Ermənilərin cəfəng iddiaları
300 milyonluq Türk
Dünyası on milyon da olmayan erməniyə qarşı niyə
həmrəylik göstərə bilməsin?
Hər il aprelin 24-də ermənilər yalançı «soyqırım günü» ilə bağlı təkcə Avropada deyil, dünyanın bütün ölkələrində şivən qoparırlar. Guya ki, 1915-ci ildə Osmanlı imperatorluğu dövründə Türkiyədə 1,5 milyon erməni qırılıb. Əvvəlcə bu rəqəmi bir neçə yüz min kimi təqdim edən ermənilər sonradan fantastik şəkildə şişirtdilər, «1,5 milyon nəfərə» çatdırdılar.
İndi də ermənilər cəfəng iddialarını «təsdiq edən» yeni ölkələr axtarışındadılar. Dünya ermənilərə daim hay verməkdə, onun tərəfini tutmaqdadır. Acınacaqlıdır: dünya ikili standartlar burulğanında fırlanır, gecə-gündüz insan haqlarından, milli haqların qorunmasından, dövlətlərin ərazi toxunulmazlığından danışdığı dərəcədə daim erməni kimi məkrli, ikiüzlü bir milləti aşkar, ya gizli şəkildə himayə edir, onun mənasız, cəfəng iddialarını qulaqardına vurur, guya ki, heç nəyi görmür. Dünyanın bütün bu oyunları türkün özünəməxsusluğuna qarşıdır. Məqsəd Türk Dünyasını daha da sarsıtmaq, ermənilərdən alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirməkdir. Ermənilər isə bir an da olsun, dinc durmur, daim dünyanın qulağını «soyqırım» cəfəngiyyatı haqqında məlumatlarla doldururlar. Türklər vaxtilə ermənilərin bu cəhdlərinə haradasa istehza ilə yanaşmışdılarsa, hazırda vəziyyətin necə gərgin olduğunu duymaqda və görməkdədirlər. Görəsən, harada səhv etdik? Ya da sualı belə qoymaq daha yaxşı olmazmı ki, harada səhv etmədik? Mənasız arxayınçılığımız nə vaxta qədər davam edəcək? Erməni körpəsinin qulağına doğulduğu gündən pıçıldayır ki, türk sənin düşmənindir. Ancaq biz erməni murdarlığını, fürsətcilliyini, xəyanətkarlığını görəsən, nə dərəcədə balalarımıza başa sala bilirik? Dünya gecə-gündüz səylə qloballaşır, xalqları «doğmalaşmağa» çağırır. Görəsən, dünyanın daim himayə etdiyi erməni ilə türkün belə bir vəziyyətdə doğmalığı necə baş tuta bilər?
Hazırda ermənilərin murdar istəklərinin yeni biçimdə gerçəkləşməsi mərhələsi başlayıb. Bir ovuc erməni bu boyda Türk Dünyasının qarşısında həyasız şərtlər irəli sürür, hədələrlə danışır. Bizi özümüzdən ayıran cəhətlərə, özgəliklərə, erməni məkrinə və sairə qarşı döyüş hər gün mütəşəkkil şəkildə aparılmalıdır. Həhayət, anlamalıyıq ki, bir xalq kimi köklənmədən, özümüzə, ruhumuza tam mənası ilə bələd olmadan bizi qarşıda gözləyən daha böyük təhlükələrdən qurtula bilməyəcəyik. Türk Dünyası görəsən, nə vaxt sözün əsl mənasında bir olacaq? Hə vaxta qədər türklər xilası orda-burda axtaracaqlar? 300 milyonluq Türk Dünyası bütün dünyada sayı on milyon da olmayan erməniyə qarşı niyə həmrəylik göstərə bilməsin? Erməni məqsədinə çatmaqdan ötrü bütün vasitələrdən istifadə edir. Dünyanın ən qədim xalqlarından biri olan türklər nədən onu gözləyən təhlükələrdən vaxtında xəbərdar ola, təhlükələri yenə bilmir? Doğrudanmı hər şey tükənib? Təsəvvür etmək olar ki, bundan sonra hadisələr əvvəlkindən dəfələrlə gərginləşəcək. Fakt: 1989-cu ilin martında Ermənistanın Qafan rayonunda Zəngəzurda, Şərur-Dərələyəzdə soydaşlarımızı qanına qəltan edən daşnak Hjdehə abidə qoyulur. Rayon partiya komitəsinin birinci katibi Mkrtıçyan abidənin açılışı zamanı arzularının həyata keçdiyini məmnunluqla belə ifadə edir: «Siz çox zəhmət çəkdiniz. Ancaq respublikanı azərbaycanlılardan təmizləyə bilmədiniz. Sizin böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda heç bir azərbaycanlı (Azərbaycan Türkü-red.) qalmayıb». Bu da erməni vəhşiliyinə, Türklərə qarşı soyqırım törətməsinə əyani misal.
Yazıçı Əlisahib Əroğul isə bu qənaətdədir ki, bu gün erməni məsələsi uydurma «erməni soyqırımı» əfsanəsinə kompensasiya edilir: «Hə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaq: varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşizminin təcavüzlərinə düçar olacaq».
