Yaradıcılıq fenomeninin bəzi sirrləri

 

 

Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı nümayəndələrindən olan caz və estrada musiqimizin banisi Tofiq Ələkbər oğlu Quliyev haqda çox sayda məqalələr və monoqrafiya yazılıb. Lakin digər bəstəkarlarımız kimi onun da yaradıcılıq prosesi barədə yazılar çox azdır. Hər bir sənətkar kimi bəstəkarın yaradıcılıq prosesini araşdırmaq musiqişünaslıqda ən aktual məsələlərdəndir. Bəstəkarın musiqi üzərində nə cür işləməsi əsərin «doğulması»nın ümumi cəhətlərini musiqişünaslar hələ kifayət qədər öyrənməmişlər.

Yaradıcı insanlar öz intim hisslərini gizlətməyə çalışırlar. Bəlkə də nələrdənsə ehtiyatlanaraq sənətkarlar yaradıcılıq prosesi haqda danışmağı xoşlamırlar. XX əsrin dahi bəstəkarı D.D.Şostakoviç jurnalistin ondan musiqisini necə bəstələməsi barədə danışmağı xahiş etdikdə «Çox sadə tərzdə» deyə sualdan yayınmaqla qısa cavab vermişdi.

Bu cür cavab jurnalistə inandırıcı görünmədikdə və o, inadcıllıq göstərib yaradıcılıq prosesinin hər halda necə getdiyi barədə təkidlə soruşduqda nəhayət Şostakoviç dözməyərək belə cavab vermişdi: «Cavan oğlan, proses bu cür gedir; əvvəl kağızı götürürəm, sonra isə qələm və mürəkkəbi. Masa arxasına əyləşib qələmi mürəkkəbə batırıram və yazıram, batırıram və yenə də yazıram. Bax, beləcə və ilaxir.»

Q.Qarayev T.Quliyev haqda yazırdı: «Xatırımdadır, Tofiq konservatoriyanın nəzdində fəhlə fakültəsində təhsil alan şagirdlər arasında xüsusən seçilirdi. O, musiqi istedadı ilə parlayırdı. Royalda əla çalır, improvizə edir, heyrətamiz yüngüllüklə bəstələyirdi. Onun musiqi yaddaşı və kəskin qavrayışı hamını təəccübləndirirdi. Moskvada o, əsası, möhkəm olan musiqi məktəbi keçdi! Dirijor pultu arxasında dayandı, müxtəlif sinfonik kamera – instrumental musiqilər yazdı. Ancaq maqnit kimi mahnı onu özünə tərəf çəkdi. Tezliklə o, bütün gücünü bu janr sahəsinə yönəltdi.

Bilmirəm Tofiq Quliyev mahnıları necə yazır, gec, yoxsa tez müddətdə, bu zaman daha çox hansı metodlardan istifadə edir. Bizlərdən çoxumuz kimi o da yaradıcılıq prosesi barədə danışmamağı üstün tutur. Onu bilirəm ki, o, poetik mətnlərə qarşı ciddidir. Azərbaycan şairləri içərisində o, ən yaxşılarını seçib. S.Vurğun, S.Rüstəm, R.Rza, Z.Cabbarzadə və s. M.Svetlovla onun mahnı mətnlərini dərindən başa düşən bir şəxs kimi böyük yaradıcılıq dostluğu vardır.

T.Quliyevin yaradıcılığı şəxsən məni uşaq yaşlarımdan maraqlandırmağa başlayıb. «Ögey ana», «Bəxtiyar», «Görüş», «Qızmar günəş altında», «Onu bağışlamaq olarmı» və onlarla filmə tamaşa edərkən sözlərlə ifadə olunmayacaq dərəcədə insanı romantik duyğularla mənəvi cəhətcə qidalandıran xeyirxah bir musiqi böyük bir nəslin estetik tərbiyə almasında ölçüyəgəlməz dərəcədə müsbət rol oynayıb. Təkcə bir Tofiq Quliyevin musiqisi, onun yaradıcılığı böyük bir müəllim-tərbiyəçi ordusunun estetik tərbiyə sahəsində görə biləcəyi qədər iş görə bilib.

