Krımı bizə sevdirən adam
Cengiz Dağcı: «Dəniz
parçalana bilməz, biz türkük…»
Mən uzaqdakı qardaşlarımızdan iki Çingizin heyranı idim. Bunlar aramızdan səssizcə axirət yurduna səfər edən qırğız yazıçısı Çingiz Aytmatov və Kırımlı Cengiz Dağcı idi. Bu iki yazar da çətin bir dövrdə öz mədəniyyətlərini ucaldan əsərlər ortaya qoymuşlar. Cengiz Dağcını Aytmatovdan ayıran ən əhəmiyyətli xüsusiyyət bütün əsərlərini türkcə yazması və türkcəni ön planda tutması idi.
Cengiz Dağcı, Anadolu hüdudlarından kənarda yaşamış, lakin Anadoluda yaşayan bir çox insandan daha çox türkcəni yaşamış və yaşatmışdır. Bu nöqtədə «bir millətin dili ölmədikcə o milləti kimsə öldürə bilməz» sirrinin bir təcəllisi kimi bizim olan, bizdən bir parçanı izah edən əsərlər ortaya qoymuşdur. Onun qələmində canlı bir tarixin izi, silinməz ağrıların və itirilən bir ölkənin canlı təsvirləri var idi. Vətən deyilən ananın yaslı sinəsindən qopan bir gülün hekayəsi Cengiz Dağcını hekayəsidir.
Bilməyənlər üçün deyim, Cengiz Dağcını həyatı şəxsən Romanda talehsiz bir zaman diliminin üstünə çökən, bizi biz olmaqdan saxlayan, sanki ürəyimizi yerindən sökən bir zülmün, Rus və bolşevizm zülmünün və də bir dünya hərbinin ağırlığı vardı onun üzərində. O, yetim qalmış bir coğrafiyanın və ayaq oyunları və məcburi köç və sürgünlərlə əldən alınmağa çalışılan bir vətənin bizim olduğunu, hər daşında bizə aid bir dəyər olduğunu hayqırmışdır dünyaya. Dünən Krım xanlarının qılınclarının parıltısından necə ki Rus knyazlarının gözləri qamaşdısa, Çingiz Dağcını qələmindən də Sovetlərin ruhsuz və vicdansız idarəçilərin gözləri qamaşmışdır.
Cengiz Dağcı itirilən bir vətənin ağısı idi. Cengiz Dağcı, Krımı bizə sevdirən adam idi. Cengiz Dağcı uzaqdakı qardaşlarımızı bizə yaxınlaşdıran adamdı. Öz coğrafiyasında Krım tatarlarına edilən işgəncələrin, zülmlərin bir vəsiqəsi, bir canlı şahidi əsərlərin yazarı idi.
Bir gecədə torpağından qoparılıb heyvanların belə daşına bilməyəcəyi qatar vaqonlarında Sibirdəkı düşərgələrə və bilinməyən necə yerlərə zorla köçürülən və sorğusuz bir şəkildə güllələnlərin, məzlum Türkistan xalqlarının, Krım Tatarlarının yüksələn fəryadı idi Cengiz Dağcı.
O, Krımın tarixini, cansız torpağı vətən edən dəyərləri toplamışdı sətirlərdə. Kitablarını Türkiyə türkcəsində yazan Dağcı Türkcədən qopmamış, bir cür Qaspıralı İsmayıl Beyin «dildə fikirdə işdə birlik» qanununu tətbiq etmişdi. «Türkcə mənə anamın danışdığı dil» — deyərək əsərlərini türkcə yazmışdı. O, Krımın tarixini, cansız torpağı vətən edən dəyərləri və Türklüyün gur hayqırışını toplamışdı sətirlərdə. Yurdunu İtirən (bir) Adamın əzabına «Qorxunc illər»in pəncəsində izah verirdi.
Bu iki əsər Ziya Osman Sabanın və Yaşar Nabi Nayırın səyləriylə nəşr olunur. Yazar, kitabında düzəlişlər edən Ziya Osman üçün «ütülədi» təbirindən istifadə edərək məmnuniyyətini bildirir. Cengiz Dağcı «Qorxunc illər» adlı əsərini Yaşar Nabiyə göndərəndə məktubunu bu cümlələrlə tamamlamışdır: «Əlhəmdülillah türkəm, müsəlmanam və bu qeydlərimdə yazdıqlarımın hamısının həqiqət olduğuna and içərəm».
