«Yaşasın Şərqi Türkistan»
Fethəddin Mahsum
etiraz etməsin deyə dilini dodağına tikmişdilər…
Türkün dünyadakı hökmünün süqutundan sonra müsəlmanlar arasındakı bağ da çöküb. Bu gün, bu qədər texnologiyaya baxmayaraq Osmanlı dövlətinin son dövrlərindəki eşq, vəcd coşğusunun və fikirdə birliyin olmadığı açıq-aşkardır. Türkün hakimiyyəti vardı təbii o zamanlar. Müsəlman birliyinin dağılmasından sonra, inkişaf edən texnologiya ilə əli daha çox türkün qanına batan Qərb milləti, vətən müdafiəçisi mücahidlər tərəfindən fövqalədəliklər ilə qarşılaşmışdılar. Daha əvvəldən Şimali Qafqazda Şeyx Şamil, Əlcəzairdə Əbdülqədir Cəzair, Şərqi Türkistanda Yaqub bəy… Sonralar Liviyada Ömər Muxtar, Fələstində İzzəddin Əl-Qəssam, Qərbi Türkistanda Şir Məhəmməd Beg və Korbaşılar Hərəkatı, Şərqi Türkistanda Osman Batur Xan… Şəhidlərimiz, simvol adlar kimi mücadilələrini tarixə yazırdılar.
İyirminci əsrdə iki qütbə doğru çatan və «Soyuq Müharibə» deyə adlandırılacaq dünya siyasi mühiti və coğrafiya uzaqlıqları ilə birlikdə bu dövrdə necə qəhrəmanın daha işğalçılara qarşı şanlı bir döyüş icra etdiklərini yavaş-yavaş öyrənirik. Bunda internetin faydası bu yazıda da görüləcəyi üzrə böyükdür.
Türkistan: «Yeni Orta şərq»
Türkistan torpaqlarının nələrə yataqlıq etdiyi hər zaman dövlət, elm, təsəvvüf tariximizcə məlum… İndi də siyasi ədəbiyyatdakı bəhsi: «Yeni Orta şərq» … Soyuq müharibə dövründə təkcə Ülkücü Hərəkatın ideal çərçivəsindən nəzəri — diqqətinə oturtduğu bu coğrafiyanın qərbi Sovet kommunistləri tərəfindən işğal edilərkən, Şərqi də 1949-cu ildə Çin kommunistləri tərəfindən işğal edilmişdi. Osman Batur Xan, Çin irqçi kommunistlərinə və Sovetlərə qarşı döyüşərək dastan səviyyəsində bir mübarizədə nəhayət şəhadətə qovuşmuşdu. Ardınca Şərqi Türkistanda necə istiqlal mərkəzli böyük soyqırımlar meydana gəlmiş, lakin dəstəksiz hərəkətlər nəticəsiz qalmışdı. Bu hərəkətlər dosta, düşmənə mesajdır: «Dindaşlarımın, qövmdaşlarımın unutduğu bu el, kafirə yar olmayacaq!» Məhz bu mesajı daşıyanlardan Osman Batur Xanın şəhadətindən sonra (29 aprel 1951) meydana atılan igidlərdən biri də Fəthəddin Mahsum idi.
Fəthəddin Mahsum kimdir?
Fetheddin Mahsum əslən Düşənbəli (bu gün Tacikistanda) bir ailəsinin oğlu kimi Nəmanqanda (bu gün Özbəkistanda) 1923-cü ildə dünyaya gəlmiş Özbək türklərindəndir. 10 yaşında ikən atası Nur Məhəmməd Qarun ilə sovet ruslarının zülmünə görə Şərqi Türkistan şəhərlərindən olan Hotenə hicrət etmişdilər. Sovetlərdən qaçan atası Nur Məhəmməd Qarun kommunist rusların bir qolu olan işğalçı Çinli idarəçi Şin-Sı-Sey tərəfindən qətlə yetirilmişdir. Ata tərəfdən nənəsi İşanayımın yanında böyüyən Fəthəddin Məhsum, əvvəl Darülhitamı (yetim məktəbi), sonra kənd təsərrüfatı ali məktəbini oxumuş və iki il öz peşəsində çalışmışdır.
Dune şəhərindən Şərqi Türkistanı işğal etməyə başlayan Qırmızı Çin Ordusuna qarşı hərbi qüvvə olmadığından savaşa bilməyən başda Məmməd Əmin Buğra, İsa Yusuf Alptekin kimi dövlət adamları və aydınlar ordusundan ibarət böyük bir karvan Hindistana hicrət etmək qərarına gəlmişdilər. 1949-cu il idi. Lakin Hindistan tərəfindən çıxarılan müxtəlif maneələrdən sonra geri qayıtmaq məcburiyyətində qalan bu şəxslər arasında Fəthəddin Mahsum da var. Fəthəddin Mahsum təkrar Hote şəhərinə dönür. 1950-ci ildə həbs olunur, 1953-ci ilə qədər nəzarət altında baytarlıq edir. Bu əsnada bir sıra ziyalı insanlarla tanış olur. Onlarla azadlıq üçün nələr edilə biləcəyi barəsində məsləhətləşmələr aparır.
