"Ölürüm,
Türkiyəm"in müəllifi
Dilaver Cebeci. Bir söz
dərvişi… Şeirin ulu
dərgahına əbasına
sərən bir dərvişdir. Məqamından süzülür; həsrətdən,
vüsaldan, eşqdən,
sevdadan, ayrılıqdan
damcı - damcı şeirlər. Keçmişdən, adətdən, ənənədən,
yurddan, yubadan, yerlərdən, göylərdən
səslənir. Min illik tarixi səslər.
O, şeir deməyə başlayanda qəflətən
bir ağrı tutur bizi, tərk
etməz. Çöldə qalan bir sancı sancılar böyrümüzə. Çıxmaz. Əslli sevda türküləri oxunur sevgiliyə duyulan həsrətin bir addımlığında.
Uzun bir həsrət əsən dəli küləklərə çevrilir.
Üst – başımızı,
əynimizdə hər
nə varsa, hamısını çıxarıb
bir kənara atır… Buxarının qırağına yığışdığımız gecələr gəlir
sonar gözümüzün qabağına. Qaranlıq çökür
Asiyanın qədim köksünə. Oturub üfüqlərə,
bədirlənmiş aya
tamaşa edirik. Azadlığın zirvəsində sözlər
yerindən oynayır.
Biz burada əsirliyini yaşayarıq həyatın…
Onun şeirini
oxumağa başlayanda
bir incə, narın yağış yağmağa başlayır
Səlcuqlu yurduna. Bütün ürkək
ceyranlar qaçmağa
başlayır Orta Asiya səhralarında.
Ürəyimizin ən
tənha yerində yaralı ceyranlar… Cənnət
atları dördnala çapır ucsuz-bucaqsız
çöllər boyunca.
Ayaqlarının altından toz
qalxır. Buludlarla şimşəkqanadlı
atlarla çapırıq
və gəlib çıxırıq Anadoluya.
Anadolu dağlarına
bahar gəlir. İlıq bir
bahar günəşi
ürəyimizə axır
ilıq -ilıq.
Şeh kimi, çiçək kimi qıpqırmızı
olur gənc qızların sevdaları.
İsti bir and kimi. Toxunulmamış, gizli, isti bir and… Bahar gəlir,
dəli çaylar axmağa başlayır qıjhaqıj. Sular boz
- bulanıqdır. Söyüdün salxım – saçaq saçları əyilir boz - bulanıq sulara. Söyüdün
budaqları…
Çirklənməmiş mavi göylərə baxaraq firuzə xülyalara dalıb gözləyirik. Qorxulardan azadə… Zamanın ipini çəkirik.
Yosunlu sulara dalıb çıxdığımız uşaqlığımızın ən dəli – dolu çağlarıdır.
Çimdiyimiz yosunlu sular…
Ən çox da uşaqlığımız dillənər
onun şeiriylə
Mərhum Dilaver Cebeci özgə aləmlərin
şairdir. Şeir iqlimində başdan ayağa islanıb ürəyi ürəyinə
yağan şeir yağışlarından… Unudulmuş, üstündən
xüsusi bir istəklə keçilmiş
zamanlara ünvanlanan bir ağı kimidir misraları. Oxunmamış türkülər
kimi müqəddəs…
Başı para – para dumanlardan görünməyəcək qədər
uca… Min illik
mədəniyyətimizdən süzülüb gələn
bir qaynaq kimi arı, dumduru. Şeir kimi bir aydınlıq
…
Onu oxuyanda gah bir karvansarayda
tarixin kədəri ilə üz – üzə gəlirik. Köç yollarına
qarışır ömürümüz.
Gah dəvələrlə səhralarda
səfərə çıxırıq.
Masmavi bir gecədə ulduzlara qəsidələr
oxuyarıq. Yola düşürük,
yol düşür bəxtimizə. Yusuf nəbinin gözəl surəti səslənir bizə ən qaranlıq quyulardan. Ən asudə yuxuların yozumçusu ilə yoruruq qorxulu, bulanıq qarabasmalarımızı.
Ən çox
da uşaqlığımız
dilə gəlir. Körpə ceyranlar
gəlir xülyalarımıza
bir Cəbrayıl nəfəsi ilə.
Düşüb gedirik arxasına
xınalı kəkliklərin.
Dar cığırların izində… Baxıb – baxıb dalğınlığımızla
oynayırıq damdar cığırlarda… Böyüdükcə bir ağrı oyanır içimizdə.
Və eləcə qalır içimizdə həmin ağrı…
Dilaver Cebeci Qəndəhar
dağlarında sübh
namazı qıldırır
bizə
O, şeir oxumağa başlayanda həsrət türküləri başlayır
zümzüməyə. Başdan - ayağa
həsrətlə dolur
hər yer. Qovuşmaq ehtimalı sıfıra yaxın sevgililər od
tutub yanır onun tənha misralarında. Zaman bir dərin
quyu olur, baxanda yarın surəti gürünür.
