Yüz il əvvəl
Asiyada qiyam edən beş türk…
Adil Hikmət bəyin «Asiyada beş türk» kitabı bir qiyam uğruna oradan oraya sovrulan 5 macərapərəstin hekayəsindən danışır…
Adil Hikmət bəy tərəfindən qələmə alınan və uzun illər sonra ilk dəfə «Ötüken nəşriyat»ın nəşr etdiyi bir xatirə kitabı var: «Asiyada beş türk». Əsərin bir qismi 1928-ci ildə «Cümhuriyyət» qəzetində dərc olunub. Ancaq 1997-ci ildə «Ötüken nəşriyyat» əsərin hamısını nəşr edəndə, Adil Hikmət bəyin kim olduğunu, hətta soyadını belə bilmirmiş. Kitab nəşr olunandan sonra müəllifin ailəsi nəşriyyata müraciət edərək məlumat verib.
Kitabı ilk əlimə aldığım andan etibarən böyük bir həyəcan və maraqla səhifələrini yavaş-yavaş çevirməyə başladım. Küncdə- bucaqda qalan bu xatirə kitabı, I Dünya müharibəsindən əvvəl Türkistana getmək üçün yola çıxan beş İttihatçının macəra dolu həyatından bəhs edir. Məqsədləri Türkistana gedərək bir üsyan tərtib etmək, Türk dünyasında yenidən birgəyaşayış təsis etmək və Osmanlını həm 93 hərbində, həm də Balkan müharibəsində pis vəziyyətdə qoyan ruslara maneə yaratmaq olan beş fanat dostun bütün planları Dünya müharibəsinin başlaması ilə dəyişir.
Asiyadakı beş Türk kimdir?
13 uşaqlı bir ailənin sonbeşiyi kimi atasının vəzifəsinə görə Liviyanın Dernə şəhərində 1887-ci ildə doğulan Adil Hikmət bəy əvvəl İtalyan Liseyində, daha sonra İstanbulda Hərbiyyədə təhsil alır. İtalyan, ərəb, fransız və ingilis dillərini bilən Adil Hikmət bəy sonradan bir az rus və kitabdan da aydın olduğu kimi bir az da fars dilini öyrənir. Olduqca parlaq bir təhsil alır, sonra orduda müxtəlif vəzifələrdə çalışır. Təşkilati — Məxsusədə bir sıra önəmli vəzifələr həyata keçirir. Hər nə qədər kitabda açıqca deməsə də, şəxsən Ənvər Paşa tərəfindən Türkistana göndərildiyi bilinir. Digər tərəfdən özü ilə bir yerdə olan digər dörd dostu da olduqca maraqlı adlardır. Əmrullah Barkan, Kırımlı Hüseyn bəy, İbrahim Haklıer və daha sonra 150-lilərin siyahısında adı keçən və sərhəddən qaçanda öldürülən Quşçubaşı Səlim Sami bəy.
Kitabdan və bir mecmuaya yazdığı bir yazıdan açıq-aşkar görünür ki, Türkçülük sevdasına tutulan, hətta bu sevdanın həyəcanı ilə yanıb tutulan Adil Hikmət bəy Türkistana gedəndə həqiqətən təbliğat aparmağı və orda qiyam təşkil etməyi qarşısına məqsəd qoymuşdur.
Bir qiyam uğruna ya Rəbb…
Birinci Dünya Müharibəsi başlamamışdan əvvəl
Təşkilatı — Məxsusanın
onlara verilən vəzifəni yerinə yetirmək üçün
yola çıxan beş dost gəmi
ilə Hindistana keçirlər. Tam o əsnada müharibənin
başladığını öyrənirlər ki, bu da ingilislərin
əlində olan Hindistanda onlara çox çətinlik gətirir. Hər səfərində üstün zəkalarından
istifadə edərək,
ingilislərin əlinə
düşmədən Şərqi
Türkistana keçirlər.
Ardınca fəaliyyətlərini icra edə bilmək
üçün yer dəyişdirərkən, ruslara
əsir düşürlər.
Uzun müddət həbsdə,
sonra sürgündə
qalırlar. Rusların əsarətində
təxminən iki illəri keçir. Fürsət
tapan kimi sürgündən qaçırlar
və qırğızların
olduğu bölgəyə
gedirlər. Rus zülmündən
əziyyət çəkən
qırğızların başına
keçib, tayfalardan hərbi birliklər meydana gətirib, onlara hərbi təhsil verir və hər döyüşdə rus ordusunu məğlub edirlər. Hətta ruslar komandirlərini
dəyişdirmək məcburiyyətində
qalırlar. Oktyabr inqilabından
sonra rusların mübarizəni dayandırması
ilə qırğızlar
rahat nəfəs alırlar, amma bu, əlbəttə, uzun çəkmir.
Qırğız torpaqlarından ayrıldıqdan
sonra təzədən
Türkistana qayıdırlar. Dünyanın ən məşhur səhralarından biri olan Təkləmakan səhrasını at belində
keçərək, Xotinə
çatırlar. Bu səfərlər əsnasında
bəzən atla, bəzən eşşəklə,
bəzənsə piyada
yollarına davam edirlər. Ancaq gördükləri işə
olan inancları və sahib olduqları ideologiyaları o qədər
möhkəmdir ki, bir an belə
dayanmırlar. Bitmək tükənmək
bilməyən bir enerji ilə bəzən ruslara, bəzən ingilislərə,
bəzənsə çinlilərə
qarşı mübarizə
aparırlar. Sonra Çinə
və ardınca Şanxaya keçirlər.
