«Hər bir ürək sənin məskənindir, Tahirə!

 

Tahirə Qürrətüleyn İslam şərqində qadın hüquqsuzluğuna etiraz edən ilk müsəlman qadını idi

 

«Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz» — barəsində çıxarılan ölüm hökmünü eşidən Tahirə Qürrətüleyn cəlladlarına belə demişdi. Onu qəddarcasına qətlə yetirdilər, lakin ondakı azadlıq eşqi bir simvola çevrildi.

 

Böyük Türk şairi Süleyman Nazif Tahirə haqqında demişdi:

«O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaqqürurla dolacaq. Ah! Təəssüf, Qürrətüleyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!»

Bu qəhrəman xanım 1818-ci ildə Cənubi Azərbaycanın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. Əsl adı Fatimə olan bu xanım təhsilini atasının və ailə üzvlərinin yanında alıb və çox zəkalı şagird olduğu deyilir. Ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Deyilənə görə, bu xüsusiyyətlərinə görə, atası ona çox böyük ehtiram bəsləyib və ona «Qürrətüleyn», yəni «gözün nuru», «əziz övlad» deyə müraciət edib.

Tahirə Qürrətüleyn İslam şərqində çadrasını atmış və qadın hüquqsuzluğuna etiraz edən ilk müsəlman qadını idi.

O zaman yeni başlamış Babilər hərəkatının rəhbəri Seyid Əli Məhəmməd Babın ən yaxın ardıcılı və fəal iştirakçısı idi. Tahirənin ictimai statusu, onun fəaliyyətində ictimai təlatüm doğurmuşbütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Tahirə İslam Şərqində çadrasını nümayişkaranə atmış və qadınlara kişilərlə bərabər ictimai, siyasi, iqtisadi haqların verilməsi məsələsini qaldırmış ilk qadın idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında iştirak edən 81 nümayəndəsinin (Tahirə onların arasında yeganə qadın idi) gözü qarşısında baş vermişdi. Onun Babın 18 şagirdindən biri kimi fəaliyyəti çox geniş idi.

Mirzə Fətəli Axundzadəyə görə, atəşin təbiətə malik qeyrətli, hümmətli, zəmanəsinin gözəli olan bu qızın həyatı dastanlara layiqdir. Mirzə Kazımbəyə görə, o, qeyri-adi dərəcədə yüksək təhsil almış, hətta alim idi, sözə hakim idi, bütün bunların üzərində isə onun təsviredilməz gözəlliyi parlayırdı. Böyük türkçü Nihal Atsız «Gənc qızlarımıza çağrı» adlı yazısında türk qızlarına özgür qadın Zərrintac Tahirəni örnək göstərirdi: «Sizlər də adı Zərrintac olan qəzvinli türk qızı kimi inanclarınız uğruna, üzündə xoş bir gülümsəmə ilə atəşə doğru erkək bir bozqurd kimi yürüməyi bacarın».

1844-cü ildə Seyyid Əli Məhəmməd özünə Bab («Qapı») ləqəbini götürərək insanların intizarında olduqları Mehdi olduğunu elan edir, ona inanan ilk 18 müridindən biri Quddusla birlikdə Məkkəyə gedərək özünün missiyasını elan edir, daha sonra əsasən aşağı və orta təbəqəyə siyasidini mesajlar verərək özünə tərəfdar toplayır. Babın aşağı və orta kütlələrə səslənməsi hakimiyyətə qarşı olan narazı kütlələrin onun bayrağı altında birləşməsinə səbəb olur. Buna görə də Bab həbs olunur, lakin o, Maku zindanında «Bəyan» adlı kitab yazaraq onu ilahi kitab elan edir. Hərəkatın gücləndiyini görən şah hakimiyyəti 1850-ci ildə Seyid Əli Məhəmmədi öldürür.

