Ədəbi tənqidə həsr olunmuş bir ömür: Berna Moran

 

Təhsilinin, mütaliəsinin və yazarlığının başlanğıcından əlli yaşında kitablarını nəşr elətdirməyə başladığı 1970-ci illərə kimi Berna Moranın bir araşdırmaçı, bir tənqidçi kimi alışılandan və ondan gözləniləndən fərqli bir janr və üslubda əsərlər qələmə alması ədəbiyyat tariximiz baxımından gözəl və dəyərli bir məqam olsa da, düşüncə, mədəniyyət və ədəbiyyat həyatımızda tez-tez rast gəldiyimiz bir çox istedadların öz yollarını min bir çətinliklə tapa bildiklərini və bunun niyə belə olduğunu düşünmək baxımından olduqca önəmlidir. Türk ədəbiyyatında roman və ədəbi tənqidin inkişafı baxımından önəmli bir yerə sahib olan bir sistem saya biləcəyimiz bu dörd kitabın yazılmadığını düşünün bir anlığına! Onda bu sahədə bu gün mövcud ola biləcək boşluqlar daha çox üzə çıxacaq. Əsərləri ilə bir sistem formalaşdırması baxımından ona yanaşanda fərqinə varırıq ki, onun akademik həyatı boyunca əldə etdiyi ünvanlar onun üçün peşə və iş ünvanları kimi qalıb, əsl həyatını dolduran, düşüncə və yazı həyatına yön verən isə ancaq və ancaq ədəbiyyatdır.

Universitetdəki təhsili və ardınca davam edən akademik həyatı onun ədəbiyyat sahəsində əldə etdiyi və əldə edəcəyi uğurlar üçün bir mədəni zəmin hazırlasa da, bu prosesin sonunda ədəbiyyat tarixində əldə etdiyi ünvanlarla yox, ədəbi tənqidçi və nəzəriyyəçi kimi qalıb Berna Moran. Hər insanda olduğu kimi «Berna Moranın da əslində iş həyatı elə onun şəxsi həyatıdır. Bu həyat ədəbiyyata həsr olunmuşdu. Ancaq bunu da qəbul eləməliyik ki, ədəbiyyat içində bir çox qlobal məsələlərin də daxil olduğu böyük bir kompleksdir. Əgər belədirsə, onda Berna Moranın həyatında ədəbiyyatda olan hər şey var idi.» (M.Bəlgə)

Berna Moran yetmiş iki illik həyatının (1921-1993) təxminən son otuz ilində ədəbi tənqidin nəzəriyyələri, ədəbiyyatşünaslığın əsərlərə baxışı və ədəbi tənqidin ədəbiyyata təsiri mövzusunda qələmə aldığı əsərləri ilə bu gün türk ədəbiyyatının ən önəmli roman tənqidçilərindən biridir. Onu bir tənqidçi kimi şöhrətləndirən bu son otuz illik araşdırmaları hardasa akademik həyatının başa çatdığı, yəni professor olduğu dövrdən sonrakı dövrə təsadüf edir. Bundan əvvəl isə sadəcə 1960-ci ildə yazdığı «Orxan Vəlinin «Yol türküləri»ndə ahəng dəyişiklikləri» adlı Türk ədəbiyyatı ilə bağlı yazısı var. Qırx yaşına kimi türk ədəbiyyatına bu dərəcədə məsafəli davranan Berna Moranın həm bu dövrünün, həm də türk ədəbiyyatı və romanı ilə bağlı bir-birindən dəyərli, püxtələşmiş əsərlər qələmə aldığı və bir yazar kimi bütövlükdə həyatını həsr elədiyi dövrünün, həm də ədəbiyyatşünaslıqda rolu və önəmi üçün zəmin yaradan, müəyyən edən elmi potensialının anlaşılması baxımından bütövlükdə həyatını incələməkdə böyük fayda var. Şübhəsiz, ensklopediyalarda və lüğətlərdə doğum və ölüm tarixləri qeyd olunur, amma əslində heç bir yazarın həyatı adi insanlarınkı kimi burda dünyaya gəldi, burda yaşadı, burda dünyasını dəyişdi kimi ifadələrdən ibarət deyil və olmamalıdır da. Yaşadığımız hər anın üst-üstə yığılması ilə özümüz üçün bir divar hörüb, lap axırda bu divardan yıxılmırıqmı? Budur, bu gün rəhmətlə xatırladığımız və dəyərli əsərlərindən faydalandığımız Berna Moranın həyat divarı da belə yüksəlib:

