Çağdaş
Güney Azərbaycan ədəbiyyatı
Məlihə
Əzizpur: «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı»
inkişafdadır»
VI
yazı
(Əvvəli
ötən saylarımızda)
Əlbəttə,
insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir
və düşüncələrinə hakim kəsilən Ana
torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət,
həsrət, özləm, etiraz, üsyan, azadlıq
mövzusu və bağımsızlıq motivləri digər
şair və yazıçılarda olduğu kimi, «Avanqard
şeir» tərəfdarlarının əsərlərində
də aparıcı mövzudur. Bunlar mütləq
mənada onların əsərlərində parlaq əksini
tapır. Seyid Heydər Bayat da ənənəvi 11-lik
heca qəlibində qələmə aldığı şeirlərinin
birində onu hər an
düşündürən, hər gün ruhunda dolaşan
müqəddəs bir arzuya-azadlığa yetməyin, Vətənin
ağ günlərinə
çatmağın yolunu axtarır və bu yolun izinə,
sorağına düşsə də, mənzil başına
çatmamış azıb qaldığını yazır.
Şeirin alt qatında gizlənən mənanı (xalqın
azad Vətən, bağımsız
dövlət qurmaq amacıyla XX əsrdə dörd dəfə həyata
keçirdiyi, lakin hansısa səbəblərdən əldə
saxlaya bilmədiyi və sonda məğlubiyyətlə nəticələnən
inqilablar — məhz bu üzdən o,
yeni yol
axtarır və şairin «Tapdanmış yollardan
acığım gəlir» etirafı son dərəcə
haqlı səslənir) isə o, orijinal deyim tərzi ilə
heç kəsi təkrarlamadan oxucuya çatdıra bilir:
Tapdanmış
yollardan acığım gəlir,
Onların axırı sənə yetişmir.
Nə qədər
döyürəm mən bu yolları
Gün gələ uzanır, bir yerə bitmir.
Bir yol
axtarıram sənə yetişsin,
Dərə
olur-olsun, dağ olur-olsun,
Axı
çox azmışam harayıma çat,
Bir yol göstər mənə, sənə yetişsin.
Bir həqiqət
var ki, haqqın nuruna, işığına bələnməyən
düşüncə bir tərəfdən tərəqqini
gücləndirərək inkişafı sürətləndirirsə,
digər tərəfdən insanların mənəviyyatını,
əxlaqını korlayır, onları əksər hallarda düz yoldan
sapdırır, böyük haqsızlıqlar etməyə, təbiətin
düzənini, dünyanın xəritəsini pozmağa
istiqamətləndirir. Düşüncənin,
ağılın məhz birtərəfli inkişaf etdiyi sivil
ölkələrin, yəni super dövlətlərin hakim təbəqələri
soyqırğınlarının miqyasını genişləndirir,
əzilənlərlə əzənlər, zalımlarla məzlumlar
arasındakı ənənəvi nifaqı gücləndirir,
müftəxorlar alın təri tökərək qazandıqları
cüzi vəsaitlə yaşayışını təmin edən
zəhmət adamlarını, əzabkeş xalqı getdikcə
daha çox istismar edir. Bütün bunların
da nəticəsində zorakılıq, xudbinlik, xəbislik,
milli zülm artıb dözülməz həddə
çatır, sərhədləri aşır. Belə
çətin, xaotik bir dövrdə, super dövlətlərin
elmin, real təfəkkürün və tərəqqinin nailiyyətlərindən
yararlanaraq bəşəriyyəti məhv
etməyə doğru yönəldiyi bir zamanda təbii ki, Güneyli
şairlər iki dünyanın — mənəviyyatla
maddiyyatın, gücün savaşına seyrçi qalmır,
bu prosesləri böyük ürək ağrısı və
həyəcanla
qarşılayır və bütün bunları əsərlərində
kəskin şəkildə tənqid və ifşa hədəfinə
çevirirlər.
