Ceyhun Hacıbəylinin sənəd materiallarının
taleyi
Maarif Teymur: «Ceyhun Hacıbəyli xalqımızın etnoqrafiyası
ilə də maraqlanıb və bu sahəyə aid müəyyən həcmdə
sənəd materialları
da toplayıb»
Tanınmış publisist Ceyhun Hacıbəylinin həyatı
və yaradıcılığı
daim araşdırma mövzusudur. Ədəbiyyat və İncəsənət
arxivinin direktoru Maarif Teymur bildirir
ki, Azərbaycanımızın
bütövlüyü, azadlığı
uğrunda öz dəsti-xətləri olan
Hacıbəylilərin xüsusi
rolu var: «Hacıbəylilərin yaşam
və yaradıcılıqları
ağır keçib,
candan artıq sevdikləri Azərbaycan, Azərbaycançılıq naminə
sona qədər ardıcıl mübarizə
aparıblar. Harada yaşamalarına
baxmayaraq Vətənlərini,
Qarabağı, Şuşanı,
Xankəndini bir an belə unutmamışlar.
Keçən əsrin son illərində
Azərbaycan ikinci dəfə müstəqilliyini,
azadlığını bərpa
edəndə Ceyhun Hacıbəylinin də sənəd materialları
Vətənə qaytarıldı.
Uzun illər Vətən həsrəti ilə
(1919-cu ildən) yaşayan
Ceyhun Hacıbəylinin
sənəd materialları
1989-90-cı illərdə Vətənə
gətirildi. XX yüzillin
son onilliklərindən xalqımızın
öz söykökünə
qayıdışı 1919-cu ildən xaricdə yaşamış, ömrünü
də xaricdə başa vuran ədəbiyyat və mədəniyyət xadimlərimizin
sənəd materiallarını
Vətənə qaytarmaq
işində fəal iş aparılır. Ədəbiyyatımızın, ümumiyyətlə, mədəniyyətimizin, tariximizin
xaricdə aparıcı
ziyalılarımızdan olan
Ceyhun Hacıbəylinin
qapalı unudulmuş həyat və yaradıcılığı artıq
aşkarlanır, yeni sənədlər vasitəsilə
təsdiqlənir. 1891-ci
ilin şaxtalı fevral günlərinin birində Qarabağda, Şuşada bir cocuq dünyaya göz açır.
O, həzin Qarabağ bayatıları, folkloru ilə böyüyür. Ailədəki vətənpərvərlik ruhunu cisminə hopdurur. Bəzən haraylı, şaqıltılı
Topxana meşəsindən
axan çayın səsinə qulaq asırmış. Şuşa qalasının
əzəməti, tarixiliyi
onun yaddaşında əbədiləşir».
Balaca Ceyhun ilk təhsilini tariximizin silinməz coğrafi məkanı olan Şuşada almışdı: «Tam orta
təosilini Bakıda qurtarmış C.Hacıbəyli
milyonçu Muxtar Muxtarovun vəsaiti və köməyi ilə Sankt-Peterburq universitetinin hüquq fakültəsində davam
etdirməyə başlayır.
Burada o, bir ilə yaxın
təhsil aldıqdan sonra Paris şəhərindəki
Sorbona universitetinə
dəyişilir. C.Hacıbəyli müxtəlif elm sahələrində
ciddi təhsil alır, fransız dilini mükəmməl öyrənir, siyasi baxışlarını da
artırır. Xüsusi olaraq
jurnalistlik yaradıcılığını
da davam etdirir».
1989-1990-cı
illərdə Parisdə
diplomatik işləri
ilə yanaşı Fransada yaşamış Azərbaycanlı ziyalıların
həyat və yaradıcılığı ilə
maraqlanan Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin sənəd
materiallarını toplamış
və təmənnasız
olaraq S.Mümtaz adına Azərbaycan
Respublikası Dövlət
Ədəbiyyat və
İncəsənət arxivinə
təqdim etmişdi. Bu sənədlər əsasında ayrıca olaraq 649 saylı şəxsi fondu yaradılmışdı». Ceyhun bəy ömrünün çox hissəsini Parisdə keçirib, orada yaşayıb və Parisdə də vəfat edib (1962-ci ildə). 1918-ci ildə «Azərbaycan»
qəzetinin redaktoru olub, onun təsis
işində fəal çalışıb. 1919-cu il yanvar
ayının birinci ongünlüyündə, Azərbaycan
diplomatiyasının atası
sayılan Əlimərdan
bəyin rəbbərliyi
altında Versal sülh konfransına göndərilib. Elə 1919-cu ildən ömrünün
sonuna qədər Parisdə yaşayıb.
