Həkim, partizandöyüşçü ….

 

«Deduşka»nın şuşalı qəhrəman qızı

«Əziz anam. Volokolamskdan yazıram. Bura Moskvadan iki saat uzaqlıqdadır. Böyük ehtimalla burda da qalacağam. İndi biz çay yaxınlığında meşədə düşərgədə qalırıq. Çadırlarda yaşayırıq, yorucu yoldan sonra istirahət edirik».

Bu Böyük Vətən müharibəsi illərində azərbaycanlı partizanlardan birinin anasına yazdığı məktubdur, Azərbaycan qızı Aliyə Rüstəmbəyova tərəfindənAliyə imkan olduqca evdə nigaran olmasınlar deyə məktub yazırdı. İlk belə məktubu anasına 1941-ci ilin iyunun 15-də yazmışdı.

Bu şuşalı gözəli «Deduşka» partizan hərəkatında «partizan həkimi» kimi tanıyırdılar. 1943-cü il martın 7-də «Bakinskiy raboçi» qəzetində Aliyənin cəsurluğu barədə yazılmışdı: «Düşmənin işğal etdiyi, ancaq ona tabe olmaq istəməyən meşədə faşist işğalçıları ilə Azərbaycan xalqının şanlı qızı partizan Aliyə döyüşüb. O, döyüş dostları ilə partizan həyatının sərt məhrumiyyətləri təhlükələrini bölüşürdü. hitlerçilərdən dinc əhaliyə törətdikləri qanlı vəhşiliklərə görə intiqam alırdı».

Aliyə 1907-ci ildə Azərbaycanın əsrarəngiz, indi isə girov şəhəri Şuşada anadan olub. Atası Fətulla Rüstəmbəyov mühəndis-texnoloq kimi neft sənayesinin yenidən qurulmasının təşkilatçılarından biri olub. Bir müddət sonra valideynləri ilə Bakıya köçən qız orta təhsilini paytaxtın 3 saylı orta məktəbində alır. İllər keçdikdə həkim olmaq arzusu da reallaşdı. Azərbaycan Tibb İnstitutuna qəbul olsa da, tezliklə Birinci Leninqrad Tibb İnstitutuna köçürülür buranı 1935-ci ildə birinci dərəcəli diplomla bitirir. Daha sonra üç il Özbəkistanda «Çirkikstroy»da xəstəxanalardan birində həkim işləyir. 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya çağırılır burada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışır, elmi tədqiqatlar aparır.

Aliyənin müharibə həyatı 1939-cu ildə başlayır. Həmin vaxt Sovet İttifaqı ilə Finlandiya arasında müharibə gedirdi. Onu da həkim kimi cəbhəyə, Kareliya bərzəxində gedən döyüşlərə göndərirlər. Sovet-fin müharibəsi 1940-cı ilin martında başa çatır Aliyə Rüstəmbəyova Moskvaya qayıdır. 1941-ci ilin 22 iyununda Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlayanda Aliyə yenidən cəbhəyə gedir, Volokolomsk şəhərində yerləşən Qırmızı Ordu hissələrindən birinin tibb-sanitar batalyonuna hərbi həkim təyin olunur. Əvvəlcə Moskva ətrafında, sonra Smolensk-Bryansk cəbhə xəttində tibb-sanitar batalyonunda çalırşır.

Döyüşlər getdikcə şiddətlənirdi, hitlerçilər 1941-ci ilin oktyabrında Smolenşinanı zəbt edirlər. Aliyə həkim kimi Smolensk meşələrində 6 ay mübarizə aparan sovet əsgərlərinin qayğılarına qalır, yaralılara ilk tibbi yardım göstərir.

1941-ci ilin dekabrında ağır döyüşlərin birində Aliyə yaralanır əsir düşür. Almanlar Aliyənin həkim olduğunu bilir ondan bir həkim kimi istifadə etmək istəyirlər. O, əsirlikdən qaçmaq partizanlara qoşulmaq istəyirdi. Bunun üçün vaxt imkan qazanmaq üçün almanların təklifi ilə razılaşır. 1942-ci ilin fevralında bir qrup əsir döyüşçü ilə əsirlikdən qaçır Smolensk meşələrində «Deduşka» adlı partizan dəstəsində həkim kimi çalışır. Yerli əhalinin dəstəyi partizanların mübarizəsi sayəsində 1942-ci ilin fevral-mart aylarında Doroqobuj rayonu faşist qüvvələri tərəfindən azad edilir. Aliyənin bacarıq qabiliyyətini nəzərə alaraq, tibb sanitar batalyonunun rəhbəri təyin edilir.