Eyni zamanda şeir və nəsr nümunələrində
hər cür xudbinlikdən, pislik və rəzalətlərdən
uzaq müqəddəs bir mənəvi dünya qurur, bəşər
övladının xoşbəxtliyinə, şəxsiyyətin
təmizliyinə inam aşılayır, insanın mənəvi
aləmini daima təbii, saf və gözəl görmək istəyirlər. Düşüncələri
fəlsəfi məqamlara daha çox söykənən Hadi
Qaraçayın «Qəribə bir dünyadayıq» lakonik
şeiri sanki yaşadığı dövrün, zəmanənin
simasıdır. Şair ağalar və
qullar
dünyasındakı təzadlara, insanların maddi
durumundakı, yaşayışındakı kəskin
uyğunsuzluqlara, «evində uşaqlarının sayı qədər
çörəyi olmayan fəqirlərin və
uşaqlarının sayı qədər saraylara və
maşınlara» sahiblənən harın varlıların vəziyyətinə
— bu paradoksallığa nifrətini hayqırır. «Quran»a,
Allaha, imamlara yalan andlar içən, ürəklərində
saxta andlar, ciblərində minlərlə yalan-palan,
çiyinlərində isə bu yalanların
günahlarını gəzdirən saxta
dindarlara
istehza edir. Axı Hadi yaxşı bilir ki,
Tanrının təkcə lal yaratdığı bəndələrin
yalanı eşitmədiyi və yalan
danışmadığı üçün yeri cənnətdir.
Yalan təkcə eşitməyən,
danışmayan bəndələr üçün yox,
şüurlu hər bir insan üçün böyük
günahdır. Yalan heç bir dünyəvi din,
heç bir qanun tərəfindən qəbul edilməyən
qeyri-insani keyfiyyətlərdən biridir:
Qəribə
bir dünyadayıq
Ağalar
var: Uşaqları sayısında sarayları,
Uşaqları
sayısında maşınları
Ciblərində-İmam
haqqı, Allah haqqı
Sözlərinin şablonları.
Ciblərində-minlər
yalan, minlər palan,
Qəribə bir dünyadayıq.
Qullar da var.
Evlərində uşaqların sayı qədər
çörəyi yox.
Ciblərində
min arzunun,
Sürgünlərdə
puçurlamış sümükləri…
«Qəribə
bir dünyadayıq» şeirində «şair rəndəli və
ölçülü bədii üsullardan istifadə edir,
canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst
vəznin incəliklərini şeirə elə bir ustalıqla
gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, ahəng
isə əruz və ya heca vəznində olduğu kimi,
münasibətini qətiyyən itirmir…»
Maraqlıdır,
şeirlərində bir-birindən gözəl, mükəmməl
bədii tablolar, çoxqatlı metaforik ifadələrlə
süslü peyzajlar yaratmaq, bədii ifadə və təsvir
vasitələrindən yüksək
sənətkarlıqla
isifadə etmək qüdrəti yansıyan istedadlı tədqiqatçı
yazar Hümmət Şahbazinin «Haraya gedir bu həyat?» şeiri
həyatın paradoksallığı, təzadları, dildə
Tanrının bərabər yaratdığı, lakin cəmiyyətdə
tutduqları mövqeyə, sosial vəziyyətinə görə
tamamilə fərqlənən, qeyri-bərabər olan
insanların yaşam tərzini müşahidə edərək
«Qəribə bir
dünyadayıq» şeirini yazan qələm və əqidə dostu Hadi
Qaraçayın fikrinin təsdiqi, açıq cavabı kimi
səslənir. Xüsusilə də «Nə dənizdə bir
sevinc, nə damlada bir arzu, Səssiz-səmirsiz
hıçqırtıdır bu həyat… Haraya gedir görəsən,
bu durumda bu həyat?..» misraları ki, təkcə
onun deyil, bütöv bir xalqın boğulmuş həyatının
hıçqırıqlarını, dişində boğulan
harayları hayqırır:
Haraya gedir görəsən, bu durumda bu həyat?
Qorumaqla da olmur sevdanı yaşamaq.
