«Təhsilli vətəndaş həyatdakı yerinirolunu dərk edir»

 

 Samirə Həsənova: «Dəyərlərimizi qorumağın yeganə yolu təhsildən asılıdır»

 

«Təhsil cəmiyyətin inkişafında əhəmiyyətli faktordur»

 

Cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Azərbaycanda da bu sahəyə böyük önəm verilir. Demək olar ki, hər il orta məktəbi bitirən məzunların böyük əksəriyyəti ali təhsil almaq üçün imtahanlara daxil olur. Digər tərəfdən, dövlət də pulsuz orta və ali təhsil vermək kimi mühüm vəzifəni icra edir, tələbələrin xaricdə təhsil alması üçün imkanlar yaradır. Əhəmiyyətini nəzərə alıb bu dəfə vətəndaş cəmiyyəti quruculuğunda təhsilin rolunu araşdırmaq istədik. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, fəlsəfə elmləri doktoru Samirə Həsənova ilə həmsöhbət olduq.

- Vətəndaş cəmiyyətinin inkişafında təhsilin hansı rolu var?

- Bir cəmiyyətin inkişaf səviyyəsi onun təhsililə bilavasitə bağlıdır. Belə ki, təhsil vətəndaşın xarakterini tərbiyə edib onun özündən əmin, məsuliyyətli insan olmasına xidmət edir və doğru davranış qaydaları qazandırır. Çünki təhsil insanın özünü tanımasına, həqiqəti dərk etməsinə kömək edir. Bu xüsusiyyətləri qazanmış bir insan və ya vətəndaşlardan ibarət olan cəmiyyət elmi, mədəni və iqtisadi inkişafını təmin edən və onun davamlılığını qoruya bilən bir toplum olar. Əks təqdirdə təhsilsiz cəmiyyət dünyanın sürətlə inkişaf etdiyi bir zamanda xaricdən gələn təsirlərə tez qapılıb sorğu-sualsız qəbul edən, milli-mənəvi dəyərlərini, tarixini, mədəniyyətini tanımayan bir toplum olar. Bir sözlə, təhsilsiz cəmiyyət müstəmləkə olmağa məhkumdur. İnkişafla ayaqlaşmaq, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçmək, mütərəqqi düşünə bilmək və mütərəqqi ola bilmək üçün təhsil ən əhəmiyyətli şərtdir. Bu baxımdan bir fərdin bir ailə, bir ailənin bir cəmiyyəti və bir dövləti yaratdığını düşündüyümüzdə təhsil gələcəkdir. Özünü, millətini, dövlətini sevən hər bir fərd doğuşdan ölümə qədər elm-təhsil almağa çalışmalıdır. Həmçinin hər bir cəmiyyətdə elmin və təhsilin əhəmiyyəti vurğulanmalıdır. Çünki dəyərlərimizi qorumağın yeganə yolu oxumaqdan, təhsildən keçir.

- Azərbaycan vətəndaşlarının xaricdə təhsil almasını necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə, cəmiyyətlərin bir-birini tanıması, qarşılıqlı əlaqə və faydalanma baxımından xaricdə təhsil əhəmiyyətlidir və lazımlıdır. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə təhsil almaq, həmin dövlətlərdəki inkişafa vaqif olmaq və bu inkişafın səbəblərini öyrənib yeni ideyaları və bilikləri mənimsəyib onları öz ölkəsinin inkişafında istifadə etmək, eyni zamanda Azərbaycanı tanıtmaq, onun qədim tarixini və mədəniyyətini layiqincə təmsil və təbliğ etmək faydalıdır. Bütün bunları xaricdə alınan təhsilin uğurlu nəticələri kimi qiymətləndirmək mümkündür.

- Vətəndaşlarımızın xaricdə təhsil almasının Azərbaycana hansı faydaları var?

- Təhsil harada alınmasından asılı olmayaraq cəmiyyətin inkişafında əhəmiyyətli faktordur. O ki qaldı Azərbaycan vətəndaşlarının xaricdə təhsil almasına, bunun sayəsində ölkədə daha geniş biliklərə və inkişaf etmiş dövlətlərin təcrübəsinə yiyələnmiş kadrlar və mütəxəssislər yetişir. Bu da Azərbaycan dövlətinin inkişafına bilavasitə təsir edir. Bundan başqa, Azərbaycanın xarici ölkələrdə diasporunun formalaşması və böyüməsi baxımından əhəmiyyətlidir. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan mədəniyyətinin və qədim tarixinin təbliği, onun dünyada tanıdılması baxımından da çox lazımlıdır.