Bəstəkar-musiqişünas Azad Ozan Kərimli T.Quliyevin mahnılarını janr etalonu adlandırırdı. Bəstəkar Əziz Əzizov isə söhbət əsnasında həmişə deyirdi ki, iki nəfər çıxış edəndə mənim tüklərim biz-biz durur, «Bir Tofiq Quliyev piano çalanda, bir də Müslüm oxuyanda». Böyük bəstəkarımız Vasif Adıgözəlovla musiqi sənəti və bəstəkar yaradıcılığı barədə söhbət edərkən o, nədənsə T.Quliyevi xatırlayırdı və «Tofiq Quliyev dahi bəstəkardır» deyirdi.

Vasif Adıgözəlov özü də çox görkəmli bəstəkar idi və kifayət qədər ciddi insan idi. Tofiq Quliyev kamil eşitmə qabiliyyətinə malik bir bəstəkar kimi nəinki istənilən səsi, istənilən harmoniyanı, hətta bütöv bir partituru da asanlıqla ayırd edə bilirdi. Hansı bir musiqi janrı üzrə işləməsindən asılı olmayaraq o, bu işin öhdəsindən heyrətamiz dərəcədə asanlıqla gəlməyə nail olurdu. Bəstəkarın fikrincə, «yaxşı mahnı yazmaq heç də irihəcmli kamera-instrumental, eləcə də simfonik əsər yazmaqla müqayisədə asan deyildir. Əksinə burada az vaxt ərzində sözünü deməyi bacarmalısan. Əgər mahnəya sadə 3 hissəli forma kimi baxsaq (1 dəq+1dəq=mahnı) 3-4 dəqiqə ərzində yaddaqalan, gözəl, obrazlı musiqi yazmağı bacarmalısan».

T.Quliyev yazdığı mahnıları rejissor və ya şairlərə bir neçə variantda çalıb göstərərək onların da fikriylə maraqlanırdı. İmprovizasiyalar baş alıb gedirdi. «Buna qulaq asın, «Necədir?», «Bəlkə bu daha yaxşıdı?», «Bəlkə bunu istəyirsiniz?» və s. kimi suallarla sanki onları imtahan edirmiş kimi müxtəlif variantlarda eyni bir mahnı ifa edirdi.

Mahnı üzərində iki cür işləyirdi. Bir çox şairlərə (Ə.Əlibəyli, N.Xəzri, İ.Səfərli, Z.Cabbarzadə və s.) hazır musiqi verilərək onlardan mətn yazmaq tələb edilirdi. Bəstəkarlar buna «balvanka» deyirlər (rus bəstəkarları bunu «rıba» adlandırırlar). Bu zaman şairə hecaların sayı və misrada olan vurğuların yeri göstərilir. İkinci üsul isə birincinin əksi olub hazır mətnə musiqi yazmaqdır. T.Quliyevin şairlərdən S.Rüstəm, S.Vurğun, R.Rzanın sözlərinə yazılmış mahnıları belədir. Rəsul Rza «Balıq» adlanan üsulla şeir yazmaqdan qəti imtina edir və hətta onun yazdığı mətndə nəyisə dəyişdirməyi də yaxın qoymurdu.

Mətn üzərində də məsuliyyətlə işləmək lazım gəlirdi. Aydın məsələdir ki, sözlər zəifdirsə onda bitkin bir mahnı alınmayacaq. Yaxşı musiqiyə heç vaxt boş sözlər yazmaq yaraşmır. Şairdən belə məqamda istedad tələb olunur.

Tofiq Quliyev mahnılarının əksəriyyətini Zeynal Cabbarzadə ilə yazıb. Bəstəkar özü bu barədə belə deyirdi: «Bir vaxtlar köhnə babin kasetli maqnitafonlar vardı. Ora bir musiqi yazıb Zeynal Cabbarzadəyə vermişdim. Zeynal telefonla zəng çalıb bildirdi ki, mahnıya yazılmış mətn artıq hazırdır.

