«Azərbaycan sürətlə qabağa qaçmalıdır»
Koray Tarqay: «70 il başqa bir rejimdə yaşayan ölkə üçün
hər şeyi dərhal dəyişmək
elə də asan deyil»
«Layihə koordinatorunun siyasi vəzifələri müəyyən mənada
ixtisar olunacaq, daraldılacaq»
ATƏT-in
Bakı ofisinin rəhbəri Koray Tarqayın APA-ya müsahibəsi
-
2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı
ofisi yeni statusda fəaliyyət göstərəcək. Yeni status ofisin
fəaliyyətində hansı
dəyişikliklərə səbəb olacaq?
-
ATƏT-in Daimi Şurası
bu ilin iyul
ayında Bakı ofisinin layihə koordinatorluğuna transformasiyası
haqda qərar qəbul edib. ATƏT-in Bakı ofisinin əsas vəzifəsi ATƏT prinsiplərinin
Azərbaycanda bərqərar
edilməsi və Azərbaycan hökumətinin
ATƏT qarşısındakı öhdəliklərinin yerinə
yetirilməsidir. Yeni statusa
uyğun olaraq biz
XİN-ə Azərbaycanın öhdəliklərinin yerinə
yetirilməsində yardımçı
olacağıq. Layihə koordinatoru
XİN-lə sıx əməkdaşlıq şəraitində
çalışacaq. Mən hesab edirəm ki, layihə koordinatoru ofisin həyata keçirdiyi layihələri Azərbaycanın
mənafeyi naminə davam etdirəcək.
Ofisin fəaliyyət göstərdiyi 13 il ərzində bütün layihələr
XİN və Prezident Administrasiya ilə sıx əməkdaşlıq
şəraitində hazırlanıb
və həyata keçirilib.
- Ofis yeni statusda
monitorinq funksiyasını
saxlayacaqmı?
- Yeni ofisin funksiyalarını
detallı şəkildə
müəyyən edəcək
qarşılıqlı anlaşma
Memorandumu hələ imzalanmayıb. Lakin deyə bilərəm
ki, monitorinq təbii şəkildə
mandatın tərkib hissəsidir. İstənilən insan televizoru işə salarkən və qəzet oxuyarkən hadisələrin
monitorinqini aparır, ona baş verənlər
maraqlıdır. Bu, insanın normal, təbii xüsusiyyətidir. Biz Azərbaycan polisi üçün sərbəst
toplaşma azadlığı
mövzusunda təlimlər
təşkil edirik.
Əgər ölkədə hansısa toplantı baş verirsə, biz polisin bu halda
necə hərəkət
etdiyini görmək, təlimlərin uğurlu keçib-keçmədiyini, təlimlərin
necə yaxşılaşdırıla
biləcəyini müəyyənləşdirmək
istəyirik. Biz siyasi partiyalar, vətəndaş cəmiyyəti
qurumları üçün
də təlimlər keçiririk. Lakin təlimlərdə
təbii ki, söhbət dinc nümayişlərdən, dinc
özünüifadə azadlığından
gedir. Biz təlimlərimizin nəticələrinin
də monitorinqini aparırıq.
Biz jurnalistlər üçün
KİV-in özünü tənzimləməsi,
jurnalist təhqiqatlarının
aparılması mövzularında
təlimlər keçirir
və ədliyyə sistemində — həbsxanalarda,
müvəqqəti saxlanma
yerlərində monitorinqlər
həyata keçiririk. Yəni monitorinq
öz işimizin nəticələrini yoxlamaq,
onu necə yaxşılaşdırmaq baxımından
da faydalı bir yoldur. Ona görə də hesab edirəm ki, gələcəkdə
də monitorinq fəaliyyətinin davam etdirilməsi yaxşı olardı. Lakin hələlik bu,
dəqiqləşməyib. ATƏT katibliyi ilə
Azərbaycan XİN arasında
imzalanacaq qarşılıqlı
anlaşma Memorandumunun
layihəsi hələ
başa çatmayıb.
ATƏT daha sürətli
templə inkişaf etmək, digər üzv ölkələrin
ən yaxşı praktikalarını mənimsəmək
üçün yerli
hakimiyyətlərə bundan
sonra da dəstək olmağa davam edəcək. Azərbaycan sürətlə qabağa
qaçmalı və
demokratiya, qanunun aliliyi sahəsində inkişaf etmiş dövlətlərə mümkün
qədər tez yetişməlidir. Azərbaycan
70 il başqa
bir rejimdə yaşadığı üçün
hər şeyi dərhal dəyişmək
elə də asan deyil və
bu, müəyyən vaxt tələb edir. Ölkənin dəstəyə ehtiyacı var. Əlbəttə,
Azərbaycan bu baxımdan tək deyil, eyni çətinliklərlə
qarşılaşan başqa
ölkələr də
var. Lakin Azərbaycanın
1991, 1995, 2000, 2010 və 2013-cü illərdəki obrazını
müqayisə etsək,
tərəqqi olduğunu
görərik.
