XVI yüzil türk aşıq poeziyası

 

Pir Sultan AbdalQaracaoğlan

 

XVI yüzil türk aşıq poeziyasının tanınmış nümayəndəsi Pir Sultan Abdal (1510 — 1590) Sivasın Banas kəndində doğulub. Filologiya elmləri doktoru Ramil Əliyev bildirir ki, onun həyatı, aşıq ədəbiyyatında mövqeyi haqqında məlumatlar azdır: «Onun haqqında məlumatları yaradıcılığından və ona həsr edilmiş rəvayətlərdən alırıq. Bu məlumatlara görə onun əsil adı Qoca Heydərdir, gəncliyində çobanlıq edib. Əsilləri Xorasandandır, oradan Güney Azərbaycanın Xoy qəsəbəsinə, sonra Sivasa gəliblər. Onun harada təhsil alması da məlum deyil. Rəvayətə görə, Yıldız dağının ətəyində qoyun otararkən onu yuxu tutur, bir nurani kişi əlində tutduğu piyaləni Heydərə içirir. Qoca ona «Adın Pir Sultan olsun. Adın dörd tərəfə yayılsın. Sazının üstünə saz, sözünün üstünə söz olmasın. Adını mən verdim, yaşını Tanrı versin» deyir və qeyb olur. Heydər bu yuxudan oyana bilmir, axşam onun evə gəlmədiyini görüb axtarırlar, ağacın dibində yatmış, ağzı köpüklənmiş, üzündə də nur görürlər. Onun pir əlindən piyalə içdiyini bilib saz verirlər. Abdal sazı alıb çalır, əhvalını onlara başa salır. Bundan sonra söyüd ağacının qarşısındakı böyük bir daşın üzərində oturub saz çalırmış».

Şah İsmayıl Xətayi də onun sufi şeirlərini çox sevirmiş. Pir Sultan Abdal öz dövründəki kəndli üsyanlarına çoxlu şeirlər həsr edib. Sultan titulunu ona Şah İsmayıl verib. Onun Seyd Əli, Pir Məhəmməd, Ər Qalib adlı üç oğlu, Sənəm adlı qızı varmış. Pir Məhəmməd atdan yıxılıb öldüyü üçün Pir Sultan bu dərdə dözə bilmir: «Onun şiə məzhəbində olması, Şah Xətayiyə yaxınlığı, ələvilərin hərəkatına qoşulması, Şah Təhmasibi təbliğ etməsi Sivas valisi Xızır Paşanın xoşuna gəlmir, 1588 və ya 1590-cı ildə dar ağacından asılır. «Dar ağacı dibində vəsiyyət», «Katib, əhvalımı şaha belə yaz» şeirləri onun inadından dönmədiyini göstərir. Onu ilk dəfə elm aləminə tanıdan professor Fuad Köprülü olur. Şeirlərindən səkkizini 1920-ci ildə Dərviş Ruhullah nəşr etdirdiyi kitaba daxil edir, sonra Besim Atalay onun 17 şeirini öz kitabında verir. Şairin öz kitabı 105 şeir olmaqla 1929-cu ildə Sadəddin Nüzhət tərəfindən çap olunur. O, heca vəznində çoxlu şeirlər yazıb, bu şeirlər ən çox qoşma gəraylı (səmai) şəklindədir. Bu şeirlər ən azı 3 bənd, ən çoxu 12 bənddən ibarətdir. Onun çoxlu deyişmələri var».

