Etnik
azlıqların vətəndaş cəmiyyətində rolu
Dini azlıqlar, etnik qruplar Azərbaycanda
vətəndaş cəmiyyətinin daimi diqqətində olub
Demokratiya
və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri
dəyərlərə sadiq olan və hüquqi dövlət
quruculuğu yolunda inamla irəliləyən Azərbaycan
Respublikası insanların layiqli həyat şəraitinin,
rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə
imkanlarının artırılması üçün ciddi səylər
göstərir.
Demokratik, hüquqi dövlət və vətəndaş
cəmiyyətinin formalaşmasına, insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsinə
yönəlik tədbirlər nəticəsində bir çox
nailiyyətlər əldə olundu. 2006-cı ildə qəbul edilən
«Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planı» insan
hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə
yeni müstəviyə keçməsi, universal və regional səviyyədə
yeni əməkdaşlıq strategiyasının qurulması,
dövlətlə vətəndaş cəmiyyəti
arasında tərəfdaşlıq münasibətlərinin
yaradılması baxımından çox mühüm sənəd
oldu. Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının icra vəziyyəti mütəmadi qaydada təhlil
edilir, onun nəticələrinin müzakirəsi
üçün cəmiyyətin bütün təbəqələrinin
nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr
keçirilir. Ölkəmizdə milli və
etnik azlıqların hüquqları hərtərəfli və
ən yüksək səviyyədə qorunur.
Azərbaycan müxtəlif etnik, milli qrupların ənənəvi
dözümlülük və harmonik birgəyaşayışı
üzərində qurulan və həyata keçirilən milli
siyasətin aparıldığı çoxmillətli ölkədir. 1995-ci ildə
qəbul olunan Konstitusiyanın bir neçə maddəsi də
məhz mənşə, milli, etnik, irqi, dil və dinindən
asılı olmayaraq azlıqların hüquqlarının təmini,
qorunması və inkişafına həsr olunub. Məsələn,
Konstitusiyanın 44-cü maddəsində göstərilir ki,
Azərbaycanda yaşayan hər kəsin milli mənsubiyyətini
qoruyub saxlamaq hüququ var. Ali qanunun 25-ci maddəsində isə
qeyd olunur ki, dövlət milli, etnik, irqi, dil və dini fərqlilikdən
asılı olmayaraq hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan həmçinin Cənubi Qafqazın
«Milli azlıqların hüquqlarının müdafiəsi
haqqında» çərçivə Konvensiyasına qoşulan
ilk respublikasıdır. Konvensiyanın 25-ci maddəsinə
əsasən Azərbaycan 2002-ci il iyunun 4-də
milli azlıqlara mənsub olan şəxslərin
Hüquqlarının qorunmasına dair vəziyyət barədə
milli hesabatını təqdim edib. Müvafiq qanunvericilikdəki,
o cümlədən İnsan Hüquqlarının Müdafiəsi
üzrə Milli Fəaliyyət Planındakı milli
azlıqların, etnik qrupların hüquqlarının
müdafiəsi, mədəni irsinin qorunub saxlanılması,
daha da inkişafı ilə bağlı müddəaya
uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib
və keçirilməkdədir.
Ölkəmizdəki milli azlıqlar öz milli mədəni
mərkəzlərini, assosiasiyalarını və digər
qurumlarını yaratmaq hüquqlarından da tam istifadə
edirlər. Bu sahədə də milli etnik azlıqlara nəinki
sərbəstlik verilib, eyni zamanda, dövlət tərəfindən
bu tip milli mərkəzlərin inkişaf etdirilməsinə hərtərəfli
yardım və dəstək göstərilir. Həmin birliklər də vətəndaş cəmiyyətinin
formalaşmasında, vətəndaş cəmiyyəti və
dövlət quruculuğu əlaqələrinin inkişafında,
eləcə də insan hüquqlarının qorunmasında,
milli azlıqların dəyərlərinin inkişafında
böyük rol oyanyır. Hazırda Azərbaycanda
onlarla milli mədəniyyət mərkəzi fəaliyyətdədir.
