Mərdlik timsalı

 

Süleyman Əsgəri bəy Osmanlının son zamanlarında döyüşdüyü hər cəbhədə fədai taburları qurmuşdu

 

Nə qədər çox qəhrəman var gizli tariximizin qara albomunda, nə qədər çox igid… Nə qədər məhsuldardır torpağımız, nə qədər çox can alıcı… Hə qədər də çox üsyankar bir ruhu var yurdumuzun… Nə qədər çox ölüm var taleyimizdə, nə qədər çox hüzün… Nə qədər çox gözyaşı var qismət bulağımızda, nə də çox ah… Nə qədər desən yarımçıq həyatlar var millətimizin yaddaşında və eyni zamanda nə qədər də adsız qəhrəmanlar…

Bir qəhrəmandan, bir igiddən, bir üsyankardan, bir böyük adsız qəhrəmanın həyatından bəhs etmək niyyətindəyik bu gün sizə. Qalın bir duman pərdəsinin ortasında qalan, dumana qapılıb gedən, hətta dumana çevrilən bir həyat. Bir dastanın sətirlərini yumağını toxuyan barama kimi səbrlə, diqqətlə işləyən bir bəni-adəm. Məlul qəmli bir hekayə, qanadı qırıq bir mənqibə …

Süleyman Əsgəri bəy. Var bu gün bu adı xatırlayanınız, bu adı yad edəniniz? Gəncliyini, bütövlükdə ömrünü bir idealın atına mindirib o cəbhədən bu cəbhəyə dördnala çapan bir igid oğlu igid, bir ər oğlu ər. Andlarını bir sevgiliyə yox, bayrağa, vətənə, namusa, şərəfə içənlər… Bir həsr olunmuşluq andı… Özləri bu fani dünyadan səssizcə çəkib gedərkən arxalarında bir müqavimət şeirini xatirə qoyanlar

Həyat hekayələri ilə bizləri heyrətə salan, dərin ağrıların, məğlubiyyətlərin ümmanında bir ümid, rifahla, rahatlıqla heç barışıq olmayan Süleyman və yoldaşlarının şərəfli həyat hekayələrini Təşkilati — məxsusə ilə dissertasiya yazan amerikalı Dr. Filip H.Stoddardın hazırladığı «Təşkilati — Məxsusa» adlı kitab və kitabı hazırlayarkən fikirlərinə müraciət etdiyi təşkilatın ən əhəmiyyətli adamlarından Kuşçubaşı Eşref səbəbindən daha yaxından tanıyırıq.

 

Təşkilat — Məxsusanın əsası Tripolisdə qoyulub

 

Osmanlı dövlətinin bir yanğın yerinə döndüyü, bütün cəbhələrdən məğlubiyyət xəbərlərinin gəldiyi, birliyin və dirçəlişə pozulduğu bir dövrdə doğuldu Süleyman Hərbi. 1884-ci ildə talan edilmiş bir yurdun içində doğuldu. Atası Vehbi Paşadır. Hələ iyirmi bir yaşında hərbi məktəbi bitirib qərargah kapitanı kimi Monastra təyin edilir. Bura Osmanlının ən qarışıq yerlərindən biri idi. Burada xidmət edəndə hökumətin elanını görür. Gənc yaşında insanın başını fırladan bir sürətin və hərəkətliliyin ortasına düşür. Hətta küləyin tərkində çox sürətli…

Gəncliyinə, bütün təcrübəsizliyinə baxmayaraq çalışqan, cəsur, gözünü budaqdan çəkməyən bir əsgərdir Süleyman bəy. Manastırdan sonra Bağdad Cəbhəsinə göndərilir. Bura baş verən geosiyasi hadisələr baxımından böyük əhəmiyyətə malikdir. İngilislər neft qaynaqlarına göz dikmiş, almanlar qatar yolu getmək üçün inşaata başlayır. Kafirin təhriki qiyamlar… Hər yer qan rəvan. Hərbi buradakı jandarma birliklərini nizama salmaqla vəzifələndirilir. Yenə başı dumanlı dağlar kimi əyilmədən, bükülmədən çalışıb səy göstərir.

