Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ədəbiyyat
Ziyalıların fəallığı
nəticəsində 1918-1920-ci illər millətimizin həyatında
xüsusi bir mərhələ olub
I yazı
Ədəbiyyat milli ideya ilə bağlı olanda sabahlıdır, milli ideyadan ayrılanda zamanın əhvalına uyğun olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyatın ideya yönü və inkişafı ilə bağlı problem-mövzunu təqdim edirik. Ədəbiyyatşünas, araşdırmaçı Gülxani Pənahın qənaətləri maraq doğurur: «XX əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var: bu əsr milli azadlıq hisslərinin güclənməsi, dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Bu milli-azadlığın şirinliyini XX əsrin əvvəllərində daddıq, sonra itirdik və əsrin sonunda yenidən əldə etdik. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Xalqımızın milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizə apardığı, arzularına nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə milli ideya mübarizəsində, o cümlədən, romantizm və realizm yaradıcılıq axınında birləşir. XX əsrin əvvəlindən Azərbaycan ədib və şairləri müəyyən məktəblər, üslublar üzrə qruplaşmaqda idi. Həmin birliklər ədəbiyyatın get-gedə daha çox ideoloji məzmun kəsb etdiyini, zamanın siyasi konyukturasına tabe olduğunu göstərirdi. Bu və ya digər siyasi-ideoloji mərama mənsubluq ilk yaradıcılıq təşkilatlarının, yaxud cəmiyyətlərinin fəaliyyəti ilə yanaşı adında da özünü göstərirdi: «Yaşıl qələm», «Qırmızı qələm» və s. Ədəbiyyatın bu cür «rənglənməsi» sənət baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün cəmiyyət həyatına yaxınlığından irəli gəlirdi».
Araşdırmaçı hesab edir ki, XX əsrin ilk iki onilliyində Azərbaycan çox mürəkkəb, ictimai-siyasi cəhətdən ağır dövrünü yaşadı: «Rusiya-Yaponiya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ictimai-siyasi proseslər, Azərbaycanda güclənən milli-azadlıq hərəkatı ədəbi prosesə də öz təsirini göstərdi. Ölkədə maarifçilik hərəkatının güclənməsi maarifçi ədəbiyyatın inkişafına kömək etdi. Milli problemlərin həlli yollarını axtarmaqda ziyalılar bir araya gəlməkdə idilər. «Şərqi-rus», «Hümmət», «Molla Nəsrəddin», «Füyüzat», «İrşad», «İqbal», «Tərəqqi», «Təkamül», «Yoldaş», «Məktəb», «Dirilik» kimi mətbu orqanlar fəaliyyətə başladı, ana dilimizdə yaranan bu mətbu orqanlar xalqımızın ədəbiyyatının inkişafına kömək etmiş olurdu. Bunlarda ictimai-siyasi və milli-mənəvi problemlər əksini tapırdı. Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün ədəbi proseslərini özündə əks etdirirdi. «Molla Nəsrəddin», «Füyüzat» jurnalları ətrafında toplanan maarifçi ziyalılar realist və romantizmin ideya-estetik düşüncələrini ifadə edirdilər. Cəlil Məmmədquluzadənin nəşrə hazırladığı «Molla Nəsrəddin» jurnalı realist şair və yazıçıları ətrafında birləşdirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın danışıq dilinin bazası əsasında yaratmağı düşünür. Əli bəy Hüseynzadənin başçılıq etdiyi «Füyüzat» jurnalı romantiklərin ideya və düşüncələrini müdafiə edir və füyüzatçılar kimi tanınan ziyalılar isə «ortaq türk dilinin formalaşdırılması ideyası»nı əsas bilir və «bu məsələdə Türkiyə türkcəsini əsas götürməyi düşünürdülər»".