Tofiq Quliyev kino musiqisi üzərində işləməyi sevirdi. Bu zaman çox vaxt rejissorun diktə etdiyi kimi işləmək lazım gəlirdi. Kinorejissor Həsən Seyidbəylinin fikirləri yaradıcılıq prosesi baxımından çox dəyərlidir: «Çəkdiyim filmə musiqi yazdığı vaxt Tofiqlə bəzən mübahisə də edirdik. Maraqlı burası idi ki, hər dəfə görüşəndə Tofiq yeni bir mahnını mənə bir neçə variantda təqdim edirdi və hamısını ayrı-ayrılıqla çalıb oxuyurdu. Onun bir az xırıltılı, ürəyə yatan bariton səsi məni valeh etsə də bəzən təqdim olunan bütün variantlardan imtina etməli olurdum. Qəribə burasıdır ki, belə vaxtlarda o, qətiyyən incimir, əksinə onda axtarış ehtirası daha da coşurdu, mən onun əllərinin, barmaqlarının royalın ağlı-qaralı şirmayi dillərində həssaslıqla gəzib, istənilən melodiyanı necə axtardığını müşahidə etmişəm. Bu axtarış qələbəsinin, yaradıcılıq sehrinin, möcüzəsinin şahidi olmuşam».

Kino çəkilən zaman rejissor nə cür musiqi istədiyini bəstəkara izah edirdi. Rejissor kinoda gah illüstrativ şəkildə verilən, musiqi, gah müxtəlif obrazların açılması üçün tələb olunan, gah da hadisələrin dramaturgiyasına xidmət edən musiqi lazım gəldiyini tələb edirdi. Bəstəkar daha çox rejissorun tapşırıqlarını yerinə yetirməli olurdu. Əlbəttə, heç də həmişə iş prosesi bir cür olmur. Hərdən bəstəkara şəraitdən asılı olaraq yaradıcılıq sərbəstliyi də verilirdi. Musiqinin hansı müddətdə yazılmasına gəldikdə bu müxtəlif şəraitdə olurdu. Bəzən 2-3 saat ərzində musiqi hazır olurdu, bəzən də iş prosesi bir necə gün, həftə bəzən də aya qədər davam edirdi. Sifarişlərin çox olduğu hallarda o, gecə saatlarında da işləyirdi. Adi vaxtlarda isə ilhama gəldiyi vaxt və istədiyi qədər işləyirdi. Televiziya çıxışında bəstəkardan eşitdiyimə görə, «elə mahnı olub ki, mən onu 20 dəqiqəyə yazmışam, elə də olub ki, 1 aydan sonra tamamlamışam». Kino musiqisi simfonik orkestr üçün yazılaraq partitura şəklində Moskvada SSRİ Kinomatoqrafiya Komitəsinin simfonik orkestrinin ifasında lentə yazılırdı. Vaxt azlığı, hətta «seytnot» vəziyyətində də T.Quliyev klavirin və partiturun bütün notlarını heç kimin köməyindən, heç vaxt istifadə etmədən hamısını yalnız və yalnız özü yazırdı. Çoxlu ictimai işlər görərkən bütün məqalə və məruzələrini də özü yazırdı. Bu işi heç vaxt başqalarına tapşırmazdı. O, təyyarəni xoşlamır, Moskvaya qatarla gedir, hətta bir çox partiturun notlarını qısa müddətə qatardaca tamamlayırdı. Royal olub-olmamasına baxmayaraq hər bir musiqini incə eşitmə qabiliyyətinin köməyilə istər klavir, istərsə də birbaşa partitur şəklində asanlıqla nota köçürürdü. Dahi bəstəkar R.Şuman bunu musiqiçi üçün arzu olunan ən yüksək səviyyə adlandırırdı.