Onların arasında «Birlik» cəmiyyəti, Rus icması,
Slavyan Mədəniyyət Mərkəzi, Azərbaycan-İsrail
icması, Ukrayna cəmiyyəti, «Ronahi» kürd mədəniyyət
mərkəzi, «Samur» ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan
mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi,
Azərbaycan-tatar cəmiyyəti, «Turqan-tel» Tatar mədəniyyət
cəmiyyəti, «Yaşlıq» Tatar mədəniyyət mərkəzi,
Krım tatarlarının «Krım» cəmiyyəti,
gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət
mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti,
Axısxa türk qadınlarının «Sona» cəmiyyəti,
Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti,
Dağ yəhudilərinin icması, Avropa yəhudiləri
(Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin
qadın humanitar assosiasiyası, «Kapelhaus» alman mədəniyyət
icması, «Polonia» polyak mədəniyyət mərkəzi,
«Mada» beynəlxalq talış assosiasiyası, «Avesta»
talış assosiasiyası, «Orain» udin mədəniyyət mərkəzi,
«Buduq» mədəniyyət mərkəzi, Saxur mədəniyyət
mərkəzi və s. göstərmək olar. Bu tip mədəniyyət
mərkəzləri və assosiasiyalar milli, etnik
azlıqların mədəni, milli xüsusiyyətləri, adət-ənənələrinin
qorunub saxlanılması və inkişafına
yardımçı olurlar. Ölkəmizdə həmçinin
milli azlıqların kompakt yaşadığı ərazilərdə
həvəskar cəmiyyətlər, milli və dövlət
teatrları, həvəskar assosiyasiyaları da fəaliyyət
göstərir.
Milli azlıqlar cəmiyyətin həyatında, eləcə
də ölkə səviyyəsində keçirilən birgə
tədbirlərdə fəal iştirakları ilə
seçilirlər. Çoxsaylı milli azlıqların
nümayəndələri xaricdə belə, ölkəmizi ləyaqətlə
təmsil edirlər. Onlar da Azərbaycan vətəndaşı
olaraq xaricdə fəaliyyət göstərən müxtəlif
diaspor təşkilatlarında fəaliyyət göstərməklə
ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da
qalxmasına öz töhfələrini verirlər.
Bütün bunlarla yanaşı etnik və dini
azlıqların icmalarının əksəriyyəti Milli QHT
Forumunda təmsil olunurlar. Ümumiyyətlə,
etnolinqvistik və dini azlıqlar, etnik qruplar Azərbaycanda vətəndaş
cəmiyyətinin də daimi diqqətindən olub. Ölkəmizdə fəaliyyət göstərən
müxtəlif QHT-lər daimi onlarla da bağlı layihələr
həyata keçirirlər. Bu baxımdan Prezident
Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının elan etiyi maliyyə yardımı müsabiqəsində
tolerantlıq, milli azlıqların mədəni irsinin
qorunması, onların seçkilərə təşviq
olunması və s. istiqamətlər də yer alır.
Biz bir neçə yazıda
çalışcağıq ki, tolerantlıqla bağlı
layihələr həyata keçirən QHT-lər haqqında
məlumta verək. Elə başlayaq fəaliyətini
sırf bu istiqamətdə quran «Tolerantlıq» Sosial
Araşdırmalar İctimai Birliyindən. Bu QHT-nin əsas
fəaliyyət istiqamətləri cəmiyyətdə
bütün sahələr üzrə tolerant münasibətlərin
formalaşmasına dəstək vermək, tolerantlıqla
bağlı problemlərin ictimai müzakirəsini təşkil
etmək, tolerantlıqla bağlı cəmiyyət və
KİV münasibətlərinin qurulmasına
yardımçı olmaq, sosioloji sorğular keçirmək,
maarifləndirici treninq kursları təşkil etmək, qeyd
olunan problemlərlə bağlı qısametrajlı filmlər
çəkməkdən ibarətdir. Təşkilatın
sədri Azər Rəşidoğlunun sözlərinə
görə, etnik azlıqların mədəniyyəti ilə
bağlı şuranın qrant ayırması
alqışlanmalıdır. «Çünki cəmiyyətdə
bütün sahələrə aid problemlərin kökü
araşdırılmalı, həllini tapmalıdır».