Uzanır
yalaqlıq ilğımlı nərdivanla
Dimdikləyir quşlar dalğaların izini.
Günəş
bir sıldırım qaya
Arxasında
sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda bəlkə də.
Hər addımda sanki əllərin qoxumuş izi var.
Bu izlərdə
qoxumuş əllər, çürümüş dillər
Bu dillərdə
boğulmuş həyat!
Bu durumda
bu həyatın: «Sağ olsun!» sədası
gəlsin
Bu bir sevinc, bu, bir nisgil.
Haraya gedir görəsən bu durumda bu həyat?
Nə dənizdə
bir sevinc, nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır bu həyat.
Bəbəklərində
iz qoyan bu baxışların tozunda
haraya
gedir görəsən, bu həyat, bu durumda?
Dərdi
oturub dizinə-başına döyə-döyə,
ağlayıb-sıtqamaqla çatdırmaq üsulundan qat-qat
güclüdür bu deyim… İnsanı, oxucunu durduğu yerə
mıxlayacaq gücdədir bu misralar… Düşündükcə
düşünməyə sövq edir öz oxucusunu və
«Boğulmuş həyat»a nəfəs verməyə,
onu ölümün dəhşətli pəncəsindən
xilas etməyə səfərbər edir… Poeziyanın məqsədi,
şairin amacı da elə budur: Düşündürmək,
səfərbər etmək, birlik yaratmaq və… nəfəs kəsən
amillərə, güclərə qarşı mübarizəyə,
savaşa qalxmaq!.. Çünki onlar dərindən
dərk edirlər ki, «Əgər bir millətin fəlsəfi
və ədəbiyyat kitabları həssas, xəyalpərvər,
laübali qələmlərlə yazılmışsa,
şübhə yox ki, o millət, o nəsil o yolda hərəkət
edər və mümkün deyil, axıntıya qarşı
bir dürlü kürək çəkməz. Məsələn,
bir gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə
oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş
olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənər
və o ruhda yaşamağa yeltənər və o məsləkdə
yaşamaq istər və bu yazılan əsərlər isə
adətən aləmşümul bir müəllim yerinə
keçər, qarelərin ruhlarına nüfuz etməyə
başlar». «Hazırda Güney Azərbaycanda
«dirəniş ədəbiyyatı» inkişafdadır» — deyən
Məlihə xanım hesab edir ki, Güney Azərbaycanın
şair və yazarlarının mövzuları məfhum və
anlayış baxımından daha geniş və dərindir.
Xanım yazar sanki həyatın tam mərkəz
nöqtəsində bardaş quraraq əyləşmiş və
gerçəklikləri, baş verənləri səbrlə,
ayıq nəzərlərlə müşahidə edir.
Vətəndaş
qeyrətli şairimiz Hadi Qaraçayın «Kult.az» saytında
Rafət Pirisoy adlı ədəbiyyat və ədəbi
dartışma «həvəslisi»nə doğru (həm də
konkret və sərt) cavabını olduğu kimi verməyi
«Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı»
inkişafdadır» fikrinin ən uyğun açıqlaması
hesab edirəm: «Güney Azərbaycanda azərbaycanlılar
(daha doğrusu, güneyli-quzeyli-E.F.) bir çoxlarının
görmədiyi, ya görmək istəmədiyi bir
döyüş içindədilər və bu
döyüşün ön sıralarında gedənlərin
bir çoxu elə günü bu gün İran İslam
Respublikası-nın zindanlarında yatır. Biz onsuz da
meydandayıq.» Onlar həqiqətən bu
gün həm döyüş, həm də sənət
meydanında
ardıcıl surətdə, fəal mübarizə aparırlar…
Belinski yazırdı ki, «Lirikada şairin şəxsiyyəti
birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul
edib anlayırıq. Lirik poeziya (epik poeziyanın ziddinə olaraq)
əsasən subyektiv daxili poeziyadır, şairin
öz-özünü ifadə etməsidir.» Hadi Qaraçay da
şeirlərində özünü, mənsub olduğu
xalqın iç dünyasını-düşüncələrini
ifadə edir:
Muğan
buğdasına yerikləyən torpağın yazı
Ərdəbil
xalçasına yenmiş ormanın güzü
Savalanın
südəmər döşü mən!
