Mücadilə adamı

 

Alparsalan Türkeş Türk dünyası davasını ilk dəfə siyasi müstəviyə gətirən milliyətçi liderdir

 

Onun həyat yolu

 

Aprelin 4-də onu doğulduğu yavru vətənində (Şimali Kiprdə), yaşadığı ana vətənində (Türkiyədə) və ruhunun vətənində (Azərbaycanda) tez-tez anırlar.

O, XX əsrdə Türkiyənin siyasi həyatına damğa vurmuş şəxslərdən biridir. Şöhrətinə, nüfuzuna, özündən sonra qoyub getdiyi siyasi irsinə görə ölkənin prezidentibaş naziri postlarını tutmuş bir çox siyasi xadimlərdən daha parlaqdır. Halbuki o, dövlətdə heç vaxt ən böyük vəzifələri tutmayıb, yalnız baş nazirin müavini olub. O, heç general rütbəsi də almayıb, ancaq polkovnik ola-ola generallara böyüklük edib.

Söhbət əfsanəvi başbuğdan, Alparslan Türkeşdən gedir. O, özlərini Türkiyənin, türk dünyasının, millətin və dövlətin qoruyucuları bilən, əsas şüarları «ülküsü olmayanın ölkəsi olmaz» olan «bozqurdlar»ın böyük lideri, Azərbaycanın böyük dostuydu. Onun üçün Şimali Kipr, Türkiyə və ya Azərbaycan ayrı-ayrı üç dövlət deyildi, bu üç dövləti vahid görür, üç qardaş deyə tanıyırdı. O, bu xüsusda çox səmimiydi. Vəfatından keçən bunca illərdən sonra onu doğulduğu yavru vətənində (Şimali Kiprdə), yaşadığı ana vətənində (Türkiyədə), tez-tez anıldığı ruhunun vətənində (Azərbaycanda) sevimli edən məhz budur.

Dünən onun vəfatının 16-cı ildönümü idi. Bu, 15 ildə o, millətsevər, vətənpərvər insanlar tərəfindən bir gün belə yaddan çıxmadı, həmişə anıldı, həmişə ehtiramla xatırlandı.

Alparslan Türkeş 1917-ci il noyabrın 25-də Kiprdə, Lefkoşa şəhərində doğulub. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçüb. 1936-cı iləd Kuleli hərbi məktəbindən leytenant rütbəsiylə məzun olub. 1940-da Geliboludaki 58-ci piyada alayında vzvod komandiri vəzifəsində xidmət edib

1944-cü ildə baş leytenant rütbəsindəykən yazıçı Nihal Atsızla birlikdə «İrqçılık-Turancılıq» ittihamıyla mühakimə olunub, 9 ay 10 gün Topxana hərbi həbsxanasında yatıb. 1945-ci ildə hərbi tribunalın qərarı ilə azadlığa buraxılıb, 1947-ci ilə bəraət alıb və təkrarən orduya dönüb.

1955-ci ildə Türkeş Hərbi Akademiyanı bitirib. Daha sonra ABŞ-a göndərilib və orada hərbi akademiyapiyada məktəbini qurtarıb. 1955-1957-ci illər arasında Vaşinqtonda NATO-nun daimi komitəsində Türkiyə Müdafiə Nazirliyinin nümayəndəliyində çalışıb. 1959-cu ildə Almanyada Atom ve Nüvə məktəbinə göndərilib və buradakı təhsilindən sonra polkovnik rütbəsi alıb.

1960-cı il çevrilişindən sonra bir sıra zabitlərlə birlikdə Alparslan Türkeşordudan təqaüdə çıxarılaraq Hindistandakı səfirliyə müşavir vəzifəsinə göndərilib. Sürgündəykən MBK başqanı Cemal Gürselə məktub yazaraq Yüksək Ədalət Divanında mühakimə olunan sabiq baş nazir Adnan Menderesinonun yaxınlarının edam edilməsinin doğru olmayacağını bildirib.

