Tarixi taleyimizdə dönüş günü

 

 İncəsənətin bütün janrlarında qəhrəman türk qardaşlarımızın obrazı yaradılmalıdır

 

1918-ci ilin 15 sentyabrı Azəərbaycan tarixinə Bakının azad olunduğu gün kimi daxil olub. Sovet dövründə bu günlər 26 Bakı komissarının güllələnməsi kimi qeyd olunurdu. Hələ də 15 sentyabrın əhəmiyyəti layiqincə dəyərləndirilməyib.

1918-ci ilin 15 sentyabrına kimi Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Bir neçə ay əvvəl — 1918-ci ilin martında Bakıda bəşər tarixində ən dəhşətli soyqırımlardan biri törədilmişdi. 2-3 gün ərzində Bakıda 12 min türk soydaşımız qətlə yetirilmişdi. Belə bir zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı.

Bakının azad olunmasının iqtisadi əhəmiyyəti barədə də bizcə, geniş danışmağa ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən də Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu.

Beləliklə, 1915-ci il sentyabrın 15-də Bakı qəhrəman türk ordusunun rəşadəti sayəsində azad olundu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya köçdü. Məhz hökumətin Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin müəyyən müddət mövcudluğunu qoruyub saxlamasında əhəmiyyətli rol oynadı. 1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi. Azərbaycanın bir çox bölgələrini erməni vəhşiliyindən, qatilliyindən xilas edən qəhrəman Huru Paşa barəsində ürəkdolusu danışılmağa haqqı olanlardandır. Sovet dövründə Huru Paşaların haqqında danışmaq yasaq idi. İmperiya türklük duyğusunu öldürürdü ki, antitürk meylləri, türkün düşmənlərini xalqımıza xilaskar kimi sırısın. Qəhrəman türk əsgərlərinin xilaskarlığı barədə daha çox yazılmalı, radio-televiziyada daha çox danışılmalıdır ki, millətimiz dostu ilə düşmənini yaxşı tanısın. Huru Paşa 1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində anadan olub. Ulu babalarının Krım türklərindən olduğu bildirilir. 1906-cı ildə quru qoşunları hərbi məktəbinə daxil olub, 3 il sonra həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü ordu komandanlığında zabit kimi xidmətə başlayıb. 1910-cu ildə padşaha məxsus piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi Akademiyanı bitirib, 2 il sonra yüzbaşı, (kapitan), 1916-cı ildə minbaşı (mayor), 1918-ci ildə isə yarbay (podpolkovnik) rütbələri alıb. I Cahan savaşı illərində Şimali Afrika cəbhəsində Liviya ərazisində cəbhə komandanı olaraq döyüşlərə rəhbərlik edib. Şücaətlərinə görə Almaniyanın, Avstriya-Macarıstanın və Türkiyənin medalları ilə təltif edilib. 1918-ci ilin yazında Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradılır. Huru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı idi. Bu dövrdə Bakı nefti uğrunda gedən mübarizədə Almaniyanın şübhələndirilməməsi üçün ordunun məhz belə adlandırılması, ordunun əsgəri qüvvəsinin Azərbaycan Türklərindən yaradılacağı ideyası ortada idi. Əvvəlcə Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə ağır zərbələr endirir. Mayın 20-də Zəngəzura çatır, camaat tərəfindən sevinclə qarşılanır. Mayın 25-də Gəncəyə gəlir, qısa müddətdə Gəncədən Zəngəzura kimi olan bölgələrdə asayiş yaradır. İyunun 20-də Bakının azad edilməsi planını gerçəkləşdirmək üçün Ənvər Paşaya müraciət edir, əlavə qüvvə, hərbi sursat alır. Bu dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin sayı 20 min nəfərdən çox idi.

Bakıya hücum ərəfəsində Huru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: bunun 8 minini Türkiyə, 6 minini isə Azərbaycan Türkləri təşkil edirdi. Huru Paşa işğalçılar qarşısında şəhərin danışıqsız təslim olunması, əsgərlərin şəhərin müdafiəsindən çəkilməsi, silahların, döyüş sursatlarının, əmlak və binaların təhvil verilməsi, Hargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli maşın, təyyarə və digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 15-də qələbə ilə başa çatır. Türk qoşunları Bakının azad olunması zamanı 1130-dan artıq şəhid verib. 1918-ci il sentyabrın 23-də Türkiyənin baş naziri Tələt Paşanın Almaniya ilə bağladığı gizli protokola əsasən Osmanlı dövləti qüvvələrini Azərbaycandan çıxarmaqla bağlı öhdəlik götürür. Hoyabrın 30-da Atlanta ilə Osmanlı dövləti arasında «Mudros» sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan və Avstriya-Macarıstandan sonra məğlubiyyətini etiraf edir. Beləliklə, qəhrəman türk ordusunun Azərbaycanı tərk etməsi məsələsi qaçılmaz olur. 1920-ci il aprel çevrilişindən sonra Huru Paşa gizlincə Dağıstandan keçərək Qarabağa gəlir, QarabağdaZaqatalada xalqı sovet imperiyası əleyhinə üsyana qaldırır. Ancaq o, məğlub olaraq geri dönməyə məcbur olur. 1923-cü ildə təqaüdə çıxır, İstanbul ətrafında dəmirtökmə fabriki açır. 1949-cu il martın 2-də fabrikdə baş vermiş partlayış nəticəsində həlak olur.

Hər halda bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti, 15 sentyabrbaşqa bu kimi mövzularda yeni, ciddi əsərlərin yaradılması son dərəcə gərəklidir. Sovet dövrünün öz mövzuları vardı, ideologiya məhz həmin mövzularda əsər yaratmağı tövsiyə edirdi. Sovet dövləti çalışırdı ki, belə mövzular yaddaşlardan silinsin. Qəhrəman türk qardaşlarımızın obrazının ədəbiyyatda, ümumiyyətlə, incəsənətin bütün janrlarında yaradılması ilə bağlı yaradıcı adamlarımız ciddi fikirləşməlidirlər. Unutmaq lazım deyil ki, 70 il ərzində Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla həmin dövrün türk millətinin xilasını, rifahını sevən qüvvələri ədəbiyyatda lənətlənib. Bakının azad olunmasının tarixi əhəmiyyəti misilsizdir. Məhz 15 sentyabrdan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin az vaxtda gördüyü işlər insanda qürur doğurur.

Gerçəkdir ki, Bakısız Cümhuriyyətimizin 23 ay yaşaması belə mümkün olmayacaqdı. 1918-ci il 15 sentyabrdan sonradekabrda fəaliyyətə başlamış parlament dövlətçiliyin inkişafında xeyli işlər gördü. 1918-ci il noyabrın 29-da Azərbaycan Parlamentinin çağırılması ilə bağlı Azərbaycan Milli Şurası adından Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və rus dillərində «Bütün Azərbaycan əhalisinə» adlı müraciətnaməsi dərc edildi. Bu sahədə tədqiqatlar aparmış Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirir ki, ermənilərin Azərbaycan parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Həhayət, onlar da parlamentdə iştirak etmək barədə qərar qəbul edirlər: «Parlamentdə onların sonrakı fəaliyyəti göstərdi ki, ermənilərin Azərbaycan parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist, separatçı «Böyük Ermənistan» idayalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu. 1919-cu ilin axırına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 15-17 sentyabr.-  S.11.