Azərbaycanda turistləri cəlb edəcək
tarixi məkanlar
Tarixi abidələrin restavrasiyasına
ehtiyac var
Bir sıra ölkələrdə
tarixi tikililəri özəl sektora verirlər
Turist müəyyən
planlaşdırılmış əraziyə təkcə
seyr-tamaşa, yaxud boş vaxtını əyləncələrlə keçirmək
üçün gəlmir. Hər bir
turist öz fərdi maraqlarından asılı olaraq gəzdiyi yerlərin tarixini, mədəniyyətini,
milli xüsusiyyətlərini,
adət və ənənələrini, yerli
maraqlı cəhətləri
öyrənməyə can atır.
Bu cəhd onun
dünyagörüşünü, mənəviyyatını, estetik
duyumunu zənginləşdirir.
O, uzun müddət gəzdiyi yerlərin yadda qalan təəssüratlarından
həzz almaq istəyir. Məhz təşkilatçı turizm işini təşkil edərkən
və onu planlaşdırarkən bu
vacib amilləri nəzərdən qaçırmamalıdır.
Turistlərin xalqın mədəni
irsinə olan marağı tarix və mədəniyyət
abidələrinin qorunub
mühafizə olunması
məsələsini daha
da aktuallaşdırı.
Turizm mərkəzləri tarix və mədəniyyət
abidələrinin əhəmiyyətini,
həm də kommersiya maraqlarına uyğun olaraq qiymətləndirməyə və
onların mühafizə
olunası imkanlarını
genişləndirməyə məhkumdurlar. Məsələn, möhtəşəm qalaların,
məbədlərin, körpülərin
dağıdılıb məhv
edilməsi ərazinin
mədəni əhəmiyyətini
itirər, turistlərin
maraq dairələrini
nəzərə çarpacaq
dərəcədə məhdudlaşdıra
bilər.
Bakı və Abşeron yarımadası daha çox qədim qalaları, tarixi abidələri ilə diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən
turizm obyektlərinin əksəriyyəti də
bu ərazidə yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən verilən
məlumata görə,
Bakı-Abşeron ərazisində
98 mehmanxana və mehmanxana tipli obyekt nazirliyin lisenziyası əsasında
fəaliyyət göstərir.
Naxçıvanın coğrafi mövqeyi,
özünəməxsus iqlimi,
fauna və florası,
tarix-mədəniyyət abidələri
turizmin inkişafı
üçün əlverişli
stimul yaradır.
Təkcə tarixi abidələrinin
sayı 1165-dür.
Qeyd edək
ki, ildə təxminən 82 milyon turist qəbul edən Fransa bu sahə üzrə
dünyada liderlik edir. Bu müəvəffəqiyyət
onun təbiətinin rəngarəngliyi və gözəlliyi, kəndlərinin
özünəməxsus təkrarolunmazlığı,
həmçinin mədəni
irsinin, muzeylərin, tarixi abidələrin zənginliyi ilə izah olunur. Rəsmi statistik məlumatlara görə, ötən il Fransaya 81,4 milyon
turist baş çəkib. Fransaya gedən hər
bir turist mütləq Eyfel qülləsinə çıxmağı,
Luvr mezeyində olmağı özünə
borc bilir.
Azərbaycanda mədəni, tarixi turizm çox zəifdir. Ölkədə dövlət tərəfindən
qorunan 6308 tarix və mədəniyyət
abidəsinin 65-i dünya,
2034-ü ölkə, qalanları
isə yerli əhəmiyyətlidir. ÜUNESKO-nun
Dünya İrs siyahısına Azərbaycandan
İçərişəhər, Şirvanşahlar sarayı
və Qız Qalası salınıb.
İçərişəhər Tarix-Memarlıq Qoruğunun
ərazisindəki 10 dünya,
27 ölkə əhəmiyyətli
abidə maraqlı turizm obyektləridir.
