Demokratik hüquqi dövlətdə Konstitusiya
Konstitusiyada insan və vətəndaş hüquqlarının
təmin edilməsi dövlətin əsas məqsədidir
1991-ci il oktyabrın
18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası
dövlət müstəqilliyi
haqqında Konstitusiya aktında hüquqi dövlət quruculuğu ideyasını həqiqətə
çevirmək məqsədini
qarşısına qoydu.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
əməkdaşı Həcibə
Mustafayeva bildirib ki, Konstitusiya aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulunda
hüquqi baza rolunu oynadı. Hüquqi dövlətin qurulmasının
birinci şərti insan və vətəndaş
hüquq və azadlıqlarının təmin
edilməsidir. Azərbaycan
xalqı özünün
çoxəsrlik dövlətçilik
ənənələrini davam
etdirərək, Azərbaycan
Respublikasının dövlət
müstəqilliyi haqqında
Konstitusiya aktında əks olunmuş prinsipləri əsas götürərək, bütün
cəmiyyətin və
hər kəsin firavanlığının təmin
edilməsini istəyərək,
keçmiş, indiki və gələcək nəsillər qarşısında
öz məsuliyyətini
dərk edərək,
suveren hüququndan istifadə edərək
1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu
ilə öz milli Konstitusiyasını qəbul etdi.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə
malik olan, bir tərəfdən insan və dövlət,
digər tərəfdən
isə insan və cəmiyyət arasında münasibətlərin
əsaslarını nizamlayan
hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir
neçə normativ-hüquqi
aktda — əsas qanunlarda cəmlənə
bilər. Həmin
normalar çoxsaylı
normativ-hüquqi aktlardan,
eləcə də, məhkəmə presedentlərindən
və konstitusiya adətlərindən ibarət
ola bilər.
Müstəqilliyini elan etmiş və beynəlxalq hüququn subyekti olan Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar
edilməsini, xalqın
iradəsinin ifadəsi
kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət
quruculuğunu, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya
ehtiyac duyulurdu.
Müasir dünyada hər hansı cəmiyyətin, dövlətin demokratik xarakteri xeyli dərəcədə ölkədə
şəxsiyyətin konstitusiya
yolu ilə təsbit edilmiş hüquq və azadlıqları sisteminin miqyası, təbiəti və təminatı mexanizminin səmərəliliyi
ilə müəyyən
edilir. Demokratik hüquqi dövlətdə
Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik
iradəsini, suverenliyi
ifadə etdirən cəmiyyətdə əsas
qanundur. Konstitusiya insanın
və vətəndaşın
əsas hüquq və azadlıqlarını,
hakimiyyətin ictimai-siyasi
institutlarını və
xalqın özünüidarə
sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının
və inkişafının
hüquqi əsası
kimi çıxış
edir.
Azərbaycan Respublikası Konstitusiyasında
insan və vətəndaş hüquqlarının,
azadlıqlarının təmin
edilməsi dövlətin
əsas məqsədi
kimi təsbit olunub. Konstitusiya suverenliyi, müstəqilliyi
və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, konstitusiya
quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində
balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası
onun konstitusion quruluşunun əsaslarını,
insan və vətəndaşların hüquqi
statusunu, vətəndaş
cəmiyyətinin əsas
cəhətlərini, unitar
dövlət quruluşunu,
Azərbaycanda qanunverici,
icra və məhkəmə hakimiyyəti
orqanlarının təşkili
və fəaliyyəti
prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit
edir.
Azərbaycan Respublikasının ilk milli
Konstitusiyası «İnsan
hüquqlarının ümumi
bəyannamə»sində və
digər beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş insan hüquq və azadlıqları ideyasına
əməl etmək istəyindən xəbər
verir. Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyətin
azadlıq, toxunulmazlıq
hüququ, söz, fikir, mətbuat, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət və azad sahibkarlıq
hüququ kimi vətəndaş hüquqları
təsbit edilib.
Konstitusiyada özünün əksini
tapmış insan hüquqlarının digər
mühüm qrupunu sosial hüquqlar təşkil edir. Dövlət şəxsiyyətin əmək,
sosial təminat, sağlamlıq, təhsil,
yaradıcılıq və
digər mühüm hüquqlarına təminat
verməklə ölkədə
insan hüquq və azadlıqlarının
tam sisteminin yaradılmasının
əsasını qoyub.
Ölkənin əsas qanununun
12-ci maddəsinin I hissəsinə
əsasən, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin
edilməsi dövlətin
ali məqsədidir.
Konstitusiyada təsbit olunmuş bu ali məqsədin
təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilib.
