Türk-Oğuz yurdu «Ermənistan»ın türkdilli coğrafiyası

 

Vedibasar, Gərnibasar, Zəngibasar mahalları və İrəvan şəhəri bölgəsində yaşamış soydaşlarımızın işlətdiyi şivə sözlər

 

Hər bir xalqın özünəməxsusluğu, müəyyənliyi onun dili vasitəsilə ifadəsini tapır. Çoxlu zamanlar keçir, dövranlar bir-birini əvəz edir, ancaq dil ölmür, daim yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski, qədim dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəsilə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.

Müəyyən dövrlərdə müəyyən ərazilərdə yaşayan xalqlar buya digər yerlərə adlar qoyublar, həmin adlar xalqın düşüncə tərzini, milli xüsusiyyətini özündə bu günə qədər qoruyub saxlayıb. Hər hansı bir dildə o xalqın nə dərəcədə zəngin olması ifadəsini tapır.

Ermənilərin dəhşətli qətllər törətdikləri tarixi türk məskənlərindən biri də hazırda «Ermənistan» adlandırılan ərazidir. Bu ərazilərdə ermənilər dəfələrlə soydaşlarımıza qarşı soyqırımlar törədiblər. Ermənilər ötən yüzillər ərzində yalançı arxivlər yaradaraq guya əzaba məruz qalmış xalq obrazını formalaşdırmağa çalışıblar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər müxtəlif mərhələlərdə Azərbaycan türklərinin yaşadığı tarixi ərazilərin — kəndlərin, qəsəbələrin, dağların, göllərin və s. adını tamamilə erməniləşdirib, hətta türkə aid olan bütün tarixi abidələrin ermənilərə məxsus olmasını iddia ediblər.

Araşdırmaçı Əziz Ələkbərli indi «Ermənistan» adlanan tarixi türk məskənlərində qədimdən bəri yaşamış soydaşlarımızın dilində yaşayan şivə sözləri illər ərzində usanmadan yığıb, kitablaşdırıb. Vedibasar, Gərnibasar, Zəngibasar mahalları və İrəvan şəhərini əhatə edən bu sözlər ana dilimizin — Azərbaycan Türkcəsinin zənginliyini, özünəməxsusluğunu, bənzərsizliyini təsdiq edir. Bir də görürsən, şivə adlandırılan qaynaqda birbaşa ədəbi danışıq dilimizin mayasında olan sözlərə rast gəlinir. Bütün bubaşqa faktlar bir daha onu deməyə əsas verir ki, başımıza gələn bütün bəlalara baxmayaraq tariximizlə, milli kimliyimizlə bağlı faktları yığmalı, sistemləşdirməli, kitablaşdırmalı, sabaha çatdırmalıyıq, həm də bu cür soraqların kitablaşması işin hələ hamısı deyil. Belə mənbələr dərin təhlillərdən keçməli, özümləşdirilməli, yəni ömürləşməlidir.

Əziz Ələkbərli tarixi-coğrafi şərait sarıdan «Qərbi Azərbaycan» adlanan qədim Türk-Oğuz yurdu indiki «Ermənistan»ın bütün bölgələrinin dialektoloji lüğətini əhatə edən çoxcildlik kitabların nəşrinin nəzərdə tutulduğunu bildirir. «Qərbi Azərbaycan» dialektoloji lüğəti»ndən ana dilimizin gözəlliyini, zənginliyini təsdiq edən bir neçə dialekt sözü təqdim edirik.

