«Yeni islahatlara
ehtiyac var»
«Azərbaycanın mədəniyyət
və turizm sahəsində yeni islahatlara ehtiyac var. Bu islahatlar müasirləşmə
və müasir informasiya texnologiyalarının
tətbiqi ilə bağlıdır. Biz sevinirik
ki, həm kitabxana həm də turizm sahəsində bu texnologiyalar uğurla həyata keçirilir».
Bu sözləri jurnalistlərə açıqlamasında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə,
2013-cü il Azərbaycanın mədəniyyət
sahəsində bir neçə beynəlxalq tədbirin keçirilməsi
ilə yadda qalıb: «Bu il olduqca maraqlı, məhsuldar və nailiyyətlərlə zəngin
il olub. Azərbaycanda üç böyük
beynəlxalq tədbir
keçirilib. Eyni zamanda
Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycan
mədəniyyətini təbliğ
edən tədbirlər
keçirilib. İl ərzində
Azərbaycan incəsənət
ustaları beynəlxalq
tədbirlərdə ölkəmizi
ləyaqətlə təmsil
ediblər».
Ə. Qarayev qeyd edib
ki, mədəni tədbirlərin həyata
keçirilməsində mətbuat
nümayəndələrinin dəstəyini hiss ediblər:
«Mən bütün mətbuat nümayəndələrinə
təşəkkürümü bildirirəm. Təşəkkürümü bildirirəm ki,
bizim tədbirlərimizi
geniş auditoriyalara təqdim etmisiniz. Ümid edirəm ki, mədəniyyət və
turizm nazirliyinin fəaliyyətinə həmişə
diqqət edəcəksiniz
və bizim əməkdaşlığımız davam edəcək».
Xalq Cəbhəsi.- 2013.- 28 dekabr.- S.16.