Şanxayda alman konsulluğunun
köməyi ilə bir müddət rahat bir həyat
sürürlər. Ancaq Şanxayda
yoldaşları ilə
yolları ayrılır.
Anadolu işğal altında olduğuna görə, yoldaşları Azərbaycana
gələrək, orada
bir qiyam tərtib etmək istədiklərini deyirlər.
Adil Hikmət bəy isə Hamburqa gəlir. İngilislər onu axtarışa
verirlər və buna görə də heç cür İstanbula qayıda bilmir. Ancaq yüksək səviyyədə
italyanca bildiyinə görə İtaliya konsulluğunda min bir fırıldaqla italyan pasportu alıb, İstanbula və son olaraq ailəsinin yanına, yəni İzmirə qayıdır.
Beləliklə düz
5 il ailəsi
ilə az qala heç xəbərləşmədən məfkurəsi uğrunda Asiyanın müxtəlif bölgələrində, dəfələrlə
ölüm təhlükəsi
ilə üz — üzə gəlir.
Bu kitab nə üçün vacibdir?
Hər şeydən
əvvəl kitabın
bir roman havasında olduğunu bildirməkdə
fayda var. Həqiqətən
olduqca macəralı yollardan keçən bu qiyam hekayələrini
oxuyarkən insana həyəcan verir. Ancaq kitabı
əsl əhəmiyyətli
edən isə İttihatçı olan, Təşkilati- Məxsusədə
çalışan və
Ənvər Paşanın
əmri və məlumatı ilə Orta Asiyaya gedən
bir nəfər tərəfindən qələmə
alınmasıdır. Dövrün
öndə gələn
axınlarından olan
türkçülüyə ön ayaq olan
Adil Hikmət bəyin kitabda etdiyi bəzi dəyərləndirmələr və ya tövsih
edilən suallara verdiyi cavablar olduqca maraqlıdır.
Adil Hikmət bəyin və yoldaşlarının
düşüncələrini ifadə nöqtəsində
kitabda keçən bir hadisəni nəql etmək yerinə düşər:
«Bir yerli əfqan əmirinin, «biz neçə ildir həm ruslarla, həm ingilislərlə döyüşürük, hanı
bəs bu xəlifə haradadır, niyə gəlib bizi xilas etmir?» — sualına
Adil Hikmət bəy və yoldaşlarının verdiyi
cavab, xilafətin ləğvi zamanı
Mustafa Kamalın Məclisdə
etdiyi çıxışa
bənzər bir cavab olur. Onlar əfqan
əmirinə cavab olaraq xilafətin simvolik bir şey
olduğu və artıq bir əhəmiyyətinin qalmadığını
bildirirlər.
Bir Türk
diyarında qarşılaşdıqları
bir isveçli həkimin əslində
missioner olduğunu öyrənirlər. Missioner, bir dənə belə xristian olan türk olmadığını vurğulayır
və ardınca onların da fikrini öyrənmək istəyir. Adil Hikmət bəy
və yoldaşlarının
cavabları olduqca mənalıdır. Adil Hikmət
bəyin özü olmasa belə yanındakı yoldaşlarından
bəziləri Mustafa Kamal
rəhbərliyi tərəfindən
xoş görülməmiş,
hətta Səlim Sami bəy xaricə qaçanda öldürülmüşdür.
Ancaq
Mustafa Kamal və yoldaşlarının dinə
dair olan düşüncələri Adil
Hikmət bəy və yoldaşında da görülür.
Missionerlər dinin artıq
köhnə əhəmiyyətini
itirdiyini və yerini elmin aldığını
söyləyərək, qatı
pozitivist bir açıqlama verirlər.
Əbdülhəmid dövründə orda
məktəblər açılıbmış
Kitabı əhəmiyyətli edən
bir digər xüsusiyyət, Türk dünyasının XX əsrin
əvvəllərində bizlərə
təqdim etməsidir. Dini, sosial
və iqtisadi həyata dair də bəzən məlumatlar verən müəllif, o diyarlarda kasıblığın, səfalətin
və xüsusilə cəhalətin yüksək
səviyyədə olduğunu
tez-tez vurğulayır.
Digər
tərəfdən Türk
dünyasında Osmanlıya
dair izlər tapmaq da mümkündür.
Əbdülhəmid dövründə açılan bir neçə məktəb,
buralara təyin edilən müəllimlər,
Adil Hikmət bəy və dostlarından fərqli bir ideologiyaya aid olsa da xidmət
edibmişlər. Hətta bəzi
parlaq uşaqları İstanbula da göndərirmişlər, I Dünya
müharibəsində ordu
üçün pul toplayırlar və xalqın etimadını qazanaraq Adil Hikmət bəyin simvolik olaraq gördüyü xəlifənin
etibarını yüksəldirlər.
Əbdülhəmid və Ənvər Paşa zamanında Orta Asiya Türkləriylə
qurulan əlaqə Respublika dövründə
davam etdirilməmiş
və qoyulan investisiyalar bir nəticə verməmişdir. Hər nə
qədər kitabda vəzifəsini tam olaraq açıqlamasa da, Adil Hikmət bəy də bu bağları təsis etmək üçün oralara getmişdir.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 23 aprel.- S.13.