Azərbaycan sevdalı Mürsəl Həkimov
Professor Mürsəl
Həkimovun vəfatından
7 il ötdü.
O, özündə fitrətən qədim türklərə
xas olan xüsusiyyətlər daşıyırdı. Qədim
oğuz türkləri sayağı orta boylu, kök, dolu sifətli
bir türk kişisi idi. Əslini, şəcərəsini dəqiq
öyrənmişdi — Həkimlilər nəslinin bir neçə
yüzillik şəcərə tarixini
araşdırmışdı. Başqa millətlərdə bu
cəhət ənənə halını alsa da, təəssüf
ki, türklərdə şəcərə tarixini
araşdırmaq, özündən sonrakı nəsillərə
görk edərək qoyub getmək hələ ömürləşməyib.
Onun xüsusən
son illərdə narahatlığını
başa düşmək
olardı. İnsan ömrünün müəyyən bir vədəsində ölümün
qarşısıalınmazlığını
daha aydın dərk edir, mümkün qədər çox işlər görməyə çalışır.
O, həmişə təəssüflənirdi
ki, bizim dövrümüzdə əl-qolumuzu
demək olar, bağladılar, xalq ədəbiyyatını ürəyimiz
istəyən səviyyədə
araşdırmağa imkan
vermədilər. Hə qədər
qəribə səslənsə
də, elə hey arzulayırdı ki, «möcüzə baş verəydi, gənc yaşlarımda olaydım,
xalq ədəbiyyatını,
folkloru indiki ağlımla, həvəsimlə
araşdıraydım». Son günlərində yaxınlaşmaqda
olan ölümün kədəri sifətində
hiss olunmağa başlayırdı.
Ancaq qəribədir ki, Mürsəl müəllim
son bir ayda əvvəlkindən də
inadlı və inamlı görünürdü.
Ölümündən bir gün əvvəl görüşmüşdük.
Həsə, deyəsən, ürəyinə
dammışdı, bir
xeyli oturdu, xatirələrini bölüşdü.
Xüsusilə son günlər
ölümdən çox
danışırdı… İnsanlara münasibətində
oyunçuluq yox idi. Mayın 20-də 77 yaşını qeyd etməyə hazırlaşırdı. Deyirdi, həkim ona doğulduğu kəndə
getməyi, orada heç olmasa, bir müddət təmiz hava almağı məsləhət
görüb. Ancaq
ölüm bu dəfə qəfillədi
— aprelin 15-də…
M.Həkimov 1929-cu ildə Qazaxın Kəmərli kəndində
anadan olub. Pedaqoji Universitetin Azərbaycan və Dünya ədəbiyyatı tarixi kafedrasında müəllim,
baş müəllim,
dosent, professor; 1966-1980-ci illərdə
universitetin filologiya fakultəsinin nəzdində
«Folklorşünaslıq problemləri
laboratoriyası»nın
elmi rəhbəri vəzifəsində çalışıb.
2000-2006-cı illərdə
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda aparıcı elmi işçi vəzifəsində
işləyib. Bu sahədə 30-dan çox
kitabı — monoqrafiyası,
dərs vəsaiti nəşr olunub.
Mürsəl Həkimov Azərbaycan xalq ədəbiyyatının
araşdırılması yönündə
çox işlər görmüşdü. Daim Azərbaycan
ruhu, folkloru, aşıq sənəti ilə nəfəs alırdı. Danışığı təbii, doğma idi. Çalışardı ki, kimsənin
xatirinə dəyməsin,
əksinə, onu ruhlandırsın. Onunla söhbətlərimdə
daim təbiilik görmüşəm. Danışırdı ki, folklorla məşğul
olmağı aqibətdən
gəlib. Aqibət
işığına gedən
yolun başlanğıcına
belə varırdı:
«Yeniyetmə vaxtı özümü çox axtarmışam. Orta məktəbdə oxuyarkən əvvəlcə
rəssam olmaq istədim, xeyli portretlər, peyzajlar çəkdim. Əsgərlikdə də rəssamlıqla məşğul oldum».
Bundan sonra onun oxumağa,
öyrənməyə həvəsi
artır, müəllim
olmaq eşqinə düşür: «Qazax Müəllimlər İnstitutunda
oxuyanda mənə dildən dərs deyən yazıçı
Vidadi Babanlının
atası Abutalıb müəllimi heç vaxt unutmaram. Onun evində kirayənişin
qalırdım. Bu, kirayənişinlik də deyildi, çünki aramızda ata-oğul münasibəti vardı».
Mürsəl müəllimi folklora istiqamətləndirən həmin
Abutalıb müəllim
olub. Bir dəfə
o, Ələsgərin ustadı,
Ağ Aşığın
şagirdi Aşıq
Alıdan Mürsəl
müəllimə bolluca
söhbət eləyir,
bir neçə şeir deyir: «O zaman Abutalıb müəllimin 80-ə yaxın
yaşı olardı.
Dedi ki, mənim toyumu Alı baba edib.
O vaxta qədər Aşıq Alı demək olar, tanınmırdı. Ona «Qızılvəngli
Alı» deyirlər, ancaq onun əsli
Qazağa daxil olan Ağstafanın Qıraqkəsəmən kəndindəndir.
Əvvəlcə köçüb Türkiyəyə gediblər,
orada bir müddət yaşayıblar.
Qan davaları düşdüyündən
köçüb Arazdöyən
tərəfə gəliblər.
