Qədim və zəngin
hind ədəbiyyatı
Hind mədəniyyətinin
formalaşmasında türkdilli
xalqların da rolu
danılmazdır
Bəşər sivilizasiyasında bütün xalqların və dövlətlərin özünəməxsus yeri var. Ancaq bu sivilizasiyada elə xalqlar və dövlətlər də var ki, onların mədəniyyətləri və ədəbiyyatları digərlərinə nisbətən daha güclü və zəngin olub. Biz qədim və yenilməz zənginliyi ilə seçilən sivilizasiyalardan danışarkən Şumer, Hett, Misir, Yunan və Roma mədəniyyətləri ilə yanaşı, həm də Hind və Çin mədəniyyətlərini xatırlamalıyıq. Bu söhbətimizi isə yalnız Hind mədəniyyəti üzərində qurmağa çalışacağıq. Ekzotik landşafta, təkrarsız təbiətə, bir-birindən rəngarəng, qədim və ulu mədəniyyət incilərinə malik olan Hindistan haqqında təsəvvürlərimiz əsasən hind filmləri əsasında formalaşıb. Ümumiyyətlə, Azərbaycanda qədim Hindistan barədə təsəvvürlər o qədər də geniş deyil. Dünya sivilizasiyası heç də Qərb xalqları və ölkələrinin mədəniyyətləri əsasında formalaşıb inkişaf etməyib. Fikrimizcə, bugünkü dünya sivilizasiyasının başlanğıc nöqtəsi kimi ulu Şərqi, habelə qədim Hindistanı götürmək daha məqsədəuyğun və məntiqə yaxındır. Mənbələr təsdiq edir ki, əgər əksər mədəniyyətlərin inkişaf tarixi eramızın əvvəllərindən, erkən orta əsrlərdən və daha üzü bəri dövrlərdən başlayır və hesablanırsa, hind mədəniyyətinin, hind ədəbiyyatının təxminən 40 əsrə bərabər yaşı olduğu artıq konkret faktlar və rəqəmlər əsasında sübut olunub.
Ümumiyyətlə, dünya ədəbiyyatı tarixçiləri və mifologiya ilə məşğul olan tədqiqatçılar sübut edirlər ki, Hindistan qədər zəngin və qədim mifologiya və folklora malik başqa bir ölkə tapmaq, bəlkə də mümkün deyil. Hind mifologiyası bu gün də birinciliyi özündə saxlamaqdadır. Heç şübhəsiz, Hindistan mədəniyyəti və ədəbiyyatı da doğma mifoloji təfəkkürdən qaynaqlanıb, burada mədəni-ədəbi ənənələr yaxşı qorunub-saxlanılıb, milli çalarlar üzərində inkişaf etdirilib.
Hindistan çoxdilli
bir ölkədir, onun
qədim, zəngin mədəniyyəti və ədəbiyyatı
da Hind-Avropa və Dravidi dil qruplarına məxsus
olmaqla, müxtəlif dillərdə yaradılıb
və inkişaf etdirilib.
Maraqlıdır ki, zəmanəmizə qədər
gəlib çatmış ən qədim ədəbi
nümunələr sanskrit dilində
yazılıb. Onun tarixi
isə öz növbəsində e.ə.II
minilliyin sonlarına aid
edilir. Lakin sonralar, e.ə. I minilliyin
ortalarında Hindistanda
ədəbi dil kimi pali
və prakritdən istifadə olunub. Bizim eranın əvvəllərində isə
pali dilində
yaradılmış ədəbiyyat
Hindistanda öz ömrünü başa vurub və sonralar
ondan digər Şərq ölkələrində
istifadə edilib.
Təxminən e.ə.II-I əsrlərdə
tamil dilində
ədəbiyyat təşəkkül
tapmağa başlayıb
və artıq eramızın I minilliyinin
sonuna yaxın demək olar ki, müasir Hindistanın bütün aparıcı xalqlarının
formalaşması başa
çatıb. Bu dövrdə
formalaşmış benqal,
maratx, qucarat və digər dillər sanskrit
və prakriti ədəbi istifadədən
tədricən sıxışdırıb
çıxarmağa başlayıb.
Eramızın I minilliyinin sonu-II
minilliyin əvvəllərində
Dravidi dillərinə
aid olan teluqu, kannar, malayalaş və digər dillər daha geniş şəkildə
istifadə olunmağa
başlayıb.
