Osman Batur və
Şərqi Türkistan
haqqında
Osman Batur
1899-cu ildə Şərqi
Türkistanın şimalında
qalan Altay vilayətinin
Köktogay bölgəsində
dünyaya gəlib. Qazax türklərinin
Orta Cüzündəndir
və Molki boyuna mənsub olub.
Osman Baturun güclü və heybətli bir bədən quruluşu var idi. 1,85 sm boyunda, qısaqalın
boynu və yarı bağlı-batıq
gözləri baxanlarda
zəhmli bir görkəm yaradırdı.
Qırış qaş arası,
üzü şəxsiyyətini
əks etdirirdi. Çox az
danışırdı və
hər mövzuda özünə etibarı
tam idi. 40 yaşına
qədər heyvandarlıqla
məşğul olub.
Bu böyük mücahid ilk dini məlumatlarını
alim olan babasından alır və həyatını təqva ilə keçirir. Cengavərliyi
özündən əvvəl
Çinlilərlə döyüşmüş
böyük mücahid
Böke Baturun yanında öyrəndiyi rəvayət edilir. Böke Baturun bu sözü Osman Batura və
mücahidlərə hər
zaman ümid aşılayıb: «Bir gün biz kafirləri yenə çöllərin
o biri tərəfinə
atacağıq. Sayları
Təklamakan çölündəki
qum dənələri
qədər olsa belə»
O vaxtlar Türkistan daxilində xalqlar zülmə və soyqırıma məruz qalırdı. Xalqın rəhbərləri, alimləri qətlə yetirilir; mülkləri qəsb edilir; məscidləri yandırılıb
yıxılırdı. Köktogay bölgəsində işğalçı
Çinli baş məmurun məscidə çəkmələri ilə
girməsindən sonra
xalq baş məmuru və onlarla Çinli hərbçini öldürür.
Bundan sonra işğalçılar
müsəlman Türklərdən
silahlarını toplamağa
başlayır.
Atasının silahını təslim etməsinə baxmayaraq Osman Batur öz
silahını təslim
etmir. «Bu gün
silahlarımızın alanlar,
sabah hər şeyimizi alarlar. Mən silahımı verməyəcəyəm»
— deyib, döyüşmək
üçün dağlara
çəkilir. Dərhal onun
ardınca yoldaşları,
oğulları və nə qədər baturlar ona qoşulur.
Bu şəkildə güclənən və hücumlar təşkil edən Osman Batur işğalçıların
qorxu dolu kabusuna çevrilir. İçində öz qohumunun
da olduğu bir heyətin, silahı yerə qoymasını istəməsindən
sonra «Çinlilərin
gücləri çatırsa,
silahımı gəlib
özləri alsınlar»
— deyərək işğalçılara
meydan oxuyur. Hətta bir rəvayətə görə sadə bir kəməndlə təyyarə vurur, bu qədər qorxmaz bir qəhrəmandır.
Beləcə Altay dağları yenə şanlı bir mübarizənin şahidinə
çevrilir. Çanaqqalaya balalarını Allah yolunda qurban olsunlar deyə xınalayaraq göndərən
analar kimi, Osman Baturun anası
Ayça xanım da «Bizim canımız,
bizdən əvvəl
həyatını, bu
dava uğruna fəda edənlərin canından daha qiymətli deyil. Bizdən sonrakıların yaşamağı
üçün bizlər
də canımızı
verməyə hazırıq»
— deyərək etdiyi çıxışlarla həm
oğluna dəstək
olur, həm də Şərqi Türkistanlıları mübarizəyə
səsləyir.
Osman Batur və mücahidləri
1943-cü ildə Altayları
rus və çin işğalçılarından
tamamilə təmizləmiş
və sıra şəhərlərə gəlmişdi. Həmin
il təşkil
edilən bir qurultayda «Batur» və Altay türklərinə
«Xan» elan edildi (Batur, qəhrəman, igid deməkdir). Altaylarda və Türkistanın
digər bölgələrində
çıxan üsyanlar
nəticəsində 1945-ci ildə «Şərqi Türküstan Respublikası»
elan ediləndə Osman Batur hökumət
tərəfindənn Altay vilayətinə
hərbi vali təyin edilir və Urumçiyə dəvət olunur.
Urumçi xalqı maraqla onu gözləyir. 400 nəfərlik karvanla şəhərə girən
Osman Baturu böyük mücahid İsa Yusuf Alptekin qarşılayır. Burada jurnalları,
məktəbləri və
müxtəlif təşkilatları
ziyarət edir. Dəvət edildiyi bir konfransda özü haqqında mədhiyyələr yağdıran
gənclərə xitab
edərək deyir: «Millətim məni məndən daha yaxşı tanıyır
və onların məni tanıması demək, vətənə,
istiqlal və azadlığa sahib çıxması
deməkdir. Millətimizin
bu ruhu olduqca
əbədi olaraq azad yaşayacağıq»
İşğalçı çinlilər mücahidlərə
qarşı dirəniş
göstərmək məqsədi
ilə xüsusi ordu yaratmaq qərarına
gəlirlər. Tam təchizatlı
bir ordu şəklində Şərqi
Türkistana yayılırlar.