Bəstəkarın yaradıcılıq yoluna nəzər salsaq, o öz musiqisini hər şəraitdə yazıb. Ağır müharibə illərində cəbhədə də, qatarda da, yaradıcılıq evlərində də, iş otağında da, hətta yolüstü qastrollar zamanı da. Nəvəsinə həsr etdiyi «Cəmilənin albomu» fortepiano miniatürləri də 1971-ci il İvanovada yaradıcılıq evində yazılıb. Ömrünün son günlərinədək musiqidən ayrılmayıb. Sonuncu əsəri isə kinorejissor Vaqif Mustafayevin çəkdiyi «Bakı-Bakı» filminə yazdığı musiqidir. Tofiq Quliyev nadir bəstəkardır ki, onun musiqisi hər yerdə, hər zaman səslənir. Bu musiqini uşaq da, böyük də, qoca da, cavan da sevir. Alim də, çoban da, fəhlə də, ziyalı da başa düşür.

İtaliyada məşhur C.Verdinin musiqisi italyanların dilində əzbərdir, onu çox vaxt xalq mahnıları ilə qarışıq salırlar. Oxşar vəziyyət bizdə də Tofiq Quliyevin musiqisinə şamil olunmalıdır. Bu musiqi o səviyyəyə çatıb ki, artıq xalqın sərvətinə çevrilib. Bu sənətkar xoşbəxtliyinin zirvəsidir. Bunun sirri isə xalqa bağlılıq, xalq musiqisinə olan sonsuz məhəbbətdir. Bəstəkarın hər bir əsəri çox nikbin, romantik, incə hisslərlə cilalanıb. Bu mahnılar zamanın sınağından çoxdan çıxıb. Ona görə də heç vaxt heç bir dəb onu «deformasiya» edə bilməz. Sanki yenicə yazılıb. Mürəkkəbi heç qurumayıb. Bu musiqi həmişə orijinaldır, səmimidir, çünki ürəkdən gəlir. Ona görə də daim yaşayır və milyonlarla insana sevinc bəxş edir.

Yaradıcılıq fenomeninin bəzi sirrləri

ßíâàðü 17, 2012

   

Bu xəbəri paylaş  Baba Rzayevin yubileyi  İtalyan fotoqrafların sərgisi keçiriləcək  Madriddə Beynəlxalq Turizm Sərgisi  «Eurovision»a qatılacaq ölkələr Oktay

 

Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlı nümayəndələrindən olan caz və estrada musiqimizin banisi Tofiq Ələkbər oğlu Quliyev haqda çox sayda məqalələr və monoqrafiya yazılıb. Lakin digər bəstəkarlarımız kimi onun da yaradıcılıq prosesi barədə yazılar çox azdır. Hər bir sənətkar kimi bəstəkarın yaradıcılıq prosesini araşdırmaq musiqişünaslıqda ən aktual məsələlərdəndir. Bəstəkarın musiqi üzərində nə cür işləməsi əsərin «doğulması»nın ümumi cəhətlərini musiqişünaslar hələ kifayət qədər öyrənməmişlər.

Yaradıcı insanlar öz intim hisslərini gizlətməyə çalışırlar. Bəlkə də nələrdənsə ehtiyatlanaraq sənətkarlar yaradıcılıq prosesi haqda danışmağı xoşlamırlar. XX əsrin dahi bəstəkarı D.D.Şostakoviç jurnalistin ondan musiqisini necə bəstələməsi barədə danışmağı xahiş etdikdə «Çox sadə tərzdə» deyə sualdan yayınmaqla qısa cavab vermişdi.

Bu cür cavab jurnalistə inandırıcı görünmədikdə və o, inadcıllıq göstərib yaradıcılıq prosesinin hər halda necə getdiyi barədə təkidlə soruşduqda nəhayət Şostakoviç dözməyərək belə cavab vermişdi: «Cavan oğlan, proses bu cür gedir; əvvəl kağızı götürürəm, sonra isə qələm və mürəkkəbi. Masa arxasına əyləşib qələmi mürəkkəbə batırıram və yazıram, batırıram və yenə də yazıram. Bax, beləcə və ilaxir

