«BAXCP sivil
bir cəmiyyət arzusundadır»
Söhrab
Abdullayev:»Konstruktivlik ideyasını
ilk olaraq partiyanın sədri Qüdrət Həsənquliyev cəmiyyətə
təqdim edib»
«Azərbaycanda fəaliyyət
göstərən siyasi
partiyalar ilkin olaraq həmin ideyanı qəbul etməsələr də,
zaman keçdi əksəriyyət partiyalar
ideyanın əhmiyyətini
anlayıb işlərini
bu istiqamətdə
qurdular»
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
baş katibi Söhrab Abdullayevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.
-Yola saldığımız
2013-cü il BAXCP-nin həyatında hansı əlamətdar hadisə ilə yadda qalıb?
-2013-cü
il partiyanın
həyatında əlamətdar
hadisələrlə yadda
qalacaq. Birincisi, BAXCP-nin üçüncü
qurultayını keçirdik.
2012-ci ildən başlayan qurultaya ciddi hazırlıqlar, nəhayət, 2013-cü ilin
iyununda uğurla başa çatdı.
Gecikmənin də başlıca
səbəbi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
bəzi əngəllərin
yaradılması, münasib
yerin vaxtında ayrılmaması idi.
Etiraf olunmalıdır ki, ən təmtaraqlı və sayca çox
olan partiya üzvlərinin, eləcə
də qonaqların qatıldığı qurultayda
Qüdrət Həsənquliyev
yekdilliklə yenidən
partiyanın sədri seçildi. Eyni zamanda,
qurultayda partiyanın sədrinin prezidentliyə namizədliyi irəli sürüldü. Qurultaydan dərhal
sonra prezident seçkilərinə hazırlıqlara
başladıq. Partiyanın üzvləri
bir komanda olaraq fəaliyyət göstərdilər. Həm Qüdrət
Həsənquliyevin səlahiyyətli
nümayəndələri, həm də 50 nəfərdən ibarət
vəkilləri BAXCP-nin
namizədinin təbliğatı
üçün əllərindən
gələni əsirgəmədilər.
Seçki marafonu zamanı
maarifləndirmə və
təbliğat-təşviqat işlərilə mümkün
qədər məşğul
olduq. Seçki Qərargahının rəhbəri kimi proseslərə nəzarət
etməklə yanaşı,
bütün tədbir-görüşlərdə
iştirak etdim. Bakı Şəhər İcra Hakimiyyətinin «İnşaatçılar»
metrosuna yaxın ayırdığı meydanda
iki dəfə olmaqla və insanların çoxluq təşkil etdiyi mitinq keçirdik. Təşkil etdiyimiz bütün tədbirlərdə,
İctimai Televiziya vasitəsilə canlı düzənlənən debatlarda
BAXCP sədri, prezidentliyə
namizəd Qüdrət
Həsnquliyev partiyanın
«Parlamentli respublika» şüarıyla seçkiyə
qatıldığına aydınlıq
gətirdi. Və əsas məqsədimizin
Azərbaycanın parlament
tipli respublikaya çevrilməsi olduğunu
bildirdi. Bilirsiniz ki,
hələ 2007-ci ildə
BAXCP Konstitusiyaya əlavə
və dəyişikliklərlə
bağlı qanun layihəsi hazırlayaraq həm Milli Məclisin, həm də siyasi partiyaların müzakirəsinə
təqdim etmişdi.
Həmin
qanun layihəsində
qeyd olunurdu ki, proporsional seçki sisteminə keçilməli, hökuməti
də seçkidə
qalib gəlmiş partiya formalaşdırmalıdır.
BAXCP-nin hazırladığı
bu qanun layihəsini demək olar ki, ölkədə
fəaliyyət göstərən
bütün partiyalar dəstəklədilər. Prezident seçkilərində də
bu məsələni bir daha gündəmə
gətirdik və əhəmiyyətini seçicilərə
izah etməyə çalışdıq. Əvvəldən də bilirdik ki, bizim bu
seçkilərdə uğur
qazanmaq və qalib gəlmək imkanlarımız yoxdur.
Ancaq partiyanın ümumi uğuru o ola bilərdi
ki, ölkənin siyasi həyatındakı
proseslərdə aktiv
iştirak edək və partiyanın mövcudluğunu cəmiyyətə
göstərək. Eyni zamanda,
öz ideyalarımızla
seçicilərin qarşısına
çıxaq və alternativ fikirlər söyləyək. Məncə bunu
bacara bildik və gələcəyə
yönəlik təcrübələr
qazandıq ki, növbəti seçkilərdə
nöqsanlarımızı aradan qaldıraraq seçki marafonlarına daha ciddi hazırlaşaq.
Qarşıdan bələdiyyə və 2015-ci ildə isə parlament seçkiləri gəlir.
Artıq
partiya olaraq hazırlıqlara başlamışıq.
-Bu ilin əvvəlindən nəhayət ki, Milli Məclisdə təmsil olunan partiyalar Dövlət büdcəsindən maliyyələşdi.
Sizin partiyaya ayrılan maliyyə nəzərdə tutulan işlərin həyata keçirilməsinə hansı
həddə köməklik
göstərir?