1942-ci ilin iyununda almanlar öz hərbi hissələrin birləşdirərək tank, minomyot vertalyotlarla «Deduşka» partizan dəstəsinin gizləndiyi meşəyə hücuma keçirlər. Göydən meşə üzərinə yağdırılan bombalar ağır şəraitdə vuruşan partizanların vəziyyətini daha da çətinləşdirir. Ağır döyüşlərdə Aliyə yaralı əsgərlərə ilk yardım göstərir, bacardığı qədər onların həyatda qalmasına çalışırdı. «Deduşka»nın digər parizan dəstələri ilə əlaqələri kəsilir düşmənə ciddi müqavimət göstərən partizanlar ciddi itki verirlər. Deyilənə görə bu döyüşlərdən birində Aliyə həyatını itirir. Partizan dəstə batalyonunun keçmiş komissarı Vasiliy Davudoviç Svyatçenkov memuarında 1942-ci il iyunun 3-da baş vermiş qanlı döyüşlər bu döyüşlərdə partizanların itkilərindən ətraflı bəhs edir: «Bu gecə digərlərindən fərqli olaraq, meşə boyu artilleriya atəşi açırdılar. Havadan bomba yağdırırdılar. Hava açılanda bombalanma dayandı, snaryadlardan biri bir partizanın olduğu ağcaqayın ağacının altında partladı, üç nəfər öldü, dörd nəfər yaralandı». İlk vaxtlarda elə hesab edilirdi ki, bu döyüşdə həyatını itirənlər arasında Aliyə olub. Ancaq uzun müddət onun ölümü müəmma olaraq qaldı.

Müharibədən illər keçəndən sonra məlum oldu ki, şuşalı qızı Aliyə almanlar tərəfindən əsir götürülüb. Arxivlərdə qeyd olunan məlumatda bildirilir ki, Smolenskdə partizan dəstələrindən birində döyüşən Azərbaycanın şanlı qızı, hərbi həkim Aliyə ağır yaralanaraq faşistlərin əlinə keçir. Sorğu-sual zamanı Hitlerçi zabitin «sən azərbaycanlı bir qız, doğma evindən uzaq bu yad yerlərdə neyləyirsən?» sualına cavab verir ki, «bu yerlər hamımıza doğmadır, buralar ancaq işğalçılar və faşistlər üçün yad ola bilər».

Aliyə Rüstəmbəyovanın partizan fəaliyyəti barədə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda xeyli material var. Həmin materiallar arasında Pavlov adına Leninqrad Tibb İnstitutunun Pronedevtika-Terapevtika Klinikasının direktoru, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrdə Leninqrad şəhərinin baş terapevti işləmiş M.Tuşinskinin Həriman Hərimanov adına Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Məhbubə Mahmudbəyovaya (Aliyənin xalası) göndərdiyi beş məktubu var. 14 iyun 1942-ci ildə göndərilmiş məktubda yazılıb: «Aliyədən xəbər yoxdur. Ecazkar, mehriban Aliyə fikrimdən çıxmır». İkinci məktubda yazılır: «Aliyədən heç bir xəbər yoxdur. Məlumat bürosunun xəbərlərində oxudum ki, almanlar Smolensk vilayətində bir neçə kəndi büsbütün dağıtmışlar, dəhşətə gəldim». Üçüncü məktubda belə bir qeyd var: «»Pravda» qəzetində Azərbaycan haqqında məqlə vardı. Orada Smolenskdə işləyən «R» soyadlı azərbaycanlı barədə yazı yazılmışdı. Ola bilsin ki, bu bizim Aliyədir».

Dördüncü məktubda «Bizə, Leninqrada Moskvanın baş terapevti gəlmişdi. Onun sözlərinə görə, gəlişindən iki həftə qabaq Aliyədən məktub alıb. Aliyə SmolenskBryansk meşələrində partizan dəstəsinin tibb-sanitar batalyonunun rəisi işləyir. Sağ-salamatdır. Mümkün olsaydı, onu Moskvaya çağırardım. Biz mütəmadi olaraq belə şəraitdə yerləşən həkimlərimizi dəyişirik» — deyilirdi. 1943-cü ilin mayında yazılan məktub həkimin tam ümidsizliyə qapıldığını göstərir: «Aliyədən heç bir xəbər yoxdur. Onun salamat qalmasına, demək olar ki, ümidim qalmayıb. Mən moskvalı dostlarımdan Aliyə barədə öyrənməyi xahiş etmişəm. Hələ ki, heç bir xəbər yoxdur».

Smolensk partiya arxivindəki sənəddə bildirilir: «Aliyə Rüstəmbəyova — ehtiyatda olan həkim, bitərəf, 1941-ci il iyulun 23-də səfərbərliyə alınıb. 1942-ci il fevralın əvvəllərində «Deduşka»nın partizan birləşməsində olub. Droqobujskda yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyib. 1942-ci ilin iyununda həlak olub». Bütün rəsmi sənədlərdə onun döyüşdə həlak olduğu qeyd edilsə də Azərbaycanın bu partizan qızının əsirlikdə sonrakı taleyi naməlum olaraq qalır. Qeyd edək ki, Aliyə Rüstəmbəyova haqqında şairə Mirvarid Dilbazi «Partizan Aliyə» poemasını yazıb, heykəltəraş Aslan Rüstəmov isə onun büst-portretini hazırlayıb.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.-7 dekabr.- S.14.