«Sasrian Travel» şirkətinin
daxili turizm şöbəsinin müdiri
Fuad Rəsulov deyir ki, Bakıya
gələn turistlərin
böyük hissəsi
Suraxanıdakı Atəşgaha,
həmçinin Qobustana
gedirlər. Onun sözlərinə görə,
ölkəmizə gələn
turistlər əsasən
tarixi-mədəni abidələri
ziyarət etməyə
meyillidirlər: «Şəki
şəhərindəki qədim
Kiş məbədinə,
Qax rayonundakı Hamam pirinə mütəmadi gəzintilərimiz
olur. Həmçinin Quba rayonunun
Xınalıq kəndinə
və İsmayıllı
rayonunun Lahıc qəsəbəsinə təşkil
etdiyimiz etnoqrafiq turlar da turistlərin
çox xoşuna gəlir». Fuad Rəsulov turistlərin
marağını cəlb
etməsi baxımından
Şəki şəhərinin
bir çox cəhətlərdən üstünlüklərinin
olduğunu vurğuladı.
Ekspertin fikrincə, turizm sektorunun inkişafında mühüm
rol oynayan bir çox tarixi abidələrin restavrasiyasına ehtiyac var: «Məsələn, vaxtilə Albaniya dövlətinin paytaxtı
olmuş qədim şəhərin hazırda
bir hissəsi uçub-dağılıb, bir
qismi isə torpağın altında qalıb. Qəbələ
şəhərinin hazırkı
turizm imkanlarını
nəzərə alsaq,
onun beş
addımlığında yerləşən
bu qədim tarixi məkanın acı görüntüsü,
sadəcə, təəssüf
doğurur».
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya
və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli mətbuata açıqlamasında deyib
ki, Azərbaycanda qeydə alınan 6000-dən
çox tarixi abidələrdən əlavə
son illər yüzlərlə
yeni abidə aşkar edilib. Bu sahədə Yaponiya və Koreya arxeoloqları ilə əməkdaşlıq edilir.
Ekspertlərin bildirdiyinə görə,
turizmin inkişafında
tarixi abidələrin
rolunu nəzərə
alaraq artıq bir sıra ölkələr
ərazilərində yerləşən
tarixi tikililəri özəl sektorun sərəncamına verməyə
başlayıb. Məsələn, İtaliya bu
istiqamətdə ilk addımlarını
atır. Lakin bu zaman tarixi
obyekti alan
özəl şirkət
qarşısında bir
şərt də qoyulur. O da ondan
ibarətdir ki, həmin obyektlər ancaq turizm məqsədilə
istifadə edilsin. İtaliya çoxsaylı qədim tarixi abidələrlə zəngin bir ölkədir. Burada az qala hər qarışda bir tarixi obyektlə
rastlaşmaq mümkündür.
Bu mənada İtaliya
da turistlərin geniş şəkildə
səfər etdikləri
ölkələr sırasında
aparıcı yerlərdən
birini tutur. Həmin əsasda da İtaliya turizmdən geniş gəlir əldə edir. Azərbaycan da turistləri cəlb edəcək tarixi məkanlar çoxdur. Lakin hazırda həmin
obyektlər dövlətin
nəzarəti altındadır.
Deməli, bu tip obyektlərin
saxlanılması xərcləri
də dövlətin üzərinə düşür.
Tarixi abidələrdə restavrasiyaların,
təmir işlərinin
ləng getməsini nəzərə alaraq İtaliya təcrübəsini
təkrarlamaq pis olmazdı. Belədə ölkənin xaricdə
təbliğatı da
parlaq şəkildə
həyata keçirilmiş
olardı.
Azərbaycan Turizm Universitetinin
prorektoru Eldar Aslanov Azərbaycanda sözügedən istiqamətdə
addım atmağın
hələ tez olduğunu düşünür:
«Tarixi tikili və obyektlərin özəl sektorun sərəncamına verilməsi
əlbəttə ki, mütərəqqi yanaşmadır.
Amma nəzərə almalıyıq
ki, Azərbaycandakı
tarixi obyektlərin hazırkı vəziyyəti,
onların bütün
hallarda özəl sektora verilməsi tarixi əhəmiyyətin
qorunması baxımından
o qədər də düzgün deyil. Həmin tarixi tikililər öncə yetərincə
restavrasiya olunmalı,
tarixi baxımdan qorunma altına alınmalıdır. Həmçinin
insanlarda, xüsusən
də özəl sektorda çalışanlar
arasında tarixi obyektlərə milli-mədəni
irs kimi
yanaşma istiqamətində
şüur formalaşmalıdır.
Yəni tarixi dəyərlərimiz
qorunmaqla onların özəl sektor vasitəsilə turizm-kommersiya
məqsədləri üçün
istifadə edilməsinin
mümkünlüyü nəzərdən
keçirilə bilər.
