Asiyanın orta nöqtəsi
- Tuva
Paytaxtı
Qızıl şəhəri olan respublikanın əsas
xalqı Tuva türkləridir və Tuva türkcəsində
danışırlar.
Tuva Respublikası Rusiya Federasiyasında Cənubi Sibirdə muxtar bir türk respublikasıdır. Tuva respublikası adını Türk xalqlarından biri olan Tuvalardan alır. Ərazisi 170.500 km2dir. Əhalisi 400.000 nəfərə yaxındır. Şimalında Rusiya Federasiyasına bağlı Krasnoyarsk diyarı, şimali qərbində Xakasiya muxtar respublikası, qərbində Altay Muxtar Respublikası, cənubunda Monqolustan, şərqində Buryat Muxtar Respublikası ilə sərhəddir.
Paytaxt Qızıl ilə Moskva arası 4668 km – dir. Böyük şəhərləri və sənaye mərkəzləri Qızıl, Axdovurak (Ağ torpaq), Şagonar, Çederdir. Yeraltı qaynaqları qızıl, dəmir, asbest, kömür və başqa xammallardır. Adi və palçıq vulkanları mövcuddur. İnək, merinos qoyun və keçi ilə birlikdə gücündən faydalanmaq üçün at yetişdirirlər. Ölkə coğrafiyası əsasən meşələrdən, dağlardan və düzənliklərdən ibarətdir. Ölkənin əsas xalqı olan Tuva türkləri Tuva türkcəsində danışırlar.
Bəzi elm adamları tərəfindən aparılan hesablamalar nəticəsində məlum olub ki, Asiya qitəsinin şərq-qərb davamında tam orta nöqtəsi Tuva Respublikasındakı Qızıl şəhəridir.
Çin mənbəələrinin yazdığına görə, Tuvalar Qırğızıstanın şərqində, “Kiçik Dəniz”in (böyük ehtimalla Baykal gölü) cənubunda və uyğurların şimalındadır. Bu gün də Tuvalar burda yaşayırlar və buranı “danı-Tuva” adlandırırlar.
1207-ci ildə Tuva, Çingiz xan dövründə Monqol dövləti tərəfindən işğal edilmişdir. “Monqolların gizli tarixi” adlı tarixi əsərə görə Tuba, Tubas şəklində şimal-qərbdə, Xanqhaslar ilə birlikdə yaşayan bir Türk xalqıdır. Çingiz xanın oğlu Coçi, Oyrat, Buryat, Barhun, Ursut, Habhanas, Hakas və Tubaları monqollara bağlamışdır. Monqolların suverenliyi dövründə Tuva türkləri, Türklüklərini möhkəm bir şəkildə mühafizə ediblər. Monqol irqi ilə hər mənada qaynayıb qarışmağı rədd edib, hətta işğallar əsnasında meşələrdə əsrlər boyunca gizlənməyi üstün tutmuşdular. Bəzi mənbəələrdə “meşə xalqı” mənasına gələn “Uranhay” kimi adlandırılmaları da elə buna görədir. Ardınca Oyrotların və Çungaryanın tərkibinə daxil olublar. Daha sonra isə Çinin Mançu bölgəsinin idarəsinə girib.
1860-cı ildə imzalanan Rus – Çin müqaviləsindən sonra rus tacir və immiqrantlarına o günkü adı ilə Uranxay-Uyğurların ölkəsində yaşamağa icazə verilmişdi. Tuvanı ruslar işğal etmişdilər. Eyni zamanda Çinin də ciddi təsiri mövcud idi.
1883-cü ildəki Tuva qiyamında Çin rəhbərliyi çoxlu sayda Tuva türkünü qətlə yetirib. Tuva türklərinə qarşı tam bir soyqırım həyata keçirilib. Soyqırımdan qaçan bəzi Tuva türkləri, Altay və Xakasiyadakı başqa Türk birliklərinə sığınır. Vətənpərvər Tuva xalqı isə 1911-ci ildə Çindəki qarışıqlıqların olmasından da imkanını tapıb müstəqilliyini elan edir.