Çala
çalımlı, Beli qılınclı
Süd
qoxulu doğunun
Yopu yumru
qoçuyam mən
Anam
şaman olub, Atam ozan
Çay
dənizdən, Ağac bağdan
Daş
daşdan danışıb, Mən səndən
Göyçə
gölünün çiçəyi gözün
İsıq
gölünün ördəyinə çəkər boynun…
«Mən,
biz, bütün dünya bir adamın sinəsində
çarpazlaşır və bəşəriyyətin səadəti
naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək
kimi vurur» — deyən Məmməd Arif sanki bütün
dünyanın
«Anam
şaman olub, Atam ozan» yanıtını verən Hadi
Qaraçayın bu şeirinə
daşındığını müşahidə edə
bilib və bir ürək kimi döyüntülərini
duyubmuş… Yazda Muğan çöllərinin dizə
qalxan buğda
zəmisi, meşələrin, ormanların payızının
qızılı-sarı rənglərini özündə
yansıdan Ərdəbil xalçası, Savalan öz
«Yopu-yumru qoçuna» — Hadiyə — «Həqqə, imana münadi»
balasına süd verən ana, anası şaman, atası ozan
olan bu yopu-yumru qoç balanın sevdiyinin gözləri
Göyçə gölünün çiçəyinə,
boynu İsıq gölünün ördəyinin boynuna
çəkir. Çay dənizdən ağac
bağdan, daş daşdan, o isə çiçək
gözlü, ördək boyunlu sevgilisindən
danışır. Sevgi dolu bir dünyanın uğurlu
tablosu belə yaranır modernist şeir dediyimiz poeziya nümunəsində
və bu, əsl poeziyadır!..
Əli Məhəmməd Bəyani isə «Ana» şeirində
ənənəvi mövzuya müraciət edir. Şairlərimizin əksəriyyətinin
əski çağlardan bəri şərəfinə
maraqlı əsərlər həsr etdikləri müqəddəs
varlığa-Anaya ali hisslərini yansıdan şair tamamilə yeni bir təşbeh işlədir və bütün ailələrin dayağı, ev-eşiyinin qoruyucusu, övladlarının yolunda ömrünü şam tək əridən, odda yandıran pərvanə kimi təqdim olunan Ananı Ata ocağının oduna, ev-eşiyin istilik, sıcaqlıq qaynağına bənzədir:
Gecələr, gündüzlər, yanmaqdır işi.
Görməyib heç kimsə Ana tek odun,
Ne gurcanaq edər, ne tütün salar.
Əsərlərini
yeni formada-sərbəst, yəni azad-modern şeir şəklində
yazan Ərgininin poetik düşüncələrinə də
müasirliyin-çağdaşlığın sirayət
etdiyi apaydın yansıyır… Eynilə «Suçsuz»
şeirində olduğu kimi:
Ağ
vicdanları qarala,
Arı
ürəkləri ləkələ,
Sağlam düşüncələri zədələ.
Səndə suç yox.
İnsanlar
malik olmadıqlarına
düşmən olarlar…
Fikrin ifadəsi
konkret və birbaşa… Mətləb məlum, məqsəd
aydın… Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin
ecazkar tülünə bürünməyən sadə
sözlərlə lakonik ifadəsi…
Ənənəvi
məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni
heç bir çətinlik çəkmədən müdrik
bir atalar sözünü xatırlayır: «Pişiyin
ağzı ətə çatmayanda deyər ki, iy
verir».
Poeziyanın
əsas obyekti insandır, onun fikri, düşüncəsi,
hiss və duyğuları, bir sözlə, əhatə
olunduğu mühit və daxili dünyasıdır…
(davamı var)
Esmira Fuad
Xalq Cəbhəsi.- 2013.- 24
avqust.- S.14.