Osman Batur getdikcə çətinliyə
düşür, çünki
sovetlər, monqollar və çinlilərdən
ibarət düşmən
xəttinin qarşısında
yox deyiləcək qədər az
təchizat və əl istehsalı tüfənglərlə döyüşməkdədir.
Bu nisbətsiz gücə və coğrafiyanın özündən
qaynaqlanan çətinliklərin
yanında, mərhəmətsiz
Türkistan soyuğu ilə və minlərlə şəxsiyyət,
on minlərlə heyvanlıq
köç karvanları
ilə məşğul
olurdu.
1951-ci ildə mücahidlərin
olduğu Kayız bölgəsinə hücuma
keçən Qırmızı
Alay ilə aparılan
mübarizədə çinlilər
üstünlüyü təmin
edirlər. Osman Batur tək
başına Çin
xəttini yararaq buz tutmuş Kayız Gölünə doğru irəliləyir.
Lakin təəssüf ki, atının büdrəməsi
nəticəsində yıxılır,
dərhal silahına sarılır və bir neçə çinlini öldürür,
lakin silahı əlindən gölə düşür. Qəməsini çıxarıb ilk gələnin
sifətinə vurur.
Və sonra …
21 fevral 1951-ci ildə
işğalçılar Urumçi
radiosunda Osman Baturun tutulduğunu böyük bir sevinclə bildirirlər.
Böyük qəhrəman üç
il əvvəl
şölənlə girdiyi
Urumçiyə bu səfər çinlilərlə
girir. İki ay davam edən işgəncə dövründən
sonra saxta məhkəmə qərarını
15 Aprel 1951-ci ildə açıqlayır: İnqilab
düşmənliyi (!) günahına
görə edam …
29 Apreldə şəhidlik
məqamına yüksəlir
böyük qəhrəman. O səhər
təbiət hadisələri
normal inkişafının xaricində
idi, Urumçidə hava qapqara qaralmışdı.
Çünki baturlarının edamını etiraz edən xalq meşələri yandırmışdı.
Çinli gözətçiləri gözlərində özlərinə
doğru bütün heybəti ilə gedən Osman Baturdan qorxurdular.
Çinlilər nişan almış
gözləyirdilər. Osman
Batur, «Yaşasın azadlıq!» — dedi, təkbir gətirdi və ardınca güllə səsləri
eşidildi. Sanki namaz qılırdı; əvvəl
diz üstə yerə yıxıldı,
sonra alını səcdəyə getdi. Bir rütbə də qazanmışdı:
şəhidlik…
Oğulları Şerdiman və
Nəbi isə cihada davam edirdi.
Böyük qəhrəmanın
oğulları da özü kimi dastanlar yazmaqda idi. Mismarlı çubuqlar və tüfənglərlə təyyarələrə,
tanklara meydan oxuyurdular. 1953-ci ilə qədər müqavimət
göstərən oğulları
işğalçı çinlilərlə
gəldikləri razılaşma
nəticəsində müqavimət
göstərməyi sona
çatdırdılar. Çin
Kommunist Partiyası tarixdə bir ilki edirdi, məğlubiyyətini
qəbul edir, razılaşmaya yanaşırdı.
Razılaşmanın şərtlərindən
biri də Şəhid Osman Baturun cəsədinin təslimi idi. Nəhayət, onun cəsədi alınıb
Köktogay bölgəsindəki
aulunda dəfn edilir. Burda tikilən
türbə sonralar Çin təyyarələri
tərəfindən neçə
dəfə bombalanıb.
Böyük qəhrəman təkbirlərlə
şəhidlik şərbətini
içmişdi. Lakin özündən 8 il sonra yenə böyük çaplı
bir üsyan başlayıb sonradan həbs edilən Fethəddin Mahsum, işgəncə əsnasında
davamlı olaraq «Yaşasın Şərqi
Türkistan» dediyindən,
edam edilmədən əvvəl
dili iynəylə tikilərək edam kürsüsünə
gətiriləcəkdi.
Belazuri belə deyir, Türkistan üçün:
«Allahın yer üzündəki cənnəti»…
Burada hər şey dastanlıqdır. Mücahidləri, gölləri,
dağları… Bu cənnətin
uşaqları ağlayır
indi. Qadınları, yaşlıları və
35 milyon şəhid intiqamının alınmasını
gözləyir, yeni Osman Baturları gözləyir, Əmr Yaqublar, Fethəddinlər gəlməlidir…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 30 aprel.-
S.13