Grebenedən Sarıkamışa…

 

Hilala həsr olunan bir ömür: Bekir Fikri bəy

 

Nədir Grebene? Bir nağıl qəhrəmanımı? Xeyr!

Qərb dünyasında nəşr edən bir məcmuə adımı? Xeyr!

Yaxşı, adını heç eşitmədiyimiz bir ölkədə yetişən tropik bir bitkidir bəlkə? Xeyr! Nədir elə isə? Grebene Türk insanının ürəyi ilə bədəni arasına ilahi bir fırça ilə yerləşdirilən, bir müqavimət, bir savaş ruhudur.

QüttulƏmmarənin qaynağı, Çanaqqalanın özülü, Dua təpəsinin isə mənbəəsidir GrebeneÖyrədilən təşkilatlandırılan Türk millətinin düşmən qarşısında sayı xüsusiyyəti olursa olsun, nələr edə biləcəyini ən qısa şəkildə izah edən, qarşılıqsız bir eşqin, vətən millət sevdasının hekayəsidir Grebene

Zəfərə gedən yolun heç bir zaman çoxluğa, vəziyyətə, silaha, sursata ya böyük xammaddələrə sahib olmaqdan yox, mənəviyyata, əzm məlumata sahib olmaqdan keçdiyini izah edən bir dastandır GrebeneMarşal Fevzi Çakmak son anlarına kimi Grebene dastanını oxuyur, qeydlərini edir, Niyə belə etdiyini soruşanların üzünə isə mənalı-mənalı baxaraq: «Grebene Vətəndirdeyərdi

İndihamımız bir yerdə Albaniyanın cənubi-şərqinə, Yunanıstanın şimal bölgəsində olan Grebeneyə onun bənzərsiz, amma unudulmuş qəhrəmanı Bəkir Fikri bəyin hüzuruna gedirik

Bir od parçası: Bəkir Fikri bəy!

Bəkir Fikri bəy, 1903-cü ildə Hərbiyyədən məzun olur

Təyininatını aldığı qitəsi ilə birlikdə Yəmənə gedərək, «gedən gəlmir» sözləri ilə türkülərə belə baş mövzu olan müharibədə üstün xidmətlər göstərdi. 3 il kimi qısa bir müddət ərzində yübaşı vəzifəsinə kimi yüksəldi.

 

***

 

1907-ci il Makedoniyadakı Türklər üçün həqiqətən çətin keçirdi. Müxtəlif Balkan hökumətləri Avropalı qüvvələrdən dəstək alan bəzi quldur dəstələri burada yaşayan türklərin kəndlərinə basqın edərək ağlasığmaz üsullarla onlara qarşı qətlin, zülmün təzyiqlərin dozasını da hər keçən gün artırırdılar

Bəkir bəy bu bölgədəki xalqın ənənə dillərini çox yaxşı bildiyinə görə öz məmləkəti olan Grebene qəzasındakı Nizamiyyə Taboruna təyin olunmuş, ancaq məqsədli şəkildə Türk kəndlərini yandırıb yıxan türkləri öldürməkdən zövq alan quldur dəstələrini ələ keçirmək üçün bəzi əlahiddə səlahiyyətlər almışdı

Bu həqiqətən məqsədəuyğun bir qərar idi. Çünki Bəkir bəy, eyni zamanda bu bölgədə yaşayan seçilən sıxlıq bir Türk ailəsinin tanınmış bir fərdi idi. Bu məzmunda aldığı tədbir qərarlar qısa müddətdə nəticə verəcək şəkildə təsirli olurdu. Alınan tədbirlərlə tam da Türk xalqı rahat bir nəfəs almağa başlamışdı ki, Balkan hökumətləri Osmanlıya təzyiq edərək Bəkir bəyi Alasonya təyin etməyə müvəffəq olmuşdular.

Həmin əsnada Resneli Niyazi bəy dağa çıxmışdı

Daha sonra rəhbərlikdə təsirli olmağa başlayan İttihat Tərəqqi Cəmiyyəti bu böyük səhvi düzəldərək Alasonyaya göndərilən Bəkir Yüzbaşının təzədən Grebeneyə qayıtmasını təmin etdi

İşin başına gətirilən Bəkir bəy 5 İyul 1908-ci ildə bütün Grebene xalqını yığaraq bir mitinq keçirdi. Məqsədlərini görmək istədikləri işləri qəsəbə xalqına tək-tək izah edən Bəkir bəy partizan döyüşündə istifadə edə biləcəyi 400 nəfərlik könüllü bir dəstə qurdu. Türk kəndləri arasında sürətli xəbərləşmənin möhkəmləndirmək üçün telefon xəttləri çəkdirdi. Xalqın müəllim ehtiyacını bildiyi üçün gənc zabit bölgədə vəzifə yerinə yetirən məmur əsgər ailələrindən dəstək alaraq xalq məktəbləri açdı Türk cəmiyyətini hər məsələdə şüurlandıraraq onları kimi təhlükələrin gözlədiyini bezmədən, usanmadan izah etdi