Kitablarını əlyazma ilə yazan, sonra makinadan keçirən yazıçımız ingilis və polyak dillərini bilməyinə baxmayaraq həmişə türkcə yazıb. O, türkcənin ana südü kimi təmiz və bir o qədər də zadəgan damarından bəslənmiş, ruhumuzu onun ulduzları ilə təchiz etmişdir. Təəssüf ki, Yaşar Nəbidən sonra Varlıq Nəşrləri yazarımızın əsərlərini «sağçı» olduğu üçün nəşr etməmiş; külliyyatı Ötüken Nəşriyyatında nəşr olunmağa davam etmişdir. Yazarımız İkinci Dünya müharibəsindən sonra Türkiyədə yaşamaq istəyir; təəssüf ki, bu istəyi qəbul edilməyib. O dövrdə yalnız yazıçımızın yox, bir çox Krım türkünün bu tələbi geri çevrilmişdi.
Şirin və axıcı bir üslubla oxucunu sıxmadan yazan və maraq duyğusunu diri tutan yazıçımız, əsərlərində, heç bir insana rəva görülməyəcək, insan olan kimsənin dözə bilməyəcəyi zülmlərin əsir türklərə necə tətbiq olunduğunu və bir millətin keçmişini necə silməyə çalışdıqlarını gözlər önünə sərmiş, milli şüurun dirildici nəfəsini ruhumuza üfləyərək bizi hər çətinliyə qarşı dimdik ayaqda durmağa və yıkılmamaya çağırmışdır. İctimai romanları ilə Krım türklərinin sosioloji təhlillərini edərək mədəni zənginliklərini ortaya sərmişdir.
Cengiz Dağcı əslini inkar etmənin məşhur olduğu bir ziyalı dünyasının ortasında öz şəxsiyyətinə, kimliyinə sahib çıxmış və millətin bölünmədiyini, əsla parçalanmadığını bu ifadələrlə göz önünə sərmişdir: «Bizə Tatar deyirlər. Çərkəz, Türkmən, Qazax, Azərbaycanlı, qaraqalpaq, çeçen, Uyğur, Kabud, başqırt, Qırğız deyirlər. Bunlar yalandır. Dəniz parçalana bilməz. Biz türkük, tatarıq. Bunu sənin ürəyin bildiyi kimi hər başqırt, hər qırğız, hər qazaxın da ürəyi bilir. Ürəyinlə, hislərinlə hərəkət et».
Vətənindən ayrılandan bəri heç Krıma getməyən Dağcını qədəri qürbətlə yazılıb. Eyni zamanda şair olan və ədəbiyyata şeirlə başlayan Cengiz Dağcı jurnalistikada bir dövr Krım xalq şeirlərini və Krım folkloruna aid əsərləri tanıtmağı qarşısına məqsəd qoymuşdu. Şeirlərinin 1936-ci ildə gənclik jurnalında nəşrinə başlayan Cengiz Dağcı, 1938-ci ildə Akmescit Pedaqoji İnstitutuna girmiş, ikinci sinifdə hərbiyə çağrıldığı üçün yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Almanlarla ruslar arasında çarpaz atəş arasında qalan Krım Türkləri «aşağı tüpürsə, saqqal yuxarı tüpürsə bığ» deyilə biləcək bir vəziyyətdə və «qırx qatırmı, qırx sətirmı» zülmünü axtartdırmayacaq bir zülmün ortasında qalmışdır. İlk əvvəl Sovet ordusunda döyüşmüş, əsir düşdükdən sonra bir müstəqillik və qurtuluş ümidiylə Alman ordusunda döyüşən Cengiz Dağcı özünün olmayan bayraqlar üçün döyüşmənin iztirabını yaşamışdır.
Cengiz Dağcı həyatın min cür ağrısını dadmış, şəxsən təcrübə edərək yaşadığı şeyləri yazmışdır. 1946-cı ildə Londona yerləşən Cengiz Dağcı, burada da çox böyük çətinliklər yaşamış, ən ixtisassız, ən çətin işlərdə çalışaraq həyatını davam etdirməyə çalışmışdır. Bu zaman da yazmağa davam etmiş, qələmi əlindən yerə qoymamışdır. Həyatdakı ən böyük dəstəkçisi, döyüş əsnasında Polşada tanış olduğu və evləndiyi Regina xanımdır. 1988-ci ildə itirdiyi həyat yoldaşının xatirəsini həmişə əziz tutmuşdur.
Vətənindən ayrıldığı gündən bəri heç vaxt Krıma getməyən yazarımızın qədəri qürbətlə bərabər yazılmışdır. Kırımlılara edilən zülmləri anlatdığı əsərlər hər bir Türkün tapıb oxumalı olduğu yazılardır.
Məmləkəti olan Qızıltaşdan ayrı keçən yetmiş ildən sonra cansız bədəni vətənin torpağına dümağ kəfənə bürünmüş bir şəkildə gətirilərkən bəlkə içindəki közlənən atəş yenidən alovlanmış, bəlkə də içində qalan o Vətən ağrısı bir az da olsa sakitləşmişdir. Bu qübbədə xoş bir səda qoyub gedən yazarımıza Allahdan rəhmət diləyirəm…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 19 aprel.-
S.14.