Burada da Həsən ağa ilə sözü düz gəlməyib. Aşıq
Alı qabağından
yeməz adam
olub. Çox güclü, yaraşıqlı
kişiymiş. Əmisi qızı
Həcərlə bağlı
söz-söhbətə görə
Göyçəyə gəliblər,
o vaxtdan da elə Göyçədə
qalıblar. Aşıq Alı
Göyçədə Bəsti
adlı bir xanımla ailə qurub. Aşıq Alının ömür-gününə
bələdlik məni
folklora möhkəmcə
bağladı. O vaxtı
Aşıq Əsəd,
Aşıq Mirzə vardı. Mən Bozalqanlı Hüseynin
toy apardığını görmüşəm. Aşıq
Sadıq, Dərya Məhəmməd, Aşıq
İslam… Aşıq Avdı ilə
Aşıq Mirzənin
dayım oğlunun toyunda otuzluq lampa keçirmələri
elə bil bu gün olub,
hamısı yadımdadı.
Onda bu aşıqların
hərəsinin 26-27 yaşları
olardı.»
O vaxtın toyları 7 gün çəkirmiş:
aşıqlar ayaqlarını
yerə vurub güclü səslə o
qədər oxuyurmuşlar
ki, lampa titrəyib keçirmiş:
«Təxminən 1,5 metrdən o boyda lampa sönürdü. Tarix hələ Mirzə, Əsəd kimi güclü səsə malik aşıqlar yetirməyib. Son ən səsli aşıqlardan İmranın,
Əkbərin və Aslanın adlarını çəkə bilərəm.
Elə hünər o idi ki, aşıq, xanəndə mikrofonsuz oxuyaydı. O vaxt mikrofon nə gəzirdi? Deyişmələr birbaşa sinədən
gəlirdi. Aşıq yaradıcılığında
deyişmə əvvəl-əvvəl
sazın kökü üstündə, conra oxumaq üstündə gedir. Ən axırda küplə
biləyi birləşdirən
«beçə pərdə»
üstündə deyişirlər.
Kim o beçə pərdədə oxuyardısa,
ən səsli, nəfəsli aşıq hesab olunardı. Bu aşıqlar mənim
folklora məhəbbətimi
daha da artırdı.
1949-cu ildən atalar sözlərini toplamağa
başladım.»
Mürsəl Həkimovun nəslində
çoxlu pəhləvanlar
olub, görünür,
pəhləvanlığı ordan gəlib. Şahqulu oğlu
Məmmədə «Çimdik
Məmməd» də deyərmişlər. Boyu
2 metrdən çox imiş: «Barmaqları mənim biləyim yoğunluqda olub, 100 iləcən ömür sürüb. Ata tərəfdən
babamın adı Rüstəm Zal olub. O, şair, həkim, həm də pəhləvan olub. Bir dəfə Zaqatalaya
gedərkən meşə
yolunda qabağına pələng çıxıb.
Pələnglə döyüşən babam onun ağzını
cırıq-cırıq edib.
Digər
babam Mehdi Abdurahmanoğlu da dövrünün məşhur
pələvanlardan olub.
Həslimizdə 7 həkim olub.
Hamısı Ərəbistanda və Türkiyədə tibbi təhsil alıblar. Həslimizin tarixi XIV yüzildən
gəlir. XVI yüzildən
bu yana babalarımı
bilirəm. Padar Mahmud adında babam
gedib Tyan-Şan tərəfə çıxıb,
Çin uyğurlarıyla
birgə yaşayıb.
XVI yüzildə padarları ləzgilərlə
vuruşa göndəriblər.
Babamın biri Qazaxa gələrək evlənib,
məşhur türk nəsli Şaddıxlıyla
qohum olub. O nəsildən sonralar da məşhurlar çıxıb. Şeyx Molla
Qaya deyilən ocaq var, babamdır.
Köküm təmiz Oğuz türküdür.»
Həmişə türkün köçəriliyindən
bizi sevməyənlər
car çəkə-çəkə danışıblar. Əslində türk öz
məskənində köç
edib. Türklər dünyanın hər
yerinə səpələnib.
Türklərin köçəriliyini həmişə başqa cürə yozublar. Əslində türklər
yayı yaylaqda, qışı qışlaqda
qalıblar: «Yəni bunlar başqa mənada köçəri
olmayıblar. Türk bütün
bu məskənlərin
ilk sahibi olub. Kənardan gələnlərin hamısını
oğuzlar özündə
əridib. Bir dəfə Oljas Süleymanov dedi ki, oğuzlar hətta bizim nənəmizi — qıpçaq
gözəli Afaqı
alıb aparıblar. Mənim haqqım var deyəm ki, Azərbaycan türkləri
də mənim babamdırlar. Oğuzlar çox
qüvvətli olublar».
O, Türk Dünyasının
çox yerlərində
— Murmanskda, Altayda, Yakutiyada, Şərqi Sibirdə, Altayda, Orta Asiyada, Türküstanda,
Pribaltikada, Krımda, Türkiyədə və başqa yerlərdə olmuş, o yerlərdən
zəngin folklor nümunələri toplamışdı:
«Bütün araşdırmalardan
sonra bu qənaətə gəldim:
Türk harada olubsa, orada şəhər
salıb, mədəniyyəti
daha da inkişaf
etdirib, qurucu olub. Məsələn, Oğuz Kağan
İdil (indiki Volqa) çayını keçir, görür ki, orda-burda vəhşi halında adamlar yaşayır.
Ən qocaman vəziri Aruzu çağırıb deyir
ki, bunları adam şəklinə
sal, paltar geydir, zəhmət öyrət. Türk barbar olmayıb».
Ölüm insanda iki cəhəti öldürə bilmir: yaxşı əməli və xatirəni. Mürsəl Həkimovun insansevərliyi onu tanıyanların ürəyində
yaşayacaq…
Uğur
Xalq Cəbhəsi.- 2013.-
18 aprel.- S.14.