Rütbəsiz bir marşal: Qalib Ərdəm

 

Şeyx Ədibalının dediyi kimi «İnsanlar var, şəfəq vaxtı doğulub, axşam əzanında ölürlər»… Özlərinə təsis edilən ömrü tamamladıqdan sonra, bu fani dünyadan köç edib əbədi aləmə çatırlar…

Bu insanların böyük əksəriyyəti, həyata və zamana dair əhəmiyyətli iz qoya bilmədikləri üçün gecəyə qonaq olan axşamla birlikdə unudulub gedirlər…

Bir qisim insan da var ki; etdikləri, yaşadıqları, yaşatdıqları və yazdıqları ilə tarixdə, cəmiyyətdə və insanlığın yaddaşında dərin izlər qoyur; gecəyə qarışıb getmir, unudulmağa tərk edilməz, gecələrin ardından gələn muştuluq dolu bir şəfəq kimi həyatiliyini davam etdirir, xatırlanır, axtarılır və yad edilirlər…

Onlar, böyük iddiaların, ülvi hədəflərin, soylu məfkurələrin və müqəddəs inancların təəssübkeşi olub, bu uca dəyərlərin kölgəsində formalaşan bənzərsiz bir mübarizənin, bir rəftarın və qeyriadi bir kimliyin sahibi olan müstəsna şəxslərdir.

Onlar həyatlarını Haqqa görə tənzimləyən, yollarından əsla dönməyən, ətrafların bir məşəl kimi işıqlandıran, yollara işıq səpən, cəmiyyətlərə hədəf və istiqamət verən, bir çox nəsilə nümunə ola bilməyi bacara bilən abidə insanlardır.

Məhz rəhmətlik Qalib Ərdəm də bu abidə şəxsiyyətlərindən biri idi. O, iman və inancı, elm və mədəniyyəti, dözümlülük və cəsarəti, əxlaq və fəziləti, xoşgörü və vəfası, rəftar və duruşu, bəlağət və dəliqanlılığı ilə əsrlər boyu haqqında danışılmalı olan və mütləq danışılacaq örnək bir dava adamıdır.

Qalib Ərdəm, gəncliyə yeni üfüqlər açan bir mütəfəkkir, gələcək nəsillərə idellar köçürən bir könül əri idi. Türk milliyyətçilik tarixinə və bütün ülküçülərin ürəyinə qızıl hərflərlə yazılan rütbəsiz bir marşal idi

Qalib Ərdəm Rizənin Fındıqlı rayonunda 10 Mart 1930 — cu ildə dünyaya gəlir. İbtidai məktəbi 11 mart ibtidai məktəbində bitirir; orta məktəbi, nahiyə müdiri olan atasının məmurluğu ucbatından BitlisSiirt şəhərlərində tamamlayır. 1949-cu ildə Ərzurum liseyini bitirir.

1959-cu ildə Ankara Universiteti hüquq Fakültəsindən məzun olur. 1958-1960 illəri arasında «Türk Yurdu» jurnalının baş redaktoru vəzifəsində çalışır.

1961-ci ildə Tərcüman qəzetində köşə yazıları yazır. Daha sonra «Yeni İstanbul» qəzetində çalışır. Bir çox təşkilatlarda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir.

«Bizim Anadolu», «Orta şərq»,»Hər gün» kimi gündəlik qəzetlərdə və «Dövlət», «Adət», «Bozkurt», «Ocaq», «Yeni Spiker», «İdealist heyət», «Milli təhsil və mədəniyyət», «Baxış» və.s. olmaqla ülküçü hərəkatın çıxardığı bütün jurnallarda köşələr və məqalələr yazdı. 1982-ci ildə təqaüdə çıxdı və MHP-İdealist təşkilatlar iddiasında vəkillik etdi.

