Böyrəkdaşı xəstəliyi

 

Onun meydana gəlməsində iqlim, genetik, qida faktorları rol oynayır

Böyrəkdaşı böyrəklərin başqa patologiyaları ilə müqayisədə tez-tez təsadüf olunan xəstəlikdir Yer kürəsində qeyri-bərabər yayılıb. Bu zaman böyrəklərdə ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Böyrəkdaşı xəstəliyinin çox yayıldığı ərazilər arasında Qafqaz orta Asiya xüsusi yer tutur. Xəstəliyə kişilərdə qadınlara nisbətən çox təsadüf edilir. Daşlar həm kiçik (3 mm-dək), həm iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Həkimlər deyir ki, müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi inkişaf edə bilər.

Uroloq-cərrah Rəşad Məmmədovun bildirdiyinə görə, böyrək daşının yaranmasında iqlim, genetik, qida faktorları rol oynayır: «Tam olaraq daş xəstəliyinin yaranmasının dəqiq səbəbi bəlli deyil. Sadəcə, məlum olan bəzi gerçəklər var. Məsələn, bu xəstəliyin yaranmasında iqlim çox önəmlidir. İsti iqlimlərdə daş xəstəliyi daha çox yayılır. Çox tər ifraz edən, ağır fiziki işlə məşğul olan, az maye qəbul edən insanlarda daş daha çox yaranır. Daşın yaranmasında genetik amilin rolu 20 faiz təşkil edir. Əgər bir insanda böyrək daşı varsa, onun beş övladından birində bu xəstəliyin yaranma ehtimalı böyükdür. Böyrək daşına proteinlə zəngin, duzlu qidaları çox qəbul edən, az su içən insanlarda daha çox rast gəlinir. Ümumiyyətlə, böyrək daşı 20-50 yaş arasında daha çox görülür. Kişilərdə isə qadınlara nisbətən 3 dəfə çox rast gəlinir».

Böyrək daşı xəstəliyinin əlamətləri barədə danışan Rəşad Məmmədov deyib ki, əsas əlamətlərdən biri çox şiddətli ağrıdır: «Bu, dünyada ən şiddətli ağrı kimi qəbul olunur. Bəzən ağrılarla bərabər bulanıq qusma olur. Hərarətin yüksəlməsi xarakterikdir. Bu bəzən fəsadlara da yol açır. Sidiyin durğunluğu yaranırsa, qarşısı kəsilmiş sidik infeksiyalaşırsa, bu, urosepsisə, yəni infeksiyanın bütün vücuda yayılması kimi ciddi fəsada yol açır. Bu hal hətta ölümə belə səbəb ola bilir. Digər əlamət isə sidikdə qanın görünməsidir. Ağrılarla yanaşı qanlı sidik müşahidə edilir. Amma çox təəssüf ki, bəzən xəstəlik simptomsuz da ola bilər. Çox təhlükəli əsasda, bəzən çox böyük ölçüdə olan daşlar böyrəyin kasa-ləyən hissəsini tutsa da, simptomu olmur. Belə hallarda əməliyyatın belə tam faydası olmur. Çünki böyrək funksiyasını itirmiş, iltihablaşmış olur. Təbii ki, ağrı, əlamət olan kimi həkimə müraciət olunmalıdır. Amma heç bir əlamət olmada belə, ən çox da 20-50 yaş arasında olan insanların ildə heç olmasa bir dəfə ultrasonoqrafik müayinədən keçməsi lazımdır. Eyni zamanda qanda böyrək funksiyasını göstərən göstəriciləri yoxlama lazımdır. Heç olmasa, sidiyin ümumi analizini vermək məsləhətdir».

Uroloq böyrək daşlarının müəyyən olunmasında ən müasir metodun kompüter tomoqrafiyası olduğunu vurğulayır: «Kompüter tomoqrafiya müayinəsi zamanı tərkibindən asılı olmayaraq bütün növ daşları görmək olur. USM müayinəsi sadəcə, böyrəyi, sidik kisəsini, sidik kisəsinin üst və aşağı seqmentini (təbii ki, təcrübəli mütəxəssis tərəfindən müayinə olunduqda) göstərir. Orta seqment isə görünmür. Bəzən orta seqmentdə daş olur, sidikdə qan görünür, amma bu daş böyrəyi çox genişləndirmədiyi üçün USM müayinəsi zamanı görünmür. KT müayinəsi zamanı isə daş görünür. KT müayinəsinin doğruluq nisbəti 95-100 faiz arasındadır».