Ölkə hələ bu
mərhələyə gəlib
çatmayıb. Amma zaman
keçdikcə, xüsusən
da tarixi obyektlərin bərpası
və qorunması prosesi gücləndikcə,
onun özəl sektora verilməsi istiqamətində də addımlar atıla bilər».
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev qaldırılan məslənin
maraqlı təcrübə
olduğunu söylədi:
«Bir sıra ölkələrdə tarixi
tikili və obyektləri həqiqətən
də bəzi şərtlərə əməl
edilməsi fonunda özəl sektorun sərəncamına verirlər.
Azərbaycanda isə indilikdə
tarixi obyektləri daha çox sökməyə üstünlük
verirlər, nəinki həmin tikililərin hansısa formada rekonstruksiya olunmasına.
Belə bir məsələnin gündəmə gəlməsi
təbii ki, maraqlı təcrübədir.
Ona görə ki, qədim tarixi binaların bərpa edilməsi kifayət qədər xərc tələb edir. Bu isə dövlət
büdcəsinə külli
miqdarda vəsait hesabına başa gəlmək deməkdir.
Digər
tərəfdən investisiyalar
cəlb etmək yolu ilə tarixi
abidələrimizin özəl
şəxslərə verilməsilə
burada turizm xidməti obyektlərinin açılmasını da
təmin etmək olar. Bu yolla
həmin tikililərin
rekonstruksiyası məsələsində
dövlətin işi
də xeyli dərəcədə yüngülləşər.
Bu zaman diqqətdə
saxlanılmalı məsələdən
biri də həmin tarixi binaların təyinatı
məsələsidir. Həmin binalar muzey kimi
istifadə olunduğu
təqdirdə təbii
ki, onun özəl məqsədlər
naminə istifadə edilməsinə verilməsi
ümumiyyətlə yolverilməzdir.
Sadəcə olaraq qədim arxitektura obyektlərinin özəl
şəxslərə verilməsilə
onun rekonstruksiya edilməsi maraq doğuran məsələ
ola bilər».
Turizm üzrə ekspert Elxan Mikayılov da hazırkı dönəmdə belə bir addımın ölkəmizdə təkrarlanmasını məqbul bilmədi: «Tarixi abidələrin özəl sektora verilməsi istiqamətində addım atan ölkələr bunu iki əsasa uyğun olaraq atıblar. Belə bir addımın atılması iqtisadi və sosial əsasdan yarana bilər. Bir çox ölkələr sosial problemlərdən dolayı bu istiqamətə gedir ki, dövlətin həmin obyektlərin saxlanılması üçün xərcləri də azalsın. Həmçinin daha çox turizm cəlb etmək gücündə olduğu halda proses özəl sektora həvalə edilir. Hazırda bir sıra Avropa ölkələrini iqtisadi böhran bürüyüb. Ona görə də bu ölkələrdə dövlətin xərclərini azaltmaq kursu götürülür. Bu səbəbdən də tarixi obyektlərin saxlanılması özəl sektorun sərəncamına verilir. Amma iqtisadi cəhətdən böhrandan yan qaçan ölkələrdə həmin addım geniş yayılmış praktika deyil. Gələcəkdə ola bilər ki, Azərbaycanda da həmin istiqamətdə addım atılsın. Lakin bunun bütün hallarda iqtisadi əsası olmalıdır. Tarixi obyektlərin dövlərin sərəncamında olmasının faydaları və yaxud özəl sektora verilərkən nə kimi əlavə fayda gətirəcəyi bütün aspektlər üzrə əsaslandırılmalıdır. Ona görə də düşünürəm ki, sözügedən addım indiki halda ölkəmizdə məqsədəuyğun sayıla bilməz».
İqtisadçı-ekspert Əli Əlirzayev vurğulayır ki, Azərbaycan dünyanın qədim dövlətlərindən biri olduğu üçün ölkəmizin hər yerində, hətta kəndlərdə də tarixi abidələr var. Əksər turistlər isə tarixi abidələri görməyi, onların şəkillərini çəkməyi arzulayırlar: «Bu amil tarixi abidələr olan kəndlərdə turizmin inkişafı üçün əsas götürülə bilər. Ona görə də bu cür abidələrlə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir».
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 12 dekabr.-
S.15.