O gözəl insan 12 mart 1997 çərşənbə gecəsi Ankara Qazi Xəstəxanasında bütün ülküçüləri gözü yaşlı qoyub «Soylu atlara minib» əbədi aləmə getdi.

Rəhmətlik Qalib Ərdəm «67 illik həyatına 500 illik bir ömür sığdıran» qeyriadi bir insan idi. Mədəniyyəti, vəfası, fədakarlılığı, fərasəti, inancı, millətinə olan etibarı, idealistlik anlayışı, cəld zəkası, hazırcavablığı ilə Qalib Ərdəm bir iddia adamı idi. O, «Hər kəs ölər amma hər insan gerçək həyatı yaşaya bilməz» — sözünü həyatıyla isbat etmiş bizim «Cəsur Ürəyimiz idi»… O, həyatı normal ölçülərdə yaşamadı…

Normalı aşan hər şey vardı onun həyatında… O, idealı üçün şəxsi həyatını heçə saydığı, inandığı dəyərlər üçün yaşadığı, yaşatmağı yaşamağa tərcih etdiyi, özünü unudub millətini heç unutmadığına görə «unudulmazlar» sırasına girən nümunə bir Türk milliyyətçisi idi

O, sadə dünyəvi hesablar və mənfəətlər üçün ideallarını heç unutmadı. O, ürəyini və beynini heç bir zaman mədəsinin əmrinə vermədi. O, şəxsiyyətini və şəxsiyyətini inkar etmədən, əyilmədən, bükülmədən, inanclarına kölgə salmadan, üç gündəlik dünya üçün buraxın namərdə, mərdə belə möhtac olmadan da idealist bir həyat yaşana biləcəyini cümlə aləmə göstərən bir gözəl insan idi

Qalib Ərdəm böyük ürəyinin bir yerində hər idealist üçün ayrı bir məkan ayıran müstəsna və mükəmməl bir böyük qardaş idi… O, təkliyin zadəganlığını öz içində yaşayan amma yüz minlərlə sevəni olan döyüşən bəxtiyarlardan idi

Rəhmətlik Fəthi Gemuhluoğlu, 12 avqust 1963 — ildə Nürnbergdən yazdığı bir məktubda Qalib Ərdəmə «Qalibizaman» — deyə xitab edir. Bəli, o məhz «qalibizaman» idi.

Mamakdakı ülküçülərə göndərmək üçün yığdığı pullara o «Məktub» adını vermişbu məktubları dəyişik adlarla cəzaevlərinə göndərmişdi. Rəhmətlik, idealistlik söz mövzusu olunca sevmək hərəkətini dilinə təsbeh edənlərdən yox, həyatı ilə onun dənələrini çəkənlərdən idiMamak məhkumlarına görə təqaüdə çıxan, təqaüdünü bu yolda xərcləyən, 5-6 il heç axsatmadan həftəlik 2 məhkəmə və 2 ziyarət üçün hər gün Mamaka gedib gələn tayı — bərvbəri olmayan bir qəhrəman idi

Dünya malına etibar etmədi, maddəyə heç əhəmiyyət vermədi… Əlindəki üç-beş qəpiyi kasıb və ehtiyac sahibi idealistlərə payladığına görə həmişə maddi çətinlik çəkdi, heç vaxt üzü gülmədi… Dünyanın heç nəyində gözü olmadı… «Fənafilxəlq olmadan, fənafilhaq olunmaz» fəlsəfəsinin daşıyıcısı idi.

Çox fərqli bir dünyagörüşü vardı və hadisələri özünə xas üslubuyla orijinal bir şəkildə şərhlər verirdiOna görə milliyyətçilik «mənsubiyyət şüuru» — deyə tərif olunan və əsla vaz keçilməyən bir yol idiİdealist əziyyəti daha lisey illərində başlamış və ilk Turan səfərinə Ərzurum Liseyi şagirdiykən çıxmışdı… «Kürşadın qırx içərisindən biri» olmaq üçün qatarla Vana getmiş, oradan Ötükenə yol tapmaq üçün səy göstərmiş, Orta-Asyaya getməyinin yollarını axtarmışdı.