Təhlükəni əvvəlcədən sezən Bəkir bəy Türk kəndlərinin bəzi nöqtələrinə daha indidən silah basdırmağa başlamışdı. 1911-ci ildə Grebene Jandarma Komandirliyinə təyin olunmuş Bəkir bəy bu işlərini daha da sürətləndirdi. Balkan torpaqlarındakı türklər arasında bir zəiflik halı mövcud ikən Grebenedə meydana gələn bu həmrəylik birlik havasından narahat olan Balkan dövlətləri Bəkir yüzbaşının bir an belə olsun rahat nəfəs almasına imkan verməyəcəkdilər

Onu vəzifəsindən ayırmaq üçün hər cür yolu düşünən bu dövlətlər sonunda yenə bu vəfakar zabiti başqa bir yerə sürgün etmək üçün təyin əmri çıxartmağı bacardılar

Ancaq bu dəfə Bəkir bəyin bu təyin əmrinə cavabı dəqiq qəti oldu. Paytaxta vurduğu teleqramda «Hökumətinizin məni bu vəzifədən almağa gücü qüdrəti yoxdur» — deyən Bəkir bəyə ən böyük dəstək yenə arxasındakı Türk əhalisindən gəldi. Eyni istiqamətdəki mesajlar paytaxt İstanbula yağış kimi yağmağa başladı

 

Grebene dastanı

 

26 sentyabr 1912-ci il tarixində Balkan müharibəsi Hərb tarixinə keçən, faciədə Çernoqoriya müharibə elan edəndə Kozanadakı 13-cü ordu komandir xəbərdarlıqları ilə özünə gələn hökumət səlahiyyətliləri, Bəkir bəyi dərhal Grebene ətrafı Jandarma Könüllü Batalyonu Komandanlığına təyin edir. Daha əvvəl etdiyi hazırlıqlarla hərbi mülki vətəndaşların könlündə taxt quran Bəkir kapitan Balkan müharibəsinə bəlkə hazır şəkildə girən hərbi birliklərin başında gəlirdi

Bu günləri çox əvvəldən görən Bəkir bəy əvvəlcədən kəndlərin bəzi nöqtələrindəki gizli anbarlara gizlətdiyi silahların, xüsusi mesajlarla çıxarılmasını təmin edib türk kəndlərinə payladı. Dərhal sonra möhkəm bir təhsil proqramı hazırladı. Yeddidən yetmişə hər kəsin qatıldığı bu təhsil proqramları zamanla kiçik diametrli hərbi təlimlərə çevrildi. Əzmin iradənin nəhayət ortaya yumruq kimi bir Türk kütləsi çıxdı.

Məhz bu mənəvi motivasiya gücündən ötəri, düşmən qüvvələri Grebeneyə girmək istəyəndə elə bil divara dəyib geri qayıdırdılar. Böyük bir düşmən batalyonunun bir ovuc türkün qarşısında suya atılan şəkər kimi əridiyini görənlər çaşqına dönürdülər

Siyasi çalxantılar bölünmüşlük içində Balkan müharibəsinə hazırlıqsız bir şəkildə yaxalanan böyük Qərb Ordumuz qəflət ağılsızlıq üzündən çöküb, Yanya çayına belə düşərkən, Bəkir bəyin «QüvveyiSəyyarə» adlandırdığı, bu bir ovuc Türk, təkcə qəsəbələri olan Grebeneni qorumaqla kifayətlənməmiş, Afinaya səkkiz saatlıq məsafədə olan Miçovaya da enərək, düşməni çaşqına çevirmişdilər

17 dekabr 1912-ci ildə mayor rütbəsi alan Bəkir bəy haqqındakı əfsanələr bölgənin ən ucqar kəndlərinə belə yayılmışdı

 

O, bir Sarıqamış şəhididir!

 

Bəkir bəyin siyasəti bir qavrayacaq bir quruluşu yox idi, sabit dolaşıq işlər onun təmiz hərbi mizacına çox tərs idi. İşdə bunun üçün 1914-cü ildə I Dünya müharibəsi başlayan kimi dərhal cəbhəyə getmək üçün könüllü ərizə yazdı. Qafqaz Cəbhəsinin açılmasında 34-cü Tümene komandir təyin edildi. Etdikləri dildən dilə gəzən Grebene əfsanəsi peşəsinə yenə sürətli dönmüşdü. Belə ki, 16 oktyabr 1914-cü ildə etdiyi xidmətlərə qarşılıq, podpolkovnikliyə yüksəldi.

Olduğu cəbhə, dünya müharibəsinin ən çətin yerlərindən biri, Türkün cəhənnəmi; Sarıqamışdı

Ərləri ilə birlikdə günlərlə getdi vuruşdu, ən irəli xətlərə qorxmadan atıldı, ancaq 1914-cü ilin dekabrında Yerköydə bir qarşıdurma anında yaralanaraq vəfakar yoldaşı, Dr.Fevzi Egetin qollarında şəhid olduBu gün Ərzurumdakı şəhidlərin 6 nömrəli əbədi istirahət yerində dəfn olunan bu qəhrəman 32 yaşında ikən vətənə hələ qədər xidmətlər edə biləcək bir yaşda ikən çox sevdiyi vətən torpağında dəfn olundu.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 25 aprel.- S.13.