Baba ilk iman gətirən və «hürufi-həyy» adlanan 18 müridi arasında Zərrintac Tahirə onun təlimini yayarkən Kərbəlada idi, bütün müridlərin Xorasana getməsi əmrini aldıqdan sonra o, Xorasana doğru yola düşür, yolboyu keçdiyi şəhərlərdə bab təlimini yaymağa başlayır, bəzi yerlərdə böyük şövqlə qarşılanır, bəzi yerlərdə isə kafirlikdə ittiham olunur. Tahirə əmisi oğlu Molla Məhəmməd ilə evli idi. Qəzvinə gələrkən atası evinə düşən Tahirəyə əri ata evində deyil, onun yanında qalması gərəkdiyini söylədiyində Zərrintac vasitəçilərlə ona belə bir məktub göndərir: «Mənim dilimdən o şüursuz nadana deyin ki, əgər yaxınlıq və qohumluq iddiasında sədaqətli olsaydın və məni həqiqətən ürəkdən sevsəydin, Kərbəlada olduğum bu müddətdə heç olmasa məni görməyə gələrdin, Kərbəladan İrana səfər edərkən, mənimlə yoldaş olardın, piyada gedərək tam səmimiyyətlə mənim kəcavəmi qoruyardın, bütün yol boyu mənim qulluğumda dayanardın. O zaman sənin səmimiyyətini görüb səni qəflət yuxusundan oyadardım və ilahi əmrin mahiyyətini sənə şərh edərdim. Amma sən belə etmədin və düz üç ildir ki, biz bir-birimizdən ayrılmışıq. Ona görə də yaxşı olar ki, bu ayrılıq əbədi olsun, yəni nə bu dünyada, nə də o biri dünyada biz görüşüb bir yerdə olmayaq. Bəli, bizim ayrılığımız əbədi, fərağımız daimidir. Mən səndən gözümü çəkmişəm və sənə qarşı tam etinasızam».

Zərrintacın bu məktubundan sonra əmisi Molla Tağı onu kafir elan edir. Lakin daha sonra baş verən hadisə daimi düşmənçiliyin əsasını qoyur. Belə ki, 1847-ci ildə Molla Tağı öldürülür Qürrətüleyn bu qətldən sonra şübhəli şəxs qismində həbs olunur, bir müddət Qəzvinin hökumət idarəsində saxlanılır. Lakin Bəhaullahın adamı Ağa Hadi tərəfindən həbsdən xilas edilərək Tehrana qaçırılır, babilərin davamı olacaq bəhailərin lideri Bəhaullahın evində qalır, daha sonra Xorasana yola düşürlər Bədəşt kəndində babilərin toplantısı olur, toplantıda Tahirə ilk dəfə müridlərin arasına hicabsız olaraq çıxır. Nəbil Zərəndi «Dan yerinin şəfəqləri» adlı bəhailiyin tarixinə həsr olunmuş əsərində bu hadisəni belə anladır: «Birdən Həzrət Tahirə hicabsız, bəzənib-düzənmiş halda məclisə daxil oldu. Məclis iştirakçıları bunu görüb dəhşətə gəldilər. Hamı yerində donub qalmışdı, çünki gözləmədikləri bir şeylə qarşılaşmışdılar. Onlar elə düşünürdülər ki, Həzrət Tahirəni hicabsız görmək mümkün olmayan bir işdir, nəinki onun əndamına, heç kölgəsinə baxmağa icazə yoxdur».

Toplantıdan sonra babilər arasında parçalanma baş versə , sonradan Tahirənin digər mürid Quddusun rəhbərlik etdiyi babilər birləşirlər təlimlərini yaymağa davam edirlər. Tahirə Təbərsi qalasında bab ardıcıllarının hökumət qüvvələri ilə savaşdığını eşidib, onlara köməyə gedir, lakin həbs olunaraq Tehrana göndərilir, 1848-1852-ci illərdə o şəhərin baş polisi Mahmud xanın evində əsir qalır. 1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsdin babilər tərəfindən törədildiyi aşkar olduğundan Tahirəni baş nazir Mirzə Ağa xan Nurinin yanına aparmaq bəhanəsilə zindandan çıxarırlar bir bağda boğaraq quyuya atırlar üzərini torpaqla doldururlar.

Zərrintac istəyirdi? Gənc bir qəzvinli türk qızının onunla təxminən eyni yaşda olan Mirzə Məhəmmədəlinin düşüncələrinə bağlayan idi? Bunun yeganə cavabı elə babilik onun davamı olan bəhailik təliminin özündə idi. Bəhailiyə görə qadın kişi Tanrı qatında bərabərdirlər hər zaman da bərabər qalacaqlar. Məhz qadın özgürlüyü uğrunda savaş həmin dövrdə Qacar dövlətinin hökmranı olduğu regionda olduqca qətiyyətli addım tələb edirdi. Amma Zərrintacın ilk dəfə bu yola gedən 18 mürid arasında yeganə qadın olarkən babiliyə qoşulmasının səbəbi məhz qadın azadlığı idi. Onun dövrün İslam alimlərinə yazdığı məktublarda da qadına qiymətin verilməsi öz əksini tapırdı.

