Nə üçün
«Türk — islam» idealı?
Seyid Əhməd Arvasi 1932-ci ildə
Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə
tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə
bağlı Doğanyayla (Arvas) kəndindəndir. Mühitlərində
bu kəndin adına görə «Arvasilər» kimi tanınıblar.
Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin
adı soyadları oldu. Atası Abdülhakim Arvasidir.
1952-ci ildə
Ərzurum Müəllim məktəbindən məzun olub. Bir
müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci
ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakultəsindən məzun
olub. Balıkesir və İstanbuldakı Təhsil
İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə
çıxıb. Eyni il Milliyyətçi Hərəkət
Partiyası (MHP) Ümumi İdarə heyətinə seçilərək,
bu partiyadakı vəzifəsinə 12 Sentyabr 1980 — ci tarixində
baş verən dövlət çevrilişinə kimi davam
edib. MHP — dən İstanbul senatorluğuna namizəd olub.
«Hər
gün» qəzetində, «Türk-İslam ülküsü»
başlığı ilə gündəlik məqalələr
yazıb. 12 sentyabr çevrilişindən sonra, MHP və
ülkücü təşkilatlara görə mühakimə
olunub. Mamak Həbsxanasında işgəncə görüb. Həbsdən
azad olunduqdan sonra idealist qəzet və jurnallarda yazılar
yazıb. Türkiyə qəzetində «Həsbihal»
başlığı ilə məqalələri nəşr
edilib.
56 illik
ömürünün hər dövründə dayanmadan
yazıb. 31 dekabr 1988 — ci il tarixində İstanbul Erenköydəki
evində vəfat edib.
ƏSƏRLƏRİ:
Türk-İslam
ülküsü (3 cild)
Özünü
axtaran adam
İnsan
və insandan sonra
Dialektikamız
və Estetikamız
Şeirlərim
Təhsil
sosiologiyası
Şərqi
Anadolu gerçəyi
Qabaqcıl
Türk milliyyətçiliyinin əsasları,
«Həsbihal»
(6 cild) («Həsbihal» daha sonra mövzularına görə bu
adlarda nəşr olunub: «İmperializmin oyunları», «Dövlətin
dini varmı?», «Qadın və kişi», «İnsanın təkliyi».
Seyid Əhməd Arvasinin məqaləsi
Niyə bu və ya başqa ad altında toplanmağı yox, məhz «Türk-İslam ülküsü»nə bağlanmağı müdafiə edirik? Biz iddia edirik ki, «İmperializm», Türk və İslam dünyasını udmaq üçün ən az iki əsrdən bəri qorxunc bir planlar hazırlayır. Bir tərəfdən mədəniyyət imperializmi ilə bu vətənin övladlarını din və millətinə yadlaşdıraraq öz əməllərinə xidmət edəcək heyətlər hazırlamaqda, digər tərəfdən isə din və milliyyət duyğularını bütün səylərə baxmayaraq tərk etməyən övladlarımızı da bir-birinə qarşı qoymağı planlamaqdadır. Həqiqətən də yer üzündə əzilən və sömürülən bir də «üçüncü dünya» var. Bu dünya, daha çox asiyalı, afrikalı irili — xırdalı dövlətlərə və dövlətciklərə, bəyliklərə, əmrliklərə, federasiyalara bölünmüş millətlərdən ibarətdir. Təəssüflər olsun ki, bu insanların sayı bir milyard yarımdan daha çoxdur. İşin kədərli olan digər bir tərəfi də, bu əhalinin əksəriyyətini müsəlmanlardan ibarət olmasıdır. Bundan başqa çox ağrılı bir gerçəyi də ifadə edək ki, bu əzilən və istismar edilən müsəlmanlar arasında Türk millətinin çox əhəmiyyətli bir hissəsi də var. İmperialist qüvvələr, fürsət tapdıqları zaman zorla, tapa bilmədikləri zaman isə min bir hiylə ilə islam və Türk dünyasını ələ keçirmiş, zənginliklərini yağmalamış, din və millət duyğularını və dəyərlərini məhv etmiş, müqavimət göstərənləri ləkələmək və məhv etmək yolu ilə susdurmuş, öz düşüncəsinə uyğun heyətlər yetişdirmiş, bu millətlərin oyanış, diriliş istəklərini, milli təhsil və inkişaf planlarını baltalamış və bu ölkələri, «əbədi müstəmləkə» statusuna məhkum etmək üçün əlindən gələni əsirgəməmişdir. İmperialist qüvvələr dəhşətli dərəcədə qorxunc bir «mədəniyyət imperializmi» proqramı ilə millətin övladlarını milli