23 yanvar 1921-ci ildə İstanbulda doğulub. Atası, Rumeli köçkünü olan tacir kimi uşaqlarına ruzi qazanan Vəfa bəy, anası isə Darülşəfəqə məktəblərinin müdürü Əli Kamil bəyin qızı Məsrurə xanımdır. Təhsilinə ingilis kollecində başlayan Berna Moran daha sonra təhsilini Robert kollecində davam etdirib Darülşəfəqə məktəbindən məzun olub. 1942-ci ildə İstanbul Universiteti ingilis filologiyası fakultəsinə daxil olub 1945-ci ildə həmin fakultədən məzun olaraq eyni fakultədə asistant kimi çalışmağa başlayıb. Kafedra müdürü olan Xalidə Ədib Adıvarla birlikdə «Con Donn onun dini düşüncəsinin təkamül prosesləri» mövzulu doktorluq dissertasiyasını yazıb 1950-ci ildə müdafiə eləyib. «Moran doktorluq dissertasiyasında iyrminci əsrin əvvəllərində yenidən kəşf edilən böyük ingilis metafizikçisi Con Donnun ingilis ədəbiyyatındakı yerini müzakirə edir, şairin özəlliklə dini şeirlərinin o dövrün fəlsəfəsi ilə necə bağlı olduğunu sübut etməyə çalışırdı. «1951-ci ildə Ford Vəqfinin təqaüdü ilə doçentlik araşdırması üçün İngiltərəyə Kəmbridc Universitetinə göndərilir. Burda XVII əsr ingilis ədəbiyyatı ilə bağlı müxtəlif ədəbi-tənqidi yazılar yazır nəşr elətdirir. 1956-ci ildə «XVII əsr ingilis ədəbiyyatında təbiət anlayışları» mövzusunda yazdığı dissertasiya ilə dosent adına layiq görülür. 1958-1959-cu illərdə həyat yoldaşı Tatyana Moran ilə birlikdə Ərzurum Universitetində ingilis filologiyası fakultəsini yaradır mühazirələr oxumağa başlayır. 1964-ci ildə isə «Türklərlə bağlı ingilis dilində nəşrlər» adlı bir biblioqrafiya hazırlayaraq professor adına layiq görülür. (B.Aksoy)

