Azərbaycan dilinin ermənilər arasında işləkliyi

 

Səbəbi tarixiliklə, şifahi xalq ədəbiyyatımızın təsir dairəsi ilə əlaqədardır

 

Dünyada hər mənada gərginliklərin artdığı bir vaxtda xalqlar, dövlətlər dilin qorunması məsələsində daha da ciddiləşiblər. Azərbaycan Türkcəsindən bu gün Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna ərazisində geniş istifadə olunur, dünyanın başqa ölkələrində danışılır. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti var: Şərq dialektiQuba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri; Qərb dialektiQazax, Qarabağ, Gəncə dialektləri; Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri; Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri. Dilimiz genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfolojisintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan-türk dili türk, türkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.

Tarixən Qafqazda və Yaxın Şərqdə Azərbaycan Türkcəsinin üstünlüyü dilimizin insansevərliyinin ifadəsi olub. Bu mövzuda araşdırmalar aparan filologiya elmləri doktoru Ramil Əliyevin fikrincə, bu dil özünün zənginliyi, ahəngdarlığı, tarixiliyi baxımından regionda yayılan dillər arasında cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə seçilir. Bu dilin formalaşması təqribən VII-X əsrlərə düşüb, təqribən elə bu vaxtlardan «Xəzər dənizinin qərb və cənub dairəsində və Qara dənizin şərq və cənub dairəsində» istifadə olunmağa başlayıb. Azərbaycanda da müxtəlif türk tayfa və qəbilələrin dili əsasında formalaşan vahid Azərbaycan (Türk) xalqının ümumxalq dili, danışıq dili kimi dünya dilləri sırasına qoşulub. Azərbaycan dili özünün tarixi keçmişi ilə qibtə olunacaq dərəcədə başqa dillərdən fərqlənir. Bu dildə olan sinonimlik, omonimlik, antonimlik xüsusiyyətləri, frazeoloji birləşmələrin qədimlik ənənələri, dilin lakonikliyi, az sözlə çox fikri ifadə etmək qabiliyyəti imkan verib ki, ətraf ərazilərdə yaşayanlar da onun lüğət fondundan istifadə etsinlər».

Şübhəsiz, dilimizin bu cəhəti, özünəməxsusluğu bir xalq olaraq zorakılığımıza, qəsbkarlığımıza əsaslanmayıb. Yəni Türk xalqı heç zaman istilaçı ruhlu olmayıb. Türk xalqı hər şeydən əvvəl getdiyi yerlərdə dilini, mədəniyyətini başqa xalqlara zorla qəbul etdirməyib, əslində bunun marağında olmayıb. Başqa xalqlar türk mədəniyyətini, dilini zorla qəbul etməyiblər, bu dilin qarşılıqlı ünsiyyətdə əvəzsizliyini anlayıblar, mədəniyyətimizin üstünlüyünü dərindən dərk ediblər. Bu faktorlar türk xalqımızın qədimliyinin, dilinin bənzərsizliyinin, mədəniyyətinin oturuşmuş olmasının, deməli, köçəri olmamasının gözəl sübutudur. Köçəri xalq da bu qədər zəngin mədəniyyətin, dilin yiyəsi ola bilərdimi, başqa xalqlara bu qədər dərindən təsir edə bilərdimi?

R.Əliyev bildirir: «Azərbaycan (Türk) dilinin formalaşma dövrünü tarix kitablarında səhvən XI-XII əsrlərə aid edirlər. Bu fikri irəli sürənlər nəzərə almırlar ki, artıq bu əsrlərdə Azərbaycanda sırf ədəbi dildə yazan şairlər yetişmişdi. Xaqani, Nizami, Məhsəti kimi şairlərin dilinə çevrilən Azərbaycan (Türk) dilinin ədəbi normaları daha erkən əsrlərin şairlərinin əsərlərində formalaşmışdı.