Lakin bu
müstəqillik uzun sürmür.
3 il
sonra Rusiyanın ərazisinə daxil edilir. Yəni 1914 – cü ildə
ruslar tərəfindən
işğal olunur.
1912-1918 – ci illər
arasında Tuvaya gələn rusların sayı 300% artır.
Rusiyadakı 1917 – ci ildə baş verən Bolşevik İnqilabındakı nüfuz
boşluğundan istifadə
edib Tuvanı bolşeviklər (kommunistlər),
ağ qvardiyaçılar
(çar tərəfdarı
ruslar), çinlilər,
monqollar ələ keçərməyə çalışırdılar.
Xüsusilə Qızıl
(çarlığa qarşı
olan rus kommunistlər) və ağ (çar
tərəfdarları) rusların
qarşıdurmasında minlərlə
Tuva türkü öldürülür. Tuva türklərinin
qida vəsaitləri və heyvanları müsadirə olunur.
18 iyul 1918 – ci ildə toplanan Bütün Tuva qurultayı (xuralı) Tuvanın müstəqilliyini
elan edir, 1921 – ci ildə Respublika
kimi müstəqilliyini
təkrar qazanır. 13-16 avqust
1921 – ci il
tarixində Tuvanın
bütün bölgələrinin
öndərlərinin iştirakı
ilə Oyun (Dan idi) mahalının, Sug-Bajı (Subaşı) adlı kəndində milli bir yığıncaq
reallaşdırılır. Bu yığıncaqdakı üzvlərdən Buyan Badırgı isə “Bundan sonrakı yığıncaqları Tuvalar
öz aralarında keçirməlidir. Ki, biz öz
məsələlərimizi, ənənələrimizi ruslardan
daha yaxşı bilirik” – deyə çıxış edir.
1925 – ci ilin noyabr ayında Monqolustan Tuvanın müstəqilliyini tanıyır
və diplomatik əlaqələr qurmağa
başlayır. Danı Tuva
Xalq Respublikası qurulur. 1926 – cı ildə respublikanın adı Tuva Xalq Respublikası
kimi dəyişdirilir.
Danı Tuva Respublikasının siyasi həyatında rus və monqol
təsirinin güclü
olduğu görünür.
Tuvadakı ziyalıların əksəriyyəti Monqolustana
inteqrasiya olunmaq istəyiblər. Danı Tuva
Respublikasının ilk başçısı
Donduq, Monqolustana yaxın olmaq və Buduqmu yaymaq siyasətini icra edir.
Buryat və Kalmık dini öndərləri, Monqolustan
ilə birləşmək
siyasətlərini dəstəkləyir
və onların təbliğatlarını edirdilər. 1926-cı ildə Monqolustan ilə Tuva arasında
Dostluq müqaviləsi
imzalanır. 1928 – ci ilin mart ayında Tuvada Budist Lamaların konqresi keçirilir. Bu dövrdə qəzetlər
monqol tərəfindən
çıxış etməyə
başlayır, Monqolustana
Tuva türklərindən
şagirdlər göndərilir
və adlar monqollaşdırılır. Bu dövrdə Buryat
monqollarından Çenkirov
isə ruslar tərəfindən dəstəklənərək
tuvalılar arasında
marksizmi yaymaq məqsədi ilə Tuva Xalq İnqilab
Partiyasını qurur.
Bu partiya Tuvanın
Turan bölgəsində
qurulur. Tuva İnqilab Xalq
Partiyasında Monqolustanla
birləşmənin gündəmdə
olması və Tuva dövlət rəhbərliyinin də
anti-rus siyasəti üzərinə Rusiya rəhbərlikdəkilərin təsirini
azaltmaq üçün
rus tərəfdarı
Salçak Toxanı dəstəkləyir.
Ölkə II Dünya müharibəsi davam edərkən SSRİ
yarı müstəqil
Danı-Tuva Türk dövlətini işğal
edir və ölkənin 170.500 km2lik ərazisi
öz torpaqlarına daxil edir. 16 avqust 1946 – cı ildə Tuvanın SSRİ
– yə daxil olduğu açıqlanır.