Ceyhun Hacıbəyli
1920-ci ilə qədər
Vətəndə ictimai-siyasi
işlərlə yanaşı
jurnalistlik fəaliyyətini
davam etdirib. Azərbaycanda
yaşadığı dövrdə
(1903-1919-cu illər arasında)
xeyli elmi məqalələr yazıb,
Azərbaycan klassikləri
və müasirləri
barədə də geniş informasiyalar hazırlayıb: «Ramiz Abutalıbovun Parisdən-Bakıya
gətirdiyi sənədlər
əsasında C.Hacıbəylinin
geniş, hərtərəfli
yaradıcılığının tam öyrənilməsi indi də davam etdirilir».
Qəbul olunmuş sənəd materialları arasına C.Hacıbəylinin əlyazmaları
ilə yanaşı məktublar, kitablar, jurnallar, fotoşəkillər,
qəzetlər, topladığı
sənədlər daha
çox maraqlıdır. S.Ə.Nəbati,
M.F.Axundzadə, M.Ə.Sabir,
Divanbəyoğlu, H.B.Zərdabi,
Ə.B.Haqverdiyev, N.B.Vəzirov,
İ.Qaspıralı və
b. haqqındakı məqalələri
daha çox diqqəti cəlb edir: «Onun sənəd
materialları arasında
tərcüməçiliklə məşğul olmasına
aid nümunələr də
var. 1909-cu ildə Turgenevin
«Pulsuzluq» komediyasını
dilimizə çevirib.
Bu tərcümə bizə imkan verir deyək ki, o, dramaturq-tərcüməçi
kimi də qələmini məharətlə
sınayıb. Bizim bəzi
klasiklərimizin əsərlərini
fransız, ingilis dillərinə də çevirib. Qardaşı
Ü.Hacıbəylinin «Arşın
mal alan» komediyasını fransız
dilinə tərcümə
edərək Parisin «Femino» teatrının səhnəsində tamaşaya
qoyulmasına uğurla
nail olub. Fransız oxucularına H.Cavid,
C.Cabbarlı kimi yazarlarımızın da əsərlərini də
C.Hacıbəyli çatdırıb.
Mühacir ədəbiyyatımızın,
tariximizin, mədəniyyətimizin,
publisistikamızın görkəmli
nümayəndələrindən biri olan C.Hacıbəylinin
649-cu şəxsi fondunda
üç elmi siyahısında vaxtaşırı
olaraq xeyli sayda tədqiqatçılar
müxtəlif mövzulara
aid araşdırmalar aparırlar.
Onun əlyazmalarının xeyli
hissəsi fransız, ingilis, rus dillərindədir.
Onun fransız dilində yazdığı
«Toy», «İtirilmiş ziyarət»,
«Ağıla gəlməz»
və s. göstərmək
olar. Onun «Bir il xəyallarda: və bütöv həyat» povesti də fransız dilindədir. Azərbaycan ədəbiyyatı, tarixinə
aid əsərləri, «Qarabağ
dialekti və folkloru» adlı yazılarını da fransız oxucularına çatdırıb.
Ceyhun Hacıbəylinin Fransa, Türkiyə, İngiltərə
və Amerikada nəşr olunmuş jurnal və kitabların kserosurətləri
onun araşdırmasının
daha geniş olduğuna sübutdur. Bu əhatəli sənədlərin,
mənbələrin Ceyhun
Hacıbəyli həm
də yazdığı
elmi işlər üçün topladığı
maraqlıdır. Məsələn,
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) məsullarından
olan Mir Yaqub Mirmehdiyevin Böyük Britaniyanın liberal deputatı
Kenverti ilə danışığının mətni, Fransız Kralların tarixi mərhələlər üzrə
hakimiyyətə gəlməsi
və s. göstərmək
olar: 1924-1950-ci illər
arasında SSRİ-də
işıq üzü
görən «Pravda», «Kommunist»,
«Bakinskiy raboçiy»,
«Zarya Vostoka» və s. qəzetlərdən
kəsiklər də tədqiqatçıların marağına
səbəb ola bilər. Ceyhun Hacıbəylinin şəxsi
fondları xarici dövlətlərdə nəşr
olunan kitab dövrü mətbuatın
300-dən artıq nümunələri
var. Ceyhun Hacıbəylinin
2-ci elmi siyahısına
isə yenə də məktublar, məqalələr, qeydlər,
mühazirələr, monoqrafiyalar,
kitablar və s. əsas yer tutur.
Sənəd materialları arasında
Ə.M.Topçubaşovun 1920-1932) C.Hacıbəyliyə məktubları
səliqə ilə mühafizə olunur.
Bu məktublardan artıq istifadə olunur. Nəhayət, C.Hacıbəylinin ən böyük xidmətlərindən biri
Qarabağ vilayətinin
tarixi ilə bağlı sənədləridir.
C.Hacıbəyli həm
də xalqımızın
etnoqrafiyası ilə
maraqlanıb və bu sahəyə aid müəyyən həcmdə
sənəd materialları
da toplayıb».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 24 aprel.- S.14.