15 sentyabr-Böyük
Turana yol
II Yazı
Nağı bəy Şeyxzamanlının
xatiratında Nuru Paşanın qarşılanma
törəni belə qeyd olunur: «Camaat
şəhər mərkəzinə
yığılmışdı. Dövlət
idarələri, məktəblər
tətil etmiş, şagirdlər dəstə
halında düzülmüşdülər.
Müharibə vaxtı rusların
işğal etdikləri
Türkiyənin şərq
vilayətlərindən toplanaraq
«Cəmiyyəti-xeyriyyə» vasitəsiylə Azərbaycanın
hər bir şəhərindən uşaq
evlərinə yerləşdirilmiş
sahibsiz uşaqlar da dəstə şəklində meydanda idilər. Sevincdən hər kəsin
gözləri yaşarmışdı.
Millət nicat yolunu Gəncədə görürdü.
Türk əsgərləri
Gəncədə Azərbaycan
dilinə oxşar şirin ləhcədə
danışır, onlara
hörmətlə yanaşırdılar.
Sanki bu ordu zəfər üçün
yaranmış və Azərbaycana zəfər üçün gəlmişdi.
Bütün təhdidlərə,
təzyiqlərə baxmadan
qan və can qardaşlarını qorumaq,
daşnak qüvvələrindən
qurtarmaq üçün
çalışırdı».
Azərbaycan Cümhuriyyətinin yaradıcılarından
olan Məhəmməd
Əmin Rəsulzadə
deyirdi: «»Gəncə Nuru Paşanı göydən enmiş mələk kimi qiymətləndirirdi. Xalqın
kəndisinə yapdığı
istiqbal Gəncə tarixində görünməmişdi».
Qafqaz İslam Ordusunun sayı, hərbi sursatı, təyinatı barədə istefada olan polkovnik Rüştü bəy «Bakı yollarında» əsərində müfəssəl
məlumatlar verərək
ordunun Gəncəyə
iki qrup halında girdiyini yazır. Birinci qrupda 147 zabit, 2812 əsgər, digərində
isə 110 zabit və 2763 əsgər olan ordunun dislokasiyası,
komplektləşdirilməsi işini Nuru Paşa sürətlə həyata keçirməyə
başladı. Beləliklə,
Zaqafqaziya kommissarlığının
Müsəlman Korpusu və könüllülər
də türk ordusu ilə çiyin-çiyinə döyüş
hazırlığına başladı.
Düşmən qüvvələrinə
nisbətdə sərəncamında
olan əsgəri heyətin say azlığı,
sursat və texnikanın yetərincə
olmaması Nuru Paşını qayğılandırmaya
bilməzdi. O, general Şıxlınskinin
qısa vaxt ərzində formalaşdırdığı
Müsəlman Korpusundakı
vəziyyətdən mütəəssir
olaraq belə nəticəyə gəldi
ki, Bakının bolşeviklərdən azad
olunması planı bu qüvvələrlə
mümkün olmayacaq.
xxx
Nuru Paşa Osmanlı İmperiyasının hərbi
naziri, qardaşı Ənvər Paşaya təcili məktub göndərərək yazırdı:
«Bolşeviklər Quzey
Qafqazı tamamilə ələ keçirmək
üzrədirlər, hər
yerdə ermənilərin
təcavüzü artmaqdadır.
Bakı sürətlə
zəbt edilməsə,
burada duruş təhlükəli olacaq. Müsəlmanların təşkil
etdikləri korpusda əsgərdən çox
zabit var. Korpusun min nəfər şəxsi heyəti var, onların da yarısı əsir türklərdir». Ordunun sıxıntılarını azaltmaq,
düşmən qüvvələrilə
nisbətdə üstünlük
yaratmaq üçün
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət
bir sıra tədbirlər həyata keçirməyə başladı.
Hərbi çağırış
haqqında qərar qəbul edilərək 19 yaşına çatmış
oğlanlar səfərbərliyə
alındı. Əldə
olunan razılaşmaya
əsasən ordunun ərzaq baxımından təminatı milli hökumətin üzərində
idi və bu iş əzmlə
görülürdü. Gəncə
və ətraf bölgələrdən olan
könüllülər cəlb
olunur, əhali bu işdə fəallıq göstərirdi.
Nuru Paşanın göstərişilə 100 nəfər
gəncin zabit kimi yetişməsi işinə təcrübəli
türk hərbçiləri
cəlb edildi. Qafqaz İslam Ordusunun gəlişiylə
Gəncədə sakitlik
hökm sürdü və şəhərin qərbində, dağlıq
hissəsində yerləşən
ermənilər türklərin
itaət tələbinə
hərbi güc nümayişilə cavab verdilər. Azərbaycanın
hər tərəfində
olduğu kimi, ermənilərin terror hərəkətləri
Gəncədə də
davam etdirilir, yerli türk əhalisi qətllərə
məruz qalırdı.