Türk mənşəli Azərbaycan dilinin əsasında türk etnoslarının -hunların, suvarların, qaşqarların, xəzərlərin, bulqarların və s. tayfaların danışıq dili dururdu. Bu tayfa dillərinin əsasında oğuz-səlcuq əsaslı ümumxalq Azərbaycan (Türk) dili yaranırdı. Professor T.Hacıyev da türk tayfalarının Azərbaycanda yayılmasını, xüsusən Albaniyada türk mənşəli dilin işləndiyini əsas götürək qeyd edir ki, «həm tarixi-siyasi şərait, həmetnik inteqrasiya V-VI əsrlərdə xalq birliyini yaradır və ona xidmət edən xalq dili müəyyənləşir». Dilimizin göstərilən xüsusiyyətləri və başqa keyfiyyətləri onun regionda işlək dil olmasını şərtləndirir. Azərbaycan (Türk) dilinin ünsiyyət dili kimi işlədilməsihəm də tarixi amillərlə izah oluna bilər. Belə bir cəhətə diqqət yetirmək lazımdır ki, istər qədimdən, istərsə də müasir şəraitdə Azərbaycan xalqı Azərbaycan dilinin yayıldığı ərazilərdə aparıcı mövqeyə malik olmuş, xalqın sosial-iqtisadi və mədəni tərəqqisi isə bu dilin üstünlüyünə şərait yaradırdı. Belə ki, Qafqaz ərazisində ilk maarifçilik ideyalarının Azərbaycanda intişar tapması, bu regionda ilk milli mətbuatın Azərbaycanda yaranması, «Molla Nəsrəddin» kimi satirik jurnalın Qafqaz ərazisində yayılması başqa xalqların bu dilə olan tələbatını daha da artırırdı. Qafqaz ərazisində yaranan ilk operanın da milli Azərbaycan təfəkkürünə məxsus olması, Üzeyr Hacıbəyli kimi bir simanı yetişdirən bu xalqın musiqisi, xüsusilə aşıq musiqisi Azərbaycan (Türk) dilinin ünsiyyət dili kimi Qafqazda işlənməsinə kömək edirdi».

Araşdırmaçının fikrincə, dilimizin geniş yayılmasının bir səbəbi də bu dildə işlənən qısa saitlərin olmasıdır: «Qısa saitlərin təşkil etdiyi hecalar da qısa tələffüz olunur. Azərbaycan dilindəki hecalarda tələffüzün bərabər olması heca vəzninin milli şeir forması kimi yaranmasına və inkişafına təkan verib. Dilimizin sadəliyini, musiqili dil olduğunu, poeziya dili olduğunu bir çox şərqşünaslar da təsdiq ediblər. O, Azərbaycan (Türk) dili haqqında erməni ədəbiyyatşünası M.Abeğyanın etirafını təqdim edir: «Qarşımızda müxtəlif variantlı 1700-ə qədər bayatı var. Təəssüf ki, bizim dilimizdə çoxmənalı sözlər, eyni məna daşıyan ifadələr çox az miqdardadır. Buna görə də bizə tanış olan türk dilinə müraciət edirik». Söylədiyimiz buya başqa amillər Azərbaycan (Türk) dilinin Qafqazda tarixən milli ünsiyyət vasitəsi kimi işlədilməsinin başlıca səbəbləridir. Azərbaycan dili ünsiyyət vasitəsi kimi Qafqaz regionunun bir sıra xalqları arasında işlədilir. Bu, hansı xalqlardır? Birinci növbədə Azərbaycan Respublikasının öz ərazisində yaşayan azsaylı xalqlar ünsiyyət vasitəsi kimi, həm də dövlət dili olmaq etibarı ilə bu dildən istifadə edirlər. Respublikamızda yaşayan kiçik xalqların və etnik qrupların dillərinin işlənmə dairəsi, terminologiyası məhdud olduğuna görə, onlar Azərbaycan dilini ikinci ana dili kimi qəbul edirlər. Azərbaycan dilindən istifadə olunması onlar üçün dünya elm və mədəniyyət nümunələri ilə tanış olmağa, daha geniş ictimai mühitə çıxmağa imkan verir. Dövlətimiz bu xalqların nümayəndələrinə respublikanın ali qanunvericilik orqanlarına, yerli icra hakimiyyətlərinə seçib-seçilmək hüququ verib, aliorta ixtisas məktəblərində mütəxəssis kimi yetişməsinə şərait yaradıb. Onların öz dillərində orta məktəblər fəaliyyət göstərir. Bu deyilənləri nəzərə alaraq azsaylı xalqların dilləri ilə bağlı məsələlərə obyektiv cəhətdən yanaşmaq lazımdır. Məsələn, Azərbaycan dili ünsiyyət vasitəsi kimi Azərbaycan və kürd xalqları arasında işlənir. Kürd xalqı, onun tarixi, mənşəyi, inkişaf yolları, dini-əxlaqi təsəvvürləri, dilifolkloru haqqında keçmiş SSRİ-də Azərbaycanda və xarici ölkələrdə qiymətli tədqiqatlar aparılıb. Kürd xalqının Əhməd Xani, Əbdürrəhman Həjar, Abdulla Qoran, Hacı Qadir Koji, Şexmus Ciyərxun kimi şairləri yetişib ki, onların yaradıcılığı haqqında da Şamil Əsgərov, Hüseyn Alışanov, Knyaz Mirzəyev və başqalarının Azərbaycan dilində cap etdirdikləri kitablar, qiymətli tədqiqatlar var. Jaris Bitlisi özünün «Leyli və Məcnun» əsərinin mövzusunu Nizaminin eyni adlı poemasından götürüb. XII əsr kürd şeirində ədəbi məktəb yaradan Əhməd Molla Cizirinin yaradıcılığının formalaşmasıda Xaqani poeziyasının sənətkarlığı, orta əsrlər Azərbaycan fəlsəfi fikrinin dərinliyi müstəsna rol oynayıb».