Bir müddət sonra Tripolisə gedir. Bölgəni işğal edən italyanlara qarşı Osmanlının görəcəyi böyük bir qalmamışdır. Yenə vuruşa-vuruşa çəkilmənin strategiyasını mənimsəyir Süleyman bəy yoldaşları. Nurettin Şimşekin «TəşkilatiMəxsusa»nın rəisi Süleyman Əsgəri bəy» adlı kitabında da ifadə etdiyi kimi Ənvər Paşanın nəzarətində Süleyman Əsgərinin başçılığında «TəşkilatiMəxsusa»nin təməli burada yəni Tripolisdə qoyulur. Fəda Zabıta adı ilə yaradılan könüllü birliklərdir «TəşkilatiMəxsusa»nın əsasını qoyan qüvvələr. Məqsədləri Osmanlı yurdunu işğal edən kafirə qarşı müqavimət göstərmək olan yüzlərlə könüllünü bir araya gətirən təşkilat, Osmanlının döyüşdüyü bütün cəbhələrdə epik nisbətdə bir mübarizəni tarixin qalın kitabına yazdırmışdır. İlk özül burada qoyulur. Könüllülərlə az imkanlarla Tripolisdə uzun müddət italyanları pərişan edirlər.

 

Xərək üstündə döyüşür

 

Tripolis cəbhəsindən sonra Qərbi Trakyaya göndərilir Süleyman Əsgəri bəy. Süleyman Əsgəri bəy burada qiyam qaldıran müstəqilliklərini elan etmək istəyən yunan, bolqar serblərə qarşı Kuşçubaşı Eşref təşkilatın digər könüllü əsgərləri ilə birlikdə böyük bir mübarizə aparır. Düşmən yerlə-yeksan edilir. Nəhayət, burada Batı Trakya Respublikası qurulur ilk dövlət başçısı da Süleyman Əsgəri bəy olur. Qısa bir müddət sonra müəyyən şərtlər ucbatından Qərb Trakya Respublikası ləğv edilir.

Camal Kamalın «Birinci Dünya müharibəsi sonrasında Mosul məsələsi» məqaləsində ifadə etdiyi kimi 23 Noyabr 1914-cü ildə ingilislərin neft üçün Bəsrəni işğal etməsi ilə Süleyman Əsgəri bəy Bəsrə Qubernatoru İraq Cəbhəsi komandanı vəzifəsinə təyin edilir. Əslində elə burada başlayır Süleyman Əsgərinin bir ulduz kimi parlaması. Hərçənd o, hər yerdə ulduzdur, amma bura başqa bir yerdir. Süleyman bəy, daha əvvəl birlikdə döyüşdüyü yoldaşları bölgədəki könüllülərlə birlikdə «Osmancıq» adında könüllü bir fədai batalyonu qurur. Məqsəd Bəsrəni ingilislərin şərindən işğalından qorumaqdır. O, kiçicik taburla çox böyük işlər həyata keçirilir. Region ingilislərin cəhənnəmi halına gətirilir. Süleyman bəyin özünü davasına həsr etməsi, fədakarlığı bir dastan kimidir sanki. Cəsur, ürəyi qüvvətli, son dərəcə intizamlıHər şeyin kənarında başdan ayağa mərdlik timsalı.

Süleyman bəy yoldaşları İngilislərə qarşı qəhrəmancasına döyüşərkən bir qarşıdurma əsnasında Süleyman bəy iki ayağından da yaralanır. İstirahət etməli arxa cəbhəyə göndərilməlidir. Lakin o, bu xəbərdarlıqların heç birini ciddi qəbul etmir. Xüsusi olaraq hazırlanmış xərəyində döyüşü idarə edir. Hər cür çətinliyə, yoxluğa baxmayaraq günlərlə bu xərəyin üstündədir. Heyrətamiz bir əzmlə taburunun başındadır.

Nəhayət, 12 Aprel 1915-ci il tarixində Şuayyibə yaxınlığında qarşıdurma başlayır. Yenə xərəyin üstündədir o, ən ön sıralardaİngilislərə köməyə gələn əlavə qüvvələr ucbatından çox çətin anlar yaşanır bir çox əsgər şəhid olur. Yaralı qıçları ilə xərəyin üstündə döyüşü idarə edən Süleyman Əsgərinin uca könlü məğlubiyyətə daha çox əsgərin şəhid olmasına razı olmur. Üzgündür, həm çoxBir tərəfdən yoldaşları bir-bir torpağa yıxılır, digər tərəfdən vətən torpağı düşmən çəkmələrinin altında inildəyir. Ömürü boyunca şərəfindən, ləyaqətindən zərrə qədər olsa vaz keçməmiş böyük komandir silahını çəkib həyatına son qoyur. Süleyman bəyin bu qəmli sonunu Əli Sabis Paşa da xatirələrində detallı olaraq izah etməkdədir.

Süleyman Nazif — «Süleyman hərbi, vətəni üçün vətənindən başqa hər şeyini istəyərək gülərək fəda etmiş bir Osmanlı idi» — deyərək otuz bir illik həyatını vətəni üçün heçə sayan Süleyman Əsgəriyə əsl dəyəri verir

Süleyman Əsgəri bəylər yaşadıqca bu məmləkət var olacaq!

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 26 aprel.- S.14.