Ştrasser tərsliyi
ucbatından heç bir nəticə əldə edə bilməyib
Ştrasserin istefa verməsi və başqa məruzəçi
ilə əvəz edilməsi də təklif olundu»
«Strasserin dəvət etdiyi hər
3 eksrert siyasi məhbus rrobleminin huquqi mustəvidə həlli
ucun meyarlar barədə Avrora Surasının huquqi sənədi
olmasının vacibliyini bildirdi»
«Erməni lobbisinin fəaliyyəti
nəticəsində ABŞ-ın Bakıdakı səfiri Azərbaycanla
münasibətdə konstruktiv mövqe tutduğu
üçün geri çağırıldı»
Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin üzvü
Elxan Süleymanovun APA-ya müsahibəsini diqqətinizə
çatdırırıq.
-
Yanvarın 26-da AŞ PA-nın Hüquqi məsələlər
və insan haqları Komitəsində Azərbaycanla
bağlı dinləmələr nə qədər əhəmiyyətli
idi? Sizcə, bu, sonu görünməyən bir məsələdə
növbəti epizod deyilmi?»
- Alman
məruzəçi Kristof Ştrasser bu yaxınlarda
«Azadlıq» radiosunda bəyanlamışdı ki, ona Azərbaycana
səfər etmək imkanı yaradılmazsa, şəxsən
onun və Hüquqi məsələlər və insan
haqları Komitəsinin təşkil etdiyi bu dinləmələrin
nəticəsinə əsaslanaraq hazırda yazmalı
olduğu hesabatı hazırlayacaq. Bu səbəbdən,
ekspertlərin səsləndirdiyi bəyanatlar və komitə
üzvlərinin şərhləri doğrudan da çox əhəmiyyətli
idi.
- Nəyə
görə Ştrasser hesabatı hazırlamaq
üçün bu günə qədər Azərbaycana səfər
etməyib?»
- Azərbaycan
Avropa Şurasının tamhüquqlu üzvü kimi öz
öhdəliklərinə sadiqdir, məruzəçilərin
səfərlərinin baş tutmasına hər bir imkanın
yaradılması da bura daxildir. Azərbaycan AŞPA-ya rəsmi
qaydada müraciət edərək bildirib ki, Ştrasserin
2012-ci il ərzində ölkəyə səfər etməsi
nəzərdə tutulur. Amma biz həm ona, həm də bizə
«siyasi məhbusu» adi cinayətkardan fərqləndirə bilməyi
imkan verən hüquqi çərçivənin
yaradılmasında israrlıyıq. Artıq bu debat neçə
ildir, şəffaf və açıq şəkildə davam
edir, çox təəssüf ki, bizə məlum olmayan səbəblərə
görə, Avropa Şurası bu debatlara qatılmaqdan boyun
qaçırır. Siz də bilməlisiniz ki, «siyasi məhbus»
termini Avropa Şurasının ədliyyə institutu olan Avropa
İnsan Haqları Məhkəməsi tərəfindən
heç vaxt istifadə edilməyib. Bundan əlavə, digər
beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı və hətta «Amnesty
İnternational» kimi tanınmış insan haqlarının
müdafiəsində duran təşkilatlar da bu termindən
istifadə etmir.
- Niyə
istifadə etmirlər?
- Bu,
normal haldır. Çünki heç bir beynəlxalq təşkilat
indiyə qədər kimin siyasi məhbus olduğunu, kimin
olmadığını müəyyən edən meyar barədə
debat təşkil etməyib. Amma əvvəl-axır
bunu kimsə etməlidir. Avropa
Şurasına bəzən «Avropanın vicdanı» təşkilatı
deyirlər, ona görə də bu məsələ Avropa
Şurasının işi olmalıdır. Lakin onlar bunu etmirlər. Cənab
Ştrasser, komitə katibliyinin məsləhəti ilə nə
vaxtsa AŞPA rəhbərliyinin tapşırığı ilə
bir neçə ekspertin hazırladığı hesabatda
göstərilən meyarları özünün hesabat
yazması üçün kifayət olduğunu hesab edir, amma
bu, əlbəttə ki, belə deyil. Bu
«meyarlar» heç bir zaman plenar sessiyada müzakirə edilməyib,
bu da o deməkdir ki, onlar siyasi və hüquqi səviyyədə
razılaşdırılmayıb. Bu
«meyarlar» bir neçə ekspertin şəxsi rəyindən
başqa bir şey deyil.
- Beləliklə,
siz təkid edirsiniz ki, açıq debatda müzakirə edilən
və səs çoxluğu ilə plenar sessiyada qəbul edilən
meyarlar olmalıdır, amma Avropa Şurası bunu etmək istəmir…
- Tamamilə
düzdür. Bildiyiniz kimi, ölkəmiz uzun illərdir,
müxtəlif düşmənlərin hücumlarına məruz
qalır. Qısqanclıqlarını gizləyə bilməyən
erməni və digər ölkələrin lobbiləri,
mümkün olduğu qədər bizi çətinliklərə
salmaq üçün iş aparırlar. Onlar
bütün Avropada böyük gücə malikdirlər və
yaxşı təşkilatlanıblar. Biz
bunun nəticələrini hər gün görürük, məsələn
bu günlərdə ABŞ-da olan erməni lobbisinin
Kaliforniyada lobbiçiliyi nəticəsində ABŞ-ın
Bakıdakı səfiri Azərbaycanla münasibətdə
konstruktiv mövqe tutduğu üçün geri
çağırıldı.