Qürrətüleynin öz əmisi oğlu olan ərindən üç övladı var idi. İki oğlu şeyx İbrahim şeyx İsmayıl molla təhsili görmüş hər üç övlad analarının əqidəsinə zidd tərbiyə almışdılar. Qürrətüleyn o dövrün tələblərinə zidd olaraq minbərə çadrasız çıxır, atəşli nitqlər söyləyirdi. O, qadın azadlığı, onun hüququ, qadının kişilərlə bərabər hüquqlu olması tələbilə çıxış edirdi.

Müsəlmanlar, əvvəllər şeyxiyyə təriqətini qəbul etmiş insanlar babilərin qanunlarını, xüsusilə, insanların hüquq bərabərliyi məsələsini qəbul etmirdi. Xüsusilə üsuliyyə şeyxiyyə təriqətindən olan mollalar onların qanunlarına mənfi münasibətdə idilər babilərin fikirlərini qeyri-adi bir hal hesab edirdilər.

Eduard Braun «İnqilabi-İran» kitabında «gözəl Qürrətüleynin saysız-hesabsız işgəncələrə dözümlülüyün»dən danışır. Tarix elmləri doktoru, profesor Zülfəli İbrahimov da bu qəhrəman qız haqqında yazmışdı: «Son dərəcə şücaətli olduğuna görə Zəncanlılar bu qıza «Şahnamə»nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi». Başqa tədqiqatçı, tarix elmləri doktoru, profesor Sabir Gəncəli yazır: «Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdü».

Tahirə təfsir şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdur.

Tahirə XIX əsrin 40-cı illərində Azərbaycanın İranın ən görkəmli şairəsi idi. İranda babilər hərəkatı yatırılan zaman xüsusi fitva ilə lənətləndiyinə öldürüldüyünə (1852-ci ildə) görə şeirlərinin böyük hissəsi toplanmış məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış bəzi şeirləri özünün dərin məzmunu azadlıq ruhu ilə seçilir. Müstəbid şahın, cahil lovğa ruhanilərin Tahirənin əleyhinə çıxmalarına baxmayaraq, o, həqiqəti söyləməkdə bir an da olsa tərəddüd etmədi bu yolda həyatını qurban verdi. Azərbaycanda Tahirənin həyatı ictimai fəaliyyəti çox məhdud şəkildə tədqiq edilmiş, əsas diqqət onun şairəlik fəaliyyətinə verilmişdi. Bu sahədə Sabir Gəncəli, Əzizə Cəfərzadə digər tədqiqatçıların böyük rolu olub. Əsas ictimai fəaliyyəti XIX əsrdə İranda babilər dini hərəkatı ilə bağlı olduğundan tarixçilər tərəfindən kifayət qədər işıqlandırılmayıb. Onun irəli sürdüyü sosial ideyaların üzərindən səthi keçilib bu haqda bu gün danışılmır.

Azərbaycanla müqayisədə qərb ölkələrində, xüsusilə, ABŞ-da Tahirənin həyatı mübarizəsi daha ətraflı tədqiq edilmiş, haqqında xeyli miqdarda bədii, elmi, elmi-populyar əsərlər yazılmış, rəsm əsərləri kinokliplər çəkilmişdir. Adını daşıyan onlarca cəmiyyət, assosiasiya, qadın qeyri-qadın təşkilatları fəaliyyət göstərir. Bunlar arasında ikisi daha məşhurdur: Tahirə Ədalət Mərkəzi, Tahirə Assosiasiyası, ABŞ. Adı çəkilən təşkilatların hər ikisi ABŞ da yerləşir. Hazırda qlobal miqyasda dini təməlçiliyin baş qaldırdığı qadın azadlıqlarına qarşı hücumların gücləndiyi dövrdə Tahirə kimi şəxsiyyətin Azərbaycan xalqına, xüsusən gənc qızlarımıza tanıtdırılması böyük əhəmiyyət kəsb edir.

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 6 aprel.- S.12.