«Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!»

 

Bu, Pişəvəri hökumətinin baş prokuroru Firidun İbrahiminin son nəfəsində dedikləridir

21 Azər Hərəkatından sonra baş verən faciəvi olaylar çoxdan tarixə dönsə , o çağlara dönə-dönə baxmaq, faciəli tariximizdən dərs götürməyimiz gərəkdir. Pişəvəri 1947-ci ilin iyulun 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı avtoqəzadan az sonra vəfat edib. Milli Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunub, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılıb. Milli Hökumətin başqa qurucları da həbs sürgünlərə göndərilib, ağır mühacirət həyatı yaşamağa məcbur olublar.

İndi Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökumətinin üzvlərinin siyahısı ildə tanış olaq:

- baş nazir Seyid Cəfər Pişəvəri;

- daxili işlər naziri Salamulla Cavid;

- xalq qoşunları naziri Cəfər Kavian;

- kənd təsərrüfatı naziri doktor Mehtaş;

- maarif naziri Məhəmməd Biriya;

- səhiyyə naziri doktor Urəngi;

- maliyyə naziri Qulamrza İlhami;

- ədliyyə naziri Yusif Əzima;

- poçt-teleqraf naziri Mirzə Rəbi Kəbiri;

- ticarət iqtisad naziri Rza Rəsuli;

- Ali Məhkəmənin sədri Zeynalabdin Qiyami;

- Baş prokuror Firudin İbrahimi.

Bu yazıda Milli Hökumət dönəmində baş prokuror olmuş, əqidəsi uğrunda canını vermiş Firidun İbrahimi haqqında danışılacaq. İbrahimi Firudin Qəni oğlu 1919-cu il noyabrın 20-də Güney Azərbaycanın Astara şəhərində anadan olub. 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan «Xavəri nov» («Təzə xəbər») qəzetinin redaktoru olub.

1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Milli Məclisə nümayəndə seçilib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunub. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib. Əksinqilabçı qüvvələrə qarşı mübarizə aparan «Babək» adlı könüllü dəstənin təşkilatçılarından biri olub. «Ettelat», «Aljir», «Rəhbər», «Mərdom», «Zəfər», «Siyasət», «Azərbaycan» sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmazlıqlarını ifşa edən publisistik məqalələr yazıb.

Güney Azərbaycan tarixini hazırlamaq bu işlə bağlı materiallar toplamaq məsələsini Pişəvəri Firudin İbrahimi Zeynalabidin Qiyamiyə tapşırır. Şimali Azərbaycanda bununla bağlı 100 il əvvəl fars dilində yazılmış Nadir Mirzənin Təbrizin tarixi coğrafiyası haqqındakı əsərini tərcümə edirlər. Təbrizə 1893, 1914 1921-ci illərdə birinci siniflər üçün nəşr olunmuş Azərbaycan dili (kitablar «Türk dili» «Vətən dili» adlanır) dərsliklərini göndərmişdilər.

ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində «Azərbaycan» qəzeti nəşrə başlamışdı. Qəzetin səhifələrində ilk zamanlar farsca da məqalələrə yer verilir. Qəzetin yubanmadan nəşri məsələsini Pişəvəri ortalığa gətirmiş az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azəroğlu s. gənc jurnalistləri, yazıçı şairləri toplaya bilmişdi.

1946-cı ilin dekabr ayında Güney Azərbaycanda Milli Hökumət devrildikdən sonra F.İbrahimini həbs etdilər. F.İbrahimini 1947-ci il mayın 22-də Təbriz şəhərinin «Gülüstan» bağında dar ağacından asdılar. Həkim Azəri Fərhadın mühəndis Ələkbəri Ələddinin gördüklərindən: «1947-ci il mayın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali «Gülüstan bağı»na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar. Başqa inqibalçıları Təbriz şəhərinin «Saat qabağı» adlanan yerində dar ağacından asırdılar. «Gülüstan bağı» şah qoşunu jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, köynək qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara şah qoşununa hücum çəkmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldırdı uca səslə dedi: «Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər

Şair Əli Tudə xatirələrində yazır: «… Firudin İbrahimi mehriban, təmiz, xeyirxah bir adam idi. İnsan hüquqlarını da yaxşı bilirdi. Tehran universitetinin hüquq fakültəsində oxumuşdu. Milli Hökumətin baş prokuroru idi. Bir gün yaraşıqlı çöhrəsindən işıqlı təbəssüm əskik olmazdı. Ancaq bir gün mən Firudinin çöhrəsində fikir buludlarının qalandığını gördüm. Səbəbini soruşdum. O dedi ki, Təbrizdə məşhur bir lotu var. Eşitməmiş olmazsan. Qarnı yırtıq Kazım! İndiyə qədər bu adam neçə-neçə cinayət törədib. Amma şah hökuməti bu lotuya «gözün üstdə qaşın var» deməyib. Bu günlərdə o tip yenə də bir ağır cinayət törədib. Yəqin elə bilib ki, Milli Hökumət də elə şah hökumətinin tayıdır. Ona heç nə deməz. Mən isə qarnı yırtıq Kazımın işinə baxıb onu ölüm cəzasına məhkum etmişəm. Qoy bu ölüm neçə-neçə lotuya ibrət dərsi olsun! Fikirli olduğumun da səbəbi budur. Axı Kazım tək deyil. O biriləri məndən qisas ala bilər.