Təşklatın həyata keçirdiyi layihələrdən
biri «Azərbaycan cəmiyyətində dini
düzümlülük» adlanır. A.Rəşidoğli bildirdi ki, 6
aylıq layihəyə ilkin olaraq dini dəyərlərin təbliği,
dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin
araşdırılması ilə başlayıblar:
«Araşdırmanın nəticələri ilə bağlı
xüsusi broşür hazırladıq. Broşür
1000 nüsxədə çap olundu. Bu mərhələ
bir ay məddətində başa çatdırıldı.
Sonrakı mərhələdə Bakıda və ölkənin
regionlarında
seminarlar
keçirdik. Eyni zamanda mətbuatda dini etiqad
azadlığı, icmalararası qarşılıqlı etmad
mühiti ilə bağlı materiallar dərc edildi. Layihə məddətində bir dəfə
İctimai Televiziyada, bir dəfə isə «Anten» FM radiosunda
dini tolerantlıq mövzusunda debatlar təşkil etdik.
Təşkilat
bu tədbirləri həyata keçirməklə geniş dini
savada malik tanınmış alimlərin, ruhanilərin, ictimai
təşkilatların dini ayinləri təhrif edənlərə
və belə tendensiyalara qarşı birgə məbarizə
aparmasına nail ola bilər».
O deyib ki,
təşkil etdikləri seminarlarda məxtəlif dini cərəyanı
təmsil edən şəxslər iştirak ediblər.
Hazırlanmış broşürləri də seminar
iştirakçıları arasında yayıblar: «Seminar
iştirakçılarına dini tolerantlığın əhəmiyyəti
ilə bağlı təməl bilgilər verilib. KİV-də
dinin təbliği milli-mənəvi dəyərlərimizin
ekstremizm, terrorizm, nifrət və s. yabançı
ünsürlərdən qorunması istiqamətində əhəmiyyətli
dönüş yaradacaq».
Həmsöhbətimizin
fikrincə, hüquqi dövlət quruculğu sahəsində
ilkin addımlarını atan ölkənin
qarşısında bir çox problemlər durur: «Bu problemlərdən
biri də vətəndaş cəmiyyətinin əsas
atributlarından sayılan dini etiqad azadlığına nail
olmaqdır. Bildiyimiz kimi, Azərbaycan dünyəvi
dövlətdir. Bununla yanaşı ölkədə
məxtəlif dini etiqada malik vətəndaşlar
yaşayır. Ölkə Konstitusiyası
və qanunvericiliyi dini etiqad azadlığını təmin
edir. Yəni hər bir kəs dinə
münasibətini məstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, dinə
münasibəti ilə əlaqədar əqidəsini ifadə
etmək və yaymaq hüququna malikdir. Azərbaycan
müstəqillik əldə etdikdən sonra dini etiqad
azadlığı istiqamətində müəyyən
uğurlar əldə etsə də, bu sahədə hələ
də problemlər qalmaqdadır».
Öz fəaliyyətində tolerantlıq istiqamətində layihələrə yer ayıran QHT-lərdən bir də «Free Person» İnsan Hüquqlarının Müdafiə Cəmiyyətidir. Təşkilatı sədri Səbuhi Qafarov bizimlə söhbətində bildirdi ki, tolerantlıq — yəni digər inanc və əqidələrə dözümlü yanaşma insan hüquqları və vicdanı ilə bağlıdır: «Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbulolunmazlığı xarakterikdir».
S.Qafarov Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi halların həmişə yad olduğunu vurğuladı: «Bu gün ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir. Ölkədə formalaşmış tolerantlıq və ya dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən müsbət ənənələrdən biridir. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Bundan əlavə, Azərbaycandakı onlarla milli, dini və başqa azlıqlar azlıq olduqları üçün problemlərlə rastlaşmır. Bütün saydıqlarımız Azərbaycanın tolerant ölkə xarakterizə etməyə imkan verir».
Cavid
Xalq Cəbhəsi.- 2013.- 24 avqust.-
S.11.