- Nə üçün təhsil cəmiyyətin inkişafı üçün önəmlidir?

- Bir millətin ən böyük sərmayəsi, onun sahib olduğu tarixi, mədəniyyəti və dəyərləridir. Bunları qoruyub saxlayan və gələcək nəsillərə köçürən vasitə isə təhsildir. Yaxşı təhsil görmüş, hər sahədə yetişdirilmiş mütəxəssislər bu dəyərlərə sahib çıxar, onları qorumaq, davam etdirmək və inkişaf etdirmək üçün mübarizə aparar. Amma bu düşüncədən məhrum olanlar var olanı («ata mirasını») göyə sovurub bir milləti məhvə məruz qoyarlar. Təhsilsiz və savadsız bir cəmiyyət məhvə məhkumdur.

- Sizcə, bu gün cəmiyyətimiz üçün təhsil nə dərəcədə önəmlidir?

- Cəhalət, ən böyük fəlakətlərin səbəbkarıdır. Bunun qarşısını alan ən güclü silah isə elm və təhsildir. Yazıçı Edmundo de Amikisin oğlu Enrikoya bir tövsiyəsində deyir ki, «Ey böyük ordunun kiçik əsgəri, cəsarətli ol! Sənin silahların məhz kitablarındır, bölüyün məktəbin, düşmənin isə tənbəllik və cəhalətdir. Bütün yer üzü isə müharibə meydanı. Unutma ki, əziz Enriko, qorxaq və tənbəl bir əsgər heç bir zaman qələbə qazana bilməz». Fikrimcə, bu gün biz də həm siyasi, həm də mədəni arenada qələbə qazanmaq istəyiriksə, tənbəlliyin və cəhalətin daşını atmalıyıq. Təhsilin gücünə inanıb ona yiyələnməyə çalışmalıyıq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək».

- Bəs, gənclərimizi təhsil nə dərəcədə düşündürür?

- Azərbaycan torpağı hər zaman elm, irfan, mərifət aşiqləri yetişdirib. Bəlkə bu gün təhsil sistemindəki problemlər səbəbilə gənclərimizdə istəksizlik, elmə yiyələnmədə həvəssizlik görülsə də, bunu hər kəsə şamil etmənin doğru olmadığını düşünürəm. Çünki Azərbaycanda elmi, irfanı əlində bayraq tutmuş, təhsilin gücünə inanan və elmi sevən bir nəsil də yetişir. Əminəm ki, Azərbaycanda və xarici ölkələrdə aldıqları təhsil, yiyələndikləri ixtisas sayəsində böyük uğurlar əldə edən gənclərimiz bütün gəncliyimizə nümunə olacaq. Mövcud işsizliyə istinadən bəzən hesab edilir ki, təhsil lazımsızdır. Amma heç kim həqiqi mütəxəssisin, savadlı, biliklərə yiyələnmiş bir insanın işsiz qaldığını, etibarını qazanmadığını söyləyə bilməz. Hər kəs «ən yaxşısı» olmağa çalışsa, həm «yersiz» qalmaz, həm də daha əmin, etibarlı bir dünyada yaşayarıq.

- Hər XI sinif şagirdi hazırlaşaraq ali məktəbə daxil olmaq istəyir. Hər kəsin ali təhsilli olması şərtdirmi?

- Hər kəsin ali təhsil almaq hüququ var. Amma təbii ki, şərt deyil. Allah hər kəsi oxşar yaratmayıb. Hər kəsə fərqli qabiliyyətlər verib. Sadəcə özündə həmin qabiliyyəti kəşf edib həmin istiqamətə yönəldə sənətin müxtəlif sahələrində istedadını ortaya çıxara bilər.

- Çox zaman peşə təhsili kölgədə qalır. üçün peşə təhsilinə o qədər önəm verilmir? Halbuki cəmiyyətə peşəkar dülgərlər, çilingərlər s. lazımdır.

