Azərbaycan İKT sahədə dünyada 56-cı yerdədir

 

Ölkəmiz bu sahədə Qazaxıstan və Rusiyadan geri qalır

 

Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən «İnformasiya Texnologiyalarının İnkişafı 2013″ («Global Information Technology Rerort 2013″) adlı yeni hesabatını dərc edib. «APA-Economics»in sözügedən hesabata istinadən verdiyi məlumata görə, hesabatda 144 ölkəni əhatə edən «Şəbəkə hazırlığı indeksi» renkinqi («The Networked Readiness Index Ranking») öz əksini tapıb ki, Azərbaycan bu siyahıda mövqeyini ötən ilə nisbətən 5 pillə yaxşılaşdıraraq 4,11 balla 56-cı yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabatda Azərbaycan reytinqdə 43-cü yeri tutmuş Qazaxıstan və 54-cü yerdə qərarlaşan Rusiya kimi ölkələri ilə İKT sahəsində MDB məkanında ən inkişaf etmiş ölkə hesab olunub.

Renkinqdə birinci yeri 5,98 balla Finlandiya, ikinci yeri Sinqapur (5,96 ball), üçün yeri isə ötən il siyahıda birinci olan İsveç (5,91 ball) tutub. İlk beşliyə həmçinin Niderland (5,81 bal) Norveç (5,66 bal) daxil olub. Siyahının ilk onluğunu İsveçrə (5,66 bal), Birləşmiş Krallıq (5,64 bal), Danimarka (5,58 bal), ABŞ (5,57 bal) Çinin əyaləti olan Tayvan (5,47 bal) tamamlayır. Siyahıda Koreya (5,46 ball), Yaponiya (5,24 ball) Çin (4,03 ball) kimi ölkələr müvafiq olaraq 11-ci, 21-ci 58-ci yerlərdə qərarlaşıb. Türkiyə 4,22 balla siyahıda 45-ci yeri, Gürcüstan 3,93 balla 65-ci yeri, Ermənistan 3,76 balla 82-ci yeri, İran isə 3,43 balla 101-ci yeri tutub. MDB ölkələri arasında Ukrayna 3,87 balla 73-cü yerdə, Moldova 3,84 balla 77-ci yerdə, Tacikistan 3,29 balla 112-ci yerdə, Qırğızıstan isə 3,09 balla 118-ci yerdə qərarlaşıb. Renkinqdə son üç yeri Çad (2,53 ball), Syerra Leone (2,53 ball) Burundi (2,30 ball) tutub.

İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə Toplantısında da Azərbaycanın İKT sahəsində uğurları diqqət mərkəzində olub. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, zirvə toplantısında çıxış edən Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov təbii ehtiyatları ilə zəngin olan regionun lider dövlətinə çevrilmiş Azərbaycanda neft qaz gəlirlərindən asılılığın azaldılması üçün ardıcıl islahatların aparıldığını qeyd edib: «Bu kontekstdə İKT-nin inkişafı mühüm əhəmiyyət kəsb edir. İKT iqtisadiyyatın digər sahələrinin inkişafını müəyyən edən bir amilə çevrilib. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Genişzolaqlı internet şəbəkəsinin inkişaf etdirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb».

Bununla belə, regionda internet İKT sahəsində inkişafa nail olmaq üçün Azərbaycan hökumətinin təşəbbüsü ilə BMT tərəfindən Trans-Avrasiya super informasiya magistralı (TASİM) ilə bağlı 2 qətnamə qəbul edilib. Ə.Abbasov əlavə edib ki, Azərbaycan dövlətlərin təhlükəsizliyi baxımından mühüm məsələ olan kibercinayətkarlıqla mübarizəyə böyük diqqət yetirir bu sahədə əməkdaşlığa hər zaman açıqdır.

Rabitə informasiya texnologiyaları neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İKT-nin geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Avropa Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zərurətə çevirib. İqtisadi informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevirəcək.

Kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək. İKT-nin ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi ya kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

Artım tempinə görə, İKT sektoru ölkə iqtisadiyyatının sahələri arasında öncül yerdədir. Ötən il İKT, informasiya poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2011-ci illə müqayisədə 17,3% artaraq 1,5 milyard manat təşkil edib. Əvvəlki illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib. İKT, informasiya poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,7%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14,1% təşkil edib. 2012-ci il ərzində ölkə üzrə ÜDM-in həcmi 54 mlrd. manata çatıb, 2011-ci illə müqayisədə ÜDM-in real artım tempi 2,2% təşkil edib. İKT, poçt informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM- payı 1,9% təşkil edib. Hesabat ilində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 28,5 mlrd. manat, real artım tempi isə 9,7% təşkil edib. Sektor üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM- payı 3,5% olub.

Azərbaycanda yeni yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində layihələri maliyyələşdirəcək. Fondun vəsaitləri İKT sahəsində tətbiqi elmi tədqiqat təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin yaradılması, yeni texniki sınaq qurğularının yaradılması, yeni nümunəvi texnikanın yaradılması istehsalı, yeni texnologiyaların yaradılması, proqram təminatı vasitələrinin yaradılması, informasiyanın qəbulu, emalı, təhlili ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması, elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılmasına yönəldiləcək. Qaydalara əsasən, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini həyata keçirə bilər. Layihələr üzrə qrantlar kiçik, orta böyük həcmli olmaqla, 36 ayadək müddətə ayrılır. Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi 300 min manatdan çox olmamalıdır. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən verilən qrantın həcmi 10-100 min manat (kiçik həcmli qrantlar), 100-200 min manat (orta qrantlar) 200-300 min manat (böyük qrantlar) civarında dəyişir. Azərbaycanda yeni yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə onlara güzəştli kreditlər ayıracaq. Qaydalara əsasən, Fondun fəaliyyəti istiqamətlərindən biri İKT sektorunda fəaliyyət göstərən şirkətlərə güzəştli kreditlərin ayrılmasıdır ki, bu da müvəkkil kredit təşkilatları vasitəsilə həyata keçiriləcək.

 

 

Tərlan

 

Xalq Cəbhəsi.- 2013.- 12 aprel.- S.12.