Türk aşıq poeziyasının ustad şairi Qaracaoğlan (1606 — 1679) haqqında danışan R.Əliyev bildirir ki, Qaracaoğlan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, 1606-cı ildə anadan olub. 1676 ya 1679-cu ildə vəfat etməsi haqqında müxtəlif fikirlər söylənilir. V.V.Radlovun verdiyi məlumata görə o, Belqradda anadan olub, adı İsmayıl, sevgilisinin adı İstemi Sultandır. Sadəddin Nüshət Ergün Qaracaoğlanın Sultan Süleyman Qanuni (1520 — 1566) dövründə yaşadığını qeyd edir: «Onun həyatı haqqında əfsanələr dolaşmaqdadır. Şair yeniçəri ordusunda xidmət edib. Onun məhəbbət qəhrəmanlıq şeirləri qalıb. Xalq şeirinin «qoşma» şəklində şeirlər yazıb. Deyildiyinə görə, onun 500-dən artıq şeirinin 322-si qoşmadır. Onun yaradıcılığında qoşma, varsağı, səmai daha çoxdur. Varsağı şeir şəklinə daha çox Qaracaoğlanın yaradıcılığında rast gəlinir. Onun ustadnamələri məşhurdur. Şairin yaradıcılığına didaktika hakimdir. Qaracaoğlan aşıq ənənələrinə uyğun olaraq sazı sözü ilə Osmanlı imperiyasının Konya, Kayseri, Mardin, Karaman, Adana, Diyarbəkir, Hələb, Misir, Ankara, Tokat kimi yerlərini kənd yaylalarına qədər gəzib dolaşıb, hər yerdə öz aşıqlıq şairlik gücünü göstərib. O, şeirlərində adının Hasan, Halil, təxəllüsünün isə Qaracaoğlan olduğunu qeyd edir. Onun şeirlərində zəmanədən şikayət motivləri üstünlük təşkil edir. O, təbiət vurğunu olub».

Bu dövrün Türk-Anadolu dastanları haqqında bilgi verən R.Əliyev qeyd edir ki, dastanlar millətin milli qəhrəmanlıq tarixinin mənzum hekayələridir: «Bu qəhrəmanlıq dastanları millətlərin tarixdən öncəki dövrlərini əks etdirir. Son dərəcə hərəkətli zəngin bir həyat yaşayan türk boylarının müxtəlif dastanlar yaratması təbii bir prosesdir. Miladdan öncə başlayan yazıya köçürülə bilən dastanların günümüzə gəlib çatanları çox azdır. XIX əsrdən başlayaraq avropalı türkoloqlar türkiyəli tədqiqatçılar bu dastanlardan bəzilərini ağızlardan toplayaraq yazıya köçürüblər.

Dastanlar millətlərin böyük işlər görmək üçün özlərini dərk edib, müxtəlif sosial tarixi səbəblərlə uzlaşdırdıqları milli mənliklərinə dönmələrində, yenidən böyük millət olmaq, azadlıq istiqlaliyyətlərini qorumaq üçün ayağa qalxmalarında özünü bir daha göstərir. Türk ədəbiyyatının XV yüzilinin ən qiymətli xalq ədəbiyyatı məhsulları Osmanlı dastanlarıdır. Bu dastanlar Osmanlı imperiyasında bir neçə böyük zəfər qəhrəmanlıq səhifələrinin xalq arasında oyatdığı təsirin yaşantıları olub, xalq ruhunda yazılıb. Bu dastanların əskidən qeydə alınmış variantları xalqın hafizəsində yaşayır, ən qədim dastan xatirələri ilə birləşərək təşəkkül tapır. Məsələn, Osmanın röyasından danışan dastanda rast gəlinən ağac, bulaq, qılınc, ay, yada daşı, üzük s. türk dastanlarında rast gəlinən milli dastan ünsürləridir. Bu dövrdə yayılan türk dastanları içərisində «Türk məzarı», «Osman Qazinin röyası», «Biləciyin fəthi», «Rum elinə keçiş», «Satuq Buğra xan» məşhurlarıdır. «Türk məzarı» dastanı Kayı xanlı boyunun Anadoluya gəlişini anladır. Dastana tarixə görə Kayılar Çingiz xan dövründə Xorasandan Anadoluya doğru gəlirlər. Çingiz xanın ölümü ilə onlar ana yurdlarına qayıdırlar. Orada təsvir olunur ki, Süleyman Şah Qazi onun dəstəsi Rum elində qalmaq istəmədi, onlar Türküstana qayıtdılar. Hələb vilayətinə çatdılar. Caber qalasının önünə gəldilər. Fərat çayını keçmək istədilər. «Çayı necə keçəkdeyə Süleyman şahdan soruşdular. Süleyman şah atını çaya vurdu. At sürüşdü, Süleyman şah çaya düşdü. Xəstələndi, öldü. Onu Caber qalasının önündə dəfn etdilər. Bu məzara «Məzar-i türk» deyirlər. Süleyman şah öləndən sonra Kayılar arasında fikir ayrılığı başlandı. Bir qismi Xorasana, bir qismi Suriyaya Şama, bir qismi isə Ərtuğrul qardaşı Dundar bəyin başçılığı ilə Anadoluya gəldilər. Onlar yolda başqa qoşunlarla üzləşdilər. Ərtuğrul «Hey igidlər, cəngə tuş gəldik. Qılınc götürün. Arvad kimi keçib getmək igidlik deyil. Qalibə kömək edək, yoxsa məğlubadedi. Məğluba kömək etmək istədilər. Müharibəyə girdilər qalib gəldilər. Kömək etdikləri ordu Səlcuq sultanı Əlaəddinin ordusu imiş. Buna görə Səlcuq sultanı kayılara Soğut vilayətini qışlaq, Domaniçi yaylaq olaraq verdi. Türk məzarında uyuyan Səlcuq sultanı Alp Arslanın Anadolunun fəthi üçün göndərdiyi məşhur sərkərdələrindən olan Anadolu türk dövlətinin qurucusu, Kutalmış oğlu Süleyman şahdır.