İtaət tələblərini
top atəşilə cavablandıran
ermənilər Nuru Paşanın qan tökülməməsi istəyini
qəbul etmir, silahlarını təhvil
verməyərək müqavimət
göstərirdilər. Vəziyyət
o yerə çatmışdı
ki, 15 türk əsgərini parçalayaraq
qətlə yetirmişdilər.
Səbri tükənmiş
Nuru Paşa mayor Zeyni bəyin və Cəmil Cahidin alaylarını döyüş vəziyyətinə
gətirərək erməni
məhəllələrini mühasirəyə
aldı. Qafqaz İslam Ordusu komandanı bu dəfə ermənilərə
müqavimətin yersiz
olduğunu göstərmək
üçün onlara
məktubla müraciət
etdi. Onların mal və toxunulmazlığının
türk ordusu tərəfindən qorunacağını
bəyanladı. Mühasirə
həlqəsinin daraldığını
görən ermənilər
iyunun 12-də müqavimətin
mənasız olduğunu
dərk edərək silahlarını təhvil
verdilər. Törətdikləri
terror və soyqırımı
hərəkətləri, Azərbaycan
türklərinə yaşatdıqları
faciələrə əvəz
kimi ermənilərdən
intiqam alınmadı.
Lakin Azərbaycan ingilis qoşunları tərəfindən zəbt
olunduqdan sonra Nuru Paşanı guya erməni soyqırımı həyata
keçirdiyinə görə
Batumda həbs edirlər. Bu barədə
Nağı bəy Şeyxzamanlı yazırdı:
«Gəncə ermənilərindən
bir arayış almaq lazım idi ki, Nuru
Paşanın Gəncəyə
gəlişindən heç
bir pislik etmədiyi kimi, erməniləri mühasirədən
qurtarıb hürr verdiyini, həyatlarını
təhlükəsizlik altına
aldığını, bu
yaxşılığa qarşı
ermənilərin bir heyət göndərərək
Nuru Paşaya təşəkkür etdiklərini
isbatlamsı mümkün
olsun. Arayışın
alınması üçün
Gəncənin irəli
gələnləri ilə
bərabər Erməni
Milli Şurasına müraciət etdim. Arayışı alacağıma
qəti şəkildə
inanıram. Ermənilər
xahiş etdilər və dedilər: «Biz uşaq deyilik, çox yaxşı bilirdik ki, onun
bizə pislik etməməsi məqsədli
idi. Nuru Paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni qırğını
törədilsəydi, Bakının
tutulması vaxtı orada bir nəfər
belə türk qalmayacaqdı».
xxx
Buna
baxmayaraq Azərbaycanın istiqlal savaşının türk qəhrəmanının
Tiflis həbsxanasından qaçırılma planı üzərində
düşünülür. Batumda Hopa bəyləri ilə əlaqə
qurub 200 min manat müqabilində basqın təşkil edərək
Nuru Paşanı həbsxanadan qurtarıb Bakıya gətirirlər.
Milli Şura Gəncəyə köçsə də, bura əlverişli
deyildi. Çox mürəkkəb tarixi şəraitdə
Tiflisdə fəaliyyətə başlayan Azərbaycan Xalq
Cümhuriyyətinin Milli Şurası və Fətəli Xan
Xoyskinin rəhbərliyilə formalaşan hökumət
bütün hazırlıq işlərini gördükdən
sonra 1918-ci il iyun ayının 16-da Gəncəyə
köçür. Lakin Milli Şura və hökumət burada əlverişli
iş şəraiti tapa bilmədi. Rus-erməni birləşmələrinin
Bakıda törətdikləri qırğınlardan
qaçıb gəlmiş milli burjua nümayəndələri,
zadəganlar, Azərbaycanın Osmanlı dövlətiylə
birləşməsini istəməyən qüvvələr
Milli hökumətə qarşı təbliğat aparır,
onların fəaliyyət imkanlarını məhdudlaşdırmağa
çalışırdılar. Terrorçu Əmiryanın
komandanlıq etdiyi bolşevik qoşunlarına qarşı
Göyçay, Ağsu, Kürdəmir hərblərində
uğurlar əldə etmiş Qafqaz İslam Ordusunun
komandanı Nuru Paşa Gəncədə artıq real hakimiyyətə
sahib idi. Osmanlı dövləti ilə Batumda
bağladığı «Dostluq» müqaviləsinin 4-cü bəndinə
görə, Azərbaycan Xalq Cümhuriyyətinə
qarşı yerli mülkədar burjua dairələrinin
apardığı təbliğat Nuru Paşaya və ətrafına
da təsir etdi. Milli hökumətin həddən artıq
demokratik istiqamətindən narazı olan qüvvələr Azərbaycanın
Osmanlı dövlətinə birləşdirilməsi fikrini irəli
sürür, Nuru Paşanın bu istiqamətdə AXC liderlərinə
təzyiq etməsini istəyirdilər. Türkiyənin hərbi
naziri Ənvər Paşanın ilhaq məsələsində
mövqeyi Milli hökumətə bəlliydi. Hətta
Hacınski çıxışlarının birində Ənvər
Paşanın mövqeyini belə əsaslandırmışdı:
«Zaqafqaziyanın
üç başlıca hissəsi olan Azərbaycan,
Gürcüstan və Ermənistanın başda ümumi
Zaqafqaziya Seymi olmaqla Türkiyə ilə sıx ittifaqda
federasiya və konfederasiya yaratması mümkündür. Vahid
Zaqafqaziya Federasiyası yaradılmazsa, onda Türkiyə ilə
ümumi sərhəddə olan Azərbaycan
Avstriya-Macarıstan timsalında ittifaq bağlaya bilər.