Acıqıcı — bişirilib yeyilən pencər növü. Adax — uşağın ilk addımı, ilk yerişi. Adaxlamax- uşağın ilk addım atmağı. Adamcıl — insan qanına həris olan, adama hücum edən, adamyeyən. Addama//Addamaşçaydan, arxdan keçmək üçün düzəldilmiş keçid (daha çox Zəngibasar mahalı üçün tipikdir). Afatı alınmax- düşkünləşmək. Ağamirzə — böyük qayın (daha çox Zəngibasar mahalı üçün tipikdir). Ağuzdandırmax — təzə doğmuş qoyununya inəyin ilk südünün (ağuzunun) təzə doğulmuş balanın ağzına sürtülməsi. Bu yolla təzə doğulmuş bala heyvan süd əmməyə öyrəşdirilirdi. Axarramaxyuyulmuş qab-qacağın üstündən su aşırmaq. Alaqarsax — çörəyin üzünün bişib, içinin çiy qalması. Alaqaşqa — alnında rəng olan heyvan. Alazdamaxodda tüklərini ütmək, başqa mənada — adamı acılamaq.

Alçı-1 — aşıq-aşıq uşaq oyunu zamanı aşıqların yanı üstə dikinə duruşuna verilən ad; 2.Dimdik durmaq, şaxlı-şaxlı durmaq. Allaşmaq — təqib etmək, çəkişmək (daha çox Zəngibasar mahalı üçün tipikdir). Almalan demək — işsiz-gücsüz olmaq, veyil-veyil gəzmək. Alsınnamax — cana gəlmək, inkişaf etmək. Anahaddıx — xüsusiyyətçilik. Anşırtmax- aydınlaşdırmaq, müəyyənləşdirmək. Ara-gah. Aram-qərəm — fasilə, tənəffüs. Anxacsu daşıyanın kürəyini, çiynini ağrıtmamaq üçün su sənəyinin aşağısından taxılıb başına qədər gələn, parçadan tikilən yumşaq altlıq. Aşıxlamax-gözaltı etmək. Aşqara-plovun xuruşu, qarası. Atdanmax -rədd cavabı almaq. Ayanda-şayanda — hərdənbir, ayda-ildə bir.

Ayın-şayın-açıq-aşkar. Ayna- pəncərə; güzgü; şüşə. Baca-bacaNovruz bayramının birinci gün. Bacılıx — yaxın rəfiqə. Badış — ayaq baldırlarının görünməməsi üçün yayın istisində pəncəsi kəsilmiş, dizdən topuğa qədər olan corab. Badoş — ayaqqabı altlığı materialı. Bağdamacdaha çox yaylağa gedəndə və yaylaqdan qayıdanda bişirilən balaca şirin çörək növü.

Basmartdamaxqamarlamaq, kobud şəkildə qucaqlamaq. Batman-batman danışmax-yekə-yekə danışmaq. Bay olmax-xoşbəxt olmaq, yarımaq (daha çox kinayəli məzmun daşıyır). Becird eləmək- becərmək. Beççəbalaca, xırda. Bətulayallı rəqsinin bir növü. Yallı oynayanlar adətən «Köçəri» havasından sonra «Bətulla»ya keçərdilər. Adamlar qol-qola tutar, hər addımdan bir dizlərini bükər irəliyə doğru tullanardılar. Yallı sürət çeviklik tələb etdiyindən onu əsasən cavanlar oynayardılar. Ehtimal etmək olar ki, «Bətulla» ilkin variantında «Bərktullan» şəklində olub (yerli dialektdə «bərk» sözü «bərt» şəklində tələffüz olunurdu). Bağazdı (adam) — iştahlı, çoxyeyən (adam). Boluna-salınakifayət qədər, qədərindən artıq. Böyütkənsünbüldə taxılın yetişən vaxtı. Bulum-bulum bulanmax- arıqlığından ayaq üstə güclə dayanmaq. Cacıllatmaxsuyu yerə aşırmaq. Cezvəli- hirsli, tez əsəbləşən. Çaxmır (göz)-çox göy (göz). Çalı-mıxça kimi kol-kos kötüyü. Çəttaxılın içində olan zibil. Çurborc. Əhlənmək- qocalmaq, ahıllanmaq.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 12 sentyabr.- S.14.