«Osman Qazinin röyası» da Osmanlı dastanlarının içində əhəmiyyətli yer tutur. Ən əski türk dastanlarından xatirələr daşıyan bu röya Anadolu türkləri arasında dərin sevgi doğurub. Bu röya müxtəlif rəvayətlərdən bütünləşmiş olaraq öz üslub zərifliyi ilə İdrisi-Bitlisi tərəfindən fars dilində qələmə alınıb.

«Osman Qazinin röyası» mənqəbəsində təsvir olunur ki, Osman Qazi Söyüd ətrafındakı bir kənddə yaşayan Ədəbalı adlı bir şeyxin Mal Xatun adlı qızı ilə evlənmək istəyirmiş. Ədəbalı isə 2 il bu evliliyə razı olmamışdı. Osman bir gecə belə bir yuxu görür ki, şeyxin yanında yatıb. Ədəbalının qoynundan bir ay doğub Osmanın qoynuna girir. Bu zaman onun qarnından bir ağac yüksəlməyə başlayır. Ağac gövdəsi ilə bütün dünyanı örtür. Ağac yanındakı bulaqdan hamı istifadə edir. Ağacın yanında Qafqaz, Atlas, Toros Balkanlar varmış, böyürdən isə Dəclə, Fərat, Nil Tuna çayları axırmış. Ağacın ətrafında düzlər varmış. Şəhər iki firuzə iki zümrüd arasında oturulmuş bir almaz kimi idi. Beləcə bir üzüyün qiymətli daşını xatırladırdı. Sultan Osman bu üzüyü taxarkən yuxudan oyanır.

XVII yüzilin nəsrinin diqqət çəkən iki yazarı var: Övliya Çələbi Katib Çələbi. Övliya Çələbi 10 cildlik «Səyahətnamə»si ilə tanınır. Bu əsər dil, tarix, folklor, ədəbiyyat sosioloji yöndən çox qiymətlidir. Katib Çələbi isə tarix, coğrafiya, sosiologiya, biblioqrafiya, əxlaq s. mövzularda yazıb: «Onun əsərləri sırasında «Fəzləkə», «Kəşfüz-Zünun», «Cihan-nüma», «Təqvimüt-Təvarih», «Töhfətül-Kibar», «Düsturül-Əməl», «Mizanül-Həq» əsərlərinin adlarını çəkmək olar». Bu dövrün ədəbiyyatında satirik motivlər izlənilir. Xüsusilə Ruhinin (? — 1605) yaradıcılığında bu istiqamət daha güclüdür.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 27 sentyabr.- S.14.