1963-də ölkəsinə qayıdıb. Siyasətə atılıb. Dostları ilə birlikdə Cümhuriyyyətçi Kəndli Milllət Partiyasına daxil olub. 1965-ci ildə partiyanın sədri olub. Millət vəkili seçilib. 1969-cu ildə CKMP-nin Milliyətçi Hərəkat Partiyasına (MHP) çevirib.

1975-ci ildən sonra «Milliyyət cəbhə» adı verilən koalisiya hökumətlərində baş nazirin müavini olub. 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib, 4.5 il məhbus həyatı yaşayıb.

1987-ci ildə siyasətlə məşğul olmaq yasağı götürüldükdən sonra yenidən MHP-yə daxil olub. Qurultayda partiyanın sədri seçilib, Yozqatdan millət vəkili seçilərək yenidən parlamentin üzvü olub.

1997-ci ildə, aprelin 4-də 80 yaşındaykən vəfat edib.

Bu, bütün şüurlu həyatı 20-ci əsrin qeyri-stabil siyasi həyata malik Türkiyəsində təlatümlərdə, hərbi çevrilişlərin iztirablı dönəmlərində keçən Türkeşin ömür yolunun qısa məcmusudur. Onun həyatının bir hissəsi xaricdə təhsildə sürgündə, daxildə məhbəsdə keçib.

1992-ci ildə Azərbaycanda milli-demokratik qüvvələr hakimiyyətə gələndə buna ən çox sevinən, ölkəmizə gələrək prezident Elçibəyə dəstək verən, qardaş Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri elan edən ilk türkiyəli siyasətçi məhz Türkeş idi.

Ona görə onun işıqlı xatirəsi ölkəmizin vətənpərvər kəsiminin qəlbində daima yaşayacaq.

Bəs görəsən, ziyalılarımızın Alparslan Türkeş deyənde ağlına kim gəlir?

Jurnalist Əfsanə Qıpçaq Ələsgərli hesab edir ki, Türkiyə tarixində Alparslan Türkeşin xidmətləri rolu danılmazdır: «Onu hərbçi, xarizmatik lider eləcə Türklüyə bağlı milli təfəkkürlü ziyalı kimi qiymətləndirirəm. Öz istedadı, liderlik keyfiyyətləriylə dövrünün gənclərini bir araya topladı, onların milli mücadiləylə fikirlə təşkilatlanmasında böyük rol oynadı. Azərbaycanın ağır illərində, erməni işğalçılarının Qarabağda törətdikləri qanlı hücumlar başlayanda o, bu haqsızlıqlara öz səsini ucaltdı. Bu baxımdan düşünürəm ki, türk coğrafiyasının bu cür liderlərə hər zaman ehtiyacı var. Onun yazdığı əsərlər, işıqlı fikirləri gənclər tərəfindən öyrənilməli onun işıqlı ideyalarından bəhrələnilməlidir».

Politoloq Telman Nüsrətoğlunun fikrincə Alparslan Türkeş çox böyük bir dava adamıdır: «Türkiyə siyasətində onun rəhbərlik etdiyi partiya çox böyük səs almasa da, o, həmişə Türk siyasətində kilid adam rolunu oynayıb. Bu da onun dövlətçiliyə millətə hədsiz dərəcədə bağlı olması Türkiyənin maraqları üçün bütün məsələlərdə uzlaşmaya getməsiylə bağlıydı. Alparsan Türkeş Türkiyənin ictimai-siyasi həyatında hələ ciddi rol oynayan Ülkü Ocaqlarının qurucusuydu. Ülkü ocaqları Türk gəncliyinin milli mənəvi dəyərlər işığında yetişməsində böyük rol oynayıb. Oradan yetişən ayrı-ayrı siyasətçilər fərqli siyasi partiyalarda fəaliyət göstərsələr Türk siyasətində çox təsirlidirlər. Alparsalan Türkeş Türk dünyası davasını da ilk dəfə siyasi müstəviyə gətirən bu istiqamətdə böyük görən bir milliyətçi liderdir. Ən əsası o, Türkiyə siyasətində milliyətçiliyi təmsil edən bir neçə partiyanın qurucusudur».

