Qubadlının işğalından 20 gün əvvəl…

 

Birinci yazı

Bir neçə gün bundan əvvəl saytların birində kiçik bir məqalə diqqətimi çəkdi. Məqalədə bildirilir ki, işğal altında olan Cəbrayıl Füzuli rayonlarını biz döyüşərək tərk etməmişik. Əksinə, sonradan işğala məruz qalan rayonlarımızı özümüz boşaltmışıq. Hətta Füzuli rayonunu tərk etdikdən iki gün sonra ermənilər oraya daxil olublar. Ermənilər əvvəlcə elə zənn ediblər ki, Azərbaycan ordusu onlara tələ qurur, ancaq sonradan bunun tələ olmadığını bilib çox asanlıqla torpaqlarımıza yeyələniblər. Məqalədə bunun səbəbləri göstərilir. bildirilir ki, həmin rayonlardan əhalinin çıxmasının başlıca səbəbi ordunun ərazilərdən çəkib getməsi olub. Digər bir səbəb isə, Xocalı soyqırımını yaşayan bir millətin ehtiyatlı tərpənməsi, yəni növbəti soyqırımı faktı ilə üzləşməmək üçün erməni silahlı birləşmələri gəlmədən rayonları tərk etməsidir.

qədər acı olsa da, bu, bir danılmaz fakdır. Bəzən olur ki, yazılarımızda bu faktın üzərinə pərdə çəkməyə çalışırıq, ancaq reallıqdan qaçmaq mümkünsüzdür. Eyni fakt yazıq ki, Qubadlı rayonunda da təkrarlandı. Özü pis bir formada

Hər il Qubadlı rayonunun işğalıyla bağlı təkrar olsa da belə, nəsə yazıram. sadəlövcəsinə ümid edirəm ki, gələn il bu torpaqları geri qaytara biləcəyik, o zaman işğalla bağlı nələrisə xatırlatmağa ehtiyac qalmayacaq, itirilmiş yurdların azad olunmasının şərəfindən danışıb, qürur duyacağıqTəəssüf ki, ötən ilki ümidlərim bu il alt-üst oldu. Yenə rayonun işğal tarixindən söz açıram.

Beləliklə, 1993-cü il avqustun 31-də rus-erməni hərbi birləşmələri Qubadlı rayonunu işğal etdilər. Artıq 18 ildir qubadlılar vətən həsrəti ilə yaşayırlar. Daha doğrusu məcburən həyat sürürlər. Qubadlı Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda, Ermənistanın Gorus Kafan rayonları ilə sərhəddə yerləşirdi. 802 kvadrat kilometr sahəsi, 93 kəndi, 13,2 min hektar yamyaşıl meşə sahələri, Bərgüşad, Həkəri, Ağa çayı kimi çayları olan Qubadlının 28 min əhalisi əsasən Sumqayıt şəhərində 42 yaşayış məntəqəsində məskunlaşıb. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvari qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir.

Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub. Onlardan 12 nəfəri Milli Qəhrəmandır.

…Qubadlının işğalından 20 gün əvvəl rayona getmişdim. Xüsusi olaraq qeyd edim ki, rayonun Ermənistanla sərhədlərində döyüşlər getsə də, əhalinin yerlərini tərk etməsindən söhbət belə gedə bilməzdi. Hər kəs öz gündəlik işi ilə məşğul olurdu. Boya-başa çatdığım Mahmudlu kəndini Ermənistanın Xınzırək rayonu ilə cəmi bir neçə kənd ayırırdı. Ermənilər Qubadlı rayonunubir neçə kəndini, o cümlədən Mahmudlu kəndini daim atəşə tuturdular. Olurdu ki, bir neçə saat qrad qurğularından kəndin yuxarı hissəsi atəşə məruz qalırdı. Sakinlər həmin vaxt təhlükəsiz yerlərdə gizlənsələr də, onların üzündə qorxu hissi yox idi. Mən bunu tam məsuliyyətlə deyirəm. Kənddə qaldığım müddətdə bir neçə dəfə ermənilərin həmlələrinin şahidi olmuşdum. Qrad qurğularından atılan mərmilər kəndin yuxarı hissəsinə atılsa da, dağıntılar vermirdi. Ancaq bir dəfə atılan mərmilərdən biri kəndin yuxarı hissəsində olan evə düşdüev yanmağa başladı. Kənd camaatı yanan evi söndürmək üçün bütün fədakarlıqları göstərdilər. Yəni, qorxub-çəkinmədən evdəki əşyaların bir hissəsini yanğından xilas edə bildilər. Atəş səsləri kəsiləndə isə yenə də hər şey öz axarı ilə gedirdi. Mən o zaman kənd camaatının birliyini gördüm və içimdə sanki bir arxayınlıq yarandı. Və fikirləşdim ki, bu birlik bütün çətinlikləri dəf etməyə yetər…

Ancaq cəmi 20 gündən sonra Qubadlı rayonu işğal edildi. Əhali varından, dövlətindən, yerindən-yurdundan oldu. Başqa rayonları deyə bilmərəm, Qubadlı sakinlərinin əksəriyyəti evlərindən heç nə çıxarda bilməmişdilər. Yalnız ailələrini xilas etmək zorunda qalmışdılar. Elələri olmuşdu ki, erməni evinə od vurub yandırmasın, var-dövlətini talan etməsin deyə, özü evini yardırmışdı. Mal-qarasını isə qarşısına alaraq işğal təhlükəsindən uzaq rayonlara üz tutmuşdu. Və min bir əziyyətlə bəslədiyi mal-qaranı həmin rayonlarda dəyər-dəyməzinə satmışdı.

Yuxarıda göstərilən fakta rəğmən deyə bilərəm ki, Qubadlı rayonu işğal olunmamışdan təxminən bir həftə əvvəl oradakı ordu birləşmələri öz mövqelərini tərk etmiş, əhalini düşmənlə üz-üzə qoymuşdular. Təbii ki, əhali də bütün olanları bildiyi üçün bir fürsətə bənd imiş kimi rayonu tərk etmişdilər. Rayon işğal olunandan təxminən 10 gün sonra Bərgüşad çayı istiqamətində Zəngilan rayonuna yaxın kəndlərin sakinləri öz evlərinə qayıdaraq ev avadanlıqları götürmüşlər. Bu isə əsas verir deyək ki, qubadlılar da xocalıların aqibətini yaşamamaq üçün önləyici tədbirə əl atıblar. Ancaq onu da xüsusi olaraq vurğulamalıyam ki, ermənilər Həkəri çayı istiqamətində bir çox kəndələrə qrad qurğuları ataraq yandırmış və əhalinin həmin kəndləri tərk etməsini sürətləndirmişdilər.

Bütün hallarda torpaqlarımız erməni işğalı altındadır və yağı düşmən ormanlarımızda atını elədən-eləyə, belədən-beləyə səyridir. Biz isə hələ də güman edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sülh yoluyla torpaqlarımızın geri qaytarılmasına nail olacaq

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2013.- 29 avqust.- S.8.