Tuvanın zəngin yeraltı və məhsuldar əkinçilik – meşə
sahələri istismar
edilməyə başlandı. Rusiyaya bağlı
muxtar bölgə halına gəldi. Əvvəllər muxtar bölgə
kimi, 1965 – ci ildən etibarən də muxtar respublika kimi fəaliyyət göstərir.
1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra
müstəqillik dalğaları
Tuvada da öz təsirini göstərir. Buna baxmayaraq Tuva hələ ki, tam müstəqilliyə çata
bilməyib. Lakin Muxtar
Respublika halına gələ bilib.
Sovet Sosialist
Respublikalar Birliyi dağılandan sonra Rusiya Federasiyası içində qalır. Rusiya Federasiyasına
daxil olan 21 muxtar respublikadan biri də Tuva
Respublikasıdır. Lakin 13 May 2000-ci ildə Rusiyanın əritmə siyasətinə
uyğun olaraq Sibir Federal Dairəsinə
daxil edilir. Əhalisinin az
olmasına baxmayaraq tuvalılar yenə də öz türk kimliklərini qoruyurlar. Tuvalar Rusiyadakı digər
Türk boylarına görə ana dilinin qorunması baxımından ən yüksək səviyyədədirlər.
Şərqində və cənubunda
monqollar, şimalında
və qərbində ruslarla əhatə olunan tuva türklərinin
cənubi qərbində
altay Türkləri var və bu
vasitə ilə qazax türklərinə çıxışları da
mövcuddur.
Tuva türkləri,
inanış olaraq qədim Türklərin dini olan Şamanizmin
Göy Tanrı və ya Tengriçilig
inancına mənsubdurlar. Eyni zamanda
Budizmi də din kimi qəbul edirlər. Çox az sayda
əhali isə Rusiyanın və başqa xristianların yaydığı xristialığa
inanmağa başlayıblar.
Müsəlman olan tuvalıların
sayı da az deyil.
Qurani – Kərim və əhəmiyyətli mənbəə
sayıla biləcək
İslami əsərlər
Tuva türkcəsinə
hələ ki, tərcümə edilməmişdir.
Tannu-Tuva
vətəndaşları istədikləri
dini seçmə azadlığına malikdirlər.
Din vəzifəliləri öz
işlərini rahatlıqla
görürlər.
Tuva özünə
xas musiqi üslubu ilə bölgəsində bir öndərdir. İstər Buryat, monqol, istərsə də altay, xakas müğənniləri
tuva sənətçiləri
kimi təsirli ola bilmirlər.
Bo?azın dərinliyindən oxunan mahnılar dünyada məşhurdur.
Yeraltı zənginlikləri baxımından əhəmiyyətli bir ölkədir. Tuvada kömür, dəmir, civə, qızıl, asbest, kobalt, nikel, mis, sink, daş kömürü, mədən duzu çoxdur. 1970-ci ildə Tuvanın ən böyük sənaye quruluşu olan asbest fabriki Akdovurak şəhərində açılıb. Tuvanın iqtisadiyyatında əkinçilik sektoru da əsas rol oynayır.
Tuva və ölkəmiz arasındakı dövlət səviyyəsində ilk əlaqələr 1994-cü ilin iyul ayında başlayıb. Dövrün Tuva respublikasının prezidenti Şerig-ool Oorjak Tuva dövlət heyəti ilə birlikdə İstanbuldakı rəsmilərimizlə görüşüblər. İndiki dövrdə öz dövlət başçısı, bayrağı, öz konstitusiyası, parlamenti, hökuməti, milli marşı olan Tuva Respublikası hər an tam müstəqil dövlət ola biləcək vəziyyətdədir. Rusiya Federasiyası rəhbərliyi Tuva Respublikasını iqtisadi baxımından sərbəst olmasını istəmir, amma Tuva türkləri mübarizələrindən bir addım geri atmırlar.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 16 aprel.-
S.13.