Milli Dirçəliş Hərəkatı Partiyasının gənclər təşkilatının sədri Seymur Həsənli hesab edir ki, Alparslan Türkeş Türk Dünyasının böyük şəxsiyyətlərindən biri, Türk millətçiliyinin XX əsrin ikinci yarısında əsas aparıcı fiqurlarındandır: «Türkiyəmizin müstəqillik tarixinin Atatürkdən sonrakı hissəsini Alparslan Türkeşsiz təsəvvür etmək mümkün deyil. Alparslan Türkeş hər hansı prosesin iştirakçısı deyil, özü proses yaradan şəxsiyyət olmuşdur. XX əsrin ikinci yarısı Türkiyənin siyasi həyatında baş verən hadisələrin mərkəzində Alparslan Türkeş dayanıb. O, bir məktəb yaradıb gedib Atatürkdən sonra bu məktəbin yaradılması çox önəmli idi. O, elə bir məktəbdir ki, bu gün Türkiyənin gündəmində öz varlığını təsirini açıq-aşkar göstərir. Türkeşin milyonlarla əsgəri onu öz başbuğu olaraq qəbul edir yolunda ölümə belə hazır olduğunu göstərir. Türkeş həm Azərbaycan üçün böyük şəxsiyyətdir. Millətçi cəbhə onun xatirəsini əziz tutur. 90-cı illərdə Qarabağ döyüşlərində ülkücülərin savaşması üçün verdiyi əmr hər şeydən önəmlidir bizim üçün».

Hüquqşünas Aqşin Atalızadə bu günün xatirələrdə yaşamalı olduğunu deyir: «Düzü Başbuğla bağlı ən böyük xatirəm məhz elə onun ölümü, daha doğrusu ölümündən sonra baş verənlərlə bağlı idi. Çox möhtəşəm mənzərə idi. Hətta o vaxt Rusiya kanalları belə bu qədər möhtəşəm izdihamın qarısında məttəl qalmışdılar. Yəni bir insan bir millət üçün bu qədərmi dəyərli olarmış!

Bir şeyi deyə bilərəm: Alparslan Türkeş türk milləti türk dünyası üçün vahid lider olaraq qəbul edilə biləcək şəxsiyyətlərdən idi. Onun ölümü ilə Türkiyə daxilində millətçilikdə vahid xarizmatik lider problemi yaranıb. İndinin özündə eyni əqidədə olan millətçi qurumlar xırda fərqliliklərdən dolayı tam bir araya gələ bilmirlər. Yəqin ki, hələ uzun müddət tük dünyası bu cür vahid xarizmatik lideri tapa bilməyəcək. Hərdən lent yazılarına baxıram. Nüfuzlu zahiri görkəmi nitqiylə insanı lərzəyə gətirməsi ilə yanaşı həm çox gözəl siyasətçi olub. Danışıqlarında heç bir siyasi səhvə rast gələ bilmərsən. Doğrudan da bütün həyatını türk millətinin rifahı üçün sərf edib. Allah rəhmət eləsin».

Müstəqil ekspert Elnur Eltürkün fikrincə Alparslan Türkeş türk dünyasının nəhəng baş buğlarından biridir: «Türkeş ölməz şəxsiyyətlərdəndir. Onun fəaliyyəti ideyaları türk millətinin birliyinə yaranmasına güclənməsinə hesablanmışdı. Əminliklə demək olar ki, ölməz türk lideri ömrünü türk millətinin birliyinə həmrəyliyinə xidmət edib. Türkeş Azərbaycanın müstəqil olmasında xidmətləri olan türk liderlərindən biridir. Hələ o zaman milli hərəkat başlayandan sonra, Milliyətçi Hərəkat Partiyası Azərbaycanın istiqlal hərəkatının yanında oldu. Onun türk dünyası ilə bağlı arzuları var idi. Şükürlər olsun ki, bu gün 7 türk dövləti var. Bu onun ən böyük arzularından idi».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 6 aprel.- S.15.