Aşıq Nabat

 

XX əsrin qadın aşıqlarından olan Nabat peşəkar, yaradıcı aşıq olub. Araşdırmaçı professor Sədnik Paşa Pirsultanlı hesab edir ki, o, sənətkarlığına görə müasirləri arasında sayılıb-seçilib. Aşıq Nabat (Nabat Paşa qızı Cavadova) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində yoxsul kəndli ailəsində anadan olub. Ata-anasını uşaqlıq çağlarında itirib: «Nabatın məlahətli səsi çoxlarının diqqətini özünə cəlb edirdi. Nabatı öz kəndlərində sevənlər çox idi. Lakin Nabatın meyli onu sevən gənc bir oğlanda idi. Nabatı həmin oğlan götürüb qaçdı. Dərələyəz ellərinə apardı. Bu xoşbəxtliyin ömrü az oldu. Milis rəisi olan gənc oğlanı qaçaqlar gecə hücum edib öldürdülər. Həmin hadisəni Nabat bir qoşmasında belə xatırlayır:

 

Bilirsənmi, ay Ələyəz dağları,

Gəncliyimi səndə qoyub gəlmişəm.

Əllərim xınalı, gözlərim yaşlı,

İlk eşqimi səndə qoyub gəlmişəm.

 

Nabat sanki bununla nakam məhəbbətini əbədiləşdirir, ona bir söz abidəsi qoyur».

0, doğma elində qala bilmir çünki, qohumları onun müğənni olmasına, toylara getməsinə imkan vermirlər. Aşıq Nabat məcburiyyət qarşısında qalıb 1934-cü ildə Qarabağa köçüb gəlir: «Bir müddət görkəmli müğənnilərimizdən Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov və tarzən Qurban Pirimovla bir yerdə müğənnilik edir. Nabat Qarabağa ürəkdən vurulurömürlük bu torpağın sakini olur». Ancaq Nabat müğənnilik yolunu tez dəyişir, yavaş-yavaş saza meyl göstərir və aşıqlığı özünə peşə seçir. 3 il Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musaya şagird olur. Ondan 20 saz havası, «Alı xan və Pəri xanım», «Abbas və Gülgəz», «Lətif şah», «Aşıq Qərib», «Leyli və Məcnun» dastanlarını öyrənir. Bundan sonra Nabat müstəqil aşıqlığa başlayır. Qarabağda ad-san qazanmış istedadlı sənətkar 1938-ci ildə Azərbaycan aşıqlarının ikinci qurultayında iştirak edir. Nabat getdikcə ustad bir aşıq kimi tanınmağa başlayır: «Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri 1940-cı ilin mayında xüsusi qatarla Moskvada keçiriləcək ongünlükdə iştirak etməyə gedirdilər. Həmin nümayəndələr arasında Aşıq Əsəd Rzayev, Aşıq Teymur Hüseynov və Aşıq Nabat Cavadova da var idi. Aşıq Nabat o günləri belə xatırlayır: «Şair Səməd Vurğun yanımıza gəldi, repertuarımızla maraqlandı. Sonra mənə üç bəndlik bir qoşma yazıb verdidedi: Aşıq Nabat, bax, xoşuna gəlsə, bu «Danışaq» qoşmasını Moskvada oxuyarsan:

 

Aşıq, bağrına bas sədəfli sazı,

Min cavablı bir sualdan danışaq,

Meydan quraq, söhbət açaq, saz tutaq,

Gül yanaqda qoşa xaldan danışaq.

 

Nabat qoşmanı «İrəvan çüxuru» saz havası üstündə oxuyur. Onun bu ifası dinləyicilərə xoş təsir bağışlayır».

Nabat bu dövrdə şeir yazmağa başlayır. Aşıq Nabatın Səməd Vurğunun şeirini oxuması, «Danışaq» qoşmasına cavab yazması ictimai aləmdə tanınmasına möhkəm zəmin oldu».

S.P.Pirsultanlı bu qənaətə gəlir ki, Nabatın poeziyası, «Aşıq Nabat Musa» dastanı, bütövlükdə Aşıq Nabatın ədəbi irsi geniş tədqiq edilməlidir: «Folklor arxivimizdə saxlanılan Aşıq Nabatın onlarla qoşma gəraylısı, 20-dən artıq özünəməxsus bayatısı, eləcə Aşıq Məsimin onun haqqında yazdığı qoşmanın təhlili Aşıq Cəvahirlə, Cavan Teymurla bir yazıya sığışa bilməz. Bizim dilə gətirdiyimiz nümunələr, örnəklər olsa-olsa Aşıq Nabat yaradıcılığı ilə tanış olmağa azacıq imkan yarada bilər.