İttifaqla ilhaqçılığın fərqini bilməyib
vəziyyəti gərginləşdirmək istəyənlər
«xalqımız istiqlal istəmir, biz də istəmirik,
Osmanlı dövlətinin bir parçası olmaq istəyirik»
— deyib, əks mövqedə qruplaşmağa səy göstərirdilər.
Bu niyyətdə olan bir neçə nəfəri Şərq
Orduları Komandanı Xəlil bəy qəbul edərək
onları məsələlərdən hali etdi: «Biz
süngümüz ilə Qafqaza daxil olduq. Siz ilhaq olmaq istəməsəydiniz
belə, biz sizi süngü ilə ilhaq edərdik. Ancaq buna
imkan yoxdur. Bizim birləşməyimizi nə düşmən,
nə də dost dövlətlər qəbul edər. Biz sizə
yardım edirik və edəcəyik. Evlərinizə
qayıdın, qurulacaq istiqlaliyyətinizi qoruyun».
İlhaqçıların böyük əksəriyyəti
çar Rusiyasının yaratdığı hər cür
imkandan yararlanmış xüsusi hakimiyyətə malik idilər
və onların Azərbaycanı Osmanlı dövlətinin tərkibinə
qatmaq istəkləri türkçü məsləkdən,
Turançılıq ideologiyasından irəli gəlmirdi.
1918-ci il yayın sonları idi. Almanlar Bakı civarında olan
Qafqaz İslam Ordusunun geri çəkiləcəyini, eyni
zamanda zəfəri onlarla bölüşməyəcəyini
bilərək öz ikili siyasi oyunlarını həyata
keçirməyə başlayaraq Rusiyanın bolşevik
hökumətilə danışıqlar aparırdı. Hər
iki tərəf üçün yerinə yetirilməsi mümkün
olmayan bu saziş Osmanlı imperatorluğunun hərbi-siyasi dairələrində
siyasi qalmaqallara yol açdı.
xxx
Almaniya və
Rusiya arasında imzalanan 27 avqust tarixli sazişindən sonra
Bakı ətrafında döyüşlər yenidən
canlanmışdı. Sentyabrın 11-də Azərbaycanın
baş naziri Fətəli xan Xoyski İstanbulda olan Məhəmməd
Əmin Rəsulzadəyə yazırdı: «Bakı neft mədənlərinin
bir hissəsi bizim əlimizdədir. Əminik ki, şəhər
yaxın günlərdə təslim olacaq». Sentyabrın 15-i
gündüz saat 15:00-a qədər davam edən
döyüşlərin nəticəsində Bakını
müdafiə edən erməni, rus və ingilislərin
müqaviməti qırıldığından şəhəri
təslim etməkdən başqa çarə
qalmamışdı.
Xalqın
qəlbində və tarixində yalnız xilaskarlar abidə
qura bilər. Nuru Paşa 94 il öncə qardaş türk
ordusuyla Azərbaycanın köməyinə gəldi, Azərbaycan
əsgərlərini də öz ordusuna birləşdirərək
Bakını çoxsaylı düşməndən azad etdi və
bu xalqın ürəyində özünə əbədi
abidə ucaltdı.
Huru
Paşa hər zaman «Böyük Turan» ideyasını dəstəkləyib.
O baxımdan Azərbaycana gələndə də
qarşısına təkcə Azərbaycanı
işğaldan azad etmək məqsədini qoymayıb. Onun istəyi
böyük türk birliyini qurmaq olub.
Bakının
işğaldan azad olunması günü, sadəcə, yubiley
deyil, XX əsrin ən böyük iki hadisəsindən
biridir. O dövrdə Azərbaycan tarixində başlıca
olaraq iki böyük hadisə baş verib. Bunlardan biri 28 Mayda
Azərbaycan Demokratik Cümhuriyyətinin müstəqilliyinin
elan olunması, digəri isə Bakının erməni
işğalından azad olunmasıdır. Hər iki hadisənin
Azərbaycan tarixində böyük önəmi var.
Ona
görə də dəfələrlə deyilmiş bir fikri
yenə təkrar edirik-Huru Paşaya və Məhəmməd Əmin
Rəsulzadəyə Bakının ən gözəl yerlərindən
birində abidə qoyulmalıdır.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2012.- 15-17 sentyabr.- S.11.