Bələdiyyələrin hüquqi idarəetmə prinsipləri

 

Lyudmila Xəlilova: «İnkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır»

Xalq hakimiyyətinin yaradılması, onun sərbəst müstəqil öz müqqəddəratını həll etmək öz idarəetmə formasını müəyyən etmək, suverenliyi təmin edən xalqın ən əsas hüquqlarından biridir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum ümumi, bərabər birbaşa seçki hüququ əsasında sərbəst, gizli şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir. Konstitusiyamızın 55-ci 56-cı maddələrinə əsasən insanlara dövlətin idarə olunmasında seçkilərdə iştirak etməkseçmək seçilmək hüququ verilib.

Qeyd olunan digər hüquqların təminatı məqsədi ilə dövlət ictimai idarəçiliyin demokratik əsaslarla qurulmasını zəruri hesab edərək, yerli demokratiyanın quruculuğunda öz prioritetlərini nümayiş etdirərək 1999-cu ildə ilk bələdiyyə seçkiləri həyata keçirdi. Bununla Konstitusiyamızın 4-cü maddəsində öz əksini tapmış xalqı təmsil etmək hüququ təmin olundu. Burada yalnız xalq tərəfindən seçilən, yəni bələdiyyələrin səlahiyyətli nümayəndələri xalqı təmsil etmək, xalqın adından danışmaq xalqın adından müraciət etmək hüququ qazandılar.

Bakı şəhər Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq məsələləri Daimi Komissiyasının sədri «Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda» İctimai Birliyin sədri Lyudmila Xəlilova bildirib ki, 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri nəticəsində 26,5% qadınlar 20% çox gənclər bələdiyyələrdə təmsil olundular. Şübhəsiz ki, bu göstəricilər nailiyyətlər ölkəmizdə insan hüquq azadlıqlarının təminatı, sosial-iqtisadi inkişafın, gender hüquq bərəbərliyinin, əhalinin rifah halının yüksəlişi, vətəndaş cəmiyyətinin demokratik islahatlarının inkişafı sayəsində mümkün olub.

2 iyul 1999-cu ildə qəbul olunmuş «Bələdiyyələrin statusu haqqında» qanunun 3-cü maddəsinə əsasən vətəndaşlarımızın yerli özünüidarəni həyata keçirtmək hüququ var. Burada bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, müstəqil fikir söyləmək, təkliflər vermək müraciət etmək hüququ, iclaslarda iştirak etmək, xidmətlərin bərəbər səviyyədə göstərilməsi, məlumat almaq hüququ, habelə ictimai məsələlər üzrə sorğunun keçirilməsi kimi səciyyəvi hüquqlar əks olunub.

«Bələdiyyələrin statusu haqqında» qanunun 3-cü maddəsinin 6-cı bəndində isə bildirilir ki, bələdiyyələr insan vətəndaş hüquqlarına azadlıqlarına bilavasitə aid sənəd materiallarla hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə, seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar: «E-hökumət» «e-dövlət», «e-hakimiyyət» «e-idarəetmənin» qurulmasında əsas məqsəd bütün hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın, informasiya azadlığının təmin olunması, hakimiyyət orqanlarının idarəçilik fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, demokratiyanın inkişafı insan hüquqlarının təmin olunması, vətəndaşların fiziki imkanlarından asılı olmayaraq dövlətin idarə olunmasında yaxından iştirakı, on-line mühitdə əhaliyə xidmətlərin göstərilməsidir. «İnformasiya əldə etmək haqqında» qanun bələdiyyə -vətəndaş münasibətlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb edir, bu münasibətlər «Vahid pəncərə» prinsipi əsasında, yəni veb-saytların portalın yaradılmasının zəruriliyini önə çəkir, vətəndaşın həmin portala müraciət edərək istənilən məlumatı əldə etmək, mövcud elektron xidmətlərdən istifadə etmək yerli idarəetmə qurumları ilə interaktiv münasibətlər qurmaq imkanları yaradır».

L.Xəlilova qeyd edib ki, hazırda Azərbaycan bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. İnkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır. Bu mənada, bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol vətəndaş iştirakı hüququ əsasında təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri bələdiyyələrin statusu haqqında qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün nümunəvi əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli qanun həmin dövrdən qüvvədədir. Burada qeyd edilir ki, Məhəllə Komitələri «Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir».