tarixlərinə, milli və müqəddəs mədəni dəyərlərinə, milli ideallarına, milli mənfəətlərinə, hətta totem və simvollarına düşmən etməklə kifayətlənmir, öz dəyərlərini bir sivilizasiya və müasirlik ünsürü kimi onların başlarına və vicdanlarına yeridirlər. Beləcə milli və müqəddəs dəyərlərə bağlı millətçilərin qarşısına, bu dəyərlərə əks fikirdə olan yadlaşmış heyətlər çıxarırlar. Bir ölkədə, dəyərlər haçalananda qruplaşmaların da haçalanması və qarşıdurması qaçınılmaz olur. Məhz düşmən, bu nöqtədə fəaliyyətini artırır. Ölkənin və millətin qruplaşmalara bölünməsi üçün beynəlmiləl qüvvələri hərəkətə keçirir. Ölkə artıq bir-birinin boğazından yapışmağa hazır qruplaşmalara bölünübsə, düşmən rahatlıqla at oynada biləcək məqamı tapa bilib deməkdir. Düşmən qarşısındakı qüvvələri parçalayıb, onları bir-birinə düşmən edib, onları bir — biri ilə üz — üzə qoyub, rahat həzm olunan loxma vəziyyətinə gətirmək istəyir. Məsələn, beyinlərdə sanki bir insan, həm «dindar», həm «milliyyətçi», həm də «müasir» ola bilməzmiş kimi bir fikir formalaşdırıb bu dəyərləri bir-birinə zidd proqramlar hökmündə təlqin edib heç nədən üz — üzə dayanan qüvvələr meydana gətirir. Bu oyunlarını, o qədər ustalıqla planlayır ki, tərtiblərini anlamaq üçün bəzən hadisələrin üstündən bəzən əlli və ya yüz il keçməli olur. Məsələn, Osmanlı Türk Dövlətinin parçalanması və Orta şərqin müstəmləkə halına gətirilməsi üçün dinimizin və millətimizin düşmənləri, dinlə millətçilik arasında ziddiyyət və düşmənlik toxumlarını səpdiklərini indi etiraf edirlər. Serg Hatin adlı bir fransız masonunun yazdığı «Les Francs-Maçons» kitabının 127 — ci səhifəsində oxuduğumuza baxsaq İslam dünyasında masonlar Cəmaləddin Əfqanı və Məhəmməd Əbduh kimi «dindar siyasətçiləri» lojalarına üzv edib onların əli ilə dini, milli strukturlarda islahatlar aparıb bütün dünyaya şamil olunan İslam dinini pozmaq, digər tərəfdən «Müsəlman Qardaşlar» (Freres Musulmans) hərəkatı ilə də «İslamda milliyyətçilik yoxdur» təbliğatı ilə millətləri çökdürmək və bununla da çox namərd bir planla bir-birinə zidd islamçı və millətçi kimi süni düşmən düşərgələr yaratmaq istəyiblər. İmperializm bizim dünyamızda bu ziddiyyətdən çox istifadə etdiyini ayrıca yazırlar. Dinimizin və millətimizin düşmənləri din və millət kimi iki müqəddəs varlığımızı, bir-birinə düşmən göstərmək oyunundan asan — asan imtina edəcəyə oxşamır. O halda türk millətçisinin boynuna düşən vəzifə bütün varlığı ilə bu oyunu, hər şeydən əvvəl öz yurdunda pozulmalıdır. Bu ölkədə, süni olaraq bir-birinə düşmən güya türkçü və güya islamçı cəbhələr meydana gətirmək istəyən xain və namərd oyunların qarşısına, bir müsəlman-türk kimi və tarixinə yaraşır bir şəkildə çıxmalıdır. Buna görə türk-İslam mədəniyyətinə, türk-İslam dəyərlərinə, türk-İslam idealına bağlı, Türklük şüur və təmkininə, İslam iman, eşq, əxlaq və əməlinə sahib, Türklüyü bədəni, İslamiyyəti ruhu bilən, millətini texnoloji nailiyyətlərlə dünyanın bir nömrəli dövləti etmək həsrəti ilə çırpınan, Dünya Türklüyünün, İslam dünyasının və bütün məzlum millətlərin ümid yeri olmağa namizəd bir gənclik yetişdirməkdən başqa çarəmiz yoxdur. Din və millət bir — birinə zidd olan dəyərlər deyil. Bu səbəbdən, sintez tezis ilə anti-tezis arasında gedə biləcək bir ifadə olduğuna görə, illərdən bəridir istifadə etdiyimiz «Türk-İslam sintezi» yerinə, «Türk-İslam İdealı» ifadəsini seçdik. Bu ifadədən də israrla istifadə edəcəyik.
Çevirdi: Oktay
Hacımusalı
Xalq Cəbhəsi.-
2013.- 11 aprel.- S.11.