Aşıq Nabat klassik aşıq poeziyasını, dastanları öyrənir oradakı mənaları daha dərindən düşünməyə çalışır. Şeirlərdəki mənaları arayır, axtarır öz qənaətlərini bədii şəkildə dilə gətirir. Aşıq Nabatın həyat cəmiyyət haqqında, bütövlükdə dünya haqqında fəlsəfi düşüncələri, məlumatları, dərrakəsi, qavramı onun deyişmələrində özünü daha çox biruzə verir: «Aşıq Cavan Teymurla, Gədəbəyli Aşıq Cəvahirlə deyişmələrindən aydın olur ki, Aşıq Nabat eli-elatı, toy məclislərini keçirdikcə, sənətə bələd olduqca qədər irəliyə doğru gedir, həyat hadisələrini öyrənməyə can atır biliyini durmadan artırır. O, təkcə Daşkəsənli Cavan Teymurla, Gədəbəyli Aşıq Cəvahirlə deyişməyib. O, çox sənətkarlarla qabaq-qabağa gəlib, onlara özünün ağıl kamalı ilə sərrast cavablar verib».

Araşdırmaçı daha sonra deyir: «Folklor arxivində qovluqlar arasında üstünə Aşıq Nabat yazılmış bir bağlamaya rast gəldim. Açıb baxarkən orada çoxsaylı qoşma gəraylısını, iyirmidən çox bayatısını gördüm. Gözlərimə inanmadım. Bunların arasında gözüm çap olunmuş bir kitaba sataşdı. Kitabın üstündə yazılmışdı — «Aşıq Nabat Musa» dastanı. Kitabı açıb oxuyarkən dastanın 1993-cü ildə Yevlax rayon Xalq Maarif şöbəsinin metod kabinəsində çap olunduğnu gördüm. Kitaba metodist Xaləddin Niftəliyev səhifə yarım həcmində bir müqəddimə yazmışdı. Müqəddimədə yazılmışdı: «Dastan qəhrəmanlarından bi-ri olan Qaraməmmədli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Musa Allahverdiyev şeir, sənət həvəs-karıdır. Otuz ildən artıqdır ki, yaşadığı regionda şifahi xalq ədəbiyyatı nümunələrini toplamaqla məşğuldur. Musa müəllim 20 ildən artıq bir müddətdə məşhur qadın aşığımız Nabatla məktub vasitəsilə şeirləşib, üz-üzə qoşmalar söyləyib».

Nabatın yaradıcılığı şeirlərdən «Aşıq Nabat Musa» dastanından ibarət deyil. Onun təbiət şeirləri araşdırmaçısını gözləyir. Aşıq Nabat öz torpağına, dağlarına vurğunluğunu necə gözəl təsvir tərənnüm edir. Nabat özü Vətənin vurğunu, aşiqi olduğunu duyur, dərk edir. Yeri düşdükcə dilə gətirir».

Nabat 1943-cü ildə Bərdə şəhərinə Məmməd adlı bir nəfərə ərə gedir. Ondan 1944-cü il avqustun 28-də qızı Kəmalə dünyaya gəlir: «Səməd Vurğun Nabatın sənəntkarlığına, yüksək ifaçılığına böyük əhəmiyyət verirdi. O, Nabatı yaxından tanıdığı üçün Respublika Xalq Yaradıcılıq evinin direktoru Məbud İsmayılzadə demişdir ki, Aşıq Nabat Yevlaxda yaşayır. Onu Yevlax Mədəniyyət Evində işə düzəltmək, bədii rəhbər seçmək lazımdır. Onun səs diapazonu, Həqiqət Rzayevanın səs diapazonuna yaxındır, bəlkə oxşardır. Qoy o, dastanlardan parça hazırlayıb, səhnədə tamaşaya qoysun. Səməd Vurğunun ölümündən sonra (Səməd Vurğun bunu görmədi), Yevlax mədəniyyət evinin səhnəsində Aşıq Nabatın «Ərəbzəngi» rolunda, «Aşıq Kərəm» rolunda (kişi paltarında) oynadığını, Yevlax şəhər sakinləri ilə bərabər tamaşanı mən görmüşəm. Yəqin ki mən, o tamaşaların afişalarını xalq yaradıcılıq evlərinin arxivlərindən tapacam. Aşıq Nabatın Ərəbzəngi qiyafəsində afişadakı şəkilini kitabımın səhifələrinə gətirəcəyəm. Aşıq Nabat başqa qadın sənətkarlardan fərqli olaraq öz müasiri olan Rahilə Həsənova kimi iki qaynaqdan: muğamdan aşıq sənətindən bəhrələnib».

Nabat 1973-cü il oktyabrın 3-də Yevlax şəhərində 59 yaşında vəfat edib. Onu vəsiyyətinə görə Naxçıvanın Siyaqut kənd qəbirstanlığında dəfn etmişlər: «Nabat ona görə Siyaqutu seçmişdi ki, ana nəsli oradadır, həm Siyaqut (yəni üç yaqut), Sara, onun sevgilisi Nuru, onun yanından axan Arpa çayı üç yaqutun mənasını daşıyan Siyaqutdur. İndi Aşıq Nabatı axtaranlar Siyaqut məzarıstanında onu ziyarət edirlər. Aşıq Nabatın xalası qızları oğlanları Siyaqutda yaşayırlar.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 2 oktyabr.- S.14.