- Bilirsinizmi, burada da təhsilin rolu özünü göstərir. Doğru təhsil almış, özünü tanımış həyatı idrak etmiş bir insan həyatdakı yerini, rolunu dərk edir həyatda edə biləcəklərini bacardıqları işığında qiymətləndirir. Bu həyat nizamı elə qurulub ki, hər kəsin, yəni hər mərhələdəki insanın digərinə ehtiyacı var. İnsan daxilən kamilliyə doğru getməlidir. Alim var ki, alim demək üçün düşünürsən, dülgər var ki, alim deməyə bilmirsən. Burada da dahi Nizami deyir ki, «Bu əyri cizgilər cədvəlində sən, Özünü şərh edib, özünü öyrən. Ol öz vicdanının sirrinə açar, Çünki bu mərifət qəlbə nur saçarBir elmi öyrənmək istədikdə sən, Çalış ki, hər şeyi kamil biləsən. Kamil bir palançı olsa da insan, Yaxşıdır, yarımçıq papaqçılıqdan».

- XI sinif məzunları o qədər ali məktəbə daxil olmaq üçün aludə olurlar ki, bunun əksi baş verəndə depressiyaya düşənlər olur. Sizcə, bu qədər ifrat yanaşma doğrudurmu?

- Təəssüf ki, bəzən «el qınağı» tənzimləyici faktordan daha çox yönləndirici faktor olaraq insanların həyatında əhəmiyyətli rol oynayır. Halbuki el qınağı ya elin fikri sadəcə insanın cəmiyyət içindəki davranış əxlaqında tənzimləyicidir. Öz şəxsi həyatında hüquqi çərçivədə atacağı addım sadəcə həmin şəxsi əlaqədar edər. Ata-ana, qohum-əqrabası isə ona yol göstərici, məsləhətçi dar gündə dəstəkçisi olmalıdır. Məzun istədiyini, niyə istədiyini, hədəflərini müəyyənləşdirdikdən sonra bu uğurda əlindən gələni edib Allaha təvəkkül etdikdən sonra onun heç bir depressiyaya yenilməyəcəyindən əminəm.

- Bəzən universitet bitirən şəxslər sadəcə diplomu alıb sandığa atır, işləmirlər.

- Əsasən bu məsələylə bağlı bizim cəmiyyətimizdə problemlər var. Biz bir vətəndaş, bir müsəlman olaraq öyrəndiklərimizi öyrətməklə məsuluq. Yuxarıda da söylədiyim kimi, əgər niyə oxuduğumuzu, həyatda etmək istədiyimizi başdan müəyyənləşdirsək, sonrası üçün heç bir suala yer qalmayacaq. Amma sahib olduğumuz biliklər yiyələndiyimiz sənətlə cəmiyyətin inkişafında bu ya başqa şəkildə yer almaq, rol oynamaq borcumuz olduğunu düşünürəm.

- Hər bir tələbənin ali təhsil alması üçün dövlət pul xərcləyir, ona təqaüd verir, dərs keçən müəllimlərə maaş verir. Tələbə aldığı təhsili işlətməklə dövlətə borcunu ödəməlidir?

- Dövlətlə vətəndaş arasında, valideyinlə övlad arasında olduğu kimi qarşılıqlı vəzifə öhdəliklər mövcuddur. Amma hər bir halda dövlət cəmiyyətin inkişafında maraqlıdır tələbənin təhsil həyatından sonra işləməsi dövlətdən daha çox onun mənfəəti daxilindədir. Nəticə etibarilə dövlətin gücünü səfərbər edib onu oxutması ilə birlikdə tələbə tələbəlik illərində bu imkanları qiymətləndirərək məzun olur. Onun da böyük əməyi nəticəsində sahib olduğu ixtisas biliyi qiymətləndirməməsini isə ən azından özünə qarşı haqsızlıq olaraq qiymətləndirirəm daha çox.

- Sırf diplomu alıb sandığa atmaq üçün 4 il ali təhsil almağa dəyərmi?

- Diplom alıb kənara qoymaq, «dar gün üçün saxlamaq» artıq köhnəlmiş bir ənənədir. İnkişaf edən, hər gün sürətlə dəyişən bu günümüzdə, artıq biz tərəqqimiz üçün dünyagörüşümüzü dəyişməliyik. Zamanın qiymətini, əməyimizin qiymətini anlama, qarşılığını maddi-mənəvi almağa çalışma dövrüdür. Fərdin özünə hörmət özünüdərk dövrüdür. Çünkü onsuz da qısa olan insan həyatında 4 günün belə qazancı varkən 4 il itirmək ya dəyərləndirmək artıq müəyyən kamala çatmış şəxsin həyata həyatına olan baxışının xəbərçisidir.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2013.- 25 aprel.- S.11.