Bir ideal, bir vəfa, bir iddia, bir inanc adamı idi. Son illərdə tez-tez söylədiyi bir sözü var idi: «Türk milliyyətçiliyinin əsas məsələsi Türk milliyyətçiləridir…» — deyərək müdhiş bir diaqnoz qoymuş vəziyyəti tam təsbit etmişdi

Qalib Ərdəm 67 illik həyatında mövqeyi, pulu, şöhrəti sərvəti əhəmiyyətli hesab etmiş, şəxsi idealların yox, həmişə milli məfkurələrin arxasınca qaçmış, «günün adamı» olma yerinə tarixin millətin xeyrlə yad etdiyi adam olmağa cəhd göstərmiş; ömür boyu alnıaçıq, başı dik sevdası Haqq olmuş nümunə bir Türk milliyyətçisi idi.

1959-cu ildəki bir məqaləsində özünü: «Millət gerçəyinə inanmış, milliyyətçilik idealına ürəyini qapdırmışdı. O, hələ əvvəlki kimidir, heç dəyişmədi…» — deyə ifadə edirdi. 1961 — ci ildəki başqa bir yazısında isə: «İnsan var özünü dünyanın məhvəri sayır; insan da var özünü aşan bir böyük məqsədin vasitəsi olduğuna inanarMən inananlardanam…» — deyirdi. Ömür boyu heç dəyişməyən həmişə inanclı olan Qalib Ərdəmin vəfatının on altıncı ilində onu rəhmət, minnət, hörmət azalmayan bir riqqətlə xatırlayır, həsrətlə arayırıq

Haqqa yalvardığı «Bayram Duası» yazısında: «…Allahım, ehtirasımızı məğlub etməyin yollarını öyrət bizə. Sənə millətimizə layiq insanlar olaq. Öncə Haqqa, sonra da xalqa xidmət etməyi bilək. Bizə «Böyük Cihad»ın yollarını göstər, Nəfsimizi məğlub etməyin sirlərini bildir, yaxşı görünməyin kifayət etmədiyini izah et bizə, yaxşı olmağın yollarını öyrət

Allahım, vəfanı öyrət bizə, fəziləti öyrət, inanmağın böyüklüyünü anlayacaq bir idrak ver bizə. Sevməyi öyrət bizlərə…» — deyirdi… Biz onu həmişə yaxşı bilir, inancına, vəfasına, fəzilətinə, sevgisinə, nəfsini məğlub etdiyinə idealistlər ordusu olaraq şahidlik edirik… Son əlli ildə çox Alplar, çox ərənlər yetişdi, amma bir tək Dədə Qorqudumuz oldu, o da Qalib Ərdəm idi

Qalib Ərdəmin abidə şəxsiyyəti, idealist zehniyyəti, üstün cəsarəti, vəfasındakı zadəganlığı, mübarizə əzmi, zülmə müqaviməti, fədakarlığı, igidliyi, «Haqsızlıq qarşısında dilsiz şeytan olmaması», hər zaman Haqqın yanında olması, dünyəvi mənfəətlər üçün əyilməməyi, inancından əsla vaz keçməməyi, idealistliyindən ən mənfi şərtlərdə belə geri addım atmaması bizə gələcək nəsillərə nümunə olmalıdır.

1984-cü ildə nəşr olunan «Məktublar» kitabında «Allahınıza, millətinizə, tarixinizə hesab verə bildikdən sonra kənarına heç fikir verməyin» — deyən Qalib Ərdəm böyük qardaşımızın ruhu şad, məkanı cənnət olsunAllahın bağışlaması, Peyğəmbər Əfəndimizin şəfaəti Qalib Ərdəmlə olsun

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 12 aprel.- S.11.