Bunu da xatırladaq ki, Hindistan həm eramızdan əvvəl, həm də bizim erada başqa
qonşu xalq və dövlətlərin
həmlələrinə məruz
qalıb, eyni zamanda onlarla qarşılıqlı ədəbi-mədəni
əlaqələrdə olub. Məsələn,
orta əsrlərdə
Orta Şərq ölkələrindən və
irandilli xalqların müxtəlif şimal, qərb rayonlarına hücum etməsi və orada müsəlman
dövlətlərinin yaradılması,
islamın yayılması,
heç şübhəsiz
ki, Hindistan mədəniyyətində son dərəcə
böyük iz buraxıb. Hətta XI-XIX əsrlərdə Hindistanda müsəlmanlığa
dönmə və müsəlmanlara kömək
ideyası aparıcı
yer tutub.
Hindlilərin digər xalqlarla birgə mədəniyyəti
qarşılıqlı inkişaf
etdirmə və əlaqələri formalaşdırma
ideyası daim güclü olub. Bu əlaqələrin təşəkkülü,
inkişafı və möhkəmlənməsində türkdilli xalqların da rolu olduqca
böyükdür. Hindistanın
orta əsrlər dövründə Heydərabad,
Tətə, Caypur və s. yerlərində türk hökmdarları Cəlaləddin Məhəmməd
Əkbər, Şahzadə
Sultan Səlim, Tətə
Hakimi Nurəddin Məhəmməd Cahangir şah, Məhabat xan, Humayın şah və başqalarının hökmranlığı
mövcud olub. Bundan başqa tanınmış ədəbi-bədii
fikir nümayəndələri
– böyük Azərbaycan
şairi Məsihi, onun atası Nizaməddin Əli, təzkirəçilər Təqiəddin
Kaşi, Təqiəddin
Əvhədi, Molla Əbdül Nəbi, (müsəlman-türk) hind tarixçisi
Əbülfəzl Elami,
Məsihinin yaxın dostu, XVII əsr Azərbaycan şairi Həkim Heydər və başqaları xeyli müddət Hindistanda yaşayıb-yaradıblar.
Dünya fatehi Teymurləngin nəticəsi Fərqanə
hökmdarı Zahirəddin
Mühəmməd Babir
daxili çəkişmələr
nəticəsində Fərqanəni
tərk edərək əvvəl Lahoru, sonra isə Hindistanın şimalında
Dehli və Adranı zəbt edir. Maraqlıdır ki, bu böyük hökmdarın
və türk sərkərdəsinin XVI əsrdə
Hindistan ərazisində
Hind çayından Benqaliyaya
qədər tutduğu
ərazi Böyük Moğol imperiyası adı altında XIX əsrə qədər yaşayıb.
Məsihinin özü tanınmış
Azərbaycan şairi Saib Təbrizi ilə birgə Hindistanda müxtəlif dəbdəbəli təntənə
və bayramların keçirilməsində iştirak
edib. Böyük türk şairi
Əmir Xosrov Dəhləvinin hind və
türkdilli xalqların
mədəniyyətində və ədəbiyyatındakı
önəmli rolunu sübut etməyə ehtiyac yoxdur. Belə ki, XIII əsrdə Şəmsəddin
İltutmuş Sultanın
hökmdarlığı dövründə
Hindistana gəlmiş
bu türk oğlu bədii yaradıcılığı ilə
nəinki hind mədəniyyəti
tarixində özünəməxsus
yer tutub, həm də öz «Xəmsə»si ilə böyük türk oğlu Nizaminin açdığı
yolla irəliləyib.
Bütün bunları ona
görə sadalayırıq
ki, hind mədəniyyətinin
və ədəbiyyatının
formalaşmasında həm
də türkdilli xalqların ədəbiyyatının
və mədəniyyətinin
rolunu bir daha göz önünə
gətirək.
Hind mədəniyyəti də digər xalqların mədəniyyəti
və ədəbiyyatı
kimi inkişaf tarixi dövründə müəyyən mərhələlər
keçib. Ancaq digər mədəniyyət
və ədəbiyyatlardan
fərqli olaraq, hind mədəniyyətində bu
mərhələlər daha
uzunmüddətli və
davamlı dövrləri
əhatə edib.
Eramızın V-VI əsrlərinə qədər hind ədəbiyyatı
əsasən mifoloji təsəvvürlər, dastanlar,
alleqorik əsərlər
üzərində yaranıb
və inkişaf edib. Artıq VII-VIII əsrlərdə Şimali Hindistanın bir sıra ədəbiyyat
nümunələrində biz dini-mistik poeziyanın antifeodal istiqamətdə inkişaf etməsinin şahidi oluruq. Bu vəziyyət demək
olar, XIV əsrin sonuna qədər davam edir. XV-XVIII əsrlərdə feodallar əleyhinə mübarizə güclənir
və şəhər
mədəniyyətinin formalaşması
aparıcı rol oynamağa başlayır.
XVIII əsr hind ədəbiyyatında feodalizmin
səngiməsi və
ingilis istilası ilə bağlı tənəzzül yaranır.