- Azərbaycanla ATƏT arasında imzalanması planlaşdırılan Memorandumun
hansı məsələləri
açıq qalır?
- Bu məsələnin
müzakirəsi Vyanada Azərbaycan
nümayəndəliyi ilə bu il qurumda sədrlik edən
Ukrayna nümayəndələri
arasında davam edir.
Bakı ofisi bu prosesə
cəlb olunmayıb. Bizə verilən məlumata görə, Memorandum demək olar ki, hazırdır, bəzi texniki
məsələlər və büdcə məsələsi
qalıb. Məsələ burasındadır ki,
Azərbaycanın 2014-cü il büdcəsi
qəbul olunub və ora
əlavə xərclər daxil etmək asan deyil. ATƏT-in vahid büdcəsi isə hələ qəbul
olunmayıb. Bu cür
məsələlər qalıb, onları problem
adlandırmaq olmaz. Eyni
zamanda yeni ofisin — layihə koordinatorluğunun
tərkibi, onun sayı və səlahiyyət
çərçivəsi məsələsi də qalıb. Bunlar texniki məsələlərdir. Memorandum layihəsi
ilin sonuna kimi hazır ola bilər.
Hazır
olmasa da, problem deyil, onu yanvarda
asanlıqla qəbul etmək mümkündür.
- Sizin səlahiyyət müddətiniz başa çatır. Layihə koordinatoru vəzifəsinə
kimin təyin olunacağı məlumdurmu?
Sizin sonrakı planlarınız nədən
ibarətdir?
- İlin yekunlaşması
ilə mənim də səlahiyyət müddətim başa çatır. Layihə koordinatoru statusu
Bakı ofisi rəhbərinin statusundan fərqlənir. Mənim fikrimcə,
layihə koordinatorunun
vəzifələri səfir
səviyyəsinə uyğun
gəlmir. Mənim ölkəmdə
səfir siyasi səviyyədir. Layihə koordinatorunun
siyasi vəzifələri
müəyyən mənada
ixtisar olunacaq, daraldılacaq. Siyasi vəzifələr
layihə koordinatoru tərəfindən yerinə
yetirilməyəcək, ona
görə də səfir səviyyəsindəki
şəxsin təyinatına
ehtiyac yoxdur. Müvafiq ranqlı şəxs yetərli olacaq. Hər halda mən belə görürəm.
Təyinatla bağlı müəyyən
porsedur var. Hər ölkədən müəyyən
təcrübə və
biliklərə malik namizəd göstərəcək.
Mən isə Ankaraya — Xarici İşlər Nazirliyinə dönəcəyəm.
Karyeramı başa vururam.
Bu, mənim 8-ci təyinatım
idi, mən 40 il çalışdım.
Hələlik bundan sonra nə ilə məşğul olacağımı
bilmirəm.
-
ATƏT-in Bakı ofisi
13 il fəaliyyət
göstərib. Siz ofisin
fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, ofisin 13 il
ərzində fəaliyyəti
uğurlu olub. Ötən illər ərzində ofis yüzlərlə layihə həyata keçirib. Fikrimcə, son illər ən vacib və ən
uğurla layihələrdən
biri DİN-lə birgə həyata keçirdiyimiz ictimai polis
layihəsi olub. Ölkədə seçki sistemi
təkmilləşir. Əlbəttə, üzərində çalışılması gərəkən
məsələlər də
var, lakin hər seçkidən seçkiyə sistem yaxşılaşır. İnsan alveri
kimi beynəlxalq təhlükəyə dair
bizim müvafiq layihəmiz var və uğurla həyata keçirilir.
Kiber cinayətkarlıq, Xəzərdə
neftlə çirklənmənin
qarşısının alınması
istiqamətində layihələrimiz
də var. Ən vacib layihələrdən
biri də Kür çayının
suyundan istifadə olunmasıdır, bu barədə saziş imzalanmaq ərəfəsindədir,
Gürcüstanla da bu cür layihə
imzalanacaq. İqtisadi sahədə
ofis kiçik və orta müəssisələrin
dəstəklənməsi barədə
layihə həyata keçirib. Azərbaycan güclü
orta sinifin mövcudluğuna ehtiyac duyur. Düşünürəm ki, bu sahədə əməkdaşlığımız
gələcəkdə davam
etməlidir. Möhkəm orta sinifin mövcudluğu
ölkənin gələcəyinin
təminatıdır.
Mən bütün
layihələrin gedişindən
razıyam. Ümid edirəm ki,
onlar layihə koordinatorluğu çərçivəsində
davam etdiriləcək.
Lakin bu fəaliyyət məhdudlaşarsa, onda layihələr arasında
XİN-lə birlikdə
seçim aparmaq lazım gələcək.
Xalq Cəbhəsi.- 2013.- 27 dekabr.- S.7.