Rusiyada 1905-ci il inqilabı məğlubiyyətə uğradı və bu azadfikirli, maarifçi Azərbaycan ziyalılarının işini ağırlaşdırırdı: «1908-1910-cu illərdə Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından İranda (Məhəmməd Əmin Rəsulzadə), Türkiyədə (Əli bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu) fəaliyyətlərini davam etdirməli olmuşdular. 1905-1901-ci illərdə Səttarxan hərəkatı bütün İrana, eləcə də Şərqə, məşrutə hərəkatının qələbəsi ictimai-siyasi hərəkata, eləcə də ədəbi prosesə ciddi təsir göstərir. Bu hadisələri Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə silsilə məqalələrlə dərindən izləyir. «Səfa», «Nizam», «Nəşri-maarif», «Cəmiyyəti-xeyriyyə» kimi ədəbi-mədəni mühitə təsir edən cəmiyyətlərin rolu, xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley tədbirləri, nəşr olunan kitablar, səhnələşdirilən dram əsərləri ədəbi-prosesin inkişafına göstərilən dəyərli köməklər idi. M.Ə.Rəsulzadə «Açıq söz» qəzetinin nəşrinə başlamaqla Azərbaycan mətbuatı tarixində yeni bir yol açır. Bu qəzet «milli ideologiyanın formalaşdırılmasında müstəsna rol oynadı. Onun səhifələrində dərc olunan yazılar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük təkan idi».
Ölkədə (1918-1920) baş verən ictimai-siyasi hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında misilsiz rol oynadı: «Qısa bir müddət yaşasa da, Azərbaycandakı müstəqil milli dövlət böyük çətinliklərlə qurulan bir dövlət idi və bu yolda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılarının xüsusi fəallığı nəticəsində 1918-1920-ci illər millətimizin həyatında xüsusi bir mərhələ olmuş və onun gələcək inkişafına ciddi təsir göstərmişdi. Bu dövrdə xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas olması, müstəqil həyata qədəm qoyması, yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü dəyişikliklərin gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı. Türk dilinin dövlət dili elan olunması, milli mətbuatın nəşr imkanlarının genişlənməsi ictimai ideallarla zəngin bir ədəbiyyatın yaranmasına təkan vermişdi».
Azərbaycanda 1919-cu ildə Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Bununla belə, «Azərbaycan Dövlət Teatrı», «Teatr xadimləri cəmiyyəti», «Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti», «Yaşıl qələm» ədəbi birliyi yarandı, fəaliyyətə başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı. Belə ki, bu dövrdə «Azərbaycan» (rusca, türkcə), «Azərbaycan hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət», «İttihad», «Gələcək», «Şeypur», «Doğru yol», «El», «Əfkari-nəfisə», «Xalq sözü», «Hürriyyət», «Zəhmət sədası», «Məşəl» və s. qəzet və dərgilər çap olunmuşdu: «Ümumiyyətlə, 1919-cu ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunmuşdu ki, bunun 42-si türkcə, 44-ü rusca, 6-sı isə digər dillərdə yayınlanmışdı. 1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi «Əsgərlərimizə, könüllülərimizə», «Məfxureyi-aliyəmiz», «Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf» kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir».
«Şühədayi-hürriyyətimizin
əhvalinə-ithaf» şeirlərində 1918- ci
ildə erməni daşnaklarının törətdikləri
qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən,
tökülən günahsız qanlardan
sarsılmış şair bu yolda şəhid
olanlarımızı ağlayır:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey
ziynəti-cahani fəna.
Sizinlə buldu bu millət
həyati-püriqbal.
Sizinlə buldu bu millət
şərəfli istiqlal.
«Əsgərlərimizə, könüllülərimizə» şeirində müstəqillik
uğrunda mübarizədə
igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa,
torpağı, milləti,
dövləti qorumağa
çağırır. M.Hadinin bu
sətirlərində M.Ə.Rəsulzadənin
«Ah, Azərbaycan! Biz sənin
haqqını tələb
etmək deyil, yalnız adını söyləmək üçün…
nə qədər töhmətlərə məruz
qaldıq…» kəlmələrində
yaşayan bir ruh, amal, ideya
var. M.Hadi bolşeviklərin
hakimiyyətə gəlməsinə,
Xalq Cümhuriyyətinin
süqutuna dözməyərək
Gəncə üsyanında
yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət etmiş, bu yolda həlak
olmuşdu».