Q.Qarayev T.Quliyev haqda yazırdı: «Xatırımdadır, Tofiq konservatoriyanın nəzdində fəhlə fakültəsində təhsil alan şagirdlər arasında xüsusən seçilirdi. O, musiqi istedadı ilə parlayırdı. Royalda əla çalır, improvizə edir, heyrətamiz yüngüllüklə bəstələyirdi. Onun musiqi yaddaşı və kəskin qavrayışı hamını təəccübləndirirdi. Moskvada o, əsası, möhkəm olan musiqi məktəbi keçdi! Dirijor pultu arxasında dayandı, müxtəlif sinfonik kamera – instrumental musiqilər yazdı. Ancaq maqnit kimi mahnı onu özünə tərəf çəkdi. Tezliklə o, bütün gücünü bu janr sahəsinə yönəltdi.

Bilmirəm Tofiq Quliyev mahnıları necə yazır, gec, yoxsa tez müddətdə, bu zaman daha çox hansı metodlardan istifadə edir. Bizlərdən çoxumuz kimi o da yaradıcılıq prosesi barədə danışmamağı üstün tutur. Onu bilirəm ki, o, poetik mətnlərə qarşı ciddidir. Azərbaycan şairləri içərisində o, ən yaxşılarını seçib. S.Vurğun, S.Rüstəm, R.Rza, Z.Cabbarzadə və s. M.Svetlovla onun mahnı mətnlərini dərindən başa düşən bir şəxs kimi böyük yaradıcılıq dostluğu vardır.

T.Quliyevin yaradıcılığı şəxsən məni uşaq yaşlarımdan maraqlandırmağa başlayıb. «Ögey ana», «Bəxtiyar», «Görüş», «Qızmar günəş altında», «Onu bağışlamaq olarmı» və onlarla filmə tamaşa edərkən sözlərlə ifadə olunmayacaq dərəcədə insanı romantik duyğularla mənəvi cəhətcə qidalandıran xeyirxah bir musiqi böyük bir nəslin estetik tərbiyə almasında ölçüyəgəlməz dərəcədə müsbət rol oynayıb. Təkcə bir Tofiq Quliyevin musiqisi, onun yaradıcılığı böyük bir müəllim-tərbiyəçi ordusunun estetik tərbiyə sahəsində görə biləcəyi qədər iş görə bilib.

Bəstəkar-musiqişünas Azad Ozan Kərimli T.Quliyevin mahnılarını janr etalonu adlandırırdı. Bəstəkar Əziz Əzizov isə söhbət əsnasında həmişə deyirdi ki, iki nəfər çıxış edəndə mənim tüklərim biz-biz durur, «Bir Tofiq Quliyev piano çalanda, bir də Müslüm oxuyanda». Böyük bəstəkarımız Vasif Adıgözəlovla musiqi sənəti və bəstəkar yaradıcılığı barədə söhbət edərkən o, nədənsə T.Quliyevi xatırlayırdı və «Tofiq Quliyev dahi bəstəkardır» deyirdi.

Vasif Adıgözəlov özü də çox görkəmli bəstəkar idi və kifayət qədər ciddi insan idi. Tofiq Quliyev kamil eşitmə qabiliyyətinə malik bir bəstəkar kimi nəinki istənilən səsi, istənilən harmoniyanı, hətta bütöv bir partituru da asanlıqla ayırd edə bilirdi. Hansı bir musiqi janrı üzrə işləməsindən asılı olmayaraq o, bu işin öhdəsindən heyrətamiz dərəcədə asanlıqla gəlməyə nail olurdu. Bəstəkarın fikrincə, «yaxşı mahnı yazmaq heç də irihəcmli kamera-instrumental, eləcə də simfonik əsər yazmaqla müqayisədə asan deyildir. Əksinə burada az vaxt ərzində sözünü deməyi bacarmalısan. Əgər mahnəya sadə 3 hissəli forma kimi baxsaq (1 dəq+1dəq=mahnı) 3-4 dəqiqə ərzində yaddaqalan, gözəl, obrazlı musiqi yazmağı bacarmalısan».