Doğrudanmı 1915-ci aprelin 24-də Türkiyədə yaşayan ermənilər soyqırıma məruz qalıblar? Tanınmış araşdırmaçı İsrafil Məmmədovun fikirləri sübut edir ki, ermənilərin bu ittihamı tamamilə əsassızdır: «1915-ci il aprelin 24-dən 25-nə keçən gecə Türkiyə hökumətinin qərarı ilə ermənilərdən 235 nəfər həbs olundu. Bu «komitəçilər» türklərə qarşı təşkil edilən iğtişaşların rəhbərləri idilər. Az sonra həbs olunanların sayı 800-ə çatdı. Bunların bir hissəsi sürgünə göndərildi, digər hissəsi isə ölümlə cəzalandırıldı. Qərar verildi ki, Türkiyə hökumətinə, xalqına qarşı Türkiyə ərazisində fəaliyyət göstərən komitələr qadağan olunsun. Bu, o deməkdir ki, 24 aprel məsələsi təkcə ermənilərə aid deyildi. Ermənilərin xəyanətkarlığına görə Türkiyə hökuməti qərar verdi ki, onların bir hissəsi köçürülsün, digər hissəsi isə həbs edilsin. Şimaldan cənuba doğru müharibə zonasındakı ermənilər həmin ərazilərdən çıxarıldı. Türkiyənin vəziyyəti o zaman çox gərgin idi. İngilis, fransız, bolqar qoşunları artıq Konstantinopola (İstanbula) çatmışdılar. Türkiyə belə bir ölüm-dirim zamanında həm koalisiya qoşunlarına, həm də ki, rus qoşunlarına qarşı vuruşmalı idi. Hamərd ermənilər məhz Türkiyənin belə bir ağır vəziyyətində ona xəyanət etdilər, arxadan ardıcıl zərbələr endirməyə başladılar. Onlar Türkiyəni məhv etməyə çalışan qoşunlara bələdçilik, tərcüməçilik edirdilər. Rus generalları özləri etiraf edirdilər ki, türklərə qarşı ən fədakarlıqla vuruşan qüvvə ermənilərdir. Məhz bu səbəbdən də 24 apreldən sonra ermənilər fikirləşdilər ki, artıq biz Türkiyə ərazisində erməni dövləti, erməni vilayəti yaratmaq imkanından birdəfəlik məhrum olduq. Ermənilərin məhz 24 apreli «erməni xalqının soyqırımı günü» kimi təqdim etmək iddiaları və bununla bağlı türklərə qarşı ittiham irəli sürmələri, Türkiyənin üzr istəməsini, yüksək məbləğdə təzminat ödəməsini tələb etmələri bununla əlaqədardır».
O dövrdə Fransa hökuməti Türkiyə ərazisində erməni bayrağı ilə üç qondarma dövlət yaradıb. Bu «dövlətlər»in hər birinin ömrü iki-üç ay olub, konstitusiya yaratmağa da vaxt tapmayıblar. Az sonra bunlar Türkiyə tərəfindən ləğv edildi. Rus qoşunları geri qayıdanda ermənilər də geri qayıtmağa məcbur oldular. Bu zaman erməni birləşmələri hədsiz azğınlaşmışdılar. Hətta ruslar qorxdular ki, ermənilər onlara qarşı da vuruşa bilərlər. Ona görə 1917-ci ilin əvvəllərində rus hökuməti qərar verdi ki, erməni hərbi birləşmələri buraxılsın. Geri qayıdan ermənilərin içərisində yerli ermənilər də var idi. Qars vilayəti ərazisində, İrəvan quberniyasına keçid yolunda 82 türk kəndi yerlə-yeksan edildi. Ermənilər yolun bir tərəfində çılpaq soyundurulmuş türk qadınlarını, o biri tərəfində isə nizələrə keçirilmiş uşaqları düzürdülər ki, erməni qoşunları daim bu qanlı səhnələrə baxıb ruhlansınlar. Bundan sonra ermənilər indiki Ermənistan ərazisində, indiki Xankəndi, Bakıya qədərki ərazilərdə yerləşən kəndləri də viran qoymağa başladılar. Sonra məlum 1918-ci il mart qırğınları baş verdi, minlərlə soydaşımız qanına qəltan edildi».
Bəs «erməni soyqırımı»ndan sonrakı dövrdə Türkiyə ermənilərinin vəziyyəti əslində necə olub? «Konstantinopol erməniləri Osmanlı hökumətinə qarşı döyüşmədiyinə görə onlara toxunulmadı. Məlumata görə, o vaxtı Türkiyədə 1 milyon 300 min nəfər erməni yaşayıb. Ermənilər isə israr edirlər ki, «genosid vaxtı» Türkiyədə 1,5 milyon nəfər erməni qırılıb. Hətta müəyyən materiallarda həmin dövrdə Türkiyədə cəmi 700-800 min erməninin yaşadığı göstərilir. Türkiyə hökuməti həmin dövrdə 300 min ermənini cəzalandırıb, xəyanətkarlığına görə sürgün edib».
Amerika alimi C.Makkartinin fikrincə, həmin dövrdə o ərazilərdə təqribən 600 yüz min nəfər erməni, türklər tərəfdən isə 2,5 milyon nəfər ölüb. Dəhşət burasındadır, bu rəqəmi dünya başı üzərinə bayraq edərək qaldırıb, ancaq 2,5 milyon türk haqqında isə qətiyyən danışılmır. Başqa bir alim isə deyir ki, müsəlman-türk əhali tərəfdən 2,5 yox, 3 milyon nəfər qırılıb. Atatürk dövrünə qədər Türkiyədə vəziyyət belə idi: 1920-ci il avqustun 10-da «Sevr» müqaviləsi bağlanır. Həmin müqavilədəki ayrıca bəndə görə, erməni dövləti yaranmalı, onun 161 min kvadrat kilometr ərazisi olmalıydı. Türkiyənin 6 vilayəti də ermənilərə verilməli idi. Türkiyə artıq bu müqaviləyə qol çəkmişdi. 12 dövlətin sırasında Ermənistan ayrıca tərəf kimi müqavilədə iştirak edirdi. Ancaq Mustafa Kamal Atatürk müqaviləni qəbul etmədi. 1923-cü ildə bu müqavilə ləğv edildi».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 23 aprel.- S.14.