Araşdırmaçı daha sonra bildirir ki, Azərbaycan (Türk) dilinin ünsiyyət vasitəsi kimi işləndiyi ərazilərdən biri indi Ermənistan adlandırılan ərazi olub: «Məsələyə tarixilik nöqteyi-nəzərindən yanaşanda bu dili öyrənmə, ondan istifadə edilmə hələ ermənilərin bizim ərazilərə köçürülməsi ilə eyni vaxta təsadüf edir. Çünki hələ I Pyotrun məlum fərmanından sonra Azərbaycan ərazilərinə köçürülən ermənilər öz yaşayışlarını təmin etmək üçün cildlərini dəyişərək özlərini «quzu» kimi tanıtmaq məqsədilə yerli əhali ilə ünsiyyətdə olmalı, bu dili öyrənməli idilər. Çünki çar fərmanının verdiyi maddi təminat vədi ilə qarın doymurdu. Ermənilər Azərbaycan çörəyinə boğaz olmaq məcburiyyətində qalmışdılar. Bu məcburiyyət üzündə dil öyrənmək lazım gəlirdi. Azərbaycan dilinin şirinliyi, incəliyi, onların isə dil öyrənmək qabiliyyəti imkan verirdi ki, Azərbayca dili bu iki xalq arasında ünsiyyət vasitəsinə çevrilsin. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilinin ermənilər tərəfindən işlədilməsi könüllük prinsiplərinə əsaslanıb. Bunu erməni alimləri də həmişə təsdiq ediblər. X.Abovyan yazır ki, «Şairanəliyinə, ahəgdarlığına, axıcılığına və qrammatik quruluşun sadəliyinə görə tatar (Azərbaycan-Türk dili — R.Ə.) Qafqazdakı bütün dillər içərisində yeganə dildir… Ermənistanda türkcəni hətta qadınlar və uşaqlar belə bilirlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların türkcə şeir yazmaları və oxumaları çox təbii bir haldır.»

Azərbaycan (Türk) dilinin ermənilər arasında işlək olmasının bir səbəbi tarixiliklə bağlıdırsa, ikinci səbəbi Azərbaycan şifahi xalq ədəbiyyatının, xüsusən aşıq şeirinin, aşıq yaradıcılığının təsir dairəsi ilə əlaqədardır. Bu barədə B.Qukasyan daha etibarlı mənbələrə, həm də bilavasitə erməni akademiki M.Abeğyana istinad edərək onun Azərbaycan aşıq şeirinin erməni poeziyasına təsiri haqqındakı fikrini misal gətirir: «Orta əsr erməni poeziyasında qafiyəli şeir məhz Azərbaycan və türk dilinin təsiri ilə meydana gəlib». Demək olar ki, Azərbaycan şifahi xalq ədəbiyyatının bütün janrları ermənilər arasında yayılıb və onlar hətta folklorumuzun bütün növlərində olan incilərimizə uyğun gələn öz nümunələrini yaradıblar.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 20 aprel.- S.14.