Aşıq Şəmşirə həsr olunmuş tədbir

 

AMEA-da beynəlxalq elmi konfrans keçirilib

Dekabrın 5-də AMEA-nın əsas binasında Folklor İnstitutu «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş «Aşıq sənətinin tarixi inkişaf yolları Aşıq Şəmşir mərhələsi» mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Öncə Aşıq Şəmşirin həyat yaradıcılığını əks etdirən video çarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya (Dağıstan) Qırğızıstandan qabaqcıl elm tədris müəssisələrini təmsil edən nümayəndələr iştirak edib.

Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) açıb, iştirakçıları salamlayaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd 120 illik yubileyi münasibətilə böyük sənətkarı bir daha yad etmək, onun yaradıcılığının işığında aşıq sənətimizin dünəninə, bugününə, bəlkə müəyyən mənada problemlərinə baxmaqdır: «İbn Haldunun fikridir, deyir, keçmişlə bu gün o qədər bir-birinə bənzəyir, necə ki, sular bir-birinə bənzəyir. Aşıq Şəmşiri müəyyən mənada Xəstə Qasıma, Aşıq Ələsgərə, digər klassik aşıqlara bənzətmək olar. Aşıq Şəmşir dərin köklərlə, qırılmaz tellərlə özündən əvvəlki klassik aşıq sənətinə bağlıdır özündən sonrakı nəslə bir mənəvi körpüdür. O, 70-dən çox saz havasını məharətlə ifa edib, lentə yazdırıb. Aşıq Şəmşir 500-dən çox şeir yazıb, 20-yə yaxın dastanı məclislərdə canlı şəkildə söyləyib, xalq arasında dastan ifaçılığının böyük zirvəsini kəşf edib. Nəhayət, aşıq sənətinin vacib elementlərindən biri olaraq 30-dan şox şagird yetişdirib. Aşıq Şəmşirin şeirləri , ifa etdiyi saz da, şagird yetişdirməsi bir məcradadastan ətrafında birləşib. Faktdır ki, bizim aşıq sənəti qonşu xalqların musiqisinə, mədəniyyətinə məhz dastan vasitəsilə təsir göstərib. Beləliklə, Aşıq Şəmşir bizi çox mətləblərdən hali edir».

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq musiqişünas alimləri üçün maraqlı dəyərli tədqiqat obyektidir. O, Aşıq Şəmşirlə Səməd Vurğunun məşhur deyişməsini «böyük ədəbi hadisə» adlandırıb: «Bu, nadir deyişmədir, özündə dastan elementlərini birləşdirir». Eləcə o, Dədə Ələsgərdən sonra Aşıq Şəmşirin dədəlik statusu qazanmasının təsadüfi olmadığını bildirib.

Sonra çıxış edən AMEA Humanitar İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan xalqının folklorda yaşayan tarixinə tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində nəzər salınması baxımından konfransın dəyərini vurğulayıb: «Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş konfrans bizi qədim mədəniyyətlərə aparmaya bilməz. Belədə dünya mədəniyyətinin ümumi ahənginə qovuşmuş oluruq».

Abant İzzət Baysal Universitetinin (Türkiyə) professoru Əli Yaman Türkiyədə və Azərbaycanda dədəlik anlayışının tarixi köklərinə diqqət çəkib, çağdaş dövrdəki fərqləri aydınlaşdırıb. Bildirib ki, Türkiyədə artıq dədə anlayışı ozanlıqdan çıxıb, dini müstəvidə anlaşılır, Azərbaycanda isə aşıq sənətində yaşadılır. Qırğızıstan Texniki Universitetinin fəlsəfə və sosial elmlər kafedrasının professoru, manasçı Talantaalı Bakçiyev xalqlarımızı birləşdirən mənəvi tellərin qorunması gərəkliyindən danışıb. Onun məşhur «Manas» dastanından bir parça ifası iştirakçıların ciddi marağına səbəb olub, alqışlarla qarşılanıb.

Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi, filologiya elmləri namizədi Ruqaniyat Musayeva, şair Məmməd Aslan, professor Şirindil Alışanlı çıxış edərək aşıq sənətinin dünəni və bugünü ilə bağlı, eyni zamanda Aşıq Şəmşir yaradıcılığının məxsusi cəhətləri ilə ilgili

mülahizələrini iştirakçıların diqqətinə çatdırıblar.

Sonda çıxış edən şair-publisist, ictimai xadim, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Aşıq Şəmşir irsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, bu möhtəşəm konfransı keçirən Folklor İnstitutuna minnətdarlığını bildirib.

Tədbirdə qumuq aqaç-kumuzçusu (Dağıstan), Savə (İran) cökürçüsünün ifaları da maraqla dinlənilib. Konfrans öz işini «Qurbani», «Dadaloğlu», «Manas», «Aşıq Ələsgər» toplantıları ilə davam etdirib, həmin toplantı-yığıncaqlarda 30-dan artıq elmi məruzə dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 7 dekabr.- S.15.