Türkiyəli yazar Samiha Ayverdi

 

Türkiyəli yazar Samiha Ayverdi insanın həqiqətinə bağlı sirlərə ən uyğun şəkildə təmas edirbu sirləri izah edərkən, öz həyatından nümunələr verərək anlamağımızı asanlaşdırır…

Samiha Ayverdi 21 Noyabr 1905-ci ildə İstanbulun Şahzadebaşı məhəlləsində dünyaya gəlib. Təhsil həyatına məhəllə məktəbində başlayır, ardınca Süleymaniyyə qız məktəbini bitirir. Daha sonra xüsusi dərslər alır. Çox yüksək səviyyədə fransız dilində danışır və skripka çalırdı. 1927-ci ildə, 22 yaşında ikən həyatının ən əhəmiyyətli təhsilini almaq üçün dövrünün təsəvvüf alimlərindən Kənan Rifainin tələbəsi olur.

 

«Abidə şəxsiyyət»

 

Samiha Ayverdi həyatı boyunca öyrəndiklərini yaşayır və beləliklə aldığı mənəvi təhsilin zəkatını verməyə çalışır. Vətəninə, millətinə hətta bütün dünyaya qarşı həssas bir insandır. 60-cı illərdə çıxdığı uzun xarici səyahətlər ona dərindən təsir edirbu səyahətlər əsnasında əldə etdiyi təəssüratları vətəni, milləti üçün istifadə etməyə qərara alır. Həssas xasiyyəti, zəkası, planlı fəaliyyət göstərməsi, doğru bildiyi məsələdə çətinlikdən qorxmayıb səy göstərməsi ilə insanlara saysız-hesablar xidmətlər təqdim edir. Türk Evdar qadınlar dərnəyi, Qübbəaltı Cəmiyyəti, Fəth Cəmiyyəti və daha nə qədər xidmətlər onun adı ilə xatırlanmaqdadır.

Samiha Ayverdi fərd və dövləti bir-birindən ayrı görmür; dövlətin fərdlərə xidmət etməli olduğunu, fərdlərin də dövlət üçün çalışmalı olduğuna inanır. Biz onu qısaca, inandığı hər məsələdə nümunə olan bir «abidə şəxsiyyət» kimi təqdim edə bilərik. Samiha Ayverdi hələ dünya həyatını sürərkən mürşidi Kənan Rifainin mənəviyyatında dəfn olunur. 22 Mart 1993-cü ildə isə sıra maddi vücuduna gəlir. O da yenə eyni yerə; Mərkəz Əfəndi külliyyatında mədfun mürşidi Kənan Rifainin ayağına dəfn olunur.

 

«Bir dünyadan bir dünyaya»

 

Mənbəələr Samiha Ayverdi ilə haqqında danışanda «mütəsəvvif», «mütəfəkkir», «yazar», «araşdırmaçı», vətən və milletsever kimi sifətlərdən istifadə edirlər. Bir xüsusiyyəti daha var ki, məncə, təsiri hamısından fərqli: Samiha Ana! Mən, bu yöndən aldığım cəsarətlə masanın başına keçəndə ilk kimi onun mənəviyyatından icazə və kömək istədim. Sonraoldu? Onunla Türkiyəyə təzə getdiyim günlərdə onun mənəvi övladlarından Mina xanımla Ramazan ayında iftar zamanı qarşılaşdıq. Mina xanımın oğlu bizdən iki sinif yuxarıda oxuyurdu. Ədəbiyyatla maraqlandığımı bilirdi. Əvvəllər aramızda Samiha Ayverdi adı heç keçməmişdi. O gün söz haradan hara fırlandı, haraları gəzib gəldi yadımda deyil. Mina xanım qaynı vasitəsi ilə İlhan Ayverdi ilə qohum olduqlarını deyəndə yerimdə donub qaldım. Sağ olsun özündə olan «Bir dünyadan bir dünyaya» adlı kitabını mənə oxumaq üçün verdi. Bu, kitabın 1974-cü ildə «Hülbe» nəşrlərindən çıxan mavi qapaqlı 1-ci nəşri idi. İndiyə kimi Allah bilir neçə kitabını oxumuşdum, amma budur oxumadığım və maraqlandığım illərini izah edəni əlimdə idi. Öz-özümə — «bu da icazə…» — dedim.

On il əvvəl Samia Ayverdi ilə ilk qarşılaşmağım yenə belə, gözlənilməz bir şəkildə olmuşdu. O, həyatımda aldığım ən gözəl hədiyyə idi: «Dilə gələn daş!» Maraqlı idi, amma o da 1-ci nəşr idi, o da mavi qapaqlı olanı idi. Həyəcan, xoşbəxtlik, rahatlıq, maraq, qibtə və heyranlıq içində bir göz qırpımında oxumuşdum. Bütövlükdə yarım sətir olan 32-ci səhifəni dərhal əzbərləmişdim: «Sən, istədiyini düşün! Lakin qoy təkcə səni, səni düşünüm Allahım». Əlimdən yerə qoya bilmirdim. «Dilə gələn daş» sonunda dözmədi, üz qabığı cırıldı, səhifələr qopub tökülməyə başladı. Dəfələrlə bitişdirdim. O, indi daha çox qaziyə bənzəyir. Hələ də əlimdədir, hələ də oxuyuram; ömrüm boyunca əlimə götürüb oxuyacağam inşallah

 

Dörd yaşlı uşağın duası

 

Samiha Ayverdi hansı mövzuda yazarsa yazsın, oxucusuna eyni anda fərqli bir çox mövzuda məlumat verir. Başda mənəvi dəyərlər, vətən və millət sevgisi, mədəniyyət, iqtisadiyyat, Türk ailə quruluşu, fərdlər arasında olmalı olan əlaqələr, analıq, ətrafın həssaslığı, qonşuluq əlaqələri və ağla gələ biləcək hər bir anlayışı yazdığı mövzunun ən münasib yerlərinə, tam konsistensiyasında hissə-hissə paylaşdıraraq oxucusunu sanki hər sahədə nələrisə öyrənməyə məcbur edir. Mən bu xüsusiyyəti bir də mərhum Əhməd Yüksəl Özemre bəyin əsərlərində fərq etmişdim.