Məhəllə Komitələrinin səlahiyyətləri çox genişdir:

- yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət qaldırmaq;

- yerli əhəmiyyətli məsələlərlə bağlı vətəndaşların yığıncaqlarını keçirmək;

- məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsində tədris müəsisələrinə kömək etmək;

- yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək həmin aktların layihələrini əhalinin iştirakı ilə açıq iclaslarda müzakirə etmək;

- müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy təkliflər vermək, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaıdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaq idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, digər obyektlərin tikintisi, yenidən qurulması, təmiri saxlanması işində əhalinin iştirakını təşkil etmək;

- təbiətin, tarix mədəniyyət abidələrinin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına kömək etmək;

- uşaq və gənclərin istirahəti, idmanla məşğul olması üçün şəraitin yaradılmasına kömək etmək;

- fəaliyyət göstərdiyi ərazidə yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım göstərmək;

- yerli əhəmiyyətli məsələlərin həllində əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına kömək etmək, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq bələdiyyənin nizamnaməsinə zidd olmayan digər səlahiyyətləri də həyata keçirə bilər. Əsasnamədən göründüyü kimi, Məhəllə Komitələri və burada təmsil olunan insanların fəaliyyəti üçün yetərli səlahiyyət verilib: «Xatırladım ki, rəhbərlik etdiyim Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindən 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Əhalinin yerli demokratiyanın quruculuğunda rolu — Məhəllə Komitələrinin inkişafı» layihəsi həyata keçirildi. Layihədə bələdiyyələrin institusional inkişafı, onların resurs potensialının artırılması və səmərəli, şəffaf idarəçilik prinsiplərinin müəyyən olunmasında məhz Məhəllə Komitələrinin vacıbliyi və rolu haqqında geniş maarifləndirmə tədbirləri həyata keçirildimovzuya dair 300 səhfəlik qanunvericiliklə və tövsiyələrlə zəngin «Vətəndaşların yerli demokratiya quruculuğunda rolu» adlı kitab dərc edildi, paylanıldı».

Azərbaycanda yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

Bələdiyyələr təşkil olunduqdan sonra ölkə qanunvericiliyinin onlar qarşısında qoyduğu bir sıra vəzifələri yerinə yetirmək məqsədi ilə Konstitusiyamızın 144-cü maddəsində göstərilən səlahiyyətlərdən irəli gələn bir sıra məsələləri həll edirlər: «Bələdiyyələrin insan hüquqlarının təminatında rolunu əks etdirən yerli ekoloji proqramlara nəzər salaq. Konstitusiyamızın 39-cu maddəsində qeyd olunduğu kimi, əsas insan hüquqları və azadlıqları kimi vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 78-ci maddəsində isə deyilir ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. «Bələdiyyələrin statusu haqqında» qanunun 6-cı maddəsinə görə, yerli ekoloji proqramların əsas məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayanya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın və torpağın hər cür çirklənmədən qorunması, birgə ekoloji tədbirlərin və layihələrin həyata keçirilməsi və s. daxildir.

Əhalinin yoxsulluğu əsas insan hüquqlarının təmin edilməsinə maneələr yaradan amillərdən biridir. İnsan Hüquqları Haqqında Universal Bəyannamə və digər beynəlxalq qanunlar yoxsulluqonun nəticələrinə müraciət etmək üçün iqtisadisosial hüquqları etiraf edir. Bu hüquqlara həyat standartının münasib səviyyəsi, ərzaq, yaşayış, təhsil, , sosial təminat üçün hüququsosial tərəqqinin faydalarını ədalətli şəkildə almaq da daxildir.

Azərbaycanda 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında bələdiyyələrin davamlı inkişafının təmin edilməsi də nəzərdə tutulub. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsinin təhlili göstərir ki, yoxsulluğun azaldılmasının fəaliyyət sahələrində müəyyən nailiyyətlər əldə olunub. Bu nailiyyətlər iqtisadisiyasi hüquqların və azadlıqların həyata keçirilməsində problemlərin həll olunması və ya minimuma endirilməsi bu proseslərdə əhalinin iştirakının genişlənməsi nəticəsində əldə edilib. Bu sahədə nailiyyətlərdən biri kimi bələdiyyələr formasında yerli özünüidarəetmənin inkişafını da göstərmək olar. Bələdiyyələrin fəaliyyətinin əsas istiqamətlərindən biri də insanların məşğuliyyətini artırmaq üçün şəraitin yaradılmasıdır. Bu gün bələdiyyələr yerli biznes üçün şərait yaratmalıdırlar. Azərbaycan bələdiyyələrinin müasir inkişaf dövründə demokratik yerli idarəçiliyin quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

 

Xalq Cəbhəsi.- 2013.- 18 oktyabr.- S.11.