Ana südü
Bu nemətdən
körpələrinizi məhrum etməyin
Təxminən
3-4 il bundan əvv¢l Britaniya v¢ İrlandiyada ciddi surətdə
dehidrasiyaya (susuzluğa) məruz qalan körpələrin
sayı barədə xəstəxanalardan statistik məlumat
toplanır. Kəskin hipernatremik susuzluq nadir, lakin
ölümcül bir vəziyyətdir.
Lokal
tədqiqatlara əsasən, bəzi xəstəxanalara həftədə
bir körpə dehidrasiyanın mülayim və ya kəskin
forması ilə qəbul edilir. Lakin bu problemlə ciddi məşğul
olmaq üçün tibb icmasına daha çox məlumat
lazımdır.
Hazırda
Britaniya Tibb Departamenti qadınlara ilk 6 ay ərzində körpələri
yalnız ana südü ilə qidalandırmağı məsləhət
görür.
Şiş hüceyrələri «intihar»a məcbur
edir
İsveçdə Lund Universitetində işləyən
həkim və immunoloq Katarina Svanborqun rəhbərlik etdiyi qrup ana südündə
möcizəvi sirləri
kəşf edib. Katarina Svanborq
və tədqiqat yoldaşları yeddi il əvvəl
ana südü ilə şiş hüceyrələrini labatoriyada
birlikdə saxlayıblar.
Katarina Svanborqun laboratoriyası böyük
olmamaqla yanaşı əslində heç də onkologiya üzrə tədqiqat üçün qurulmuş
bir mərkəz deyil. Bu laboratoriyanın
əsl quruluş məqsədi və ixtisas sahəsi yoluxucu xəstəliklərdir.
Katarina və tələbəsi
Anderss Hakanssons yeddi il
əvvəl ana südü, bakterial infeksiyalar və şiş hüceyrələri
üzərində araşdırmalara
başlayıblar. Məqsəd ana südünün dəhşətli bir mikrob-savaşçısına necə çevrilməsini
və necə infeksiyalara əngəl olmasını aydınlaşdırmaq
olub. Şiş hüceyrələrinə olan təsiri isə daha çox
maraq doğururdu.
Şiş hüceyrələrinin həcmcə azaldığını
görən Andress Hakanssons əvvəlcə
nəyisə düzgün
hesablamadığını düşünür. Amma
müəllimi Katarina Svanborq
bankaya mikroskobla baxıb və «şiş hüceyrələrinin
intihar etdikləri»ni dilə gətirib.
Hüceyrələr müntəzəm olaraq intihar edirlər, bu hadisəyə «apoptoz» deyilir. Apoptoz vücudun
yararsız və yaşlı hüceyrələrdən
qurtulmaq və ya özünü yeniləyə bilmək üçün tətbiq
etdiyi bir proqramdır. Bütün sağlam
hüceyrələr əcəli
çatanda bu intihar proqramına tabe olurlar və
bunun nə zaman başlayacağına
dair siqnalları ətrafından alırlar.
Son nəticədə hüceyrənin «beyni» olan məlumat molekulu — DNT parçalanır.
Şiş hüceyrələri isə normal hüceyrələrin
əksinə, insan bədənindən gələn
bu siqnallara cavab vermirlər və bədən şiş hüceyrələrinin
böyüməsini və
ya ölməsini idarə edə bilmir. Nəticədə də şiş
olaraq adlandırılan
qarma-qarışıq hüceyrə
kütlələri meydana
gəlir və nəticədə insan həyatla vidalaşır.
Sətəlcəmə də dərmanmış
Katarina Svanborq ana
südünə yeni doğulmuş körpələrdən
alınmış bağırsağın
selik hüceyrələri
ilə qarışdırır. Bu zaman ana südünün
pnevmoniya (sətəlcəm)
xəstəliyini heyrətamiz
şəkildə sağaltdığı
məlum olur.
Ana südü ilə
qidalanan kürpələrin
əmziklə qidalananlara
nisbətən yoluxucu
xəstəliklərə qarşı
müqaviməti də
çox olur. Eyni nəticəni
şiş xəstəliklərinə
də aid etmək olar. Ana südü
ilə bəslənmə
uşaqlarda rast gəlinən limfoma şişinin yaranma riskinin 9 dəfəyə qədər aşağı
düşməsinə səbəb
olur.
Tədqiqatlar zamanı məlum olub ki, şiş
hüceylərini məhv
edən ana südündəki «alrha-lac»
(alrhalactalbumin) adlandırılan
bir maddədir. Bu maddənin süddə laktoza şəkərinin sintezinə kömək edən bir zülal
tərəfindən meydana
gətirildiyi üzə
çıxarılıb. Artıq «alrha-lac» üzərində
alimlər araşdırmalara
başlayıblar. Bəlli olub
ki, ana südü
əmizdirmə yolu ilə körpənin həzm sistemindən keçir. Körpənin mədəsində qüvvətli həzm turşuları var. Böyük
bir ehtimalla, həzm sistemindəki bu turşu və
tam ayırd edilməyən
digər bəzi xüsusi maddələrlə
birlikdə ana südündəki «alrha-lac»ı
dəyişdirərək şiş
hüceyrələrini öldürə
bilən HAMLET-ə çevrir.