Cərrah onu da qeyd edir ki, daşın ölçüsü 4-5 millimetrdirsə, onların qəflətən düşmə ehtimalı var, 5 mm-dən böyükdürsə, qəfil düşmə ehtimalı azalır.

Mütəxəssis daşın əmələ gəlməsini önləyəcək ən önəmli profilaktik vasitənin su olduğunu vurğulayıb: «Əgər bir insan günlük içilən su miqdarını 1 litr artırsa, daş əmələgəlmə ehtimalı 80 faiz azalır. Ümumiyyətlə, dünyada tövsiyə edilən qaydaya görə, böyrək daşının yaranmasının qarşısını almaq üçün duzu azaltmaq, suyu çoxaltmaq, bir stəkan portağal suyu içmək lazımdır. Çünki portağalın tərkibində sitratlar var və daşın əmələ gəlməsinin qarşısını alır».

Rəşad Məmmədov təəssüflə bildirib ki, Azərbaycanda skrininq şəkildə daş aşkar edilən xəstələr çox azdır: «İnsanlar daş böyrəyə ciddi zərər verəndən sonra həkimə müraciət edirlər. Mənim pasiyentlərim arasında belələri üstünlük təşkil edir. Böyrək heç zədələnmədən həkimə müraciət olunsa, zamanında müdaxilə edilər, heç bir qalıcı problemyaranmaz».

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Südeyif İmamverdiyev problemlə əlaqədar açıqlamasında bildirir ki, Azərbaycan böyrək daşının yayılmasına görə endemik zonalardan sayılır: «Qidalanma, isti iqlim, suyun codluğu daşın əmələ gəlməsində müəyyən rol oynayır. Amma elə faktorlar var ki, onlar böyrək daşlarının əmələ gəlməsinə xüsusi meylilik yaradır. Anadangəlmə qüsurlar, böyrək, sidik yolları arasında anomaliyalar olanda, sidiyin böyrəkdən axını normal olmadıqda duzların çökərək daşa çevrilməsi baş verir. İltihab isə prosesin daha da kəskinləşməsinə şərait yaradır. Az hərəkətlilik, oturaq həyat tərzi, piyada az gəzmək, idman etməmək, su proseduralarından az istifadə olunması, çəkinin çox olması da daşların əmələ gəlməsinə gətirib çıxara bilər. Şişmanlıq qorxulu faktorlar sırasındadır. Anomaliyalar olduğu zaman duzların sidik yolları ilə hərəkəti nəticəsində müxtəlif simptomlar əmələ gəlir. Həmin dövrdə orqanizmin normal vəziyyətə gətirilməsi, duzların əmələgəlmə prosesinin qarşısının alınması böyük rol oynaya bilər. Vaxtında tədbir görülsə, duzlar daşa çevrilməz. Bu istiqamətdə atılan addımlar — dərmanla, fiziki üsullarla müalicə, pəhriz, müsbət təsirini göstərir».

Südeyf İmamverdiyev bildirir ki, böyrək daşı xəstəliyindən uzaq olmaq üçün əsas amillərdən biri də çəkinin artmasına imkan verməməkdir: «Gün ərzində mütləq gəzmək, idman hərəkətləri etmək lazımdır. Fiziki hərəkətlərlə orqanizmin bütün üzvlərinin funksiyasını yaxşılaşdırmaq mümkündür. Hər gün duş proseduraları qəbul etmək, qidalanmada meyvə-tərəvəzə, göyərtilərə üstünlük vermək lazımdır. Şüyüd, nanə, reyhan, kəkotu, yarpız, qırxbuğum kimi bitkilərdən, itburnu meyvələrindən, qarğıdalı saçaqlarından az miqdarda, arada-bir istifadə olunmalıdır. Hər hansı simptomlar meydana çıxanda isə tez həkimə müraciət etmək lazımdır. İlkin mərhələdə tədbirlər görmək lazımdır ki, cərrahi müdaxilə lazım olmasın».

