«Qloballaşma milli ədəbiyyatın sonu demək deyil»

 

Vahid Aslan: «Şüurun ağılın daşlaşdığı yerdən kütləviləşmə başlayır»

Yazıçı-publisist Vahid Aslanın BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

-Vahid bəy, bu gün qərbdə ədəbi proses cəmiyyətin inkişafında mühüm təsirə malikdir. Xüsusilə, maraqlı ədəbi əsər cəmiyyəti silkələməli, geniş diskussiyalara səbəb olmalıdırSizcə, bizdə niyə belə bir proses yaşanmır?

- Nəzərə alsaq ki, yaşadığımız dövr özü qlobal mənada «İnformasiyalar müharibəsi» dövrüdür, onda sözün gücünü, dolayısıyla ədəbi əsərin gücünü daha yaxşı anlayarıq. Əlbəttə ki, söhbət inkişaf etmiş demokratiyalardan, sözün, fikrin azad olduğu cəmiyyətdən gedir. Demək belə bir cəmiyyətdə yazıçı da azad olur rastlaşdığı problemi azad sözün istedadının hesabına diqqət çəkən hadisəyə çevirə bilir. Beləliklə, yuxarıdan aşağı mövcud cəmiyyətin bütün zümrələri yazarının ortalığa qoyduğu əsərlə hesablaşmağı özünə borc bilir ki, bu da həmin cəmiyyətin özünün tezliklə əsərdə qabardılan problemlərdən azad olub, inkişaf etməsində mühüm rol oynayır. İndi gəlin haqqında danışmaq istədiyimiz cəmiyyətlə, mühitlə bizim Azərbaycan cəmiyyətini ədəbi mühitini müqayisə edək. Elə buradan da sizin sualınızın riyazi dəqiqliklə hesablanmış cavabını ala bilərik

- Yaradıcılığınızda Bütöv Azərbaycan ideologiyası hansı yerdə durur bu gün bu ideologiya ədəbiyyatımızda yetərincə özünə yer qazanıbmı?

- Yaradıcılığıma az-çox bələd olanlar bilirlər ki, bu mövzu mənim düşüncələrimin o cümlədən əsərlərimin ana xətti olub. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu sualı mənə heç təsadüfi vermədiniz. Hələ 1989-cu ildən yəni Dağlıq Qarabağ hadisələrinin başlandığı dövrdən, eləcə o zamankı sovet ideologiyasının çürümə ərəfəsində olduğu dövrdən başlayaraq, milli ruhda şeirlər yazırdım. 90-cı illərin əvvəllərindən başlayaraq bu yazılar mənim üçün sistemləşdi geniş həcmli əsərlər yazmağa başladım. O zamanlar hələ tələbə idim mətbuatda yetərincə olmasa da çap olunurdum. Elə həmin dövrlərdən məni milli ruhda, azərbaycanın azadlığı bütövlüyü ruhunda yazan bir yazar kimi tanıyırdılar. Elə ilk kitabıma ön söz yazmış Elçin İsgəndərzadə haqqımda bu yönümlü fikirləri daha çox qabartmışdı. O ki, qaldı sualınızın digər hissəsinə, hesab edirəm ki, Abbas Abdulla demiş, mənim yaradıcılığım ədəbi mühitdə yetərincə sərgilənməyib layiq olduğu yeri tutmayıb. Necə deyərlər, inşaallah zaman hər şeyi hər kəsi öz yerinə qoyacaq.

- Bəzən belə fikirlər eşidirik ki, dünya qlobollaşır, vahidləşir, hamı bir ailənin üzvü olurBelə olan halda milli ədəbiyyat da öz vəzifəsini başa vurur. Siz, bu fikirlə razılaşırsınızmı?

- Qloballaşma qaçılmazdır zamanın tələbidir. Əslində isə mən qloballaşmanın deyil, kütləviləşməyin əleyhinəyəm. Çünki fikrimcə şüurun ağılın daşlaşdığı yerdən məhz kütləviləşmə başlayır. Vahidləşmə ya hamının bir ailənin üzvü olması da hələ sırf qloballaşmanın məhsulu deyildir bu tamam başqa bir mövzunun söhbətidir. Yəni qloballaşmanın müəllifi daha çox zamandırsa bu təbii prosesdirsə, vahidləşmə daha çox kütləviləşməyə yaxın olan bir anlayışdır mahiyyətcə avtoritar rejimin məhsuludur. Hansı ki, biz keçmiş SSRİ-nin timsalında belə bir ailənin sonrakı faciələrini yaşadıq hələ yaşamaqdayıq. Elə ədəbiyyat özü mənsub olduğu cəmiyyətin bir üzvü olduğundan kütləviləşmə hər zaman ədəbiyyata sağalmaz yaralar vurub. Neçə-neçə istedadlı yazar zaman keçdikcə bu yaraların ağrısını çəkib. Qaldı ki, qloballaşma milli ədəbiyyat məsələsinə, deməliyəm ki, qloballaşma milli ədəbiyyatın sonu demək deyildir. Əksinə qloballaşma müəyyən mənada həm milliləşməyə təkan verən bir prosesdir. Əlbəttə ki, tarixi kökü daha dərin olan ənənələri daha zəngin olan xalqlar qloballaşma dövründə üstünlük əldə edirlər başqalarına özünü diqtə edən tərəfə çevrilirlər. Bütün bunlara rəğmən mən qloballaşmadan qorxmuram inanıram ki, milli dəyərlərimizə mənfi mənada elə təsir etməyəcək. Milli ədəbiyyatımız bu ərəfədə layiqli bir inkişaf dönəmi yaşayacaq.

- Məsələn, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmamasının səbəblərini bu amillə bağlayırlar ki, ədəbi əsərlərimiz daha çox millidir buna görə dünya ədəbi prosesindən kənarda qalıb

- Görürsünüzmü, siz ozünüz təsdiq edirsiniz ki, ədəbiyyatımız qloballaşmaya məhəl qoymadan milliliyini saxlayır. Bax elə bu cəhətin özü bizi sevindirməlidir. Necə deyərlər, hər kəs olduğu kimi görünəndə daha maraqlı daha güclü olur. Belə deyək, əgər amerikalı azərbaycansayağı əsərlər yazmaq istəmirsə, biz niyə amerikansayağı əsərlər yazmaq üçün özümüzü zorlayaq. Nədi, nədi bəlkə «Nobel» mükafatı alarıq, deyəmi?.. Nəzərə alsaq ki, dünyanın hər hansı bir nöqtəsində istedadla yazılmış əsər internet vasitəsilə öz oxucusunu tapa bilir, onda elə yazar üçün ən böyük mükafat həmin oxucunun sevgisidir. Bu baxımdan azərbaycan ədəbiyyatı elə təkcə Çingiz Abdullayevin timsalında dünya ədəbiyyatında özünəməxsus yeri tutub. Qaldı ki, dünya ədəbiyyatı düzənində azərbaycan ədəbiyyatının o qədər geniş əraziyə malik olmamasına bu təkcə ədəbiyyatımızın ya yazarlarımızın günahı deyil. Burada heç kimə gizli olmayan başqa amillər vardır

 

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2013.- 25 dekabr.-S.15.