T.Quliyev yazdığı mahnıları rejissor və ya şairlərə bir neçə variantda çalıb göstərərək onların da fikriylə maraqlanırdı. İmprovizasiyalar baş alıb gedirdi. «Buna qulaq asın, «Necədir?», «Bəlkə bu daha yaxşıdı?», «Bəlkə bunu istəyirsiniz?» və s. kimi suallarla sanki onları imtahan edirmiş kimi müxtəlif variantlarda eyni bir mahnı ifa edirdi.

Mahnı üzərində iki cür işləyirdi. Bir çox şairlərə (Ə.Əlibəyli, N.Xəzri, İ.Səfərli, Z.Cabbarzadə və s.) hazır musiqi verilərək onlardan mətn yazmaq tələb edilirdi. Bəstəkarlar buna «balvanka» deyirlər (rus bəstəkarları bunu «rıba» adlandırırlar). Bu zaman şairə hecaların sayı və misrada olan vurğuların yeri göstərilir. İkinci üsul isə birincinin əksi olub hazır mətnə musiqi yazmaqdır. T.Quliyevin şairlərdən S.Rüstəm, S.Vurğun, R.Rzanın sözlərinə yazılmış mahnıları belədir. Rəsul Rza «Balıq» adlanan üsulla şeir yazmaqdan qəti imtina edir və hətta onun yazdığı mətndə nəyisə dəyişdirməyi də yaxın qoymurdu.

Mətn üzərində də məsuliyyətlə işləmək lazım gəlirdi. Aydın məsələdir ki, sözlər zəifdirsə onda bitkin bir mahnı alınmayacaq. Yaxşı musiqiyə heç vaxt boş sözlər yazmaq yaraşmır. Şairdən belə məqamda istedad tələb olunur.

Tofiq Quliyev mahnılarının əksəriyyətini Zeynal Cabbarzadə ilə yazıb. Bəstəkar özü bu barədə belə deyirdi: «Bir vaxtlar köhnə babin kasetli maqnitafonlar vardı. Ora bir musiqi yazıb Zeynal Cabbarzadəyə vermişdim. Zeynal telefonla zəng çalıb bildirdi ki, mahnıya yazılmış mətn artıq hazırdır.

Tofiq Quliyev kino musiqisi üzərində işləməyi sevirdi. Bu zaman çox vaxt rejissorun diktə etdiyi kimi işləmək lazım gəlirdi. Kinorejissor Həsən Seyidbəylinin fikirləri yaradıcılıq prosesi baxımından çox dəyərlidir: «Çəkdiyim filmə musiqi yazdığı vaxt Tofiqlə bəzən mübahisə də edirdik. Maraqlı burası idi ki, hər dəfə görüşəndə Tofiq yeni bir mahnını mənə bir neçə variantda təqdim edirdi və hamısını ayrı-ayrılıqla çalıb oxuyurdu. Onun bir az xırıltılı, ürəyə yatan bariton səsi məni valeh etsə də bəzən təqdim olunan bütün variantlardan imtina etməli olurdum. Qəribə burasıdır ki, belə vaxtlarda o, qətiyyən incimir, əksinə onda axtarış ehtirası daha da coşurdu, mən onun əllərinin, barmaqlarının royalın ağlı-qaralı şirmayi dillərində həssaslıqla gəzib, istənilən melodiyanı necə axtardığını müşahidə etmişəm. Bu axtarış qələbəsinin, yaradıcılıq sehrinin, möcüzəsinin şahidi olmuşam».