Firudini qınamalı deyildi. Axı hər işin başlanğıcı çətin olur. Qarnı yırtıq Kazımın işiFirudinin ilk işi idi. Özüölüm işi. S.C.Pişəvəri o günlərdə öz silahdaşına mübariz duyğular aşılayırdı. O, Firudinə deyirdi: «Dünyada zirvəyə asan qalxan kimdir? «Qəhrəmanda təşviş hissi olmur» — deyənlər yalan deyirlər. Qəhrəman da insandır. İnsanda qürur hissi də, sevinc hissi də, təşviş hissi də, kədər hissi də, dözüm hissi də olmalıdır. Yoxsa o insan yarımçıq insan adlanar. Təəssüflər olsun ki, Milli Hökumət yaşaya bilmədi. Yaşamağa qoymadılar. Yoxsa Milli Hökumətin yaşamağa iqtidarı da, bacarığı da, ləyaqəti də vardı. Deyirlər, Milli Hökumətin taleyi həll olunduğu günlərdə S.C.Pişəvəri tez-tez bu taya keçib müəyyən adamlarla görüşürmüş. Fikir mübadiləsi edirmiş. Axı hər gün Tehrandan Cənubi Azərbaycana hücum gözlənirdi. Tehranın arxasında isə Vaşinqton, London, Paris, Madrid, Roma dayanmışdı. S.C.Pişəvərinin görüşdüyü adamlardan biri də Mircəfər Bağırov idi. Son görüşdə M.C.Bağırov S.C.Pişəvəriyə guya sülh naminə şah qoşunlarına müqavimət göstərməməyi, silahı yerə qoymağı, lazım gələrsə, bu taya keçməyi məsləhət görür. S.C.Pişəvəri M.C.Bağırovla razılaşmır. M.C.Bağırov əsəbiləşir. S.C.Pişəvəriyə: «Axı siz kimə arxalanırsınız?» deyir. S.C.Pişəvəri «Biz İran xalqlarına arxalanırıq. Bu xalqların içərisində şah səltənətinin barışmaz düşməni olan farslar da, kürdlər də, türkmənlər də, giləklər də, talışlar da, ərəblər də, asorilər də vardır. Biz İran xalq partiyasına inanırıq! O partiyanın sıralarında şah qoşunlarının yüksək rütbəli zabitləri də vardır. Biz sizdən heç bir kömək gözləmirik. Sizbizim işimizə qarışmayın»- deyir.

S.C.Pişəvəri bu sözləri M.C.Bağırova deyəndə özünün vətən, xalq, firqə qarşısında necə ağır məsuliyyət daşıdığını dərindən dərk edir. S.C.Pişəvərinin inkaredilməz dəlilləri M.C.Bağırovun köpünü alsa da, içindəki qəzəb odunu söndürə bilmir. O, S.C.Pişəvərinin dediklərini ya dərk etmir, ya da dərk etmək istəmir. Ancaq sonrakı hadisələr S.C.Pişəvərinin uzaqgörənliyini təsdiq edir. Mənə danışdılar ki, Ərdəbil fədailəri o taydakı Astaradan bu taydakı Astaraya keçərkən Ənzəlidən gələn şah qoşunları ilə rastlaşırlar. Məlumat almaq üçün gizli tədbirlə iki fars əsgəri ələ keçirirlər. Əsirlər başlarını təəssüflə bulaya-bulaya fədailərə: «Biz sizi Tehranda gözləyirdik. Siz isə bizi burda əsir alırsınız. Bizim məqsədimiz Tehranı Təbrizə təslim etməkdir. Siz isə Təbrizi Tehrana təslim etdiniz» — deyirlər. Sən demə, bu əsgərlər İran Xalq Partiyasının üzvləri imişlər.

Yeri gəlmişkən deyim ki, S.C.Pişəvəri Təbrizdə yazıb «Azərbaycan» qəzetində çap etdirdiyi odlu-alovlu məqalələrində Təbrizin Tehrana da şahlıq zülmündən nicat verməyə qadir olduğunu dəfələrlə düşmənlərə bildirmişdi. Özüqürurla, fəxrlə, inamla…»

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 20 dekabr.- S.14.