Qara Qarayevin yubileyi Budapeştdə qeyd edilib

 

Bu xəbəri paylaş  Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunacaq  «Göz həkimi» tamaşasının qonorarına «Volqa» aldıq»  Nəzirməmməd Zöhrablının yeni kitabı çap olunub  Qədir Rüstəmovun vəfatından iki il ötdü Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə müasir Azərbaycan musiqi məktəbinin yaradıcılarından biri Qara Qarayevin anadan olmasının 95 illiyi Budapeştdə qeyd olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki «Duna Palota» sarayında «Dunay» simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət «Memory» adlı konsert proqramı təşkil edilib. Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onu zamanı qabaqlayan simfonik musiqinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən bəhs edib. Macar dirijoru Andraş Deakın rəhbərliyi altında «Dunay» simfonik orkestri bəstəkarın «Yeddi gözəl» və «İldırımlı yollarla» baletlərindən parçalar ifa edib. İki hissədən ibarət konsertdə həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənib. Konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak ediblər.

 

Xalq cəbhəsi. - 2013.- 19 dekabr.- S.16.