Kitabxana və muzeylərdə İKT-dən istifadə 

 

 M.F.Axundov adına Milli KitabxanadaKitabxana muzeylərdə İKT-dən istifadənin genişləndirilməsi turizm mədəniyyət təhsilində texnologiyaların tətbiqimövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi, “Microsoft Azərbaycan “Ultra Computers” şirkətlərinin nümayəndələri iştirak edib.

Dəyirmi masanın məqsədi Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin tərkibində olan kitabxana, muzey təhsil müəssisələrinin müasir tələblərə cavab verməsi, mühitinin təkmilləşdirilmədi üçün “Microsoft” şirkətinin təkliflərini müzakirə etməkdir.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev müəssisələrin yeni texnologiyalara uyğun fəaliyyətinin təmin edilməsi üçün bütün müəssisə rəhbərlərinin bu işdə xüsusi fəallıq göstərməli olduqlarını diqqətə çatdırıb. Nazirin sözlərinə görə, elektron hökumətin yaradılması işində fəal olmayan müəssisələrin prezidentin sərəncamına əməl etmədiyi mənasına gəlir.

Dəyirmi masada Azərbaycan kitabxanaçıları muzey işçiləri üçün peşəkarlığın artırılması sisteminin inkişafı üçünMicrosofr İT Academy” Proqramı vasitəsilə Azərbaycan kitabxanaçıları muzey işçiləri üçün sertifikatlaşdırılmış “Microsoft” təlim kurslarının təşkili, Azərbaycan kitabxanaları muzeylərində informasiya texnologiyaları sahəsində təhlükəsizliyin təmin edilməsi üçün nazirliyin tabeliyində olan kitabxana muzeylərdə istifadə olunan proqram təminatının qanuni orijinal versiyalarının istifadəsi, eyni zamanda “Microsoft” proqram təminatında akademik endirimlər təklif müzakirə olunub.

Bundan əlavə, Azərbaycan Turizm İnstitutu nazirliyin tabeliyində olan peşə məktəblərində olan İT təhsilini təkmilləşdirmək üçün  təhsil müəssisələrində “Microsoft İT Academy” proqramının daha əhatəli tətbiqi təhsil müəssisələrinin sertifikatlaşdırma mərkəzi kimi fəaliyyət göstərməsi təklif olunub.

 

 

Xalq Cəbhəsi.- 2013.- 10 aprel.- S.15.