Azərbaycan Respublikasının Konstitusiyasında
təsbit olunmuş insan və vətəndaş
hüquqlarının daha
effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti
bu sahədə mühüm fərman və sərəncamlar imzalayıb. Belə ki, Azərbaycan Respublikası Prezidenti 21 fevral 1996-cı il
tarixində «Azərbaycan
Respublikası Prezidenti
yanında hüquqi islahatlar komissiyasının
yaradılması haqqında»
sərəncam imzaladı.
Həmin
sərəncama əsasən,
ölkədə geniş
hüquqi islahatlar keçirilməsi planlaşdırıldı.
22 fevral 1998-ci il
tarixdə insan hüquq və azadlıqlarının təmin
olunması istiqamətində
vacib bir fərman imzalandı. Fərmanda insan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramının layihəsinin
hazırlanması, insan
hüquqları üzrə
səlahiyyətli müvəkkil
təsisatının yaradılmasına
dair təkliflərin hazırlanması, qaçqınların
və məcburi köçkünlərin, əlillərin,
müharibə iştirakçılarının,
aztəminatlı ailələrin
iqtisadi və sosial hüquqlarının
daha səmərəli
təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması,
insan hüquqları üzrə elmi-tədqiqat
institutunun yaradılmasına
dair təkliflərin hazırlanması, hüquqi
islahatların həyata
keçirilməsi ilə
əlaqədar normativ-hüquqi
aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək və s. kimi məqsədlərə
nail olmaq üçün
tədbirlər planı
müəyyən olunub.
Azərbaycan Respublikası Prezidentinin
«İnsan və vətəndaş hüquqlarının
və azadlıqlarının
təmin edilməsi sahəsində tədbirlər
haqqında» 1998-ci il
22 fevral tarixli fərmanından irəli gələn məqsəd və vəzifələri
nəzərə alaraq,
Azərbaycanın konkret
inkişaf mərhələsinə
uyğun olaraq insan hüquqlarının
müdafiəsi sahəsində
həyata keçirilən
tədbirlərin səmərəliliyini
artırmaq məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 18 iyun tarixli 832 saylı sərəncamı ilə
təsdiq edilmiş «İnsan hüquqlarının
müdafiəsinə dair
Dövlət Proqramı»nı
xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramında
İnsan Hüquqları
üzrə Azərbaycan
Respublikasının səlahiyyətli
müvəkkil təsisatın
yaradılması, Azərbaycan
Respublikasının insan
hüquqları haqqında
beynəlxalq sazişlərə
qoşulması, bu sahədə elmi-təhqiqat
institutunun yaradılması,
normativ-hüquqi aktların
insan hüquqlarına
dair beynəlxalq standartlara tam uyğunluğunun
təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan
hüquqları sahəsində
fəaliyyət göstərən
beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf
etdirilməsi, bu sahədə fəaliyyət
göstərən beynəlxalq
institut və mərkəzlərdə tədqiqat
və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması,
insan hüquqları haqqında öhdəliklərə
riayət edilməsi və digər mühüm məsələlər
nəzərdə tutulub.
Dövlət Proqramında təsbit
olunmuş məsələlərin
həlli istiqamətində
bir sıra islahatlar həyata keçirilib. Azərbaycan 220-dən artıq beynəlxalq konvesiyaya qoşulub ki, bunların təxminən yarısı
insan hüquq və azadlıqları ilə bağlıdır.
Azərbaycan beynəlxalq hüquq
normalarının üstünlüyü
prinsipini qəbul edərək öz milli qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində
geniş islahatlar həyata keçirib.
Bildiyimiz kimi hüquqi, demokratik cəmiyyətin mühüm atributlarından biri insan və vətəndaş hüquqlarının qorunmasıdır. Azərbaycan bu istiqamətdə mühüm hüquqi islahatlar həyata keçirmiş, insan hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən və beynəlxalq hüquq normalarına müvafiq normativ hüquqi baza yaradılmış, yeni mütərəqqi hüquq müdafiə mexanizmləri təsis edilib. Belə səmərəli hüquq müdafiə mexanizmlərdən biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza rolunu oynayıb. Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmini, respublikada məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması məqsədilə 2002-ci il avqustun 24-də referendum keçirilib. Referendum nəticəsində həyata keçirilən bir sıra mütərəqqi dəyişikliklərlə yanaşı ölkəmizdə davam edən məhkəmə hüquq islahatının nəticələri, üçpilləli məhkəmə sisteminin, xüsusilə də apelyasiya məhkəmələrinin hakimlərinin Parlament tərəfindən təyin olunması, Konstitusiya məhkəməsinə hər kəsin şikayət verə bilməsi, məhkəmələrə müraciət etməsi kimi mühüm müddəalar öz əksini tapıb. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunub.
Cavid
Xalq Cəbhəsi.- 2013.- 27 dekabr.-
S.27.