Samiha Ayverdinin yaradılışdan gələn fərqli bir təchizata sahib olduğu açıq-aşkar görünür. Bunu bilməyimə baxmayaraq qələmə aldığı ilk xatirələrində 18-20 aylıq olanda yaşadıqlarını görəndə heyrətdən quruyub qalmışdım. Bu mənada süddən kesiliş xatirələri müdhiş! «İyirmi iki aylıq idim» deyir fikir verin, «iyirmi iki aylıqammış» yox a! O günlərdə süddən kəsiləndə yaşadığı çətinliyi həyatının ilk ağrısı kimi təqdim edir. Dörd yaşında ikən isə atasının ona qarşı olan zəifliyindən istifadə etmək yerinə, bu zəiflikdən narahat olur və belə dua edir: «İki divarın birləşdiyi küncə üzümü çevirir, əllərimi açaraq məni şişirtməməsi üçün Allaha yalvarırdım». Dörd yaşında bu duanı edən bir uşağın, böyüdükdən sonra gəldiyi nöqtə insanı çaşdırmamalıdır, elə deyil?

Samiha Ayverdi, uşaqlığından ilk gənclik illərinə kimi üzü məna aləminə dönük bir ana və maddə aləmində yaşayan bir atanın iki fərqli dünyası arasında gedib gəlir. Atası son dərəcə dürüst, vətənpərvər, şərəfli bir insan, yaxşı bir həyat yoldaşı və ata olmaqla yanaşı, mənəviyyata qarşı heç bir əlaqə duymaz. Gənc qız iyirmi yaşlarında ikən özünü, həyatını hansı zəmin üzərinə oturtmalı olduğu ilə bağlı qərar vermək məcburiyyətində hiss edir. Çətin bir tərəddüd etmə dövründən sonra məna dünyasına doğru getməyə qərara alır. Xatirələrini yazanda, atasını hərbə göndərdiyi zaman tökdüyü göz yaşları ilə mənəvi yol ayrımında tökdüyü göz yaşlarını müqayisə edir və «indikilər qanlı göz yaşı» ifadəsindən istifadə edir. Ancaq ilahi təqdir ata-qızı ayrı salmır. Bir gün İsmayıl Haqqı Bəy qızından onu da öz mənəvi yoluna almasını istəyir. Həm də əcəl gəlmədən qısa bir müddət əvvəl…

 

Bütün etdikləri Allah üçün

 

Həyatı boyunca bütün etdiklərini Allah üçün etdi Samiha Ayverdi. Uşaqlara haram ilə halalı öyrətməyin ailənin vəzifəsi olduğunu; onlar evdən çıxıb məktəblə ilk tanış olduqları zaman bu təhsilin çoxdan verilməli olduğunu müdafiə edir. Adəmdən zühur edən hərəkətlərin ilahi aynaya əks etməsinin qaçınılmazlığını, yalvarıb yaxarsaq da bu aynanın gözəli çirkin, çirkini gözəl göstərməyinin qeyri-mümkün olduğunu izah edir. Söhbətlərində dəlalət olmasa hidayətin, günah olmasa əfv və rəhmətin ortaya çıxa bilməyəcəyini; tövbə etdiyi səhvlərin insan üzərindəki vəzifəsini izah edir. Ölüm isə onun üçün bir dünyadan yatıb, bir başqa dünyaya oyanmaqdır…

Həyatı boyunca bütün etdiklərini Allah üçün edən Samiha Ayverdi tələbələrinə də bunu tövsiyə edir. Ürəkdən «doğru fətvanı» alandan sonra qorxulacaq heç bir səbəbin olmadığını, vicdanı rahatlığın hər şeyin nə qədər əhəmiyyət daşıdığını izah edir. Onun bir də məni dərindən təsir edən, cavabı içində gizli möhtəşəm sualı var: «Bu aləmdə cahil olana özündən böyük düşmən, özünü tanıyana da özündən sadiq dost vardırmı?»

Həyatı boyunca qarşısındakının Xıdırı olan, basdığı yeri yaşıllaşdıran Samiha Ayverdinin bu an eyni şeyi bizə etməkdə olduğu açıq-aşkar görünür. İnsanlar üçün faydalı olmağa çalışır. Ən xeyirli olma şərtinin «insanlara fayda» əsasına bağlanması, adamın özünə qayıdıb insanlarafayda verdiyini nəzərdən keçirməsi baxımından çox əhəmiyyətlidir.

Samiha Ayverdinin əsərləri deyəndə əvvəlcə yadıma sayı qırxdan artıq olan kitab gəlir. Nə onları, nə də aldıqları mükafatları burada saymayacağam. Ancaq bəzi əsərləri var ki, bu gün eyni nəfəsdən üfləyir, eyni nuru saçır, eyni qabdan aldıqları mürəkkəblə yazmağa davam edirlər. İlahi kəlam şübhəsiz heç kəsintiyə uğramadan əzəldən əbədə yazılmaqdadır, yazılacaq da inşallah. Öz adıma söyləyirəm; bu möcüzə ssenaridə «sevəni» rolu ilə iştirak etmək böyük şərəfdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 17 aprel.- S.15.