Kino çəkilən zaman rejissor nə cür musiqi istədiyini bəstəkara izah edirdi. Rejissor kinoda gah illüstrativ şəkildə verilən, musiqi, gah müxtəlif obrazların açılması üçün tələb olunan, gah da hadisələrin dramaturgiyasına xidmət edən musiqi lazım gəldiyini tələb edirdi. Bəstəkar daha çox rejissorun tapşırıqlarını yerinə yetirməli olurdu. Əlbəttə, heç də həmişə iş prosesi bir cür olmur. Hərdən bəstəkara şəraitdən asılı olaraq yaradıcılıq sərbəstliyi də verilirdi. Musiqinin hansı müddətdə yazılmasına gəldikdə bu müxtəlif şəraitdə olurdu. Bəzən 2-3 saat ərzində musiqi hazır olurdu, bəzən də iş prosesi bir necə gün, həftə bəzən də aya qədər davam edirdi. Sifarişlərin çox olduğu hallarda o, gecə saatlarında da işləyirdi. Adi vaxtlarda isə ilhama gəldiyi vaxt və istədiyi qədər işləyirdi. Televiziya çıxışında bəstəkardan eşitdiyimə görə, «elə mahnı olub ki, mən onu 20 dəqiqəyə yazmışam, elə də olub ki, 1 aydan sonra tamamlamışam». Kino musiqisi simfonik orkestr üçün yazılaraq partitura şəklində Moskvada SSRİ Kinomatoqrafiya Komitəsinin simfonik orkestrinin ifasında lentə yazılırdı. Vaxt azlığı, hətta «seytnot» vəziyyətində də T.Quliyev klavirin və partiturun bütün notlarını heç kimin köməyindən, heç vaxt istifadə etmədən hamısını yalnız və yalnız özü yazırdı. Çoxlu ictimai işlər görərkən bütün məqalə və məruzələrini də özü yazırdı. Bu işi heç vaxt başqalarına tapşırmazdı. O, təyyarəni xoşlamır, Moskvaya qatarla gedir, hətta bir çox partiturun notlarını qısa müddətə qatardaca tamamlayırdı. Royal olub-olmamasına baxmayaraq hər bir musiqini incə eşitmə qabiliyyətinin köməyilə istər klavir, istərsə də birbaşa partitur şəklində asanlıqla nota köçürürdü. Dahi bəstəkar R.Şuman bunu musiqiçi üçün arzu olunan ən yüksək səviyyə adlandırırdı.

Bəstəkarın yaradıcılıq yoluna nəzər salsaq, o öz musiqisini hər şəraitdə yazıb. Ağır müharibə illərində cəbhədə də, qatarda da, yaradıcılıq evlərində də, iş otağında da, hətta yolüstü qastrollar zamanı da. Nəvəsinə həsr etdiyi «Cəmilənin albomu» fortepiano miniatürləri də 1971-ci il İvanovada yaradıcılıq evində yazılıb. Ömrünün son günlərinədək musiqidən ayrılmayıb. Sonuncu əsəri isə kinorejissor Vaqif Mustafayevin çəkdiyi «Bakı-Bakı» filminə yazdığı musiqidir. Tofiq Quliyev nadir bəstəkardır ki, onun musiqisi hər yerdə, hər zaman səslənir. Bu musiqini uşaq da, böyük də, qoca da, cavan da sevir. Alim də, çoban da, fəhlə də, ziyalı da başa düşür.

İtaliyada məşhur C.Verdinin musiqisi italyanların dilində əzbərdir, onu çox vaxt xalq mahnıları ilə qarışıq salırlar. Oxşar vəziyyət bizdə də Tofiq Quliyevin musiqisinə şamil olunmalıdır. Bu musiqi o səviyyəyə çatıb ki, artıq xalqın sərvətinə çevrilib. Bu sənətkar xoşbəxtliyinin zirvəsidir. Bunun sirri isə xalqa bağlılıq, xalq musiqisinə olan sonsuz məhəbbətdir. Bəstəkarın hər bir əsəri çox nikbin, romantik, incə hisslərlə cilalanıb. Bu mahnılar zamanın sınağından çoxdan çıxıb. Ona görə də heç vaxt heç bir dəb onu «deformasiya» edə bilməz. Sanki yenicə yazılıb. Mürəkkəbi heç qurumayıb. Bu musiqi həmişə orijinaldır, səmimidir, çünki ürəkdən gəlir. Ona görə də daim yaşayır və milyonlarla insana sevinc bəxş edir.

 

Oktaty

Xalq Cəbhəsi.- 2012.- 17 yanvar.- S.13.