Çövkən bizim
xalqımıza məxsusdur
«Çövkən idman oyunu heç kimin maraqlarına toxuna bilməz»
Son günlər Azərbaycanın
növbəti uğuru
olan «Çövkən
— Azərbaycan Respublikasının
qədim Qarabağ atüstü oyunu»
UNESCO-nun Təcili Qorunmaya
Ehtiyacı Olan Qeyri-Maddi
Mədəni İrs Siyahısına salınması
barədə bəziləri
tərəfindən mübahisəli
fikirlər səsləndirilir. Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov APA-ya açıqlamasında mübahisəli
fikirlərə aydınlıq
gətirib və «Çövkən» sözünün
etimologiyası haqqında
fikir bildirib.
Onun sözlərinə görə,
müasir Azərbaycan
dilində «çövkən»
termini «çovqan» kimi
də səslənir və «Azərbaycan dilinin izahlı lüğət»lərində bu
sözün mənası
«at üstündə ucu
əyri çomaqla
top-top oyunu» kimi təsvir edilir. «Çövkən» sözünün
türk mənşəli
olmasını, onun etimologiyasını qədim
türk lüğətləri
təsdiqləyir: «Çögən
= çoğan, çokən»
və «çomak» sözlərinin kökündə
duran «çög = çoğ = çok» və «çom» ifadələri müvafiq olaraq «çökmək»
(dibə çökmək,
diz çökmək)
və «dalmaq» mənasında qədim türk dilində işlənib. «Çom»
— köklü sıraya
«çömçə» (nəyisə
dartıb götürmək
üçün alət)
və ya çömbəlmək (dizləri
yığaraq əyilmiş
formada oturmaq) sözləri də aiddir. «Çog=Çoğ=Çok» və «Çom» qohum köklər olaraq ortaq mənada
«enmək», «düşmək»,
«əyilmək», «dartıb
götürmək» və
s. deməkdir. Həqiqətən, at üstündə əyilmədən,
topu dartıb özünə sarı çəkmədən onu
vurmaq da mümkün deyil. Deyilənlər «çovqan
= çovkən = çoğan
= çogən» sözünü
bilavasitə türk etimologiyası ilə bağlatdırır. Heç də
təsadüfi deyil ki, bu gün
də Azərbaycanın
qərb zonasında Çovqan oyunu «Çomax» adı ilə də tanınır. «Çövkən» oyunu müəyyən mənada
döyüşdə tələb
olunan keyfiyyətlərin
məşqi idi və bu təlimin
vacibliyi hökmdarlar tərəfindən çox
yüksək qiymətləndirilirdi.
Təbii
ki, «çövkən»
sözünün və
oyununun türk mənşəli olması
türklər yaşayan
arealda böyük izlər buraxaraq digər xalqlar tərəfindən mənimsənilib
və geniş yayılıb».
Agentliyin
direktoru qeyd edib ki, Çövkən
qədim türkcə
«Çogən, Çoğan
= Çokən» oyununun
adı ucu əyri «Çomaq=çomax» (ağac, daynaq, oyun aləti
müasir mənada) bağlanmaqla yanaşı
hərbi əlvurma alət mənasını
da özündə cəmləşdirir. Onun sözlərinə görə,
bu da həmin
oyunun döyüş
təlimləri xüsusiyyətini
açıqlayır: «Xüsusilə
qeyd etmək istərdim ki, Azərbaycanın Çövkən
adlı idman oyunu heç bir xalqın, ölkənin, hansılarda
ki, bu oyun
yayılıb, maraqlarına
toxuna bilməz. Çünki bu oyunu biz UNESCO-nun təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs
siyahısına salmışıq,
özü də «Azərbaycanda qədim Qarabağ atüstü oyunu» kimi. Məqsədimiz məşhur Qarabağ atları cinsini yaşatmaq, Cıdır və digər düzlərində onları
qoruyub saxlamaq və ənənəvi, qədim idman oyunumuzu gələcək nəsillərə ötürməkdir.
Bizdə
yaranan təhlükə
ilə rastlaşmayan bu oyunun yayıldığı
hər bir ölkə öz növbəsində onu
UNESCO-nun Reprezentativ Siyahısına
salmaq üçün
müraciət edə
bilər».
Xalq Cəbhəsi.- 2013.- 13 dekabr.- S.16.