Uroloq Araz Bayramov böyrək daşı xəstəliyinin 3 növü olduğunu vurğulayır: «1-ci tipi oksalat daşlarıdır ki, bunlar da böyrək daşının ən çox yayılanıdır. Oksalat daşlarının da 2 növü var: Oksalat monohidratoksalat dihidrat. Oksalat daşları rentgenoloji müayinədə görünürlər. Başqa sözlə rentgenopozitiv daşlar hesab olunurlar. Xüsusilə də oksalatlarla zəngin qidalanan adamlarda rast gəlinir. 2-ci tip daşlar urat daşlarıdır. Urat daşları qanda sidik turşusu yüksələndə olur. Podaqra xəstəliyi, digər oynaq xəstəliyi olan şəxslərdə, habelə ətli qidalanması zəngin olan insanlarda çox rast gəlinir. Qandakı sidik turşusu sidiyə uratlar şəklində xaric olunur. 3-cü tip daşlar isə amorf fosfat, yəni infeksiya mənşəli daşlardır. İnfeksion mənşəli daşlar yarananda tam mərcanvari formaya keçirlər. Beynəlxalq termin olaraq isə strubitlər adlanır. Xüsusi infeksiyalar var ki, məxsusi fermentlər ifraz edirlər. Bu fermentlər də əsasən kripsellalardır. İfraz olunan bu fermentlər də bilavasitə böyrək daşının yaranmasına şərait yaradır. Xüsusilə infeksion mənşəli daşlarda sidiyin PH-ı qələvi olur. Urat daşlarında isə PH turşu olur. Turş mühitdə yaranırlar. Yəni PH 5 və ondan aşağı olur. Oksalat daşlarının da yaranmasında PH-ın o qədər də böyük rolu olmur. Ona görə də daşların xüsusiyyətlərinə görə də müalicə üsulları tamam fərqli olur. Yanaşmalar, müalicə sxemləri, pəhriz formaları da fərqli olur. Urat daşlarında PH turş olduğuna görə qələvi mühit yaratmalıyıq ki, onlar yaranmasın və yaxud həll ola bilsinlər. Urat daşları əzilərək parçalana bilən yumşaq tipli daşlardır. Oksalat daşlarının yaranmasının qarşısını almaq üçün mühiti turş mühit etmək lazımdır. Əsas da sidikdə olan sitratları artırmaq lazımdır. Hər bir insan orqanizmində 2 tip qoruyucular var. Birproblemi yaradan faktorlar var. Böyrəkdə qoruyucu faktorlar aşağıdakılardır: Sidiyin PH-ı, yəni turşu və qələvi mühitin yaranması amili. Digər qoruyucu isə sitratlardır. Əgər sidik xüsusi sitratlarla zəngin olarsa, o zaman daş yaranmır. Sitratlar olmayan xəstələrdə böyrək daşı yaranma ehtimalı yüksəkdir. Ona görə də xəstələrə sitratlarla zəngin olan qidalar verilir. İstər oksalat, istər urat, istərsə də amorf-fosfat mənşəli daşlar olsun, hər 3 halda xəstələrə sitratlar verilir. Əlavə sitratları biz ya dərman şəklində, ya da qidalarla xəstələrə veririk. Sitratlarla zəngin olan qida isə portağal sokudur. İkincisi itburnu dəmləməsidir. 3-cü isə ən vacib olanı portağal soku içməkdir. Belə xəstələrə çoxlu meyvə tərəvəz verilməsi də məsləhətdir».

Araz Bayramovun bildirdiyinə görə, oksalat daşlarının pəhrizi kahı, çuğundur, kofe, tünd çay, pomidor, şokoladdır: «Bu qidalar, o cümlədən, şokolad oksalatlarla çox zəngindir. Ona görə də oksalat daşlarının yaranmasında mənfi təsir edir. Onu da vurğulayım ki, oksalat daşlarının yaranmasına səbəb hərəkətsizlik, yuxarda qeyd etdiyim qidalardan çox istifadə olunmasıdır. Urat daşlarının yaranması səbəbləri isə tamam fərqlidir. Bunlar da pəhriz forması, ləpə, paxlalı yeməklər, o cümlədən lobya, ət və ət məhsulları, kolbasasosiskalar, yumurtadır. Ona görə də qida menyusunda bu qidalar azaldılmalıdır. Çünki onlar urat mənşəli daşların yaranmasında rol oynayan faktorlar hesab olunurlar. Hər 3 halda duzlu yeməklər tamamilə menyudan çıxarılmalı, mayeni artırmaq lazımdır. Məqsəd böyrək daşlarının yenidən əmələ gəlməsinin qarşısını almaqdır. Çünki bu bir faktdır ki, böyrək daşı xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Böyrək daşı xəstəliyinin müalicəsi daşların xüsusiyyətləri, o cümlədən növü və həcmindən asılı olaraq dərmanla (konservativ) və ya cərrahi üsullarla aparılır. Yeri gəlmişkən, ölçülərinə görə böyrək daşları ən xırda ölçüdən toyuq yumurtası böyüklüyünə qədər olur. Daşlar tək-tək və çoxlu ola bilər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 26 dekabr.- S.13.