«Təşkilati-Nicat»
ilə mücadiləyə başlayır
Bu mübarizə əzmi ilə dolu ikən Şərqi Türkistanın cənubundakı Yarkent şəhərinə bir səyahəti zamanı Nəqşibəndi şeyxi Əbdülhəmid Damolla ilə tanış olması mübarizəsindəki dönüş nöqtələrindən biridir. Ətrafında qırx min nəfərə yaxın müridi olan Şeyxlə birlikdə «Təşkilati-Nicat» adında bir təşkilat yaradırlar. Təşkilat hücrə quruluşunda qurulur və qayəsi 1933-cü ildə qurulmuş, lakin tez süqut etmiş «Şərqi Türküstan İslam Respublikası»nı yenidən inşa etməkdir. Silahlı müqavimətlə nəticəni alacağına inanan Təşkilat eyni zamanda mətbu əsərlərlə xalqa və məktublarla da xaricdəki mövqelərə çatmağa səy edirdi. Hətta «Şura» adlı nəşr olunmuş bir məcmuədə İslam Respublikasının konstitusiyası elan edilmişdi.
Qiyam tarixi 15 Noyabr 1955-ci il kimi seçilmişdi. 14 Noyabr gecəsində Fəthədin Mahsum rəhbərliyində mücahidlər
bir polis bölməsi
basıb əsirləri
xilas edirlər. Bu məhbuslar arasında
kommunist əleyhdarı
bir Çinli polkovnik də vardı. Hərəkətə qatılmaq istəyir
və şofer olaraq qəbul edilir. Sabahısı gün Hote qalasındakı qarnizona hücum ediləcək,
polis binası, poçt
və körpülər
ələ keçirilərək
bütünlüklə qiyam
başlayacaqdı. Ələ keçirilən
silahlar və sursatlarla qarnizon önünə çatanda
çinli polkovnik siqnala basaraq işğalçıları xəbərdar
edir. Bu faciənin
başlanğıcı olur.
Qarnizon oyananda mücahidlər dağılmaq məcburiyyətində
qalır. Digər bölgələrdəki
mücahidlərindən də
məğlubiyyət xəbərləri
gəlir. Fethəddin
Mahsum, Şeyx Əbdülhəmid və
digər rəislər
xalq arasında gizlənirlər. Qiyam müvəffəqiyyətsizliklə
başa çatır.
İşğalın 6-ci ilində o qədər əzmələrinə və
qorxutmalarına baxmayaraq
heç gözlənilməz
bir anda bu cür qiyam
ilə qarşılaşan
işğalçılar çaxnaşmaya
düşürlər və
türklərə etmədikləri
zülm qalmır. Bu zülmlərdən
2 il sonra
Fethəddin Mahsum, 4 il sonrada Şeyx
Abdulhəmid ələ
keçirilərək şəhid
edilirlər.
Bənzərsiz şəhadət
10 Fevral 1957-ci ildə tutulan Fəthəddin Mahsumun 4 May 1958-ci ildəki
şəhidliyi haqqında
Mustafa Kutludan öyrənirik
ki, Fəthəddin Mahsum onu qollarından
tutub meydana gətirən Çinli əsgərlərin başını
davamlı yerə əymək səylərinə
baxmayaraq meydana başıdik gəldi. Çin cəlladları dilini tellərlə dodağına
tikdiklərinə görə
heç nə deyə bilmir.
Deyilənə görə Fəthəddin
Mahsumun xalqın qarşısında hər
hansı bir şey söyləməsini
və şüarlar səsləndirməsinin qarşısını
almaq üçün
bu çarəyə əl atmışdılar. Çünki,Fəthəddin
Mahsum, o gecəki istintaqı boyunca dayanmadan «Allahu Əkbər», «Yaşasın
Şərqi Türkistan»
və «Məhv olsun zalım çinlilər» — deyə
qışqırırmış. Şəhid Fethəddin Mahsum, bir şeirində
belə demiş:
Açılmaz mı?
«Hər köz ağrısının birlə
otlarda yanar öpkem
Hər an bu millət
basdı keçirür
matəm
Düşməncə oyunhana bolmakta əziz ölkələr
Bu fecih mənzərəgə
kandağ çıdasun
adam »
Şeyx Əbdülhəmid Nəqşibəndi
və Fəthəddin
Mahsum rəyasətində
reallaşan bu qiyam Şərqi Türkistanda böyük bir ümid işığı
olaraq yanmış və gələcək üçün yol göstərmişdir. 2011-ci ilin iyulunda da yenə
Hotenli mücahidlər
bir polis bölməsi
ələ keçirmiş
və şəhid olana qədər savaşmışdılar…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 20 aprel.-
S.15.