsi sahəsində həllini gözləyən problemlər, diskussiya və mübahisə doğuran məsələlər hələ də mövcuddur. Ü.Hacıbəyovdan sonra M.S.İsmayılovun, R.Zöhrabovun, R.Məmmədovanın, T.Məmmədovun, S.Abdullayevanın xalq musiqisinin müxtəlif nəzəri məsələlərinin həlli istiqamətində samballı tədqiqatları nəzəri musiqişünaslığımızı xeyli inkişaf etdirmişdir. Lakin sırf etnomusiqişünaslıq metodologiyasının, etnomusiqişünaslığa məxsus təhlil və tədqiq metodlarının xalq musiqimizə tətbiqinə hər zaman ehtiyac duyulub. Yazılı ənənəyə malik bəstəkar musiqisinin analizi və müxtəlif yönümlərdən öyrənilməsi sahəsində qərarlaşmış metodika və metodologiyaların xalq musiqisinin öyrənilməsinə tətbiqində musiqişünaslıq elmi zəngin təcrübəyə malikdir. Bu zəngin tarixi-nəzəri təcrübədən kifayət qədər bəhrələnən milli musiqi elmimizin uğurları böyükdür. Lakin xalq musiqisinin nəzəri öyrənilməsində etnomusiqişünaslığın da özünəməxsus zəngin nəzəri təcrübəsi, elmi-tədqiq ənənələri mövcuddur. Xalq musiqisinin intonasiya, ritm, şeir-musiqi əlaqələri, lad, melodikas. bu kimi mahiyyətli xüsusiyyətləri nəzəri musiqişünaslıqdan fərqli olaraq etnomusiqişünaslıqda özünəməxsus təhlil və öyrənilmə aspektlərinə, üsullarına, yanaşılma tərzinə, problemlər dairəsinə malikdirlər. Bu məsələlər E.Babayevin tədqiqat işlərində də öz təsdiqini tapıb.

E.Babayev xalq musiqimizin ayrı-ayrı sahələrinin nəzəri xüsusiyyətlərinə dair elmə maraqlı mülahizələr, fikir və nəticələr gətirmişdir. İntonasiya, lad, melodiya, ritmintonasiya, lad-intonasiya kimi nəzəri anlayış və kateqoriyaları xalq musiqimizdə etnomuzikoloji aspektlərdən araşdıran alimin məqalə və kitabları bu sahədə ən qiymətli nailiyyətlərdəndir.

E.Babayevin tədqiqatlarında elmi fikrin inkişafına təkan verən bir məsələ də onun xalq musiqimizin təsnifatına baxışı və münasibəti olmuşdur. XX əsrdə ilk dəfə Ü.Hacıbəyov tərəfindən aparılan təsnifat daha sonra onun tələbəsi, hörmətli alim və müəllim M.S.İsmayılov tərəfindən davaminkişaf etdirildi. Lakin bununla yanaşı görkəmli alimpedaqoq Ramiz Zöhrabovun təklif etdiyi təsnifat elmdə daha uğurluuzunömürlü oldu. Həmin təsnifat uzun zaman Azərbaycan musiqişünaslığında xalq musiqisinə dair tədqiqatlar üçün alternativsiz metodoloji oriyentirə çevrilib. Lakin elm məhz mübahisə və diskussiyalar, sağlam tənqid və fikir müxtəlifliyi zəminində inkişaf edir. E.Babayevin təklif etdiyi təsnifata mütəxəssislərin reaksiyası, bu təsnifatın doğurduğu tənqid, müzakirə və mübahisələr, belə qənaətə gəlməyə əsas verir ki, müəllifin mövqeyi heçuğursuz deyildir və təsnifat özünü təsdiq edə bilər. Elmdə hər hansı yeni fikir diskussiya, maraq, tənqid doğurursa, deməli uğurlu tapıntıdır və onun hamılıqla qəbul olunacağı ehtimalı da böyükdür. Ən pisi budur ki, elmi təklifə, yeni baxış və mülahizələrə heç bir reaksiya verilməsin. E.Babayevin təklif etdiyi təsnifat prinsipinə münasibət və reaksiyalar isə bu təklifin elmi-metodoloji baxımdan məqbul hesab oluna bilməsinə real zəmanət verir.

Bir neçə kəlmə də alimin bəzi tədqiqatlarını doğma Azərbaycan dilində yazması barədə. Azərbaycan dilində musiqişünaslıq tədqiqatı yazmaq, nəzəri təhlil ararmaq heçasan deyildir. Bu məsələnin özümilli musiqi elmimiz üçün bir problemdir. Çünki bu məsələ bilavasitə anlayış və terminlərin uzun illər rusdilli mənbələrdən əxz edilməsi ilə və musiqi tədqiqatlarının məhz rus dilində yazılması ilə bağlıdır. Son bir əsr ərzində yalnız rusdilli elmi ədəbiyyat, rusdilli dərslik, rusdilli elmi-terminoloji baza əsasında ixtisas tərbiyəsi və təhsili alan, dissertasiyaları, məqalələri rus dilində yazan, məruzə və çıxışları rus dilində aparan musiqişünaslarımız hazırda azərbaycandilli elmin üslubi, nəzəri, terminoloji əsaslarını yaradarkən, bir çox çətinliklərlə üzləşirlər. Sevindirici haldır ki, iki dildə — həm Azərbaycan, həm rus dillərində eyni dərəcədə peşəkarlıqla tədqiq və təhlil aparmağa, elmi məruzə oxumağa qadir alimlərimiz az da olsa, yox deyildir. Onlardan biriE.Babayevdir. O, doğma dilimizdə yazdığı elmi kitablarında belə bir mövcud çətinliyi peşəkarlıqla dəf etmişdir. Alim rus dilində olduğu kimi, Azərbaycan dilində yazdığı işlərində də özünə xas üslubunu saxlaya bilirdil qayda-qanunlarına eyni dərəcədə bələdlilik nümayiş etdirir.

Bütün bu yazdıqlarımdan sonra professor E.Babayevin sonuncu nəşr olunmuş kitabı üzərində dayanmaq istəyərdik.

Müəllifin ayrı-ayrı illərdə yazdığı məqalələrdən ibarət «Ənənəvi musiqimiz. Müşahidələr və mülahizələr» (B., Elm, 2000) adlı kitabda onun bəzi mübahisəli, bəzi həllini gözləyən mövzu və anlayışlar, bəzi məsələlər üzərində müşahidə və mülahizələri öz əksini tapıb. Kitabın mündəricatına diqqət etsək, bu mündəricat vasitəsilə də onun nə qədər maraqlı olduğunu, elmimiz üçün nə qədər vacib, aktual problemlərə həsr olunduğunu yəqin etmək olar. Bu baxımdan güman edirik ki, kitabın adındakı «Müşahidələr və mülahizələr» hissəsini müəllif yazmaya da bilərdi və kitabı sadəcə, «məqalələr toplusu» kimi də təqdim edə bilərdi. Bu gün Azərbaycan musiqişünaslarının ayrı-ayrı məsələlər üzərində mülahizə və müşahidələrini işıqlandıran belə kitablara ehtiyac vardır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 29 noyabr.- S.15.