- Yenidən
dinləmələrə qayıdaq. Dinləmələrin
əsas məqsədi nə idi və ekspert qismində kimlər
çıxış edirdi?
-
Aydındır ki, cənab Ştrasserin bu dinləmələrlə
bağlı böyük gözləntiləri var idi. Bu səbəbdən
o, jurnalist Eynulla Fətullayevi, Azərbaycanda İnsan
Haqları Mərkəzinin sədri cənab Eldar Zeynalovu və
Azərbaycanda Demokratiyanın İnkişafı və
İnsan Haqlarının Müdafiəsi fondunun direktoru Murad
Sadəddinovu dəvət etmişdi. Bizim
parlament nümayəndə heyətinə də bir ekspert dəvət
etmək imkanı yaradılmışdı, bu, siyasi elmlər
doktoru Ramiz Sevdimalıyev idi. Beləliklə,
cənab Ştrasser iki keçmiş məhbus və bir insan
haqları müdafiəçisini dəvət etmişdi.
Onların hər biri cənab Ştrasserin
mandatı ilə bağlı rəyini bildirdi. Onlar Ştrasserin fəaliyyətini çox mənfi
qiymətləndirdilər. Ştrasserin dəvət etdiyi
ekspertlər bildirdilər ki, cənab Ştrasser tərslik etməsi
və praktiki fəaliyyət qura bilməməsi ucbatından təyin
edilməsindən neçə il keçməsinə
baxmayaraq, indiyə qədər heç bir nəticə əldə
edə bilməyib. Eynulla Fətullayev
vurğuladı ki, bu məsələdə mütləq
meyarlar əvvəl müəyyən edilməlidir. Digər
hüquq müdafiəçisi Murad Sadəddinov bildirdi ki, 2 il ərzində Ştrasserə elektron
poçtla göndərdiyi heç bir məktubuna cavab ala bilməyib.
Ştrasserin özünün seçərək
dəvət edilən ekspertlərin hər birinin verdiyi ifadə
ona qarşı yönəlmişdi. Biz ona
bu məsələ ilə bağlı bir neçə dəfə
müraciət etmişik, lakin sanki bu sözləri cansız
divara söyləyirsən. Ümid edirəm,
o indi anlayır ki, komitə katibliyi onu nə qədər səhv
yola yönəldib. Ştrasserin dəvət
etdiyi hər 3 ekspert siyasi məhbus probleminin hüquqi müstəvidə
həlli üçün meyarlar barədə AŞ-nın
hüquqi sənədi olmasının vacibliyini bildirdi.
- Ekspertlərin
çıxışlarından sonra komitə üzvü olan
parlamentarların reaksiyası necə oldu?
- AŞ
PA-nın Hüquq məsələləri və insan
haqları Komitəsi üzvlərinin mütləq əksəriyyəti
beynəlxalq səviyyədə tanınmış
hüquqşünaslardır, aralarında hətta
keçmiş hakimlər də var. Ona görə də onlar
hər zaman hər bir məsələyə hüquqi müstəvidən
baxmağa üstünlük verirlər və mən bu
yanaşmanı çox yüksək dəyərləndirirəm.
Qısa olaraq onu bildirmək istərdim ki,
çıxış edən komitə üzvlərinin əksəriyyəti
Monitorinq Komitəsinin məruzəçilərinin işini təkrarlamaqdansa,
bu məruzəçinin daha çox akademik və hüquqi
aspektlərə üstünlük verən bir yanaşma
nümayiş etdirməsinin vacibliyini təkidlə bildirdilər.
Burada fərq nədən ibarətdir? Mənim də üzvü olduğum AŞ PA-nın
Monitorinq Komitəsi demək olar ki, gündəlik olaraq yeni qəbul
edilmiş üzv ölkələrin öz vəzifə və
öhdəliklərini necə yerinə yetirmələrinə
nəzarət edir. Bu fəaliyyət hər
bir ölkə üçün iki həmməruzəçi
tərəfindən həyata keçirilir. Bizim ölkə üçün bu fəaliyyət
bir ispan və bir maltalı millət vəkili tərəfindən
aparılır. Cənab Ştrasser bir
neçə gün bundan əvvəl bəyan etdiyi
memorandumunda bildirir ki, onun Ukrayna və ya Rusiya Federasiyasına
gedərək orada «siyasi məhbus» məsələsini
araşdırmasına ehtiyac yoxdur, çünki onsuz da
Monitorinq Komitəsindən olan həmməruzəçilər
bu məsələni araşdırırlar. Digər tərəfdən
isə, o yalnız Azərbaycana gedərək məruzə
hazırlamasında israrlıdır, baxmayaraq ki, bir az əvvəl izah etdiyim kimi, bizim ölkə də
monitorinq prosesi altındadır və digər məsələlərlə
yanaşı, «siyasi məhbus» məsələsi onun həmməruzəçiləri
tərəfindən araşdırılır.