Günümüzdə aparılan tədqiqatlar
HAMLET-in genetik olaraq əldə edilə bilinməsi və bir-birinə çevrilmə
pillələrinə tam olaraq
aydınlıq gətirilməsi
istiqamətindədir.
Qüdrəti sonsuz Allahın ana südünə verdiyi bir özəlliyə
görə şiş
hüceyrələrinin durdurulması
yəqin ki, bundan sonra körpələrini
əmizdirməyə tərəddüd
edən anaları fikirlərindən döndərəcək. Heç bir
ana bilə-bilə körpəsinin şişlə
müqavimət gücünü
qırmaq istəməz.
Dünya və Azərbaycan
reallıqları
Amerika Pediatriya
Akademiyası da tövsiyyə edir ki, körpələr ana südü ilə qidalandırılsın. Akademiyanın tövsiyyələrində qeyd
olunur ki, ana südü körpənin sağlam inkişafını təmin
edir, infeksiya riskini azaldır, bir çox xəstəliyə qarşı
qorunmanı təmin edir. Məsələn,
ağciyər infeksiyaları,
bakterial meningit, diarreya (ishal), otitis media (orta qulaq iltihabı), bakteremia, botulizm, sidik yolları infeksiyaları, necrotizing enterocolitis
(bağırsaq iltihabı),
ani körpə ölümü sindromu, insulindən asılı şəkər xəstəliyi,
Crohn xəstəliyi (yoğun bağırsaq iltihabı), ulcerative colitis (yoğun
bağırsaq iltihabı),
allergik xəstəliklər
və təbii ki, ən vacibi
limfa xərçənginə
qarşı qorunmanı
təmin edir. Tədqiqatlar
göstərib ki, ana südü ilə qidalanan körpələrin immun sistemi əmziklə qidalananlara görə çox sürətli inkişaf etməkdə və müdafiə üçün lazımi
anticisimlər yüksək
səviyyədə istehsal
olunmaqdadır. Amerika Pediatriya
Akademiyası yeni, vaxtından qabaq və xəstə doğulmuş uşaqlar üçün mütləq
ana südünün təyin olunmasını zəruri sayır. Tibbi müdaxiləyə ehtiyac hiss edilən vəziyyətlər xaric,
ana südünə başqa bir şey əlavə edilmədən birbaşa olaraq verilməli və əmzikdən uzaqlaşdırılmalıdır. Ana südü və
əmizdirmənin anaların
üzlərinə də
faydaları vardır.
Əmizdirmə prosesi düzgün
bir diyetlə bərabər ana sümüklərini də
gücləndirir, yumurtalıq
və süd vəzisi xərçəngi
riskini azaldır.
Əmizdirmə hamiləlikdən qorunma üçün də ən yaxşı yollardan biridir, çünki əmizdirən qadınlarda
yumurtlamanın başlanması
təxirə salınır.
Bütün bu faydalara baxmayaraq
bəzi hallarda analar əmizdirmədən
boyun qaçırırlar. Məsələn, ananın zərərli dərmanlar istifadəsi, vərəm, QİZS, aktiv
infeksiya kəzdirməsi
kimi vəziyyətlərdə
bu viruslar ana südü ilə körpəyə keçə bilər.
Loğman Surəsi 14-cü və Bəqərə 233-cü ayətlərində
yazılır ki, «Analar, uşaqlarını
tam iki il əmizdirsinlər».
Alimlərin ümumi qənaətinə
görə, ana südü ilə qidalanması uşaq ölümünü 3 dəfə
azalda bilər.
80-ci illərdə qlobal
tədqiqat aparılıb,
nəticədə aydın
olub ki, körpələrin cəmi
20 faizi ana südü ilə qidalanır. Bundan sonra YUNİSEF anaların
uşaqlara ana südünün verməsi
üçün həvəsləndirilməsinə
yönəlmiş proqramı
həyata keçirməyə
başlayıb. Azərbaycanda da Səhiyyə Hazirliyi YUHİSEF-lə birgə 1995-ci ildən proqram həyata keçirir. Tədqiqatlara əsasən, 1995-ci ildə
Azərbaycanda anaların
yalnız 25 faizi uşaqlarını ana südü ilə qidalandırıb, 2006-cı ildə
isə bu, 50 faizə çatıb.
Həkimlərimiz bildirirlər ki,
əslində bu göstərici 95 faizə
çatmalıdır. Çünki müəyyən olunub ki, yalnız
anaların 3-5 faizi süd çatışmamazlığı
və uşaqları əmizdirməyə imkan verməyən digər patoloji xəstəliklərdən
əziyyət çəkir.
Qısası, hələ ki,
anaların əksəriyyəti,
sadəcə olaraq, uşaqlarına ana südü vermək istəmirlər.
Bəzi anaların körpələrinə
süd verməməsinin
başqa səbəbləri
də var. Məlumdur ki, doğuşdan sonra anaların çəkisində artım
müşahidə olunur. Üstəlik süd vermək üçün yaxşı
və keyfiyyətli qidalanmaq çəkini bir qədər də artırır.
Bu isə gənc
anaları narahat edir və pəhriz
saxlamağı, artıq
çəkidən azad
olmağı körpələrinə
süd verməklə,
onları müxtəlif
xəstəliklərdən qorumağı üstün
bilirlər.
Aysel
Xalq Cəbhəsi.-
2013.- 20 aprel.- S.10.