1960-ci ildə yazdığı «Orxan Vəlinin «Yol türküləri»ndə ahəng dəyişiklikləri» adlı yazısını saymasaq, 1965-ci ildə dərc olunan «Ədəbiyyat nəzəriyyələri tənqid» kitabının da birmənalı şəkildə ilk yazısı sayılan «Ədəbiyyat həqiqət»ləYeni Dərgi», mart 1965) başlayan yeni dövr ədəbiyyat prosesi Berna Moranın ədəbiyyat nəzəriyyəçiliyinin tənqidçiliyinin əsas başlanğıcı kimi qəbul eləmək mümkündür. Lap əvvəldən ingilis dili ədəbiyyatı ilə olan bağlılığı, akademik həyatı boyunca apardığı bütün araşdırmalarda özünü göstərmiş Qərb ədəbiyyatına vaqifliyi yeni ədəbiyyat nəzəriyyələri yaratmağına yardımçı olmuşdur. Bir tərəfdən ciddi ədəbiyyat nəzəriyyəsi yaratmağa çalışarkən, o biri tərəfdən türk romanının probelmləri ilə bağlı bir-birindən maraqlı ədəbi-tənqidi məqalələr qələmə almışdır. Şübhəsiz ki, yaxından bələd olduğu Qərbdəki ədəbiyyat nəzəriyyələrindən, tənqid metodlarından öyrəndikləri keçdiyi fikir hərəkatları dərsi get-gedə onun həyatının son otuz ilindəki yazı həyatını yönləndirəcək, quracaq nəzəriyyələrini formalaşdıracaq tənqid dərslərinə çevrilmişdir. Türk ədəbiyyatında Avropalılaşma mənasında tənqidin həm nəzəriyyə, həm yönəlmələr baxımından müəyyən bir səviyyədə əsərlərin nəşr edildiyi dövrə rast gələn 1970-ci illər boyunca Berna Moran həm dövrün, həm özünün tənqidinə yön verən tənqidə daha çox yer ayıran «Yeni dərgi», «Yeni üfüqlər», «Müasir tənqid» kimi dərgilərdə ədəbiyyatşünaslıq yazıları yazdı. Bir tərəfdən öz tənqid nəzəriyyəsini, metodunu inkişaf etdirib maraqlı tənqid nümunələri qələmə alarkən, bir tərəfdən türk ədəbi tənqidinə yeni dəyərli əsərlər qazandırdı. Berna Moranın tənqid haqqında mühazirələr oxuduğu universitetdə daha əvvəllər Qərb ədəbiyyatşünaslığından Erix Ouerbax, Leo Şpitzer kimi müəllimlər dərs demişdilər. Çalışmaları çox tezliklə nəticə verir, çünki «Berna Moran qarşılaşdırmalı ədəbiyyat ənənəsindən gəlir, bu ənənənin qurucuları ilə çalışıb uzun müddət. Moranın tələbəlik illəri İstanbul universitetində ümumbəşəri elmlərin qızıl dövrünə təsadüf edirdi. Qərb dilləri ədəbiyyatında Erix Ouerbax, Leo Şpitzer kimi iki böyük qarşılaşdırma nəzəriyyəçisininsonradan Harvard Berkleydə bu düşüncə sistemini formalaşdırıblargətirdiyi nəfəslə canlanan ədəbiyyat çalışmaları, metodları bir-birinin tam tərsi olan iki böyük ədəbiyyatşünasın yanaşmalarıyla İstanbulda bir bütövlüyə qovuşurdu. Leo Şpitzer bu gün mətn analizi adlandırdığımız üslüb analizlərində usta idi, Ouerbax isə əsərlə dünya görüşü arasında əlaqələri ortaya çıxaran sosiolojik araşdırmalarda. Amma ikisi mətni incələyirdi, daha doğrusu mətnlərarası əlaqəni incələyirdi, yəni qarşılaşdırmaçı idilər. İstanbul universiteti ədəbiyyat fakultəsi bu iki yanaşmanın vaxtında tarixi qarşılaşması ilə ədəbiyyat çalışmalarına gələn yeni dəyərlərlə bəlkə dünyanın ciddi ədəbiyyatşünaslıq məktəblərindən birinə çevrilmişdi. Ouerbax, Şpitzer kimi elm adamları əfsuslar olsun ki, İstanbul Universitetində çox qala bilmədilər, amma özlərindən sonra türk ədəbiyyatına yön verəcək ciddi həyəcanlı qarşılaşdırmaçılar nəsli qoyub getdilər. Berna Moran bunlardan biri idi» (J.Parla). Şübhəsiz bu mirası necə özününküləşdirəcəyini onu necə davam etdirəcəyini bilirdi Berna Moran. Məlumat baxımından qədər Avropa ədəbiyyatına bağlıdırsa, bu məlumatların, fikirlərin türk ədəbiyyatına uyğulanmasında bir o qədər türk ədəbiyyatına bağlıdır Berna Moranın çalışmaları.

 

 Hüseyn Su

 

Tərcümə etdi: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.-2012.- 12 yanvar.- S.15.