- O zaman
Hüquq Məsələləri və insan haqları üzrə
Komitənin Monitorinq Komitəsindən fərqi nədir?
- Üzv
ölkədən gələn hər bir fərdi şikayətə
baxmalı olan Monitorinq Komitəsindən fərqli olaraq,
Hüquq məsələləri və insan haqları Komitəsi
qlobal hüquqi məsələlərlə məşğul
olur. Buna görə də, adətən bu komitənin
Monitorinq Komitəsi ilə eyni iş aparması mümkün deyil, çünki bu komitələr
arasında müəyyən edilmiş səlahiyyət və
iş bölgüsü tam aydındır. Lakin, cənab
Ştrasser Hüquqi məsələlər və insan
haqları Komitəsinin məruzəçisi kimi, hər bir vəchlə
Azərbaycana səfər edərək monitorinq aparmağa can
atır, hətta bu işi görmək üçün əlində
meyarı olmaya-olmaya! Beləliklə, İnsan
Haqları Komitəsinin iclasda iştirak edən üzvlərinin
böyük əksəriyyəti bu gün açıq şəkildə
bildirdilər ki, «siyasi məhbus» məsələsinin həlli
ilə bağlı Avropa Şurasında yeni səhifə
açılmalıdır və nəhayət məsələ
öz obyektiv həllini tapmalıdır. Hesab
edirəm ki, cənab Ştrasser öz səlahiyyəti çərçivəsindən
kənara çıxmamalıdır. Ona təklif
edilməlidir ki, o İnsan Haqları Komitəsinin birbaşa səlahiyyətinə
daxil olan bir işlə məşğul olsun, yəni «siyasi məhbus»
terminin meyarlarını müəyyən edən hesabat
yazsın. Hər bir halda, mənim
üçün çox maraqlıdır ki, o, «Azadlıq»
radiosunda bəyan etdiyi kimi, bu gün komitədə dinləmələr
zamanı ünvanına səslənən ittiham və tənqidi
fikirləri də öz hesabatına daxil edəcək, ya yox?
- Bu
gün həm ekspertlər, həm də komitə üzvləri
onun tutduğu mövqe ilə
razılaşmadıqlarını bildiriblər. Bəs indi növbəti addım nə olacaq?
- Komitənin
bir neçə tanınmış üzvü cənab
Ştrasserə təklif etdilər ki, əgər o hələ
də Azərbaycana səfər edərək hesabatını
yazmaq istəyirsə, bu ölkəyə getməlidir, lakin o
digər ölkələrə də səfər edərək
ümumi hüquqi çərçivə və meyar müəyyən
edən bir sənəd hazırlamalı, Monitorinq Komitəsindən
olan həmkarlarının bu və ya digər ölkədə
apardıqları monitorinq fəaliyyətini təkrar etməməlidir.
Hətta belə bir fikir də səsləndirildi
ki, həm Azərbaycandan gələn ekspertlər, həm də
komitə üzvləri tərəfindən açıq şəkildə
biabır edilən cənab Ştrasser istefa verməli və
başqa bir məruzəçi ilə əvəz edilməlidir.
Mənim fikrimcə hər iki variant məqbuldur.
Lakin bir məsələ aydın
olmalıdır – Azərbaycan hər vasitə ilə Avropa təşkilatları
qarşısında götürdüyü vəzifə və
öhdəliklərinə əməl edir. Buna misal
olaraq, bu yaxınlarda ölkəmizə demokratiya və insan
haqları sahəsində Avronest Parlament Assambleyası çərçivəsində
təyin edilən Avropa Parlamentinin deputatı, cənab
Ştrasser kimi Almaniyadan olan və sosialist partiyasının
üzvü olan cənab Knut Flekenştaynın AVRONEST in
nümayəndə heyətinin rəhbəri kimi mənim tərəfimdən
ölkəmizə dəvət edilməsini göstərə
bilərəm. Cənab Ştrasserdən fərqli
olaraq, bu məruzəçi ölkəyə səfər etməmişdən
əvvəl nə ölkəmizə qarşı, nə də
digər həmkarlarına qarşı əsassız və
sübutsuz heç bir ittiham irəli sürməyib. Qərəzli mövqedə duran cənab Ştrasser
bizim ölkəyə qarşı şəxsi ədavətini
həyata keçirmək istəyir, lakin biz buna qarşı
bütün qanuni vasitələrdən istifadə etməklə
mübarizə aparacağıq.
Xalq Cəbhəsi.-
2012.- 28 yanvar.- S.7.