-Partiyaların Dövlət
büdcəsindən maliyələşməsi
çox düzgün
qərar oldu. Ancaq parlamentdə
təmsil olunan partiyalara ayrılan vəsait çox cüzi olduğundan, təşkilatın xərclərinin
bir qismini qarşılaya bilirik.
Biz bu vəsaiti
əsasən texniki məsələlərə və
partiya rəhbərliyinin
rayonlara ezamiyyətinə
xərcləyirik. Ayrılan vəsait
partiyaların təlabatını
ödəyən həddə
olarsa, o zaman güclü partiya formalaşar. Bizim hakimiyyətə
bu məsələ ilə bağlı müraciətimiz olub.
Ümid edirik ki, növbəti
ildə Dövlət büdcəsi qəbul olunan zaman partiyalara
fəaliyyətlərini yüksək
səviyyədə quracaq
miqdarda maliyyə ayrılacaq.
-Prezident seçkilərindən
sonra keçirilən
BAXCP Ali Məclisinin iclasında
çıxış edən
partiyanın sədri Qüdrət Həsənquliyev
bildirdi ki, parlament seçkilərinin
ilk məşqi gələn
il keçiriləcək
bələdiyyə seçkiləri
olacaq. Bu seçkilərdə
uğur qazanmaq üçün hansı işləri görməyi
planlaşdırırsınız?
-Partiyamızın sədri
Qüdrət Həsənquliyevin
BAXCP Ali Məclisinin sessiyasındakı
çıxışı partiyanın
üzvləri üçün
bir çağırış
oldu. 2014-cü ildə bələdiyyə
və 2015-ci ildə keçiriləcək parlament
seçkilərində görüləcək
işlərin tezislərini
çatdırdı. Hövbəti İdarə Heyətinin iclaslarında bu məsələlər müzakirə
olunacaq və müvafiq qərarlar veriləcək. BAXCP yaranandan
bu yana
seçkilərlə bağlı
təcrübəmiz onu
deməyə əsas verir ki, gələn
il keçiriləcək
bələdiyyə seçkilərində
də yüksək səviyyədə iştirak
edəcəyik və uğurlar qazanacağıq.
-BAXCP yarandığı gündən
bu yana
konstruktiv yol tutub. Siyasətini bu istiqamətdə
quraraq dövlətin maraqlarını hər zaman qoruyub, hakimiyyəti qərəzli
deyil, haqlı olaraq tənqid edib, eyni zamanda,
təkliflərini verib
və bu təkliflər əksəriyyət
partiyalar tərəfindən
qəbul olunub. Bir zamanlar BAXCP-ni tənqid edənlərin böyük əksəriyyəti
artıq bu yola üstünlük veriblər. Ancaq məsələ bundadır ki, müxalifət kimi yenə də radikallar qəbul olunur. Halbuki, radikal müxalifətin
bugünə kimi apardığı siyasət
həm özlərinə,
həm də onlara az-çox inananlara ziyandan başqa heç nə gətirməyib.
-Tamamilə haqlısınız.
BAXCP fəaliyyətə konstruktiv müxalifət olaraq başlayıb.
Ağa ağ,
qaraya qara deməyə üstünlük
verib. Bizim partiya cəmiyyətdəki
reallıqları görməyə
çalışır, müxalifət
olmaq üçün
müxalifətçilik etmir.
Hakimiyyət doğru bir iş görəndə
təqdir, yanlış
iş görəndə
tənqid edirik. BAXCP sivil, qanunların
işlək və hörmət olunduğu bir cəmiyyət arzusundadır. İşlərimizi də bu istiqamətdə
qurub fəaliyyət göstəririk. Konstruktivlik ideyasını
ilk olaraq partiyanın sədri Qüdrət Həsənquliyev cəmiyyətə
təqdim edib. Azərbaycanda fəaliyyət
göstərən siyasi
partiyalar ilkin olaraq həmin ideyanı qəbul etməsələr də,
zaman keçdi əksəriyyət partiyalar
ideyanın əhmiyyətini
anlayıb işlərini
bu istiqamətdə
qurdular. Hətta bəzi siyasi
partiyalar özlərinin
kostruktiv müxalifət
olduqlarını dilə
gətirərək bu
ideyanı özününküləşdirməyə
çalışdılar. Ancaq biz bu proseslərdən rahatsız olmadıq, əksinə, partiyamızın
sədri Qüdrət
Həsənquliyevin bu
yöndə ideyalarının
qəbul olunmasına sevindik.
O ki qaldı müxalifət
kimi radikalların qəbul olunmasına, «radikal» sözünün bu anlamda işlədilmədiyi
qənaətindəyəm. Radikallıq köklü yenilik deməkdir ki, radikal müxalifət illərdir eyni taktika ilə siyasətini qurur və har zaman
da yanlış siyasətlərinin nəticəsində
tərəfdarlarını itirirlər. Əslində radikal müxalifətin adı «ənənəvi müxalifət» kimi cəmiyyətə təqdim
olunur ki, bu da onların
özləri üçün
mənfi rəy yaradır. Yəni, həmin siyasi
partiyalar öz üzvlərindən başqa
kimsəylə əlaqə
qurmaqda çətinlik
çəkirlər ki,
bu da kütləviliyin
qarşısını alır.
Xalq Cəbhəsi.- 2013.- 18 dekabr.- S.8.