Bir dərin quyu…
Dilaver Cebeci, Qəndəhar dağlarında sübh namazı qıldırır
bizə. Bütün varlıqlarla… Rəhmət
damcılarından yaranan
bərəkətli kəhrəba
bir təsbeh var şeirində. Bədirlənmiş ay ümidlərlə
çəkir zamanın
təsbehini… Alınında otuz üç
damcı tərdir o təsbeh. Sonu doxsan doqquz ada
gedib çatan!
Ənvər paşanın şeirini oxuyur sonra bizə. Ənvər
Paşanın… Çeğen
Təpəsinin… "Bir
qoz ağacı… Bir dumduru göz
yaşı bulaq
…" Uzun və yorğun Çeğen gecələrinin… Gözlərində tünd kölgələr
görünən Osmanlını
xatırlayır kədərlə.
Yaşanmayan çağları…
Onu nə vaxt xatırlasam “Qəndəhar dağlarında
sübh namazı” şeiri düşür yadıma. Azatlığın zirvəsində söhbətə
dalan ulduzları düşünürəm. Və Venera bir mahnı
zümzümə edir
Babildən qalan.
Zavallı dünya xəbərsizdir,
zavallı dünya uzaqdır bundan. Bir şeir yüksəlir zirvələrdən, bədirlənmiş
aydan.
Qəmli
bir qəzadan sonra yaddaşını itirən və səkkiz il
əziyyət çəkdikdən
sonra vəfat edən şair, yazar, ilahiyyatçı Dilaver Cebecinin kədəri ürəyimi
sınıq bir ox kimi yoxlayır. O şeirləriylə bizi bir Hira dağının
ətəklərinə, bir
Altay dağlarının zirvələrinə
aparır. Onun ürəyindən döyüş
meydanlarında şaha
qalxan ağ
yəhərli atlar keçir. O, Asiya səhralarındakı ürkək
ceyranların şairidir.
Məmləkətinə aşiq şair
Ana yurdumuzun ucsuz-bucaqsız
çöllərindən sevgililər
sevgilisinin yurduna, ayın işığını
comərdcə saçdığı
uzun səhra gecələrinə doğru
alıb aparır ruhumuzu. O könül məkanında
sevda toxuyan və məmləkəti uğruna baş qoyan və məmləkətinin
düzlüyünə, yoxuşuna,
çaylarının axışına
ölərəm deyən
bir şairdir.
Onun şeirləri
üç çayın
qarışmasından meydana
gələn şeirlərdir. Divan şeirinin və xalq şeirinin irmaqlarından axan suları qarışdırıb
müasir şeirin sularında birləşdirir.
O ənənə ilə
gələcəyi qarışsırıb
bir məkanda əridir. Onun şeirlərində qazi alpərənlərin coşğunluğu, Anadolu
abdallarının təvəkkülü
bir şücaət abidəsi kimi qarşımıza çıxır.
O Yunus Əmrənin
Haqq eşqini, Karacaoğlanın sevdasını,
Koroğlunun qəhrəmanlığını
əks etdirir şeirlərində.
O, tarix şüurunu ən yüksək zirvədə hiss edən və hiss etdirən bir şairdir. Onun şeirləri eyni anda həm qəhrəmanlığı,
həm də dərin bir lirizmi mistik bir dünyagörüşü
ilə hazırlayıb
bizə təqdim edəndə məst oluruq.
Korlanmağa qarşı səsini
yüksəltdi
Eyni zamanda islaq bir Türkcə
aşiqi olan şairimiz dilimizi qorumaq baxımından da olduqca həssasdır. O, yadlaşmağa
və özündən
uzaqlaşmağa qarşı
səsini yüksəldən
və bunun qarşısında səssiz
qalmaqdansa gur bir səslə hayqırmağı üstün
tutan bir şeirin şairidir. Qorxu hiyləgər bir çöl tülküsüdür
aldırma, - deyən şairimiz bir döyüşçü kimi
cəsur və qərarlıdır. İctimai çökmələrlə
barışmayan şair
sənətini milləti
üçün istifadə
edir.
O, bir söz ustadıdır,
şeirində yeni formalardan istifadə edər və alışılmışdan
kənar bir tərzle diqqətləri öz üzərinə çəkir. Dilaver Cebeci dini və milli şeirlərlə
yanaşı eşq şeirləri də yazıb. O insana aid duyğuları kamuflyaj etmək yerinə möhkəm bir şüurla yerinə qoyub misralarına inci kimi düzməyi
ön plana çıxarır.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 13 aprel.-
S.15.