Türkçülük, turançı
ideyaları ilə köklənmiş Abdulla Şaiqin
yaradıcılığında Xalq Cümhuriyyətinə
bəslənən hörmət
və ehtiram əsasdır: «»Yeni Ay doğarkən», «Marş»,
«Vətənin yanıq
səsi», «Arazdan Turana» şeirlərində
vətəndaş şairin
qəlbinin səsi duyulur. Bu şeirlərdə
azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgi
yaşayır. Milləti,
xalqı haqsızlığı
yıxmağa, «Turanda
gün doğunca» zülmətlə çarpışmağa,
irəlidə mübarizə
yolu ilə qazanılacaq qələbələrə,
orada doğacaq Günəşə-yeni dövlətə,
dövlətin qurduğu
gözəl, xoşbəxt,
firavan, cənnət kimi həyata səsləmə var.
Haydı,
yola çıxalım,
haqsızlığı yıxalım,
Turanda gün doğunca, çarpışalım.
Marş irəli, irəlidə cənnət kimi çəmən var.
Günəş orda hər doğar,
səadət orda parlar.
Türk
firqəsi Müsavat,
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat».
Araşdırmaçı G.Pənah daha sonra bildirir
ki, milli ədəbiyyat tarixində
«istiqlal şairi» kimi tanınan Əhməd Cavadın «Türk ordusuna», «Şəhidlərə», «Azərbaycan
bayrağına», «Elin
bayrağı», «İngilis»,
«İstanbul», «Bakı
deyir ki» və s. şeirlərində
ölkədə milli
azadlıq uğrunda gedən mübarizələr
tərənnüm olunur,
bu yolda canını qurban verənlərə hörmət
və ehtiram göstərilir: «Bu şeirlərdə
«Bir kərə yüksələn» və bir daha enməyən,
onu endirməyə çalışanlara qarşı
xalqın apardığı
mübarizə, xalqın
mübarizə dolu həyatı, qanı-canı
bahasına əldə
etdiyi müstəqilliyə
yenidən qovuşması,
milli duyğular yaşayır. Əhməd Cavad yaradıcılığında
ölkəni yenidən
işğal edən rus imperiyasına nifrət hissi var. «Göygöl» şeirinin ideya məzmununda azadlıq göynərtisi,
müstəqillik arzusu,
milli-istiqlal yanğısı
ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur».
Türkçülük, turançılıq
ideyalarına gənc yaşlarından böyük
səmimi rəğbəti
olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi
ilk illərdə «Trablis
müharibəsi» və
«Ədirnə fəthi»
pyeslərini yazdı və bu əsərlər
Türkiyədə baş
verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini
əks etdirirdi: «Milli hökumətin yarandığı illərdə
parlamentdə stenoqraf işləyən C.Cabbarlı
dramaturgiya, eləcə
də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi,
Vətənin, torpağın
gözəlliyini tərənnüm
edir. İlk şeirlərində-»Azərbaycan
bayrağına», «Sevdiyim»,
«Sevimli ölkəm»,
«Salam» və s. şeirlərində
Xalq Cümhuriyyətinin
şirin dadını
duyan, bu dövlətin məhəbbətini
qəlbində yaşadan
vətənpərvər qəlbin
səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq məfkurəsi
ön planda verilir. Şairin «Azərbaycan bayrağına»
şeiri şairin «azadlıq və istiqlal» sevgisini orijinal formada əks etdirən əsərlərdən» biri
kimi yüksək qiymətləndirilir. «Sevdiyim» şeirində də şair bayrağa, Vətənə
müqəddəs hisslərlə
yanaşır, bu bayraqda türkçülük,
turançılıq ideyalarını
ümumiləşdirir.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 5 aprel.- S.14.