Hər dövr üçün bir Serdengeçti lazımdır

 

Osman Yüksel Serdengeçti adının yanına yaraşan ən uyğun söz «iddia adamı»dır. Keçmişə dönüb baxanda davamlı zülmə uğrayan, hər cür işgəncəyə məruz qalan, məkansız bir şəkildə oradan oraya sovrulan insanlar doğru zamanda doğru insanlarla qarşılaşanda həyatlarında da əhəmiyyətli dəyişikliklər yaşayırlar. Təsadüfən üzünün görmədən keçən ömürdə idrak sərhədləri də sonuna qədər açıq olur.

Osman Yüksel Serdengeçti bu torpaqlarda yaşayan və gənclik illərindən başlayıb öldüyü günə kimi «iddia adamı» olaraq xatırlanan bir missiya insanıdır. Türkiyənin ən çətin şərtlərdə yaşadığı 1940-1980-ci illər arasında bir an belə olsun dayanıb istirahət etmədən din, vətən, millət və xüsusi ilə də gənclər üçün gözünü qırpmadan zülmün qarşısında dayanmış bir insandır Osman Yüksel. Həyatı, ölkə şərtlərini çox yaxşı bildiyindən evlilik kimi bir müəssisəyə çox da isti baxmamasına baxmayaraq bir az da ailəsinin məcbur etməsiylə evlənmiş, lakin bu evlilik belə onun sürətini kəsməmişdir. Antaliya, İstanbul, AnkaraKonya başda olmaqla ölkənin dörd bir tərəfində davasına görə insanlar yetişdirməyə davam etmişdir. Osman Yüksel məhkumluğu ən çox yaşayan düşüncə adamlarından biri sayılır eyni zamanda. Yazdıqlarına görə dəfələrlə həbs edilmiş, bu məhkumluq onun ruhunu təmir edən ən həmiyyətli təcrübə olmuşdur. Zəhməti rəhmətə çevirə bilən nadir şəxslərdən biriOsman Yüksəldir. Həbsxanada tanış olduğu tələbələri onun geri qalan həyatında həyata baxışı baxımından çox təsirli olmuş, daha sonra bir çox hadisədə həmin tələbələrlə birlikdə hərəkət etmişdir.

Mənəvi dinamik dediyimiz şəxslər var. Onlar heç nədən çəkinmədən iddiaları uğrunda hər şeydən imtina etməyi gözə alan, mövqedə, pulda gözü olmayan insanlardır. Sadəcə arzuları gəncliyi xilas etmək, tək iddiaları din, vətən, millət davasıdır. Osman Yüksel Serdengeçtinin həyatı əslində özünə aid bir həyat deyil. Özünü həmişə arxa plana atmış, doğrunun arxasınca gedərək haqq bildiyi yolda getmiş nadir şəxsiyyətlərdəndir. Türkün imtahanı onun hərbi çevrilişləri ilə sıx bağlı idi. Bu prosesdə yolunu, rəftarını mövqe üçün, mənfəət üçün dəyişdirənlərin çox şahidi olmuşdu Türkiyə. Sular durulanda hamı qurbanı oynamağa başlamışdı amma əlbəttə, kimin doğru, kimin əyri olduğunu bilən şükür ki, vardı. Serdengeçtinin yetişdiyi dövrdə «Allah» demək belə qadağan idi. Zülm dörd bir tərəfə yayılmışdı. Belə bir dövrdə o, çıxardığı jurnalın loqosunun altına çəkinmədən «Allah-Millət-Vətən Yolunda» yazacaq qədər ürəkli idi. Deputatlığından namizəd olduğu dövrdə seçki prosesində illər əvvəl yazdığı bir yazıdan ötəri cəza alar. İstintaq, məhkəmə, müdafiə deyərkən seçki edilər Serdengeçti seçkiyə girə bilməz. Zaman, zülmün işləməsində çox da əhəmiyyətli deyil. İllər əvvəl yazdığı bir yazı üzündən cəza alan bir düşüncə adamı, yazını yeni oxuduğunu iddia edən hakimlər Türkiyə. Bütün bunların qarşısında qorxmayan Osman Yüksel. Jurnalını çıxaran da, nəşriyyatın başında ikən , meclisdə ikən eyni Serdengeçti. Hətta palını -paltarını belə dəyişdirməyən bir dava adamı. Millət vəkili olub məclisə girəndə qalstuksuz, sadə bildik halı ilə, həmişəki Sərdənkeçti.

«Məbədsiz şəhərlər»i yazan, «Aralıq dənizi ayparasını»- deyən, «Əlləri qurusun, dilləri qurusunAyasofya, Ayasofya səni bu hala qoyan kimdir? Səni çırıl çılpaq soyunduran kimdirdeyə hayqıran, «Bu millət niyə ağlayır»ın qəhrini çəkən böyük iddia adamı. «Bir nəsli necə məhv etdik»?deyərək bununla dərdlənən bu könül insanını tez-tez xatırlamaq lazımdır. O, hər qədər özü üçün «şair deyiləm» — desə onun şeirlərində böyük bir hüzn, acı, bir coğrafiyanın kədəri vardır. Yurdundan ayrı qalmış, sevdiyindən ayrılmış, sinəsini sipər etmiş bir ürəyin şeiri vardır onun sətirlərində. Bir çox şeiri Uğur Işılak, Mustafa Yıldızdoğan, Səlcuq Küpçü kimi sənətçilər tərəfindən bəstələnmişdir. Serdengeçtini hər fürsətdə xatırlamaq xatırlatmaq üçün bir çox səbəb var. Bu səbəblərdən birinə belə yapışmaq onun başa düşülməsi üçün böyük bir addım olacaq. Çünki qarşımızda — «Minlərlə şəhid canını təhvil verdi qanımdan, əcdadımın ətri gələn torpağı öpdüm mən vətənimdə» — deyən bir könül insanı, iddia adamı var

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 18 aprel.- S.15.