XIX əsrdə isə yeni məzmun
və formalı ədəbiyyat meydana çıxır. Bu isə milli şüurun oyanması və burjua münasibətlərinin inkişafı
ilə sıx əlaqədar idi.
Maraqlıdır ki, XI-XVIII əsrlərdə
hind ədəbiyyatının və mədəniyyətinin
inkişafında türkdilli
və farsdilli mədəniyyətlərin rolu
böyük idisə,
XIX əsrin I rübündə
hind həyatının müxtəlif
sahələrində ingilis
dilindən istifadə,
ingilisdilli hind ədəbiyyatının
meydana çıxması
daha böyük vüsət alıb. Başqa sözlə,
hind mədəniyyəti və
ədəbiyyatının formalaşmasının
unikal mədəniyyətlər
– hind, türkdilli, farsdilli
və ingilisdilli ədəbiyyatlardan ibarət
olduğunu desək, heç də yanılmarıq. Sonrakı dövrlərdə
digər mədəniyyət
və ədəbiyyatların
müəyyən təsirinə
məruz qalmış
hind ədəbiyyatının özünəməxsus çaları,
ideya-estetik istiqaməti,
müxtəlif ədəbi-bədii
forması, çoxsaylı
növ və janrları, təşbeh və digər bədii təsvir vasitələrinin rəngarəngliyi
qarışıqlığa baxmayaraq bu gün
də diqqəti cəlb edir. Hind ədəbiyyatı bu gün də klassik mədəni irsin ümumiliyini daim diqqət mərkəzində saxlamaqla
və ona hörmətlə yanaşmaqla,
qədim dövr və orta əsrlər
ədəbiyyatının mifologiya,
folklor abidələri
və qədim yazılı ədəbiyyat
nümunələrindən istifadə etməklə zənginləşir ki, bu da onun
gələcək bütövlüyünün
qorunmasına və inkişafına xüsusilə
kömək edir.
Hind dillərinin müxtəlif
dil qruplarına mənsub olması Hindistanda yaradılan ədəbiyyatların bir-birinə
yaxınlaşmasına mane ola bilməyib.
Belə ki, Cənubi Hindistanda Dravidi ədəbiyyatları öz
inkişafında, demək
olar ki, Şimali Hindistanda Hind-Ari ədəbiyyatlarının inkişaf
mərhələlərini keçib.
Həmin
ölkədə ədəbiyyatların
ümumi inkişaf istiqamətinin tədricən
formalaşması hind ədəbiyyatlarının
hər birində milli özünəməxsusluğun
saxlanmasına da maneçilik törədə
bilməyib. Əksinə, onların bir-birinə yaxınlaşması birinin
digərinə müsbət
təsiri ilə şərtlənib, ideya-bədii
dəyərlərlə stimullaşıb
və demokratik axının, meylin formalaşmasının özü
yeni janrların yaranması ilə nəticələnib.
Hind mədəniyyəti və ədəbiyyatının
yaranması və inkişafı ilə bağlı elmi ədəbiyyatda müxtəlif
mülahizələr mövcuddur. Bu barədə müxtəlif
fikir, mülahizələrin
kəsişməsinə baxmayaraq,
tədqiqatçıların böyük əksəriyyəti
hind mədəniyyəti və
ədəbiyyatının son dərəcə qədim,
ulu və zəngin kökə malik olduğunu təsdiqləyir. Fikrimizcə, hind mədəniyyətinin və
ədəbiyyatının antik
dövrü onun daha zəngin mərhələsini təşkil
edir. Bununla bağlı hind tədqiqatçılarının,
ictimai xadimlərinin və eləcə də Qərbi Avropa alimlərinin əsərlərində Hind intibahı
barədə fikirlər
mövcuddur. Məsələn,
Cavahir-ləl Nehru özünün
«Hindistanın kəşfi»
kitabında böyük
türk hökmdarı
və şairi Zahirəddin Mühəmməd
Babiri «İntibah dövrünün tipik hökmdarı» adlandırır
və onun hind mədəniyyətinin inkişafındakı
rolunu xüsusi qeyd edir. Hindistanın ədəbi-bədii inkişafının
digər mərhələləri
də olduqca maraqlıdır. Hind ədəbiyyatı dedikdə,
biz Hindistan ərazisində
20-dən artıq müstəqil,
ayrı-ayrı xalqlara
məxsus ədəbiyyatların
hər birindən danışa bilərik.
Yəni Hindistan kimi ölkənin mədəniyyəti
və ədəbiyyatı
son dərəcə maraqlı,
rəngarəng və
diqqətəlayiqdir. Onun haqqında
müəyyən təsəvvürə
malik olmaq, hər birimizin bədii-estetik, etik-mənəvi
dünyasının formalaşmasında
yardımçı olacaq.
Nizami Tağısoy,
professor
Xalq Cəbhəsi.- 2012.-
24 yanvar.- S.14.